banner banner banner
Hüzur küçəsi
Hüzur küçəsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Hüzur küçəsi

скачать книгу бесплатно


Bilalın anası şok olmuşdu. Çaşqın və heç nə anlamayan nəzərlərlə bir müddət oğlunun üzünə baxdı… Sonra min bir əzabla udqunaraq çətinliklə soruşdu:

– Oğlu?

Bilal artıq qəhqəhə çəkərək gülürdü. Sevgi və şəfqətlə, bu saf qadının-anasının boynuna sarılıb, yaşlı yanaqlarından öpərək:

– Ay mənim saf ürəkli anam, – dedi. Adı Necati olan hər kimdisə, əlbəttə kişidir. Səncə də elə olmalı deyil ki? İndi sil o gözlərinin yaşını və rahatla bir az. Sənin oğlun Allahın izni ilə o dəqiqə könlünü kiməsə verməz; sən narahat olma, anacan. Necatiyə gəldikdə isə: Necati, sözdə mədəni, əslində isə

avara ruhlu bir sıra yoldaşlarının təsiri ilə, o klub sənin, bu bar mənim, zövq və pozğunluq aləminə dalmış bir gənc idi.

Lakin bundan bir müddət əvvəl imanlı yoldaşlarımla onu tanış elədim. Ondan sonra uşaq ani bir dönüşlə tamamilə

dəyişdi. İman həqiqətlərinə qovuşduğu andan etibarən bütün o köhnə yoldaşlarını və səfeh yaşayışını tərk etdi. İndi 63

görsən anacan, məktəbdə olsun, çöldə olsun bir dəqiqə belə

yanımdan ayrılmaq istəmir. Boş vaxtlarında namaz qılır.

Dərslərinə əvvəlkindən daha çox çalışır və bu vaxt hidayətə

qovuşmasına vəsilə olan dini və elmi əsərləri də böyük bir həvəslə oxuyaraq imanını gücləndirmək, daha doğrusu təh-qiqi bir imana sahib olmağa çalışır. Görsən anacan, onu ən az sən də mənim qədər sevərsən …

Yaşlı qadın rahatlamış, dərin bir nəfəs almışdı … İndi oğluna fəxr hissi ilə baxır, ürəyi övladı üçün ən dərin təqdir hisləri ilə dolub daşırdı:

– Allah səndən və sənin kimi qiymətli, imanlı yoldaşlarından razı olsun, övladım – dedi. – Sizlər belə nə qədər gəncləri, qapılmış olduqları səhv yoldan çevirir və onları həm bu dünyanın, həm də daimi dünyamız olan axirət həyatının qaranlıqlarından və əzablarından azad edir. Amma bilsən Bilalım, bir az əvvəlki sözlərində zarafat etdiyini anlamadan əvvəl ürəyim elə ağrıdı ki…

– Səni üzdüyüm üçün məni bağışla, ana. Amma sənə

ciddi olaraq bunu deyirəm ki, hələlik hərçənd evlənmək haqqında düşünmürəm, lakin evlənmək istəyəndə, ev-lənəcəyim insan əmin ol, geyimi və hərəkətləri ilə səni olduğu qədər məni də iyrəndirəcək o geyimdən və əyləncədən başqa heç nə düşünməyən, işli-gücü manken kimi vit-rindəkiləri insanlara göstərməkdən ibarət olan açıq-saçıq qızlardan olmayacaq. Geyimi, hərəkətləri və hər halı ilə dininin əmrlərinə bağlı, səadətini təkcə öz evində axtaran xanım-xatın, evinin xanımı, bəli, təkcə mənə aid olacaq dürüst və əxlaqlı gənc qızla ailə həyatımı quracağam. Bax belə, anacan … İndi sən söylə görək, bu gün nə etmisən? Yoxsa, 64

yenə hər zamankı kimi oturub, gününü mənə yun köynək toxumaqla keçirdin?

– Yox övladım. Bu gün əlimə doğru-düzgün mil keçirib işə başlamaq nəsib olmadı heç cür. Qonşumuz Sedat bəygilə

getmişdim bu gün. Demək ki, nəsib məsələ imiş. Xanımının təsəlliyə ehtiyacı varmış… getdim gördüm ki, yazıq qadın bulud kimi dolub qalıb. Toxunsan ağlayacaq.

Bilal narahatlıqla soruşdu:

– Xeyirdir, inşaallah … Nəsə bir problemləri var ki?

– Yox övladım, elə bir problemləri yoxdur. Amma məsəl var da deyirlər: İnsanın övladı varsa, dərdi var… Bax, onlarınkı da övlad dərdidir. Dünən bu torpaq sahədə hoppanıb-düşən, gizlənpaç oynayan Şükran bu gün görsən, böyük qız olub. O qədər gözəldir ki, insan baxmaqdan doymur. İndi Şükran üçün elçilər növbəyə düzülüb. Qız çox gözəl olduğu üçün, onunla evlənmək istəyənlər də çoxdur.

Varlı-hallı ailələrin övladlarıdır hamısı da. Mühəndislər həkimlər, kimyagər filan … Lakin təbii bunların demək olar ki, əksəriyyəti qızı namazlı, oruclu, başıörtülü olduğu üçün yox, gözəlliyinə və tərbiyəsinə görə istədiklərindən, yalnız ata -

anası yox, Şükran da bunların heç birinə “hə” – deməyib bu günə kimi. Lakin indi Şişlidə lüks bir klinikanın sahibi, təmirli evləri, bağ evləri, avtomobilləri olan çox zən-gin bir həkimin elçiləri gəlib gedirmiş. Adam israrla qızı istəyirmiş… hər gün elçilər, elçilər… Ailəsi əvvəllər olduğu kimi dəstəmazlı, namazlı deyil deyə istəməyib. Amma gəl gör ki, saf insanların sonradan zənginlik, konfort və vəzifə

gözlərini örtüb, ya nədir, indi vermək istəyirmişlər yazıq qı-zı…

– Yaxşı, bəs Şükran nə deyir bu işə?

65

– Elə ata-ananın bütün dərdi də odur, oğlum… Qadın ağlaya- ağlaya bütün hər şeyi danışdı mənə. Şükran təkid edirmiş: "Lazım gələrsə, ömrümün sonuna kimi subay qala-ram, amma yenə də namazsız, orucsuz biri ilə evlənmərəm" -

deyə …

– Deməli belə… Bəs sonra?

– Qızın qərarı qətidir: "Nə qədər zəngin olursa-olsun və

mənə istəyir səltənət içində, lüks bir həyat təmin etsin və

hətta həkim yox, mövqe baxımından bir padşah və ya şahzadə də olsa, əgər Allahın, Yaradanımızın əmrlərini yerinə yetirmirsə, belə bir insan mənim nəzərimdə ən dəyərsiz və ən qiymətsiz bir varlıqdır "deyirmiş. Çox ağıllı bir qız imiş … "Onlar məni yalnız gözəlliyim üçün istəyirlər. Evləndikdən sonra Allahın əmri ilə örtmüş olduğum başımı və

bədənimi açacaq, açıq- saçıq paltarlarla ballarda, tədbirlərdə, kişili-qadınlı rəqs meydançalarında qürurla sinəsini irəli verib "Baxın, xanımım necə də gözəldir" – formasında gözəl-liyimlə fəxr edəcək bir insanla ailə qurmaq istəmirəm. Təbii ki, bundan başqa, bir az keçəndən sonra qıldığım namaza da lağ edib, "Bizim həyatımıza və müasir dövrə uyğun gəlmir"

bəhanəsiylə bəlkə ondan da uzaqlaşdırmağa çalışacaq mə-ni… Qısası, dininə bağlı bir müsəlman qızı kimi məni də, digər bəzi yoldaşlarıma etdikləri kimi, xristian qadın və

qızlardan fərqsiz bir vəziyyətə gətirməyə çalışacaqlar. Am-ma Allahıma hədsiz şükürlər olsun ki, mənə belə iman və

şüur lütf edib. Ölümüm bahasına belə olsa heç kim məni be-lə tələlərə sala bilməz…" – deyibmiş.

– Ay ana, düzünü de… Bunları bizim Şükran deyirmiş?

– Təbii ki, övladım, təbii … Anası daha gözəl danışırdı dediklərindən, mən sənə o qədər də yaxşı izah edə bilmi-66

rəm… dayan, gör hələ nələr deyirmiş Şükran: "Dinimdən, əxlaqımdan uzaq, belə lüks lakin rəzil bir həyat yaşa-maqdansa, onu yoxdan var edən Allahın əmrlərini yerinə

yetirən imanlı bir yol fəhləsi ilə evlənib, döşəməsi torpaqdan olan kiçik bir daxmada soğan çörək yemək mənə daha xoşdur". Belə … Anası qızın bu sözlərini deyəndə ürəyim elə

sızıldadı ki, Bilalım …

Bilal heyrətlə başını yellədi:

– Halal olsun Şükrana, düzü gözləməzdim. Aaah … Ah!

… Bu sözləri bizim fakültədəki qızlar eşitsəydilər inan ki, yazıq qızı "ruhi xəstədir" – deyə Bakırköyə dəlixanaya göndərmək istəyərlər.

Yaşlı qadın, bir müddət susduqdan sonra, bir – iki dəfə

dərindən nəfəs aldı və oğluna bir az da yaxınlaşaraq:

– Bilal, bilirsən nə düşünürəm? – deyə soruşdu oğlundan. – Şükran açılmamış və qoxlanmamış qönçə kimi bir qızdır … Tərbiyəli, əlindən iş gələn və ən əsası əsl sənin istədiyin kimi başıaşağı, geyinişini, oturuşunu bilən başıb-ağlı və imanlı gənc qızdır. Nə deyirsən, oğlum?!

Bilal, anasının ürəyini sındırmamağa cəhd edərək:

– Anam, – dedi – mən sənə bir az əvvəl dedim axı, hələ

evlənməyi düşünmürəm… Qoy bir universiteti xeyirlisi ilə

bitirim, diplomumu əlimə alım, bu mövzuları o zaman düşünərik…

Qadın əməlli – başlı kədərlənmişdi:

– Amma övladım, belə mükəmməl bir qızı hər zaman tapmaq olmur, axı. Bax, qız üçün elçi gələnlərin sayı günü gündən artır. Rəhmətlik atan sənin xoş gününü görmədən getdi. Mən də qorxuram ki, birdən ölərəm sənin xoş bir gününü görmərəm. Onsuz da, məzun olmağına bir il qalıb. İn-67

didən “hə”sini alarıq, nişan taxılar, məzun olan kimi də ev-lənərsiniz. Hə, nə deyirsən mənim balam?

Bilal anasının evlənməklə bağlı dediyi sözlərə qərarlı bir səslə cavab verdi:

– Bütün söylədiklərin doğrudur, gözəldir, amma anacan, mən elə bir qızla aylarla nişanlı qala biləcək kişilərdən deyiləm. Söz kəsildiyi andan etibarən o qız artıq mənim namusum, hər şeyim deməkdir. Gələcək həyat yoldaşımın qanuni olaraq evimə ayaq basmasına kimi keçən zaman ərzində rahatlığım əlimdən gedəcək … Belə də olanda dərslərimi sakit bir tərzdə çalışıb fakültəni vaxtında bitirmək, ancaq xəyal olar mənimçün. Qısası, belə bir məsuliyyətin altına girməyi əsla gözə ala bilmərəm. Mən, özün də bilirsən ki, tezliklə məzun olmağa və həyatını təmin etməyə çalışıram, anacan. Ağlımı-fikrimi belə şeylərlə məşğul edə bilmərəm…

Qadının aydın gözlərinə bu dəfə daha tünd bir kədər hakim kəsilmişdi. Bilal anasının heç səs çıxarmadan kədərlə

başını önünə əyməsinə daxilən kədərləndi. Lakin onu bir az da olsa təsəlli və məmnun edəcək bir fikir gəldi ağlına:

– Bax anacan, Şükranı ən az mən də sənin qədər təqdir etdim və yenə ən az sənin qədər kədərləndim onun düşdüyü vəziyyətə… Belə nadir tapılan sadə və imanlı gənc qızları, zövq və əyləncədən başqa bir şey düşünməyən kübar cəmiyyət avaralarına vermək şübhəsiz ki, ən azı cinayətdir.

Bunun üçün də onu dərhal, tam istədiyi kimi imanlı, namazlı biriylə evləndirməyə çalışacağam… Həm də ailəsinə ibrət olsun deyə yenə zəngin bir həkimlə… Kim ilə bilirsən? Bizim bu qırx yaşında olsa da, otuz yaşında imiş kimi görünən, yaraşıqlılığı ilə tanınan həkim Nazim bəylə . O da elə bu cür yüksək imana sahib bir qız axtarırdı evlənmək üçün. Əsasən 68

bu günə kimi evlənməməsinin səbəbi də elə budur. İndiyə

kimi belə bir qıza rast gəlməyibmiş hələ.

Qadın dərin bir ah çəkərək boynunu bükdü və:

– Özün bilərsən, oğlum, – dedi. Şükran mənim gəlinim olsun deyə arzu etmişdim, amma demək ki, nəsib deyilmiş.

Nə etmək olar?

Uşaqların quş səslərini xatırladan şən qəhqəhələrlə oynadığı, tullanıb düşdüyü ərazidə indi fəhlələr qaynaşırdılar.

Əllərində bel olan fəhlələr əvvəlcədən ölçülən torpaqda özül qazmaqla məşğul idilər… Uşaqlar yenə bir yerə yığışıb məcburən və incik nəzərlərlə əllərindən alınan yeganə oyun sahələrində çalışan fəhlələrə tamaşa edirdilər…

Tikinti artıq başlamışdı… Kərpiclər bir metrə kimi yüksəlmişdi… İşçilər durmadan çalışırdılar. Kimisi palçıq qarışdırır, kimisi əl arabası ilə kərpic daşıyır, kimisi mahnı oxuyaraq kərpic düzür.

Tikinti bir xeyli yüksəlib. Körpünün üzərində işçilər çalışır … Küçəyə qum və sement daşıyan yük maşınlarının biri gəlir, biri gedir. Səssiz küçə, birdən birə səs – küyə qərq olub.

Və nəhayət tikinti, başladıqdan üç-dörd ay sonra bitdi.

Göyə doğru yüksələn beşmərtəbəli bu böyük bina, Hüzur küçəsinin sınıq salxaq taxta binaları arasında, bu təvazökar evlərə yuxarıdan baxırmışcasına bir qürur və əzəmət içində

idi sanki… Geniş pəncərələrində yapışdırılmış ağ kağıza yazılan “SATILIR" sözü oxunmaqda idi …

Bilal pəncərənin önündəki divana uzanıb kitab oxuyurdu. Lakin oxuduğu kitablar heç cür yadında qalmırdı heç cür… Qarşısında bir qarabasma kimi yüksələn bu ruhsuz daş yığını günü gündən canını daha çox sıxmağa başlayırdı



69

Yerdə, bir döşəyin üstündə, əlindəki millərlə anası, ona yun köynək toxuyurdu. Başını kitabdan qaldırıb, bir anlığına sevgiylə anasına baxdı. Sonra yaşlı qadına baxaraq:

– Bilirsən, ana, – dedi. – İçimdə qəribə bir kədər var. Bu gün bazardır… Uşaqların tətil günüdür yəni. Amma uşaqların o bülbül cəhcəhini xatırladan səs – küylərindən əsər -

əlamət belə yoxdur. Bu böyük bina bura tikildikdən sonra yazıq uşaqların səsləri çıxmır…

– Ay oğlum, təkcə onların səsi çıxmır? Bu ev məsələsi ortaya çıxandan bəri nə qədər bir-birimizdən gizlətsək də sən də, mən də narahatıq…

– Mən heç, amma anacan, mənzil tikintisi səni niyə bu qədər üzür?

– Niyə olacaq, övladım? Biz kasıb insanlarıq. Bu sınıq-salxaq evlərin içində saray kimi yüksələn binaya köçənlər bizə yuxarıdan aşağı baxacaqlar. Yəni, küçənin dadı-duzu qaçacaq bir sözlə …

Bilal əlindəki kitabı örtüb ayağa durdu:

– Ay mənim gözəl anam, – dedi. – Deməli, sən bu qədər müddətdə buna görə üzülmüsən? Sən bilirsənmi ki, anacan, onlar bütün lüks və dəbdəbəli yaşayışlarına baxmayaraq, əslində nə yazıq, nə acınacaqlı insanlardır? Onların möhtəşəm döşənmiş salonlarda, kristal çilçıraq altında, laklı yemək masalarında gümüş çəngəl və bıçaqlarla yedikləri yeməklər, əmin ol, bizim bu kasıb dam altındakı kasıb yer süfrəmizdə

yediyimiz yeməklər qədər ləzzətli deyil.

Və yenə əmin ol ki, nə qədər zənginlik və rahat bir həyat içində olurlarsa olsunlar, İslami əmrlərə riayətdəki o böyük ləzzət və səadətdən məhrum olduqlarına görə bizdəki bu ahəngli dinclik və səadət hissindən də məhrumdurlar.

70

Üzlərindəki o saxta təbəssümə aldanma sən. Üzlərindəki o təbəssüm, atdıqları qəhqəhələr və yaşamış olduqları dəlicə

əyləncəli həyat daim içlərində gizlənən narahatlığı gizlətmək üçündür. Mənim bu binanın bizim təvazökar küçəmizdə ti-kilməsindən duyduğum narahatlığa gəldikdə isə, sənin dü-şüncələrinlə mənim düşüncələrim bir- birindən çox fərqlənir.

Bəli, bu bina Hüzur küçəsinin dincliyini pozacaq. Amma hansı cəhətdən? Bir dəfə əgər mənzillərə köçəcək ailələr həyat tərzləri ilə əcnəbilərdən fərqlənməyəcəklərsə, hər şeydən əvvəl İstanbul içində hansı formadasa pozulmadan qala bilmiş, köhnə adət – ənənələrə sədaqəti sarsılmamış, qiymətli əxlaq və fəzilət dəyərlərini eynilə mühafizə edə bilən, məmləkətin yeganə küçəsi olaraq fəxr edib üzərində titrədiyimiz bu bənzərsiz və təvazökar küçəmiz üçün bu bina həqiqətən də böyük zərərdir …

Çünki bizim uşaqlarımız, onların uşaqlarını, bizim gənc qızlarımız, onların gənc qızlarını və bizim xanımlarımız da onların xanımlarını görə-görə, zamanla küçəmiz bu günkü vəziyyətindən uzaqlaşacaq, get-gedə pozulacaq. Nə deyib atalarımız: atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar. Bax, belə, anacan. Oğlunun yeganə narahatlığı bundandır.

Yaşlı qadın minnətdarlıqla oğluna baxdı. Sonra böyük bir olğunluqla, səmimi bir etiraf etdi: '

– Bu yaşımda mənim sənə verməli olduğum dərsi, sən mənə verdin, oğlum. Allah səndən və səni bu qədər şüurlu və yüksək imanlı bir gənc kimi yetişdirən o İslami əsərlərin sahibindən razı olsun. Həqiqətən, sənin bu həqiqətin ifadəsi olan sözlərini dinləyənə kimi içimdə həmişə gələcək günlərin qəribə qorxusu və əzikliyi var idi. Yeni tikilən 71

binaya köçəcək olan müasir ailələr tərəfindən aşa-ğılanmaqdan, bizə yuxarıdan aşağı baxmalarından qorxurdum. Amma sənə qulaq asandan sonra, onların qarşısında kiçilməməli olduğumuzu, əksinə başıuca gəzməli olduğumuzu anladım. Sən, hər sözündə bir cövhər gizlənən möcüzə bir insansan, Bilalım … Həmişə deyirəm. Bu gün də

bir də səninlə fəxr etdiyimi demək istəyirəm, oğlum…

Bilal anasının bu səmimi etiraflarından sonra "aşağılıq duyğusu" sözü haqqında uzun-uzadı düşünməyə başladı.

Nə qədər acı bir həqiqətdir. Bu yaşlı-başlı, şüurlu və imanlı bir qadın belə bir duyğuya qapılırsa, onda gör binaya köçəcək sakinlərin müasir həyatları qarşısında küçənin yeniyetmə qızları və gənc xanımları nə vəziyyətə düşə-cəkdilər?…

Məmləkətimiz başdan başa həmişə bu sistemlə öz yönünü itirmişdi, dininə, adət və ənənələrinə sıx bağlı olan xalqımız hamısı bu sistemlə İslami prinsip və həyat tərzindən məhz bu cür uzqlaşdırılmışdı. Qadınları qızları örtülü, xalqı bütünlüklə İslami əmrlərə riayət edən tərtəmiz, sakit bir qəsəbə var ki hardasa?.. Əgər varsa oranın da digər pozulmuş qəsəbə və şəhərlər kimi olmasını təmin etmək üçün bütün qüvvələrini səfərbər edirlər. Bunu etmək üçün əllərində çox sadə çarələr var… O qəsəbədə ən kiçik bir tarixi qiymətə sahib tikili varsa və ya mənzərə etibarilə təbii bir cazibəyə sahibdirsə, ora dərhal turistik yer kimi elan edilir.

Otel və motel inşa edilərək ədəb və əxlaq qaydalarını heçə

sayan çimərlik paltarında gəzən turistlərin bura axını təmin edilir. Ya hərbi, ya da nəsə qeyri hər hansı bir idarə buraya köçürülür, inşa edilən müasir yataqxanalarda xanımları, qızları qısa ətəkli, özləri içki düşkünü və qumarbaz olan 72

böyük şəhərdən gətirilmiş mənəviyyatsız məmur və idarəçilər qalmağa başlayırdı. Və ya ən mükəmməl və təsirli çarə olaraq, "gənc qızları maarifləndirmək" adı altında orda bir Qızlar İnstitutu yaradılır; məktəbin başına açıq saçıq, makiyajlı, mənəviyyatsız və heç bir müqəddəslik tanımayan müdirə xanım gətirilir müəllimələr isə mini yubkalı qadınlar ibarət olurdu. Belə bir qəsəbənin beş-altı ildən sonrakı vəziyyətini artıq özünüz düşünün!