banner banner banner
Hüzur küçəsi
Hüzur küçəsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Hüzur küçəsi

скачать книгу бесплатно


gözəl bir İlahi nemət olduğu və axirətdə bizə çox parlaq və

əbədi bir gənclik kimi geri dönəcəyi hamımıza məlum olmalıdır. Bu başda Quran olmaqla bütün səmavi kitablarda xəbər verilib…

Madam ki, həqiqət budur və bir halda ki, halal dairəsi içində həyatdan zövq almaq mümkündür. Və haram dai-rəsindəki bir saatlıq ləzzət bəzən on il həbslə nəticələnir. Əlbəttə, gənclik nemətinə şükranlıqla baxmaq, o şirin neməti uyğun formada və istiqamətdə sərf etmək lazım və vacibdir.

Ey əziz qardaşım, bil ki, dünyanın ləzzətləri, zövqləri, ziynətləri, Xaliqimizi, Malikimizi və Mövlamızı bilmədiyimiz təqdirdə Cənnət olsa belə, yenə də Cəhənnəmdir …

Ey dost! Küfr yolunda getmək, buzlar üzərində getməkdən daha zəhmətli və təhlükəlidir. İman yolu isə suda, 44

havada, quruda getmək və üzmək kimi asan və zəh-mətsizdir. "

Kitab, bu minvalla bir-birindən yüksək iman həqiqətləri ilə davam etməkdə idi. Necati, dirsəklərini dizlərinə söykəmiş, başı əllərinin arasında, tərifi qeyri-mümkün bir vəcd dalğası içində oxunanları sadəcə dinləmir, adətən içirdi… O, indi öz daxili aləmiylə başbaşa idi. Ruhunda qasırğalar, fırtınalar qopur; ürəyi bir-birinə zidd hislərlə dolub daşırdı.

Oxunan həqiqətlər bir abi-həyat kimi ruhunu sərinlədir, tənəffüs etməkdə olduğu bu ülvi hava ürəyinə o günə kimi heç vaxt dadmadığı ilahi nəşələr bəxş edirdi.

Söhbət irəlilədikcə, ürəyindəki kif basmış hislərin yerini ən təmiz və ülvi hislərə tərk etdiyini hiss edən Necati, artıq əmin idi ki, yeni bir hiss və fikir inqilabının eşiyindədir.

Yaxınlarda duyulan bir azan səsi, otağının içinə dalğa-dalğa yayılanda, Seyfəddin əlindəki kitabı bağladı. İndi hər kəs dərin bir vəcd və diqqət içində oxunan axşam əzanını dinləyirdi. Azan bitən kimi Seyfəddin, içlərində yaşca ən böyük olan Nazim həkimdən:

– Nə deyirsən, qardaş, fəsli tamamlayaq, yoxsa daha sonra davam edək? – deyə soruşdu…

Doktor Nazim, həmişəki kimi şən və nəşəli bir halla cavab verdi:

– Bilirsiniz də mənim düsturumu: əvvəlcə namaz, uşaqlar! Elə isə Razi, Haqq rizası üçün belə həmişəki kimi bir

“Əl-Əsr” oxusun. Ondan sonra namaza duraq.

Gələcəyin hüquqşünası dərhal şirin və yanıq səsiylə "Əl-Əsr" surəsini oxumağa başladı. Səsi otağın içində dalğa-dalğa yüksəlir, qəlblərə və könüllərə yenilik bəxş edirdi.

45

Sonra hamı namaza durdu. Pencəyini çıxaranlar, köy-nəklərinin qollarını dirsəkdən yuxarı qaldırır, otaqdan çölə

çıxır, bir neçə gənc də yerlərə səccadə sərirdi. Bu əsnada gənclər öz aralarında nəzakət çərçivəsini aşmadan zarafatlar edirdilər.

Necati, oturduğu kresloda dərin düşüncələrə dalmış, düşünür, düşünür və düşünürdü … Bəlkə də, həyatında ilk dəfə idi ki, belə ciddi şəkildə düşünürdü. Bilal dəstəmaz almaq üçün qollarını çırmalayaraq, çox qəribə bir əhvali-ruhiyyə içində olan Necatinin yanına gəldi və həlim bir səslə:

–Sən də bizimlə birlikdə namaz qılmaq istəyirsən, Necati? – deyə soruşdu.

Necati üçün gözlənilməz olan bu təklif, onun üzündəki iztirab cizgilərini min qat daha dərinləşdirdi… Bu, elə ani bir təklif olmuşdu ki, Necatinin heyrətdən dili tutulmuşdu…

Kəkələyə-kəkələyə:

– Mən? Mən.. – dedi və susdu… Bir müddət arxasını gətirə bilmədi, sonra iztirabla alnını ovuşduraraq Bilala baxdı.

İnləyərək sözlərinə davam etdi:

– Bilirsən, Bilal … Mən namaz qılmağı bilmirəm ki.

Bundan da başqa…

– Nə bundan başqa?… Sən bir dəfə "Bismillah" de, çırmala qollarını, arxası asandır. Dəstəmazı birlikdə alarıq, sonra da biz nə etsək sən də onu təqlid edərsən, vəssalam…

Necati, heç nə demədi. Ovsunlanmış kimi yerindən qalxdı, pencəyini çıxardı, köynəyinin qollarını dirsəklərinə

doğru çırmaladı və qapıya tərəf addımlayan Bilalın arxasınca getdi.

Bir az sonra gənclərin hamısı cərgə ilə namaza dayanmışdılar. Doktor Nazim bəy, imam olmuş, arxasındakı 46

gənclərdən ibarət camaata namaz qıldırırdı… Yüksək səslə

oxuduğu surələr, Necatinin ruhuna ilahi rəhmət kimi axır, onu məna iqlimlərinin dərinliklərinə çəkib aparırdı…

Bəli, Necati də hər biri dərin bir təvazö və təslimiyyət içində qəlblərini Allaha bağlamış, üzlərini ona, o uca Yaradana dönmüş, səmimi və təmiz bir camaatın içində idi artıq… Onsuz da nə zaman bir məscid qarşısından keçsə içəridə olan camaata qibtə edərdi o … Lakin bir dəfə də olsun bu qibtə etdiyi məsud və bəxtiyar insanların arasına qarışmaq üçün şeytanın ayağını sındırmağa, nəfsinə söz keçirməyə müvəffəq olmamışdı. Üstəlik yaşadığı həyat tərzinə

görə özünü bu təmiz və sadə camaata uyğun görmürdü heç cür… Lakin bu insanlar, qəlbləri iman yüklü bu nəcib gənclər, şəfqət dolu ürəklərini ona açmışdılar artıq. Onu öz aralarında görmək istəmiş, bağırlarına basmışdılar. Və indi o da onlarla birlikdə, onlarla yan-yana, çiyin-çiyinə namaz qılırdı …

Necatinin namazı görünüş etibarı ilə bir qədər gülünc görünürdü, amma məna ölçüsündə çox mühüm bir dəyər daşıyırdı. Qiyamda, rükuda və səcdədə hərəkətlərində ya-nılmamaq üçün gah sağındakına, gah solundakına, gah önündəkinə baxır, gördüyü hərəkətləri naşıcasına təqlid edirdi. Üzü saçlarının dibinə kimi qıpqırmızı olmuşdu, alnında muncuq-muncuq tər damcıları yığılmışdı. Utanc, xəcalət, kədər, peşmanlıq hisləri mənliyini alov kimi yandırıb qovururdu. Əlinə verilən təsbehi nə deyəcəyini bilmədən çevirməyə başladı. Sıra duaya gəldikdə isə hamı kimi o da əl açdı Allahına… Aman Allahım … O nə iztirab dolu bir yüz ifadəsi idi elə? Alnındakı xətlər dərinləşdikcə dərinləşirdi Necatinin… Boynu sağa doğru bükük, gözləri yumulu. Ya-47

naqlarından aşağıya saf və aydın yaşlar süzülür. Ağlayır Necati… Bəlkə günahları nəticəsində meydana çıxan ağrılı, bəlkə qovuşduğu səadətə görə yaranan sevinc gözyaşlarıdır bunlar… Amma mühüm olan Necatinin ağlamağıdır, ağlaya bilməyidir… Çünki istər günahdan meydana gələn kədər –

qəm, istərsə də qovuşduğu bəxtiyarlıq nəticəsində yaranan sevinc və səadət gözyaşları olsun … Nə çıxar? Nəticədə ikisi də eyni qapıya çıxmırdımı?

Namazın sonunda Qurani-Kərimi Bilal oxudu. Nə-catinin ruhunda qopan fırtınaları sakitləşdirəcək bu məxmər kimi yumşaq səs, şübhəsiz ki bütün camaatın qəlbini də ən ülvi hislərlə doldurmaqda idi. Lakin Necati üzərindəki təsiri, heç bir sözlə ifadə edilməyəcək dərəcədə böyük bir üstünlük daşımaqda bu səsin… Bu səs, bu uca Quranı oxuyan gözəl səs, bir imam, müəzzin və ya hər hansı bir müəllimin ağzından tökülsəydi, Necati üçün bəlkə bu dərəcə əhəmiyyətli olmayacaqdı. Mühüm olan Qurani-Kərimi qaydasında oxuyan bu gəncin özü kimi bir universitet tələbəsi olması idi… Kiçildi, kiçildi, kiçildi Necati … Və gözyaşları içində sanki əridi, yox oldu.

Nazim həkim din elminə fövqəladə bir şəkildə bələd bir insan idi. Hər zaman oxunan surələrin arxasınca şərhlərini verir, ətrafına faydalı olmağa çalışırdı. İndi də Bilalın oxuduğu surənin mənasını açıqlayırdı. "Göylərdə və yerdə nə

varsa Allahı təşbeh və tənzih edir. O mülkündə qalibi-mütləq, etdiklərində sahibi-hikmətdir. Göylərin və yerin mülkü şübhəsiz Onundur… Həm dirildir, həm də öldürür.

O, hər şeyə qadirdir. O həm əvvəldir, həm də axır. Həm zahirdir, həm də batin. O, hər şeyi kamalıyla bilir. O, göyləri və yeri altı gündə yaradan, sonra hökmü ərşi zəbt edəndir.

48

Yerə girən, oradan çıxan, göydən enən, oraya yüksələn şeyləri O bilir. Harada olursanız olun, O sizinlə bərabərdir…

Nə etsəniz, O haqqıyla görəndir… Göylərin və yerin mülkü Onundur. Bütün işlər ancaq Ona qayıdacaqdır.

Allaha və Peyğəmbərinə iman etməkdə möhkəm olun.

Sizdən əvvəl olanlardan sonra Allahın sizə qənaət üçün və-kalət verdiyi maldan onun uğrunda xərcləyin. Sizdən iman gətirib o sürətlə Allah yolunda xərcləyənlər yoxdur? Onlar üçün böyük bir mükafat vardır.

Peyğəmbər Rəbbinizə iman gətirməyə sizi çağırdığı halda, sizlər niyə Allaha iman gətirmirsiniz? Halbuki, O

sizdən qəti təminat da almışdı… Əgər Ona imanı seçə-cəksinizsə, dərhal buna tələsin. O sizi küfr qa-ranlıqlarından iman işıqlığına çıxarmaq üçün açıq-açıq ayələr endirməkdə

olandır. Şübhəsiz ki, Allah sizi çox əsirgəyən, rəhməti ilə sizi bağışlayandır. Yəni sizi oyan-dırmaq üçün peyğəmbərlər göndərmiş, ayələr nazil etmişdir. Yalnız əqlinizlə hər şeyi tapmağınızla kifayət-lənməmişdir"…

Artıq, hava xeyli qaralmışdı. Sərin bir külək Necatinin od kimi yanan üzünü dərin məhəbbətlə yalayıb keçdi. İki yoldaş heç bir şey danışmadan yan-yana gedirdilər. Bilal, Necatinin hazırda yaşadıqlarını çox yaxşı hiss edir, lakin onun hiss və düşüncələrinə təcavüz olar düşüncəsi ilə heç nə

demir, danışmağa belə cəsarət etmirdi. Səssiz və ahəstə bir müddət beləcə getdilər. Bir parkın içindən keçirdilər… Necati ani bir hərəkətlə Bilalın qarşısına keçərək onu dayandırdı…

Üzü bir az əvvəlkindən nisbətən daha sakit idi … Ciddi bir qərara gələn insanların qətiyyəti var idi üzündə. Bu dəfə o, Bilalın çiyninə qoydu əlini və qəti bir ifadəylə danışdı: 49

– Bilal, artıq məni də gerçək dostlarından, daha doğrusu o tərtəmiz və saf iman qardaşlarınızdan biri saya bilərsiniz.

Gəl, burda oturaq bir az. Sənə bütün səmimiyyətimlə içimi açmaq, hislərimi ifadə etmək istəyirəm bu axşam … Mənə bir az qulaq asmaq istəyirsən?

Bilal bunun belə olacağını bilirdi əslində. Səmimi bir şəkildə güldü:

– Sənə hal-hazırda qulaq asmaq mənim üçün zəhmət deyil, yox, bəlkə də bu dəqiqə ən böyük zövqdür Necati …

Məni bir yoldaş kimi yox, öz qardaşın kimi qəbul etsən bundan daha çox məmnun olaram.

– Mən bu qardaşlığa layiqəmmi?

– Bir neçə saatdan etibarən, bəli … İndi səni dinləyirəm, Necati… Üzü yola baxan oturacaqlardan birində oturdular.

Necati başını iki əlinin arasında qovzayıb, kövrək bir səslə

danışırdı:

– Sənə nə qədər təşəkkür etsəm azdır, Bilal. İllərdir nə

böyük bir qəflət içində yaşadığımı ancaq bu gün, bu bir neçə

saat ərzində və sənin sayəndə anladım. Bir neçə saat əvvələ

kimi mənim də həqiqi bir iman ləzzətindən məhrum digər gənclər və qəflət içində olan bütün insanlar kimi belə bir həyat fəlsəfəm var idi: "Bu dünyaya bir dəfə gəlmişik, bir daha gəlməyəcəyik. Əvvəl-axır onsuz da bədənimiz qara torpaq-lara qarışaraq çürüyüb yox olacaq. Bunun üçün bu dün-yadan bizə qalan əyləncə və zövq olacaq. Ölüm yadımıza düşəndə, verdiyi narahatlıq və mənəvi çətinlikdən xilas olmaq üçün əyləncələr, fəlsəfi nəzəriyyələr, sərxoşluqlar, cürbəcür pozğunluqlarla özümüzü ovuda bilərik" – deyirdim.

50

Necati, bu yerdə bir az dayandı, gözlərini dalğın bir şəkildə qaranlıqlara dikdi və dodağının kənarında yaranan acı bir təbəssümlə başını yellədi. Sonra Bilala baxaraq:

– Nə qəribə və pozğun bir fəlsəfədir, elə deyil, Bilal? …

Halbuki, çox gec də olsa, bu gün, bu bir neçə saat içində

öyrəndim ki: həqiqi səadət və əzabsız ləzzət ancaq İslamın əmrlərinə riayət etməkdən keçirmiş. Bəlkə də hiss etdin, bəlkə də yox, Bilal, bir az əvvəl namazdakı naşı və gülünc hərəkətlərimi və aranızda duyduğum böyük utanc və iztirabıma baxmayaraq, o anlar bəlkə həyatımın ən məsud və sakit anları idi. Oxuduğunuz o gözəl əsərləri dinlədikcə dünyamın dəyişdiyini, yeni bir aydınlığa qovuşduğunu hiss edirdi… Bi-zə gerilik və ibtidailik kimi göstərmək istədikləri dinimiz, sən demə, nə qədər ülvi bir ucalığa sahib imiş! … Və o uca dinin mənsubu olduğumuz halda ona arxa çevirən biz qafillər sən demə nə qədər balaca məxluqlar imişik!… Özün görürsən də, Bilal, mən dəyişdim, mən tam fərqli bir insan oldum, budur… Mənə yeni bir dünya qazandırdığın, mənim hidayətimə vasitə olduğun üçün sənə necə təşəkkür edəcəyimi bilmirəm.

– Hidayət verən uca Rəbbimizdir, Necati. Biz yalnız aciz bir vasitəçiyik.

– Qəbul edirəm… Amma məni yoldaşlarınla tanış et-məsəydin, onların yanına aparmaqdan boyun qaçırsaydın, mən bu hidayətə harda və nə zaman qovuşacaqdım?

– Nə danışırsan, Necati? Səni imanlı yoldaşlarımın yanına aparmaqdan boyun qaçırmaq üçün mütləq mən də şüursuz bir müsəlman olmalı idim. Lap fərz edək ki, sən möhkəm və əmin bir qayıqla bir ümmanda yol alırsan. Özünü dalğalar arasında qorxunc burulğanına təslim edən və

51

boğulub yox olmaq narahatlığıyla haray-həşir qoparan bir nəfəri xilas edib, onu da çatacağı sahilə çatdırmaq istə-məzsən? Cəmiyyətdə insanların heç nə itirmədən, iman həqiqətlərinə sarılıb özlərini əbədi zülmətdən xilas etmələri yaxşı şeydir… Lakin cəmiyyətin xilası, hər xilas olanın başqa birini xilas etməsi ilə mümkün ola bilər. Əslində ən doğru olanı da budur.

– Belə olan halda, bu andan etibarən mən də imanlı müsəlmanlar karvanınına qoşulduğuma görə, mənim də

prinsipim çıxdığım bataqlıqdan başqalarını da çıxarmaq olmalıdır, elə deyil?

– Əlbəttə, Necati. Məşhur bir söz var. deyir "Hamı qapısının ağzını süpürsə, küçə tərtəmiz olar". Hər imanlı müsəlman bu sözün mənasını anlayaraq öz yaxınlarını və ətrafındakıları mənəviyyatsızlıqdan xilas etmək üçün çalışsa, şübhəsiz ki, cəmiyyət də bütün çirkdən təmizlənib, istənilən mənəvi səviyyəyə yüksələr.

Park lampalarının işığı altında Necatinin üzü məsud bir təbəssümlə par-par yanırdı. Yaşlı gözlərini Bilala çevirib:

– Bilirsən, Bilal, – dedi, səninlə danışanda, mən özümü quş kimi yüngül hiss edirəm. Atam həmişə deyirdi, mən qulaq asmırdım. "Avara yoldaş, yaxşı insanı da avara eləyər.

Yaxşı yoldaş isə avaranı da yaxşı edər". – belə deyirdi həmişə rəhmətlik atam. Bunun doğru olduğunu ancaq indi başa düşürəm.

– Elə isə atanın ruhunu şad etmək üçün gəl bir Fatihə

oxuyaq.

– Eeee… Bilirsən, atam mən balaca olanda öyrətmişdi amma aradan çox vaxt keçdiyi üçün unutmuşam artıq.

Görürsən də, nə qədər boş bir nəsil yetişdirilib?! Hətta, öz 52

ölülərinə bir fatihə oxuya bilməyəcək qədər boş və bədbəxt bir nəsil!…

– Narahat olma, Necati… Onu da öyrənərsən… İstəsən günorta namazlarında Bəyazid Məscidinə birlikdə gedərik, sənə Qurani-Kərimi oxumağı öyrədərəm. Nə deyirsən? Bir aydan sonra sən də mənim kimi Qurani-Kərimi üzündən oxuya bilərsən…

Necati həyəcanlanmışdı … Titrək bir səslə:

– Doğrudan, Bilal, öyrənə bilərəm Quranı? O səfil həyatdan bu qədər tez xilas olub bu qədər qısa zamanda belə

dəyişəcəyimi dünənə kimi heç düşünməmişdim. İndi isə

yeni, işıqlı, nurlu bir həyatın qapısı ağzındayam… Demək bundan sonra məni tək buraxmayacaqsan Bilal?!… Elə isə, mən də sənin həqiqi yoldaşlarından biriyəm artıq. Bu gecə

gözümə yuxu getməyəcək.

– Yuxu dedin, yaxşı yadıma saldın. Biz saatı-zadı unutmuşuq. Anam indi yəqin pəncərədən baxır. Məni gözləyir.

İki yoldaş durdular. Ayrılmaq məqamında Bilal:

– Dediyin kimi, gecə yuxun qaçsa, al bu kitabı oxu, faydalı kitabdır…

Necati, bir uşaq kimi dolmuşdu bulud–bulud. Bilalın uzatdığı kitabı əlinə alanda dərin bir ah çəkdi:

– Demək ayrılıq saatımız gəldi? Halbuki, mən səninlə səhərə kimi bax belə danışmaq istərdim. Amma haqlısan … Sənin pəncərə qarşısında yollarını gözləyən bir anan var. Bi-zimkilər isə bu saatda gəzib əylənirlər. Ya da yıxılıb yatırlar özləri üçün. Mənim bu vaxtı evə gəlməyimi görməyiblər ona görə. Gör necə başıboş yetişmişik e, sən demə… Məni başa düşürsən, Bilal?

53

– Səni çox yaxşı başa düşürəm, qardaş… Ancaq, bundan sonra məncə sən, keçmişinlə bağlı kədərlənməməlisən, əksinə gələcəyinlə məşğul olmalısan… Yaxşı, əziz qardaşım gecən xeyrə qalsın…

– Mən də sənə, adını unutduğum bir şairin çox sevdiyim bu misraları ilə əlvida deyirəm: "Gecən xeyrə… Ayrılıq şirin bir kədər səhər açılana kimi…Gecən xeyrə…"