banner banner banner
Hüzur küçəsi
Hüzur küçəsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Hüzur küçəsi

скачать книгу бесплатно


– İstanbulda yaxın qohumlarınız filan var?

– Xeyr, yoxdur …

– Yaxşı , bəs qızınızı kimə əmanət edəcəksiniz bu böyük şəhərdə?

Qadın mütəvəkkil bir əda ilə ah çəkdi və:

–Qurbanı olduğum Allaha… – dedi.

Bilal:

– Doğrudur, nə qədər ata – ana, qızlarını oxutmaq üçün belə böyük şəhərlərdə tək başına qoyub, Allaha əmanət edirlər, amma onlar əvvəl-axır şeytana əsir düşürlər …

Qadın sanki yalvarırmışcasına:

– Sus oğlum sus … Yaramı deşmə bu sözlərinlə – dedi. -

Biz sənin o bildiyin ata-analardan deyilik, atası da mən də liseydən sonra qızımızı oxutmamağa qərarlı idik. Amma gəl gör ki, böyük danışmışıq; orta məktəbi bitirən kimi qız başladı ki, mən ali təhsil alacağam. Nə atası, nə mən, qarşısını ala bilmədik … Bütün sinif yoldaşları ali təhsil alanda bu niyə kənarda qalsın?! Ağladı, sızladı, razı olmadıq … Atası: "İstanbula gedib o oxumuş sürtüklərdən olacaqsan? " -

deyə icazə verməyəndə, qız "Mən namuslu, başıaşağı olandan sonra kimsə mənə heç nə edə bilməz", – deyə

ağlamsınırdı. Bir də gördük ki, qız kədərindən xəstələnib.

Çarəsiz qaldıq, oxumağını qəbul etdik … Artıq, qoruyucusu Allah olsun; nə deyək? …

Qadın islanan gözlərini dəsmalı ilə quruladı. Zeynəb, günahkar bir uşaq kimi gözlərini yerdən ayırmırdı. Bilal, içi sızıldaya – sızıldaya yenə qadından soruşdu:

– Yaxşı indi harada qalacaq bəs qızınız?

30

– Cağaloğlundakı tələbə yataqxanasına min bir çətinlikdən sonra qəbul etdirə bildik, şükürlər olsun…

Bilalın ürəyi növbəti dəfə ağradı. Bir neçə dəfə qarşısından keçmişdi bu yataqxananın. Keçəndə də qapı qarşısında burun-buruna sevişən cütlüklərin o həyasız davranışları ürəyini bulandırmışdı hər dəfə … Birdən Zeynəbin də

o qrupun arasında gördü elə bil… Əsəbi və tələsik bir vəziyyətdə:

– Nə isə, Xudahafiz, xala. Qızınızı Allah qorusun. Sizə

də müvəffəqiyyətlər arzulayıram, Zeynəb xanım… – deyib ana-qızın heyrət dolu baxışları arasında yanlarından ayrılıb çölə çıxdı…

Fakültələri eyni olduğu üçün Bilal Zeynəbi hər gün sinifdə görə bilirdi. Anası gedəndən sonra gənc qız tamamilə

ortada qalmışdı. Sinifdə heç kimə yaxınlaşa bilmir, əxlaqına və ciddiliyinə güvəndiyi üçün təkcə Bilalla danışır, hər çətin-liyini, hər müşkülünü ona açırdı. Yaşıd idilər, amma Zeynəb ona "Bilal abi" deyə xitab edirdi … Əsasən Bilal da bu saf və

təmiz gənc qıza qarşı özünü bir böyük qardaş mövqeyində

görürdü. Zeynəbin gündə beş dəfə namaz qıldığını da öyrənəndə isə ümumiyyətlə dünyalar onun olmuşdu …

İndi bacısı ilə bağlı narahat olan bir böyük qardaş kimi onunla yaxından maraqlanırdı artıq. Onu hər cür pis fikrə

qarşı mühafizə və müdafiə etməyə çalışırdı. Lakin ilin son-larına doğru, Zeynəb Bilalı böyük bir xəyal qırıqlığına uğ-ratdı. Geyimi yavaş-yavaş dəyişilirdi Zeynəbin. Artıq makiyaj da etməyə başlamışdı Zeynəb… Zeynəbin paltarları da get-gedə qısalmaqda idi… Zeynəb başqa bir Zeynəbə çevrilirdi artıq… Uzun hörülmüş saçlarını kəsdirmiş, bərbərdə

müxtəlif formalara saldırırdı qısa saçlarını… Artıq Bilala da 31

əvvəlki kimi yaxınlaşmırdı Zeynəb… Ətrafında bir çox qız və

oğlan tanışları var idi … Yoldaşları onu "Zeynoş" deyə çağı-rırdılar. Xülasə Zeynəb də həyatından məmnun idi …

Havalarda uçurdu sanki Zeynəb… Bilal ruhən darmadağın olmuşdu. Onu bu dəli, dünyapərəst və nəfspərəst qara-güruha qarşı qorumaq üçün apardığı bütün mübarizənin bo-şa getdiyini gör-mək pis təsir edirdi Bilala …

Bir gün, dərsdən sonra qapıdan çıxanda, tək qaldığı bir anda ona yaxınlaşdı:

– Zeynəb,– dedi … – Artıq günorta namazlarında məscidə

gəlmirsən… Yoxsa qəzaya saxlayırsan?…

Zeynəb, artıq o məhcub, o utancaq qız deyildi .. Sərbəst bir gülüşlə:

– Yox Bilal qardaş, qəzanı da qıla bilmirəm.

Dərslərimdən vaxt qalmır, vallah … Anlayacağın buraxdım namazı … Qoy bir məzun olum, o zaman düşünərik … – dedi.

Bir müddət heç nə danışmadan getdilər, sonra Bilal icazə istəyərək ayrıldı …

Aradan bir neçə gün keçmişdi …

Bilal həmişə olduğu kimi günorta namazını camaatla birlikdə Bayəzid məscidində qılırdı… Namaz bitib camaat dağılandan sonra adəti üzrə oradakı Qur'ani–Kərimlərdən birini götürüb, səssiz-səssiz oxumağa başladı. Bir ara arxa tərəflərdən bir qadın hıçqırığı yüksəldi. Hıçqırıq pərdə-pərdə yüksələrək, məscidin qübbələrində dərin əks-səda verərək ətrafa yayıldı. Bilal, "Məbədin ülviliyi qarşısında içi dolan bir möminədir … "düşüncəsi ilə oxumağa davam etdi…

Lakin hıçqırıqlar kəsiləcəyi yerdə get-gedə artmaqda, məscidin içinə dərin bir hüzn havası yayılmaqda idi .. Üstə-lik, 32

bu səs Bilala çox tanış gəlirdi. "Sədəqallahüləzim" – deyərək Quranı bağladı, arxasına döndü …

Lakin o nə idi elə?… Qadınlar bölməsində əlləri ilə

üzünü bağlamış, hönkürtüylə sarsılan, Zeynəb idi. Bilal, ona doğru yaxşıca yaxınlaşdı və:

–Zeynəb! … – deyə səsləndi …

Zeynəb, əllərini üzündən çəkmədən sarsılaraq ağlayırdı indi … Bilal heyrətlə bir daha səsləndi:

– Zeynəb!.. Nə olub?.. Sənə nəsə eləyiblər? Xahiş edirəm, cavab ver mənə…

Bu israrlı suallar qarşısında Zeynəb, bir anda əllərini üzündən çəkdi. Yanaqları göz yaşları ilə islaq, pərişan bir halda, dodaqlarını büzərək:

– Mən məhv oldum, Bilal abi!.. Məhv oldum mən! … -

dedi və əlləri ilə yenidən üzünü örtərək hıçqırmağa başladı…

Bilal onu çətinliklə razı salıb məsciddən çölə çıxardı. Universitetin bağçasına apararaq tənha bir yerdə bir oturacaqda oturtdu. Özü də oturacağın o biri tərəfinə keçdi… Hıçqıraraq hələ də ağlamağa davam edən gənc qızı çətinliklə sakitləşdirəndən sonra:

– İndi izah et görək, – dedi. – Amma əvvəlcə mənə olduğu kimi, həqiqətən də bir qardaşınla danışırmış danış hər şeyi.

– Utanıram, Bilal qardaş….

Bilal:

– O əvvəllər idi…. – dedi.

–…

Zeynəb yenə ağlamağa başladı:

– Düzdür, nə desən haqlısan… Amma nə olar əvvəl məni dinlə, ondan sonra mənimlə belə acı danış …

33

Və danışdı…. danışdı:

– Bilirsən ki, şeirə, ədəbiyyata qarşı son dərəcə bağlı bir insanam. Hətta bir neçə şeirimi də oxumuşdum sənə. Mənim bu zəif damarımı bilən yoldaşlar, musiqili bir şeir və

ədəbiyyat gecəsindən bəhs edib, məni bu gecəyə dəvət etdilər. Bir şeir gecəsində heç bir pislik olmayacağını düşünərək razılaşdım. Qız və oğlan tələbə yoldaşlarımdan bir qrup halında o yerə getdik. Bura, Beyoğlu arxa küçələrindən biri idi … Üzərində "Hacı baba" yazılı kiçik, taxta bir qapıdan ancaq belimizi bükərək keçə bildik … Birdən özümü dar və

qaranlıq bir dəhlizin içində gördüm… Dostlar, "Bir az da get gözlərin alışar" – deyə məni itələyirdilər. Nəhayət, ölgün, sarı və qırmızı işıqlarla işıqlandırılmış, son dərəcə balaca, kiçik bir salonda gördüm özümü … Yerlərdə ağacdan hazırlanmış

kubik masalar və oturacaqlar var idi … Divar kənarlarına Şərq stili ilə döşəklər salınmışdı. Divarlar həsirdən idi. Kiçik həsirsəbətlər

içində

rəngli

lampalar

qoyulmuşdu…

Divardakı həsirlərin üstünə dəstə-dəstə qarğıdalılar, sa-rımsaqlar və soğanlar asılmışdı … Dib küncdə yerdən bir qarış yük-səklikdəki kvadrat formasındakı səhnədə, müxtəlif Qərb musiqisi alətləri qoyulmuşdu. Qızlı oğlanlı qruplar, ağac taxtlarda və yerdən salınan döşəklərin üstündə oturub, astadan danışırdılar. Başqa bir küncdə isə yenə ağacdan hazırlanmış bir bufet var idi.

Biz də ağacdan hazırlanmış bir masanın ətrafında oturduq. Əvvəllər qorxduğum bu yer, bir müddət sonra mənə çox romantik və sevimli görünməyə başladı… Səhnədə

çox xoş bir musiqi çalınırdı. Yoldaşlardan soruşdum:

– Bu necə ədəbiyyat gecəsidir belə? Hanı bəs şeir oxuyan şairlər?

34

– Sən narahat olma, əvvəl bir az musiqi, sonra şeir … Be-lə daha orijinal olur, – dedilər.

Həqiqətən də bir az sonra bir-birinin ardınca səhnəyə

gənc şairlər çıxıb musiqi sədaları altında şeirlər oxumağa başladılar. Amma bunların hamısı da sənət dəyəri olmayan son dərəcə açıq, saçıq ədəbsiz sözlərlə dolu şeirlər idi …

Bu təhrik edici şeirlər oxuna-oxuna gənclər yanlarındakı qızlarla ayağa qalxıb musiqinin ritminə uyğun şəkildə masalar arasında rəqs etməyə başladılar … Mən təkrar soruşdum:

– Uşaqlar, doğrudan bu necə şeir gecəsidir belə? Mənim bildiyim axı şeir gecəsində rəqs edilmir.

Mənim bu sözlərimə Sevilin sevgilisi Erol cavab verdi:

– Bax Zeynoş … Həyatımız həmişə monoton keçməli deyil ki? Bir az da rəng qatmaq lazımdır həyatımıza… Bu gənclər də şeir gecəsini bu günə kimi alışılmamış bir şəkildə, rəqs və musiqi ilə qarışıq təşkil ediblər. Bizlər də həyatımızın hələ baharını yaşayan gənclərik. Əylənmək, gülmək, rəqs etmək bizim ən təbii haqqımızdır…

Bu sırada masamıza, böyük ağac dolçaların içində cürbəcür içkilər gəldi …

– İçki içmirəm, dedim.

Gülüşdülər …

– Şaftalı, üzüm, nar, qarışıq meyvə sularıdır bunlar… İç, iç, şəfadır… – dedilər …

Onların yanında heç bir şey bilməyən bir cahil vəziyyətinə düşüb gülünc olmamaq üçün içki dolu taxta dolçanı ağzıma apardım. Və boğazımı yandırmağına baxmayaraq sonuna qədər içdim, bitirdim. Yavaş – yavaş mənliyimi şipşirin bir istiliyin bürüdüyünü hiss edirdim. Bu 35

anlarda əlimdə olmadan Erolun sözlərinə haqq verməyə

başladım … "Elədi də, – deyirdim… – Mən də gəncəm …

Üstəlik həyatımın hələ baharını yaşayıram. Əylənmək, gülmək, rəqs etmək mənim də haqqımdır"

Daha sonra masamızdakı gənclərdən biri məni rəqsə dəvət etdi. Həyatımda ilk dəfə idi ki, bir kişi ilə rəqs edirdim.

Orkestr son dərəcə romantik bir mahnı çalırdı. Bu parlaq işıq altında musiqinin ritminə ayaq uydurmağa çalışanda elə bilirdim ki, yuxudayam. Uçurdum. Lakin qısa bir müddət sonra başım fırlanmağa başladı … Ətrafımdakı hər şey, hamı fırlanır, fırlanırdı… Qırmızı, yaşıl, mavi, sarı işıqlar … Orkestr …

Masalar … Dolçalar… Və insanlar … İnsanlar … İnsanlar …

Gerisini xatırlamıram… heç nə yadıma gəlmir. Gözlərimi açanda gördüm ki, jaluzilərindən bol günəş işığı süzülən son dərəcə lüks və komfortlu bir yataq otağındayam. Otaqda heç kim yox idi… Bura nə vaxt gəlmişdim? Nə üçün gəlmişdim?

… Bu geniş yataqda nə işim var idi?… Dəli kimi yerimdən sıçradım. Lakin çırılçılpaq olduğumu anlayanda dəhşətə

gəldim. Elə həmin an acı həqiqətlə üz-üzə qaldım. Və

həqiqəti başa düşdüm. Və pərişan bir halda təkrar yatağa yıxılaraq qışqıra-qışqıra ağlamağa başladım. Ağlamağın, fəryad et-məyin faydasız olduğunu bildiyim halda yenə də

ağ-layırdım.

Özümə gələn kimi sağa-sola atılmış paltarlarımı yığıb tələm-tələsik geyindim … Elə qapıdan çıxırdım ki, küncdəki kətilin üstündə bir qalstuk gördüm. Bu qalstuk dünən axşam kimin boynunda idi … Çingizin, Erolun, Əlinin bəlkə, yoxsa Turqutun? Heç bir şey xatırlamırdım… Qapını açdım, çölə, geniş bir dəhlizə çıxdım. Ağlayaraq səsimin çıxdığı qədər: 36

– Kömək edin mənə! … Kimsə yoxdur? – deyə qışqırıb evin dörd bir tərəfini gəzməyə başladım … “Qu” desən, qulaq tutulardı evdə. Evin qapısını açıb çıxmaq üçün əlimi qapıya uzadanda, qapının üstünə sancaqla yapışdırılan bir kağız gördüm və on an bütün dünyam alt–üst oldu. Ağlaya-ağlaya qapını açdım və hara getdiyimi özüm də bilmədən özümü küçəyə atdım. Gəzə-gəzə gəlib Bəyazid məscidinə

çıxdım. Başa düşürsən məni, Bilal qardaş? Mən məhv oldum. Mən o üzünə tüpürdüyümüz pis qadınlardan oldum artıq. Nə dayanmısan elə daş kimi qarşımda … Tüpür sən də

üzümə!… Tüpür!… Tüpür!…