banner banner banner
Hüzur küçəsi
Hüzur küçəsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Hüzur küçəsi

скачать книгу бесплатно


Bundan sonrakı günlərdə Bilalla Necati bir-birindən ayrılmayan iki yoldaş olmuşdular,. Dərsdə yan-yana otururdular, günorta namazında birlikdə məscidə gedirdilər, məktəbdən çıxan kimi isə Bəyaziddəki universitetin bağçasında hər gün iman həqiqətlərinə aid əsərlərdən bir neçə

səhifə oxuyurdular. Həftənin müəyyən iki günündə də

imanlı yoldaşları ilə bir evdə toplanıb uca həqiqətləri dərslər şək-lində mütaliə edir; camaatla namaz qılırdılar …

Necati qısa zaman içində çox dəyişmiş tam fərqli bir insan olmuşdu. O köhnə, laübalı halından əsər-əlamət belə

yox idi. Köhnə yaramazlıqlarından əl çəkdiyi üçün dərslərinə əvvəlkindən daha möhkəm çalışır, dərslərdən sonrakı vaxtını isə Bilalın keçdiyi həqiqi iman dərslərini, faydalı kitabları oxumaqla dəyərləndirirdi. Gündə beş dəfə

namazını vaxtlı-vaxtında qılır, beləcə gündən günə İslama riayət etməyin, müsəlman kimi yaşamağın fəzilətinə və səadətinə bir qat daha inanırdı …

Necati artıq köhnə dostları ilə əvvəlki kimi səmimi deyildi. Allahın lütfü ilə içindən sıyrıldığı bu qrupa indi iy-rənərək və ibrət duyğularıyla tamaşa edirdi… Hərəkətləri nə

qədər qəlibləşmiş, nə qədər boş və mənasız insanlar imiş sən demə bu insanlar deyirdi … Lakin onlara acımamaq da mümkün deyildi. İnsanın ürəyi iman nuru ilə aydın-54

lanandan sonra, bu qafil və mənəviyyatsız sürüsünə insan sadəcə acıyırdı. Məhz, Necatinin duyduğu iztirab da belə bir iztirab idi. Necati istəyirdi ki, öz bildiyi, öyrəndiyi həqiqətləri, hər kəs bilsin, öyrənsin … Və özünün dadmış

olduğu səadət və əmin-amanlığa hamı qovuşsun… Ah -

deyirdi, – imandakı və İlahi əmrlərə riayətdəki bu bənzərsiz ləzzəti görsəydilər. O zaman onlar da mənim kimi bu qəflətdə keçirdikləri zamanlar üçün heyfislənəcəkdilər.

Amma dadsaydılar!… Gənclik nemətinin qiymətini idrakdan məhrum o qədər gənc var ki, bu böyük universitetin içində.

Bunlar gəncliklərini səfeh bir tərzdə sərxoşluqla hədər yerə keçirirlər. Necati, belə bir qrupun arasından çıxa bilmişdi. Buna görə də şanslı sayırdı özünü … Və ancaq bu avara qrupun arasından çıxandan sonra anlamışdı vəziyyətin nə qədər ciddi olduğunu…

Hüzur küçəsi… Sükut dolu küçə… Budur, yenə həmişəki ədəbli səssizlik hakimdir bu küçəyə… Hərdənbir ke-çə satıcıların və oyun oynayan kiçik uşaqların ahəngli səslərindən başqa bu küçənin sakitliyini pozacaq heç bir səs gəlmir bu küçədən. Bilal, yaşıl şəbəkələri çölə açılan pəncərənin qarşısında, dərs kitablarından birini oxuyur… Arada bir başını kitabdan qaldırıb düz qarşısında görünən mənzərəyə tamaşa edir. Evlərinin qarşısında boş ərazidə uşaqlar sevinclə

gizlənpaç oynayırdılar. Bilalın həyatında uşaq sevgisinin ayrı bir yeri var idi. Küçədəki uşaqlar da onu çox istəyirdilər… Nəsə narahatçılıqları olanda sözlərini ona deyər, onun sözündən kənara çıxmazdılar. Bilal da onların hakimi olar, şikayətlərini diqqətlə dinləyər, sonra haqlı ilə

haqsızı ayırıb, onlara həlim bir səslə məsləhətlər verərdi.

55

Bu gün də bir tərəfdən kitabı oxuyur, digər bir tərəfdən də hakimlik edirdi uşaqlara…Birdən uşaqların şən – şaqraq səslərini siqnal səsi böldü. Və çox keçmədən uzun, qara maşın boş torpaq sahəsinin qarşısında dayandı. Taksidən enən beş nəfərdən zəif və uzun boylu olanının əlində polad bir ölçü cihazı var idi. Kök kişi ilə bir yerdə ərazini ölçməyə

başladılar … Uşaqlar oyundan əl saxlayıb diqqətlə və

maraqla bu insanların başına yığışdılar.

– Əmi, nə üçün ölçürsünüz buranı?

– Bundan sonra burda səs-küy salmayasınız deyə!…

–Axı biz səs-küy salmırıq… Oynayırıq sadəcə…

– Yaxşıdı da… Biz də sizə burada böyük bir oyuncaq hədiyyə edəcəyik… Ha-ha-ha… Bina tikəcəyik burda, övladım…

Adamlar təzədən maşına minib uzaqlaşdılar. Uşaqlar, əllərindən oyuncaqları alınmış kimi, hətta daha böyük bir qarışıqlıq və kədər içində qalmışdılar. Bilal olanlara pəncərədən tamaşa edirdi. Nəhayət, uşaqlardan biri kövrək bir səslə:

– Bilal qardaş, gördün də? Bizim futbol meydançamızı əlimizdən alırlar. Burda bina tikəcəklər… – dedi …

Bilalın boğazı düyünlənmişdi elə bil… Gözləri bulud ki-mi dolmuşdu. Birdən gözlərinin qarşısında uşaqlığı canlandı… Eyni torpaq sahəsində öz yaşıdları ilə hoppanıb düşdüyü, gizlənpaç, ortadaqaldı oynadığı rəngarəng uşaqlıq günləri … məsud, qəmsiz, şən, həyat dolu günlər …

Bəli, onun da uşaqlığı bu torpaqda keçib … İndi bu sevimli torpaq sahəsinin yerində demək soyuq və ruhsuz bir daş yığını qalacaq!…Uşaqların da sevincləri qaçmış, o şən -

şaqraq səslərin yerinə, ətrafı dərin və can sıxıcı bir sükut 56

bürümüşdü … Bu pis xəbər, uşaqların üstünə bir qara kabus buludu kimi çökmüşdü …

Həyatın dərd və məşəqqətlərindən, cəmiyyətin, səfalət və rəzilliklərindən xilas olmaq, dinc və asudə bir həyat yaşamaq istəyənlər üçün, bu böyük şəhərin içində Hüzur küçəsi ideal bir guşə idi… Həm estetik mənzərəsi və həm də

sakinlərinin əxlaq və xarakteri baxımından bu sakit küçənin, qonşu olduğu digər küçələrlə belə əlaqəsi yox idi elə bil…

Ətraf küçələrdə yaşayan mini yubkalı qızlar, sanki öz aralarında danışmışdılar, bu küçədən yollarını salmırdılar.

Daha doğrusu, bu ciddi və mühafizəkar küçədən keçməkdən utanırdılar. Küçələrdə heç nəyə fikir vermədən qışqırıb bağıran, necə gəldi geyinən zəmanə uşaqları da Hüzur küçəsini özlərinə “qadağan zona” hesab edirdilər. Bu küçədən keçmək məcburiyyətində qalanda isə özlərini ağıllı apa-rırdılar.

***

Bir axşam üstü… Günəşin son və ölgün işıqları sınıq şü-şələrdə bərq vurur… Qürubun yeddi rəngi Hüzur küçəsinin taxtadan evlərinin üstündə sehrli bir aləm yaradır… Budur, küçənin başında Sayacı Xeyri baba meydana çıxdı. Ağsaçlı mehriban qocanın əli – qolu, hər axşam olduğu kimi irili-xırdalı torbalarla doludur… Elə küçəyə girən kimi ətrafına yavaş-yavaş pişiklər yığışmağa başladı. Böyüklüyündən, balacalığından asılı olmayaraq bəlkə bir iyirmi-otuz pişik…

Bəzisi damdan tullanıb gəldi, bəzisi divardan… Amma hamısının ümumi bir məqsədi var idi: Xeyri dədənin əlin-dəki torbalardan öz nəsiblərini almaq. Yaşlı adamın üstünə

tullanıb, xorla miyoldayırdılar. Xeyri Dədə bu acgöz ər-57

köyünlərin iştahını açmaq üçün onların əvvəl bir müddət belə miyoldamaqlarına göz yumurdu. Nəhayət, orkestr ən zil səslə çalmağa başlayan kimi əlindəkiləri sağa-sola paylamağa başlayırdı. Bu axşam da o, həmişəki kimi kefli və

qəmsiz halı ilə bir tərəfdən mehriban pişiklərinə dil tökür, onların könlünü alır, bir tərəfdən də cürbəcür hoq-qabazlıqlarla paketlərdəki ciyər və qarınları yalvaran bir əda ilə miyoldayıb tullanan, qıçlarına sürtünüb ətrafında fırlanan pişiklərə atırdı. Qəribə idi ki, Hüzur küçəsinin sakin-lərindəki xasiyyət və xarakterlər artıq bu küçənin pişiklərinə

belə sirayət etmişdi: hamısı ruzunu Allahdan gözləyir, ondan gələn haqqına razılıq göstərirdi… Heç biri o birinin əlindəkini əlindən almağa çalışmırdı. Xeyri dədənin də ən çox xoşuna gələn elə bu idi onsuz da … O, pişiklərini həmişə

müasir dövrün gözünü ehtiras bürümüş insanları ilə müqayisə edərdi … Edərdi və mehriban pişiklərinə qarşı olan məhəbbəti, bu müqayisədən sonra daha da artardı… Öz haqqını haqq bilib, bu haqqa razılaşan neçə adam var idi bu boyda məmləkətdə? Başqasının əlindəkini əlindən almaqda, onun ruzusuna şərik çıxmaqda yarışanlar cəmiyyət tərəfindən alqışlanır və hamı onlara oxşamağa çalışırdı. Bu alqışlayanlar və alqışlananların ürəyində qənaət və razılıq kimi ən yüksək insan hislərin yerini həsəd və ehtiras duyğuları bürümüşdü. Xeyri Dədənin pişiklərini – dərdlərini, istəklərini və ehtiyaclarını dilə gətirməkdən aciz olan bu biçarə heyvanları, bir sıra insanlardan üstün və fəzilətli edən də onların bu kimi səfil duyğulardan uzaq olmaları idi…

Xeyri Dədə, pişikləri ilə oynayan vaxtı, küçənin başında, qoltuğunda kitabları ilə dərsdən qayıdan Bilal göründü. Bi-58

lal Xeyri Dədənin arxasında dayanıb ona hiss etdirmədən bu film kadrı kimi qəribə mənzərəyə gülərək tamaşa etməyə

başladı. Pişiklərdən birinin yeməyini bitirib, şirin- şirin Xeyri dədənin çiyninə tullanmasından sonra özünü saxlaya bilmədi. Gülərək qocanın qabağına gəldi:

– Ay Allahına qurban, Xeyri dədə. Həmin o uşaqlığımda görüb tanıdığım Xeyri dədəsən. Ağaran saçın və saq-qalından başqa heç nə dəyişməyib…

Xeyri Dədə də gülərək başını qaldırdı:

– Neyləyim, Bilal övladım, – dedi. – Bütün ömrüm boyu Allah mənə övlad vermədiyi üçün mənim övladlarının da bu gördüyün arsız pişiklərdir. Neyləyim ki, onların qarınları doymayanda, mənim də yediyim ürəyimdə qalır … Sən buna bax, görürsən? Görürsən, necə naz edir?…

Sonra yenidən əlindəki qarının üstünə tullanan pişiklərin yanına qayıtdı:

– Hə, yeyin mənim aslanlarım! … Halal olsun! … Yeyin, yeyin, sizin də, mənim də kefim düzəlsin…

Bilal, bu şəfqətli, rəhimdil qocanı pişikləri ilə baş-başa buraxıb, "Allaha əmanət ol" deyərək getdi. Bir az getmişdi ki, bir az qabaqda uşaqların Bəkir ağanın başına yığışdığını gördü. Bəkir Ağa, uşaqların səs-küyünün arasında:

– Dayanın görək! … Hamınıza verəcəyəm … Dayanın, qışqırmayın!… – deyə səs-küy salan uşaqları sakitləşdirməyə

çalışır, bir tərəfdən də həmişə olduğu kimi ətrafına yığışan uşaqlara saqqız, şokolad, günəbaxan tumu və irili xırdalı şar-lar paylayırdı. Bilal, bu dəfə bu qeyri-adi mənzərəyə ta-maşa etmək üçün addımlarını yeyinlətdi və onlara yaxınlaşıb dayandı … Uşaqların:

59

– Mənə də Bəkir Ağa … Mənə də … Mən şar istəyirəm.

Mənim saqqızımı ver… – deyən uşaqların qışqırıqlarına və

hücumlarına fikir vermədən onlara hədiyyə paylayan Bəkir Ağanın halı, onu əvvəlkindən daha çox nəşələndirmişdi.

Bilalın yüksək səslə gülməyə başlamasından Bəkir Ağa ona tərəf baxdı:

– Orda xımır-xımır güləcəyinə gəl məni bu ərköyünlərin əlindən xilas et …

– Özü yıxılan ağlamaz, ağam. Hər gün uşaqlara hədiyyə

payladığını görən elə bilər ki, sən əməlli-başlı ban-kirsən.

Sən bu gedişlə mayanı da batıracaqsan…

– Şükür Allaha, halalından ruzimizi verir də, Bilal. Sən o barədə heç fkirləşmə… Soğan-çörək ilə də olsa, bu fani dünyada dolanırıq da çox şükür. Amma bu uşaqlar var e, bu uşaqlar… Milyonlarım olsa inan, yenə bunlar üçün sərf edərəm …

– Sağ ol, Bəkir Ağa. Səni hər dəfə belə görəndə, mən də

təzədən uşaq olmaq istəyirəm lap…

Sevinclə gülərək oradan uzaqlaşdı. Qapılarının qabağına gələndə, cibindən açarı çıxartdı. Səs çıxartmamağa cəhd edərək yavaşca qapını açdı. Niyyəti, arada elədiyi kimi anasını arxadan yüngülcə qorxutmaq idi. Lakin içəri girib qapını bağlayanda anası ondan daha cəld davranıb birdən qapı arxasından qarşısına çıxdı. Bütün planı alt-üst olmuşdu.

Gülərək anasının boynuna sarıldı. Onların belə sevgi ilə qu-caqlaşdığını görənlər elə bilərdilər ki, ana-bala bir-birinə aylardır həsrət qalıblar. Anası ilə görüşəndən sonra Bilal, ayaqqabılarını çıxarıb qaça-qaça taxta pilləkənləri çıxıb ikinci mərtəbədəki otağın girdi. Anası, hər zaman olduğu kimi ye-nə oğlunun axşam namazını qılmaq üçün otağına keçəcəyini 60

bildiyi üçün əvvəlcədən keçə səccadəsini də qibləyə doğru sərib hazırlamışdı.

Bilal cibindən təsəyini çıxarıb başına qoydu, namaza başladı. O namaz qılarkən, anası də yemək sinisini gətirmiş, sadə və kasıbyana yer süfrəsini qurmuşdu. Yaşlı qadın, süfrənin başına oturmuş dərin bir vəcd və könül rahatlığı içində

namazını qılan oğlunu şəfqət və heyranlıqla seyr et-məyə

başladı. Bilal duasını bitirən kimi:

– Allah qəbul etsin övladım, – dedi. Gəl, yeməyin so-yumadan otur. Ac olarsan yəqin…

Bilal, sevinclə süfrəyə oturdu. Yeməyini elə təzəcə yeməyə başlamışdı ki, anasının əlində qaşıq, yemək yeməyib narahat gözlərlə ona tamaşa etdiyini gördü. Elə soruşmaq istəyirdi ki, anası danışdı:

– Neçə gündür yaman sevinclisən… Gözlərin tərtəmiz…

İçin içinə sığmır. Məndən gizlətmə, oğlum, düzünü de,anana. Yoxsa həyatında səni belə dəyişdirəcək biri var artıq ?

– Sənin altıncı hissin necə də qüvvətli imiş, mənim mələk anam. Hardan bildin həyatımda birinin olduğunu?

Oğlunun bu sözlərindən sonra yaşlı qadının üzündə böyük bir təşviş ifadəsi meydana çıxmışdı. Kövrək bir səslə:

– Allahım, böyük Allahım … Nəhayət qorxduğum başıma gəldi? Demək, səni ovlamaq üçün quyruq bulayıb ar-xanca qaçan, ətrafında fır-fıra kimi fırlanan o düşük səfillərdən biri səni əldə etməyi bacardı, hə? Danış, Bilal, danış hər şeyi.. Kimdir, nəçidir, nə cür adamdır, danış

mənim ba-lam, – deyə inildədi.

Bilal, süni bir ciddiyyətlə danışmağa başladı: 61

– Bilirsən, anacan. Madam bu qədər maraq və israrla soruşursan, deyirəm. Sarışın, uzun boylu, gözləri gömgöy, gözəl, tərtəmiz ürəkli bir insandır …

– Yəqin ki, başıaçıq və mini yubkalılardandır…

– Başıaçıqdır amma, qorxma, zənn etdiyin kimi mini yubkalı deyil, anacan … Şalvar geyinir.

Qadın, bu sözdən sonra pərişan bir halda əlləri ilə üzünü örtdü:

– Şalvar? Aman Allahım, Bilal! … Demək sənin ağlını başından alan, bu kloun qiyafətindəki şalvar geyinən qız-lardandır, elə?

Bilal eyni süni ciddiliklə:

– Bəli anacan, – dedi. Bu son günlərdə, daha çox bağ-landığımı hiss edirəm ona. Sanki həyatıma yeni bir rəng və

cazibə qatdı. Yaxşı, anam, bəs bu xəbər səni niyə bu qədər üzdü, onu anlamıram. Həyatda birini sevməyim yəni bu dərəcədə anormal bir haldır?

Qadıncığaz pərişan bir halda idi. Bulud kimi dolan gözlərindən bir anda yaşlar süzülməyə başladı … Sərt, lakin çarəsiz bir səslə:

– Sual vermə mənə, sən mənim suallarıma cavab ver.

Harada tanış olmusan onunla? Danış görüm! …

Bilal:

– Fakültədə tanış olmuşuq, anacan. Amma inan, çox yaxşı insandır. Oxuduğum kitablara böyük maraq göstərəndən sonra dostluğumuz möhkəmləndi, indi demək olar ki, hər gün bir yerdəyik. Birlikdə kitab oxuyuruq.

– Ah övladım, canım Bilalım mənim. Mən bilmişdim onsuz da. Nə qədər imanlı və ciddi bir kişi olursan ol, bir 62

gün özünü itirəcəksən deyə qorxurdum. Bax, görürsən, oldu dediyim! …

Bir tərəfdən danışır, bir tərəfdən də titrəyən əlləri ilə

namaz örtüyünün kənarlarına göz yaşlarını silərək qurulayırdı. Derdli – dərdli bir ah çəkib soruşdu:

– Yaxşı, adı nədir? … Ailəsi, soyu kimdi, necə insan-dılar? Heç olmasa araşdırmısan?

Bilal çox ciddi bir şəkildə anasının suallarını cavablandırdı:

– Adı Necatidir, anacan. Atası zəngin bir tacirdir. Anası bir bankda işləyir. Yəni qafil olmaqla yanaşı, yaxşı bir ailənin oğludur.