
Полная версия:
Günahsız günahkar. Roman. Hissə – 1
Yol gələrkən Aylın – Məliyə: Məlik dayı mən mağazaya gedib gəlirəm, varmı istədiyin bir şey? – Aylına: yox qızım sağol. get al lazım olanı mən burda gözləyirəm səni. Aylın – Məliyə: mən tez qayıdıram, getdi yaxındakı magazaya. Biraz vaxtdan qayıtdı əlində yeyəcək bir şeylərlə, gedək Məlik dayı aldım, Məlik Aylının özünə yemek aldığını görüb pərt oldu. Məlik – Aylına: qızım sən yeməkmi aldın özünə? Aylın əlindəki su şüşəsni kişiyə uzatdı. Məlik – Aylına: yox sagol içmirəm mən qazlı suları, sən niyə yemək aldın ki qızım? yoxsa gəldiyindən bir şey yemədinmi? birdən kişinin üzünün ifadəsi dəyişdi öz – özünə: Allah məni öldürsün necə anlamadım bunu. Hələ bir soruşuram əlbətddə ki yemədin, off qızım off, Aylın şüşəni açıb biraz su içdi, – kişiyə: narahat olma Məlik dayı elə demə inciyərəm, sənin günahın yoxdur. Mən uşaq deyiləm mənidə yedirdərsən, Ramiz yetdik yük olur sənə içib gəldiyində başından ayrılmırsan, kişi başını narazılıqla sirkələdi. Gəldiyindən xanım səni acıladı, sonrada başım Ramizə qarışdı unutdum sənə göz – qulaq olmağı, sən gəldiyindən heçnə yeməmisən deməli, xəçalət oldu kişiyə, axx qızım axx. Aylın kişini sakitləşdirməyə çalışdI, hər şey yaxşıdı Məlik dayı üzülmə sən. Mənim o evdə boğazımdan heçnə keçməz qüsura baxama, versəndə yeyə bilmərəm. Gecə səhərimi zor açdım, heçdə rahat olmaz onunla bir masada yemək yemək, yeməkdə bir kənara qalsın, o əjdahayla üz – üzə oturmağımızı belə axlıma sığışdıra bilmirəm. Məlik – Aylına: indicə evə çatan kimi mənimlə yemək yeyəcəksən başqa söz eşitmək istəmirəm qızım, anladınmı? məni üzməyəcəksən. Mənimlə keçər boğazından yemək, elə deyilmi? mən öz qaldığım həyət evində yeyirəm yeməyimi. Dayın bunu bilsə yaxşı olmayacaq, Aylın yavaş səslə – kişiyə: elə edərik dayım bilməz, o zaman mən səninlə yeyərəm Məlik dayı, gülümsədi.
Həyətin qapısına çatdılar, Aylını elə bil geri zindana qaytarırdılar evə deyil. Məlikdə anlayırdı üz ifadəsindən könlündən keçənləri, – Aylına: gəl qızım bu haqda artıq danışdıq, mənimlə indicə yeməyə gedirik. Aylın könülsuz kişinin ardınca girdi həyətə, c gəldiyi bu az vaxtda artıq diksinməyə başlamışdı o evdən və arvadın murdan üzüdən.
Kamil yeməyini yeyib ayaga qalxdı, anası – Kamilə: zəng et bax Ramizdən soruş hal xəbər al, – nasına: yaxşı ana indi edərəm zəng, otagına getdi. Əri arvadına baxıb gülümsəyərək, oğlun deyəsən vurulub qıza hiss edirsənmi əzizim? arvadı ərinə baxıb, mənim oğlum kövrək ürəkdir eyni atası kimidir, gözəl ürəkli mərhəmətli. Sənubərin qızı acılamasına çox üzülmüş oğlumda, həqiqətən yazıqdır bütün ailəsini itirmiş qız, künah deyilmi belə edir acılayır? günahsız insanı acılamaq özü böyük günahdır. Allahdan qorxusu yoxmu bu qadının? oğluna baxsan necə gözəl ürəkli uşaqdır, heç bənzəməmiş anasına. Nərgiz masanın üstündəki qabları toplayıb mətbəxtdə apardı, əri arvadının üzüldüyünü görüb mehribanlıqla, canım tək deyil qız dayısı var, Ramizdə yaxşı oglandır dediyin kimi. Qoymazlar onu tək, bizimlədə yaxınada tanış olar bizdə dəstək olarıq qıza üzülmə sən. Arvadı dərindən içini çəkərək – ərinə: eh canım mən yaxşı bilirəm nahaqdan deyilən söz insanın ürəyinə ox kimi necə batır, yaralayır. Unudulmur illər keçsədə, ananda məni həmişə nahaqdan acılayaraq günümü qara edərdi, ərı arvadının yanına yaxın oturub qolunu boynuna salıb özünə sıxdı. Keçdi canım o vaxtları xatırlayıb üzülməyək, tamammı? arvadı ərinə baxıb, tamam canım tamam. Əri arvadının saçlarından öpüb – arvadına: hər şey yaxşı olacaq inşallah.
Her kəs oyanıb masa arxasında səhər yeməyini yeyirdilər. Aylının hələ yatdığını düşünüb oyatmaq istəməmişdilər, axaşam olanlardan sonra heç kimin kefi yerində deyildi. Ramizin telofonuna zəng gəldi, telefonunu çıxarıb baxdığında atası tərs – tərs baxdı ki, heç yerə getməyəcəksən qızı bu ilanla tək qoyub anlamında. Ramiz – atasına: Kamildir, alo Kamil eşidirəm. Biraz qulaq asıb evdəyəm gəl, yox gedəcək yerim yoxdur, getsəmdə bibim qızıyla çıxacam şəhərə gəzməyə evdə sıxılmasın çox, anasına baxdı tərs – tərs, axşam etdiklərindən hələ əsəbiydi ona qarşı. Atası oğlunun sözlərindən razı qaldı, Ramiz – Kamilə: tamam gəl gözləyirəm hələlik, telefonu söndürub masanın üstə qoydu. Anası oğlunu əsəblə süzdü, oğlunun Aylının tərəfində olmasından razı deyildi heç, sançmağa imkan axtarırdı ikisinidə. Atası – Ramizə: mənim işlərim çoxdur bu aralar, evə sən göz – qulaq olacaqsan anladınmı? Aylina telefon ver telefonsuzdur qız. Özüylə tez – tez əlaqə saxlaya bilim ki canını sıxan olmasın, nömrəsinidə mənə mesajla atarsan, telefonlarımada cavab ver eşitdinmi? Ramiz – atasına: tamam verəcəm söz. Aylının dışardan gəldiyini görüb dayısı təcüblə baxdı, hardaydın qızım? Ramizdə dönüb baxdı Aylına. Dayısı – Aylına: biz sən yatırsan deyə düşünmüşdük oyatmaq istəmədik. Aylın nəsə demək istəyirdi arvad başladı dirildamağa, – olara: sizin hələ haranızdır? bugün bacın qızını yatmış bilirsən, ama səhər tezdən dışardan gəlir evə. Sabahda gecə yarısı gələcək, indidən deyim heç şaşaırmasın dayısı. Sənində – mənimdə başımızı aşağı edəcək xəbərin olsun, görəcək günlərin qabaqdadır Həsən bəy. Əri acıqlandı arvadına bir sus qadın, susmağıda öyrən dırıldamağa öyrəndiyin kimi, dilinə yiyəlik et bəsdi əsəbimi oynatma səhər – səhər, bəsdir dedim sənə. Aylın dayısının yemək üstə əsəbləşdiyinə görə xəcalət çəkdi. Arvad susmadı Aylın tərəf dönüb, hansı cəhənnəmdəydin xanım əfəndi bilmək olarmı? nə durmusan gözlərini günahsız quzu kimi zilləyib üzümə. Cavab ver hardaydın tanımadığın – bilmədiyin yerdə səhər tezdən nə gəzirsən? bura bax məni yaxşı dinlə, mən başqasını bilmərəm maraqlıda deyil heç, mənim evimin rahatlığını pozmana imkan vermərəm qulaqlarından sırğa et bu sözümü. Ramiz əsəbləşdi – anasına: bəsdi bir sus imkan ver qıza danışsın, anası – Ramizə: mənə bax səndə əsəblərimlə oynama haa, sənidə elə bir susduraram ki, özünü unudarsan. Sən dünən gələn yetimin qabağında mənimi susdurursan?
Məlik gəldi – olara: sabahınız xeyir, Aylın mənimlə idi xanım. Arvad Məliyin üstünə bagırdı, rədd ol gözümdən bir sən qalmışdın məni susdurmağa. Onun zibillərini gizlətməyəmi başladın? burda fədakar qəhrəmanları azmış kimi, yuyulmamış qaşıq kimi ortadan çıxma. Məlik başını aşağı salıb susdu, Aylın – arvada: tezdən oyanmışdım vərdişimdir tezdən oyanmaq, həyətə çıxdım ki biraz nəfəs alım təmiz havadan. Aylın arvada o qədər əsəbi idi ki, yazıq Məliyi kobutladığıçün, sözünü dişlərinə sıxıb zorla deyirdi. Məlik dayıda oyanmışdı ailəsini ziyarətə getdiyini dedi, məndə onunla getdim məzarlığa. Sizi oyadıb narahat etmək istəmədim gedəcəyimi deməkçün, birdə ki gəzməyə getmədik ziyarətə getdik ailəsini. Dayısı – arvadına: sənin o dilin necə qurumur bilmirəm, yersiz – yersiz bu qədər danışırsan. Utan biraz mərəfətsiz, özündən böyük adamın üstünə necə səsini yüksəldirsən? ay vijdansız sən insan deyilsənmi? dayısı – Aylına: gəl qızım əyləş səhər yeməyini ye, sən fikir vermə buna. Məliyin ailəsi bizim ailəmizin ən yaxın üzvülərindən sayılırdılar. Allah rəhmət eləsin hər birinə, yaxşı etmisən qızım savabın artıq olsun, hər kəs sənin kimi qanacaqlı olsaydı, dünya cənnətə dönərdi. Bizim xanım anlamaz elə şeylərdən, qüsura baxma bu özünün kimilərini insan sayır, ancaq yanılır belələri insanlıqdan nə anlarlar ki? başqalarına nə hörməti var, nədə imanı – dini, əsəblə baxdı. Aylın – dayısına: sən demişdin Məlik dayıya etibar edə bilərəm, o üzdəndə səhər yeməyimizi birlikdə onunla yedim. Ancaq dayısının sözündən çıxmadı, keçib Ramizin yanında əyləşdi. Məlik getdi üzgün dışarı, arvad Aylın əyləşdiyində ayağa qalxıb – ərinə: bəli mən özümün səvyəsində olanlarla oturmağı daha üstün tuturam, anladınmı? getdi quyruğu basılmış ilan kimi zəhərinidə yeməyin içinə töküb. Dayısıyla – Ramizə, anasının dediyi bu düşünçəsiz söz çox pis təsir etdi, İkisidə utandılar Aylının qarşısında xəcalət çəkdilər. Aylın dayısı üzülməsin deyə söhbəti dəyişmək istədi. Dayı mən Məlik dayıyla gedə bilərəmmi ara – sıra məzarlığa? – Aylına: hə qızım bilərsən. Məliklə hara desən gedə bilərsən, ən güvəndiyim insandır o mənim. Xadimə gəlib Aylına çay süzdü təşəkkür etdi, xadimə – Aylına: nuş olsun Aylın xanım, getdi. Ramiz Aylına çörəyə pasta sürtüb uzatdı, çarəsiz üzmədi götürüb – Ramizə: çox sağol dayı oğlu, yalandan gülümsədi. Dayısının necə üzüldüyünü görürdü, dərdinin üstə dərt gəlirdi. Özünə baxdıqlarını gördüyündə, çarəsiz verdiyi çörəkdən dişlədi ki dayısıyla Ramiz çoxda üzülməsinlər. Aylının yediyini gördüyündə, dayısının ürəyi biraz rahat oldu. Oğlunun Aylına qarşı olan hörmətindən razı idi, Aylında çarəsiz çeynədiyi tikəni çox zor uda bildi, o qədər arvadın sözləri təsir etmişdi ki, bəlkədə əsəbindən yeyirdi dişinə dilni sıxıb susurdu. Dayısı – Aylına: Ramizlə şəhərə çıxın gəzin qızım evdə çox vaxdınızı keçirməyin, görürsən ilan quyruğu basıldı – basılmadı sancır adamı. Sənə telefon – nomrə verəcək Ramiz, mənim zənglərimə cavab verin ikinizdə, aydındırmı? Aylın yalandan gülümsəyə çalışdı – dayısına: tamam dayı aydındır. Ramiz – Aylına: birazdan Kamil gələcək gedərik birlikdə həm gəzərik, həmdə sənə telefon və nömrə alarıq, bizim şəhərlə tanış olarsan. məncə bəyənəcəksən. Atası – Ramizə: Kamilə təşəkkür edə bilmədim o günü bizi qarşıladığına görə, sənin mühüm işin çıxmışdı oğlum yadındadırmi? gələ bilməmişdin. Ramiz Aylına baxıb, aydaa yenə söhbət döndü – dolaşdı mənə gəldi. Atası – Ramizə: aydaa demə, üzünə vururam ki evimizin durumu əvəlki kimi deyil anla o səhvləri təkrarlama, xoşum gəldi mərəfətli oğlana oxşayır. Ramiz – atasına: tam əmin ola bilərsən ata çox mərəfətlidir, hətta məndəndə çox mərəfətlidir. Atası – Ramizə: buna şuphəm yoxdur oğlum, sübut etdi o günü bizi qarşılayaraq, deməyinə gərək yoxdur. Ramizin hər dəfə başına çaxırdı qarşısına gəlmədiyinə görə, artıq gününü qara etmişdi hər defə deyərək. Aylın altdan – altdan baxdı atasının Ramizi danlamasına.
Atası ayağa qalxdı, mən işə gec qalmayım işim çoxdu bu aralar, gəlib Aylının üzündən öpüb – Aylına: sizə nuş olsun qızım. Dediklərimi unutmayın tamammı? Aylın ayağa qalxıb – dayısına: işin – günün ugurlu olsun dayı. Dayısı – Aylına: sağol qızım, sənin kimi başqalarıda bu evdən məni hər gün işə gözəl sözlərlə uğurlasaydılar dərdim olmazdı, axşama görüşərik getdi. Aylın dayısının getdiyi an masanı tərk etməyə çalışırdı, Ramiz qolundan tutub çəkib otuzdurdu yanında. Ramiz – Aylına: hara gedirsən? atam getdi iş bitmədi, mən varam burda qaçma yanımdan. Aylın hiss edirdi sıxılırdı, düşünürdü indi arvad gələcəkdi Ramizlə dava – şava edəcəkdi yenə, düşündükcədə az qalırdı hər şeyi buraxsın başını götürüb qaçsın o evdən. Ramiz dərindən nəfəs alaraq – Aylına: bax canım belə olmayacaq, səni istəməyənin gözü önündə olacaqsan ki alışsın anlasın varlığına, problemdən qaçmaga çalışma heç vaxtı. Bilirsənmi niyə? Aylın əsəblə – Ramizə: niyə? – Aylına: niyəsi budur canım, qaçsan həmişə ya gözünün önündə olacaq o həll etmədiyin problemlərin və bəlaların, yada kölgən kimi ardınca sürünəcək. Sinə gəlmən lazımdır üstünə sənə tərs gələnə, möhkəm ol bu həyat zəyiflərçün deyil, bilirsən uşaq deyilsən artıq. Aylına bu sözləri Məlkdən demişdi bu sabah. Ramizdə onun yanında böyüdüyüçün, görünür qavramışdı dilinə alışdırmışdı Məliyin vəsiyyətləri. Aylın – Ramizə: bu sözləri bu gün ikinci dəfədir təkrar eşidirəm, Ramiz Aylının Məliklə məzarlığa getdiyində duya biləcəyini anladı. Ramiz – Aylına: bax dahada yaxşı oldu ikinci dəfə duymağın, söz ver mənim xətrimə, atamın xətrinə güclü olacaqsan. dişinə sıxacaqsan az vaxtlıq. Aylın dərindən nəfəs alıb – Ramizə: yaxşı birdənəm söz çalışacam möhkəm olum bu zalım həyatda büdrəməyim – yıxılmayım. Hər şeyə sinə gəlim nağıllardakı qerkulesəm axı mən, pəhləvan kimi enilmərəm heç vaxtdı söz. Ramiz Aylının əsəbləşərək dediyi sözərə gülümsədi, – Aylına: sənin bu birdənəm sözün tam başqadır bilirsənmi? axşamdan bu yana həsrət gedirəm nə vaxtı təkrar deyərsən deyə. Gərcəkdən mənə çox xoşdur bu sözün. Aylın dərindən nəfəs alıb – Ramizə: xoş olan bir kəlmə söz insana məlhəmdir, bunuda sən bilirsənmi? elə bilmə sən Məlik dayının sözlərini – məsəllərini mənimsəmisən deyə, başqaların ehtiyat söz yatağı yoxdur.
Arvad gəldi sifətindən zəhrimar yağırdı, kobutca əmir etdi – Aylına: çıx yuxarı evin təmizlik işləriylə məşğul ol, sonra mətbəxtdə qabları yuyacaqsan. Narahat olma tapşırmışam xadiməyə axşamdan qabları yumağa qoymamışam, başın işə qarışsın ki, boş yerə çənə döyməyə vaxtın az qalsın. Aylın ayağa qalxdı, – arvada: anladım dediyin işlərlə məşğul olacam, getmək istəyirdi Ramiz ayağa qalxıb Aylının qolundan tutub saxladı. Heç yerə getməyəcəksən, anladınmı məni? bu vaxtdı Kamildə gəldi. Dayanıb baxdı nələr olurdu yenədə? Ramiz – anasına: o bura nökər gəlməyib bu bir, ikinci yetdik evdə çalışan işçilərin var bunu axşam atamda dedi sənə. Bir daha məndə deyim unutma, üçüncü o artıq bu evin üzvüdür – xanımıdır, qəbul et ki sənində xətrinə dəyməyək ana. Anası Ramizə elə bağırdı kəs səsini yerini bil, məni bu yetimin qabağında alçaltmağa kim ixtiyar verdi sənə? mən sənin ananam unutdunmu? halal etmərəm sənə etdiklərimi. Ramiz acıqlandı – anasına: ötən axşamdan utanıram sənin kimi anam olduğundan, bilirsənmi niyə? düşünürəm səndə gərçəkdən iman – insaf yoxmu? ürəyinin əvəzinə daşmı gəzdirisən içində? bəsdir əl çək qızı rahat burax. Aylın acıqlandı, – Ramizə: bu nə sözdür anana deyirsən? o sənin anandır danışma onula mənə görə belə, qolunu dartdı Ramizin əlindən. Xalam sayılır məni stəməsədə, bir daha səndən anana qarşı belə söz eşitməyim. Aylın istəmirdi Ramiz anasıyla özünə görə pis düşsün, Ramizin ürəyi göynəyirdi. Anladı Aylının fikrini nəyçün elə deyirdi, anlayırdı ki qanacağı olan hər insan bu durumda Aylının kimi düşünərdi. Ancaq təssüf ki qarşısındakı anası bunu anlamırdı, yada anlayırdı anlamaq istəmirdi. Aylının dediyi sözdən incimədi Ramiz. Arvad Aylına yaxınlaşdı əsəblə quduz it kimi, o qədər yaxın gəldi ki, burnunun ucuna dirənib əsəbindən öküz kimi fisqıra – fısqıra nəfəs alırdı. Mənə bax döşəmə dəsmalı, mən sənin xalan filan deyiləm, bir daha bu sözü dilinə gətirmə ki dilini kəsməyim, anladınmı? Aylın arvadın murdar niyyətli gözlərinin içinə birinci idi ki belə yaxından baxirdi. Kamil yerində heykəl olub qalmışdı duyduqlarından dəhşətə gəlmişdi, “ düşünürdü bir insanın gözündə günahsız qıza qarşı nə qədər haqsız nifrət dolu baxışları olarmış? arvada baxdıqca nə qədar qəddar olduğunu anlayırdı, və nifrət etməyə başlayırdı». Aylın yavaş səslə – arvada: mən sizə nə pislik etdim? xala deməyimi belə istəmirsiniz. Hətta məni birinci görürsünüz, bəlkədə xatırlamıram sizi gördüyümü bu günə qədər. Hardandır sizin ürəyinizdə mənə qarşı bu qədər nifrət – kin? varmı etdiyim bir pisliyim sizə. Arvad bağırdı – Aylına: mənə xala demə, şükür mənim qan dogmalarım var, olarçün xalayam anladınmı? sənin sözünə qalmadım. Haranın qanıda bizə çatmayan yetiminə xala olmağa ehtiyacımda yoxdur.
Kamil eşitdiklərindən dəhşətə gəlmişdi əliylə ağzını tutub baxdı, artıq dözmədi Ramiz anasının qarşısına keçdi dayandı, nifrətlə baxdı. Anasına söz demədən əsəbi baxışlarla baxırdı gözlərnin içinə. Aylın Ramizin arxasında qalmışdı, o qədər pis olmuşdu ki ayaqda zor dururdu, sanki yıxılacaqdı indi sarsılmışdı. Yazıq çarəsiz başını Ramizin kürəyinə qoyub dayandı, ağlamaq – sınmaq istəmirdi arvadın önündə. Məliyin bu səhər dediyi sözləri necədə gərəyi olmuşdu indi onuçün. Ramiz Aylının sarsılaraq çarəsiz öz kürəyinə alnını qoyub dayandıgını hiss etdi, gözləri yaşardı bir ixtiyar bir anda anda. Anası oğlunu əsəbi baxışlarla süzüb getdi artıq söz demədən. Ramiz o qədər pis vəzyyətdə qalmışdı ki, dönüb Aylının üzünə baxmağa cürəəti qalmamışdı, utanırdı xəcalət çəkirdi anasının əvəzinə. Ramizdə Məliyin məsəllərini xatırladı, aglamamaqçün özünü toparlamağa çalışdı. Birdən qıraqda dayanıb şok halda özlərinə baxan Kamilə gözü sataşdı, carəsiz baxışlarla dostuna baxıb, bələ olmur mənasında başıni sirkələyərək işarə etdi. Çürəətini toparlayıb, çevrilib kürəyinə söykənib qalmış Aylını qucaqlayıb özünə sıxıb tutdu. Aylın içinə salıb qalmışdı səsini ağlayada bilmirdi arvadın duymasını istəmirdi, birdən Ramizi qucaqlayıb səssiz – səssiz aglamağa başladı içini çəkərək. Əlləri ilə Ramizin qollarından bərk – bərk sıxıb tutdu, elə yanmışdı ki nahaq sözlərdən – davranışdan. Yazıq içini çəkə – çəkə aglayırdı, ürəyinə güc olurdu səsini içinə salaraq ağlaması. Ramiz gözlərini yumub dayandı bir anlıq. Kamildə çox pis oldu Aylının halını görüb kənara baxdı, Aylının agladıgını Məlikdə eşidirdi qapıda dayanmışdı gözləri yaşlı uşaq kimi. Məlik yavaş səslə öz – özünə: of qızım bağışla qarşında dayana bilmədiyimçün, insafsız qadın Allahın yoxmuş sənin, göz yaşları üzünə süzülürdü.
Günorta olmuşdu dayısı iş yerində idi, qolundakı saatına baxaraq telefonuna baxdıb yoxladı ki Ramiz mesaj atıbmı. Ramızdən yeni nömrə haqda mesal gəlməmişdi öz – özünə deyindi, bu evlad nə vaxt mənim dediyimi edəcək axı? əsəbləşib Ramizə zəng etdi, yazıq evdə olanlardan xəbərsiz idi.
Ramiz Aylını öz otağına gətirmişdi, Kamildə qıraqda oturub baxırdı üzgün – peşman Aylının yazıq olmuş halına. Ramiz mehribanlıqla saçlarını sığallaya – sıgallaya sakitdəşdirməyə çalışırdı. Aylın sinəsinə başını qoyub yuxuya getmişdi yozğunluğundan – üzüntüsündən. Ramizin telefonuna zəng gəldi, cəld Aylın oyanmasın deyə telefonuna baxdı. Atasının olduğunu görüb, of ata bilmirsən olanları nə olardı indi aramasan? alo ata deməyi ilə atasının bagıramagı bir oldu. Ramiz telefonu qulagından kənara tutub dayandi sakit, atasının danlayışlı sözləri eşidilirdi kənardan, – Ramizə: sən nə vaxt adam olacaqsan? kimə oxşadın belə etibarsız. Hardasan günorta olmuş, nə dedim sənə? Ramiz agzını büzərək baxdı Kamilə. Atasının səsi gəldi – Ramizə: ordasanmı? telefonu qulağına yaxınlaşdırda cavab ver mənə. Ramiz telefonu qulağına tutub yavaş səslə hə ata burdayam. Aylın yatır nə olar yavaş ol haqsız yerdə məni danlama, atası narahat oldu duyduğunda yatır dediyində. Atası – Ramizə: niyə yatır? nəyi var qızın? yoxsa yenə ananmı incitdi qızı? Ramiz demədi hə deyə. Atasının xəstə ürəyindən qorxurdu! – atasına: yox ata bir dinlə, nə olar imkan ver deyim sözümü. Gəzməyə çıxdıq Kamildə bizimlə idi, Aylın yoruldu, gəlib söhbət etdiyimiz yerdə baxıram yuxulamış. Dediyin telefon işini həll etdim, axşam gəldiyində verəcəm nömrəni narahat olma. İndi Aylının otagıyla maraqlanmalıyam bəzi şeylər xoşuma gəlmir, çatışmayan əşyaları qoydurub yenilik etmək istəyirəm Aylın oyanınca. Atası oğlunun işindən razı qaldı, – Ramizə: çox gözəl oğlum, şad oldum nə gözəl fikirləşmisən, o zaman sən işinə bax, mən axşam gələndə götürərəm nömrəni. Qız necə istəyir elədə səliqəyə saldır otağını anladınmı? – atasına: tamam ata anladım, narahat olma. Atası – Ramizə: o zaman axşama görüşərik oğlum, – atasına: görüşərik ata, telefonu söndürüb baxdı – Kamilə: qızın otagında heçnə yoxdur. Anam hər şeyi götuzdürüb, bir görsən adam olan düşməninə belə etməz. Kamil dərindən nəfəs alaraq – Ramizə: xəbərim var gördüm. Ramiz Kamilə baxdı təcüblə ki, hardan görmüsən anlamında. Kamil – Ramizə: o günü otagına çantalarını qoydugumda gördüm, düzü çox pis oldum. Ramiz anladı xəcalətli baxışlarla baxdı dostuna. Kamil dərindən nəfəs alıb yavaş səslə – Ramizə: düzü bu haqda sənlə danışacaqdım, otağa bir şeylər qoydur deyə, yazıq qızın paltarını asmaqçün bir şey yoxdur otaqda. Ramiz dərindən nəfəs alıb, üzgün baxışlarla sakit sinəsində yuxuya getmiş Aylına baxdı. Anam onu etdirmiş ki qız bezib burdan getsin, – Kamilə: sən burda qal yanından ayrılma. Anam gəlib qızı oyadıb yuxulu halında dəli etməsin, mən otağa lazım olan şeyləri qoydurum işcilərə, – Ramizə: yaxşı sən get mən burdayam. Ramiz Aylını ehtiyatla oyatmadan yatağına uzatdı, üstünü örtdü ehtiyatla – Kamilə: görünür yazıq bura gəldiyindən yatmamış. Ehtiyatlı addımlarla otaqdan çıxdı. Kamil gəlib Aylın yatan çarpayının yanında yerdən əyləşdi, kürəyini çarpayıya söykəyib kefsiz – kefsiz baxaraq düşündü.
Axşam olurdu Aylın hələdə oyanmamışdı, Kamil oturduğu yerindən tərpənməmişdi ki, birdən arvad gələr Aylını oyadardı bağırıb. Qapını açıb içəri Ramiz girdiyində, Kamil dərindən nəfəs alıb yavaş səslə – Ramizə: qorxuzdun məni, elə bildim anandırmı gələn. Ramiz yaxınlaşıb baxdı yatan Aylına, – Kamilə: oyanmadımı yazıq hələ? Kamil yavaş səslə, yox oyanmadı, sən həll etdinmi otaq işini? Ramiz əlini üzünə çəkib, hə etdim hər şey qoydurdum otağa. Kamil ayağa qalxdı, oturmaqdan canı tutulmuşdu biraz dartınıb bədənini açdı, – Ramizə: mən gedim artıq atanda gələr birazdan, görməsin bizi belə pərişan. Ramiz – Kamilə: getmə qal burda sən lazımsan mənə, Aylın yuxudan oyandı gözlərini açıb Ramizlə – Kamilə baxdı, çox yatdığından başı keyləşmişdi. Nələr olduğunu bir an düşündükdə xatırladı yataqda oturdu kefsiz – üzgün, Ramiz mehribanlıqla – Aylına: oyandınmı canım. Aylın – Ramizə: yatmışammış xəbərimdə olmayıb, çoxmu yatdım mən? bağışla sənidə narahat etdim birdənəm, qalxdı yerindən. Kamil – Aylına: mənim dostum başqadır yəni dediyin kimi birdənədir, narahat olmaz kimsəni narahat edəsi bir şey etmədin sən, ürəyini sıxma istədiyində yat dincəl biz yanındayıq. Aylın səssiz dayandı Kamilə cavab vermədi, artıq deməyədə söz tapmırdı qarşılarında xəcət çəkirdi hər kəsin, özünə görə dava – şava olurdu evə gəldiyindən sıxılırdı. Çarəsiz vəziyyətdə qalmışdı bilmirdi nə etsin, nə desin, dayısının ürəyinə görə qatlanmaq zorundaydı xalasının alçaldıcı sözlərinə. Aylın – Ramizə: dayım gəlibmi? olanları bilməsin üzülməsin yazıq mənə görə, çox xayiş edirəm aramızda qalsın. Ramiz yaxınlaşıb mehribanlıqla – Aylına: bilməz canım demərik narahat olma sən. Aylın Ramizin otağından çıxdı artıq bir söz demədən, arvad oğlunun otağında özünün olduğunu görsə böyük vətən müharibəsi başladacağını yaxşı bilirdi.
Ramiz Kamilə baxıb dərindən nəfəs aldı, atama görə çox qorxuram, belə davam etsə ürəyi dözməyəcək olanlara. Kamil dayaq olmaqçün – Ramizə: ümid edirəm inşallah bu son davası olar, anan bilir axı atanın xəstə olduğunu. Ramiz – Kamilə: eh dostum gözlərinin şahidi olmadınmı, görmədinmi nələrə qadirdir? bu yazıq qıza nəyə görə ilişir anlamıram, nədir bunun dərdi axı? bu qədər böyük ev – eşik uşaq deyil dalıyca töküntüsünü yığışdırsın. Gəib catmış qızdır nə narahatçılığı var anlamıram, Kamil – Ramizə: bilmirəm dostum heç anlamadım məndə ananın bu davranışını, nədən qorxur ki? qız başına bəla olar deyəmi? çoxda tərbiyəli – mərəfətli qızdır Aylın, düz dedin bibin ona gözəl tərbiyə verib, Allah yerini cənnətlik etsin. Qızı gələn günü qapıda elə acıladı ki, yazığım gəldi kimsə götürməzdi elə haqsız sözləri, məncə o bura çarəsizdir deyə yox, təkcə atanın xətrinə dişinə sıxaraq bi çarə qalmağa razı oldu. İnan belə rəfdara heç kim dözməzdi, çəkər gedərdi qapıdan, – Kamilə: bilirəm atama görə gəlib bura Aylın, söhbət etdiyimizdə dayımın sözünü yerə salmamaqçün gəldim dedi mənədə, onun orda evi var ailəsindən qalan. Anamın düşünmə qavranışı zəyifdir, elə bilir evsiz – eşiksizdir qız, atamla düşündük məsləhət etdik ki, bizimlə yaşasa yaxşı olar tək qalmaqdansa, qıza yaxşılıq etməyə çalışarkən əksinə oldu. Başını bəlaya saldıq gətirməyimizlə, yazığın duymadıqları qalmadı baxsana, burda ona bir tək anam düşmənçilik edir gördüyün kimi, dünyasını burnundan gətirdi gəldiyindən. Ramiz keçib çarpayıda əyləşdi, baxdı üzgün baxışlarla xəcalət çəkirdi dostunun – Aylının, qarşısında anasına görə. Kamil – Ramizə: bu qızın günü nə olacaq burda? – Kamilə: bilmirəm dostum bilmirəm nə olacaq, bunu bilirəm ki çətin olsada burda bizimlə qalacaq, və bunu anam istəsədə – istəməsədə qəbul edəcək.
Aylın otağına gədi qapını örtüb otağa baxdı, otağın çox dəyişib gözəl olmuş görnüşünü görüb qalan dünyasıda başına yıxıldı, anladı Ramiz otağa hər şey qoydurmuşdu, köhnə çarpayınıda tezəsiylə dəyişdirmişdi. Qapı döyüldü, Aylın Ramiz olan bilib qapını açıb demək istirdi ki, sən niyə ananın acığına gedəcək şeylər edirsən? qapını açdğında qapıda dayısını görüb pərt oldu. Dayısı Aylının bitəhər baxdığını görüb – Aylına: axşamın xeyir qızım yaxşısanmı? Aylın – dayısına: axşamın xeyir dayı xoş gəldin, yaxşıyam. Dayısı otağa boylandı, – Aylına: izin varmı olarmı keçim otağına? Aylın tez kənara çəkildi, buyur dayı əlbətddə olar. Dayısı içəri keçib otağa göz gəzdirib baxdı, başıyla razılığını bildirib – Aylına: çox gözəl olmuş, bravo oğlum bu dəfə yalan danışmadan evdə qalıb çalışmıış sevindim, sən bəyəndinmi qızım otagını? Aylın – dayısına: hə dayı çox gözəl olmuş təşəkkür edirəm. Vallahi bu qədərinə həqiqətən gərək yoxdur, – Aylına: sən yaxşısanmı qızım, bir şey olamadı ki? Aylın dayısına baxdı, anlamadı nəyə görə sotuşurdu kimsə demişdimi olanları? düşündü. Dayısı – Aylına: Ramiz dedi yatmışdın, xəstə deyilsən ki? bəzən hava dəyişəndə olur kiçik nasazdıqlar, – dayısına: yox bir şeyim yaxşıyam dayı narahat olma, səni gördüm dahada yaxşı oldum. Dayısı dərindən nəfəs alıb – Aylına: oglum məni şad etdi sonunda ömründə bir dəfədə olsa, bilirsən qızım bu onun mənə yalan danışmadan gördüyü birinci işdir, həmdə yeri – yerində həll etmiş başarmış işini bravo. Atası oğlundan çox razı qalmışdı, otağın hər şeylə təmin etdirməsindən və səliqəli olması ürəyinə fərəh gətirmişdi, – Aylına: gedək qızım biraz söhbət edək səninlə, oğlumada təşəkkürümü bildirim bayaq nahaqdan onu acıladım. Aylının çiyninə mehribanlıqla əlini qoyub gəl qızım, Aylının canını dərt aldı bilirdi arvadın ağzı durmayacaqdı, dayısına deyə bilmədi bir söz boğulub qaldı, çarəsiz getdi otaqdan çıxıb dayısıyla.