
Полная версия:
Günahsız günahkar. Roman. Hissə – 1
Kamillə Ramiz söhbət edirdilər otaqda, Ramiz Aylina verəcəyi telefona yeni sim kartını salıb hazırdır, telefona baxdı. Kamil – Ramizə: mənə zəng et nömrə qalsın məndə, bilmək olmaz nə olar – nə olmaz, gərəkdiyində araya bilsin. Ramiz Kamilin telefonuna yeni nömrəylə zəng etdi, Kamil telefonuna gələn nömrəni yaddaşına Aylının adını yazaraq nömrəni qeyd etdi. Kamil – Ramizə: mənimdə nömrəmi yaz yaddaşda qalsın, nəsə lazım olsa zəng etsin mənə, Ramiz Aylına verəcək telefona atasının, özünün, Kamilin, nömrələrini qeyd etdi. Kamil – Ramizə: belə davam edə bilməz məncə dostum, geci – tezi qız bezəcək bu qədərini qəbul etməz heç kim, küsəcək tərk edər buranı hiss edirəm pisinə gəlməsin dediyim söz. İnsan günahsız yerə o qədər alçaldırılmaz künahdır vallahi, hər kəsin mənliyi – qüruru var, kiminsə mənliyini – qürurunu tapdalamaq olmaz bu dərəcədə. Ramiz – Kmilə: haqlısan, ancaq o tək başına orda nə edəcək? Kamil çiyinlərini çəkərək – Ramizə: bilmirəm nə edəcək, ancaq ən azından doğma şəhəridir məncə ona orda daha rahat olar. Kamil öz – özünə: burda qalsa əlbəddə daha rahat olardım, Ramiz təcüblə Kamilə baxdı elə dediyində, Kamil tez sözünə düzəliş verdi – Ramizə: yəni rahat olardıq demək istədim.
Aylın dayısının yanında əyləşmişdi, dayısı Aylını özünə sıxıb tutmuşdu mehribanlıqla, – Aylına: danış qızım bu gün haralara getdiniz? Aylın nə deyəcəyini şaşırdı bu sualdan anlamadı heç bir şey, – dayısına: məncə yatmışam axşama qədər. O arada düşündü sualı anlamağa çalışdı, Ramiz nə demişdi atasına? tamam qarışdı fikirləri, dayısı baxıb güldü, – Aylına: qızım sən hələ oyanmamısanmı tam olaraq? nə bərk yormuşlar səni. Bu gün çoxmu gəzdiniz? Aylını özünə sıxıb qucaqlayıb oxşadı gözəl qızım mənim, Ramiz şəhərə getdib gəzdiniz çox yoruldun demişdi, gərçəkdəndə yorulubmuş mənim canım qızım güldü. Bu vaxtdı Ramizlə Kamil gəldilər, Ramiz əlindəki telefonu gətirib Aylına verdi, bu sənin yeni telefonun və nomrədə var içində hazırdır, orda atamın, mənim, birdə Kamilin nömrəsi yazılıb. Kamil gəlib görüşdü Həsən dayı axşamınız xeyir, kişi əlini sıxaraq – Kamilə: axşamın xeyir oğlum necəsən? – kişiyə: yaxşıyam çox şükür Həsən dayı. Həsən – Kamilə: buyur əyləş səni görməyimə şadam, Kamil keçib əyləşdi. Ramiz – atasına: ata telefonunu ver Aylının yeni nömrəsini qeyd edim, atası telefonunu cibindən çıxarıb oğluna uzatdı, al oğlum qeyd et gözüm eynəysiz yaxşı görmür. Ramiz telefonu götürüb nömrəni qeyd etməkçün qurdaladı, telefona nömrəni qeyd edərək – atasına: bu gün Aylınla biraz parkda gəzdik, anacaq tez yoruldu döndük. Ramiz Aylına baxdı ki anlasın yalanının üstünü açmasın. Aylın heç yalan danışmağı sevmidi, ancaq çarəsiz qaldı məcbur – dayısına: hə sagolsunlar məni gəzdirdilər. Şəhəriniz çox gözəldir yəqin, yalanınıda düzgün danışmaqda çətinlik çəkdi, sözləri qarışdırdığında Kamillə – Ramiz ikisidə baxdılar Aylına ki, düzəliş versin səhvən dediyi sözünə. Aylının boğazı qovuşdu, – dayısına: şəhəriniz demək istədim, mən bilmirəm nədən tez yoruldum, dönək dediyim yadımdadır, ordan gəlib necə yatmışamsa yuxuda gəzdiyim kimi xatırlayıram. Dayısı Aylının alnından öpüb gülümsədi, – Aylına: hava dəyişmisən qızım ondandır yorğunluğun, örgənəcəksən yavaş – yavaş buranın havasınada. Aylın yalandan gülümsəməyə çalışdı, dayısının dediyi bu söz heç ürəyindən deyildi üzünün ifadəsindən anlaşılırdı, Kamil o an anladı necə çıxılmaz vəzyətdə qalmışdı yazıq. Çarəsiz nəyə gülümsəyib, nəyə gülümsəməyəcəyini şaşaırmışdı ortalıqda qalaraq, dərindən nəfəs alaraq üzgün baxışlarla kənara baxdı. Ramiz telefonu atasına qaytardı, – atasına: hazırdır buyur qeyd etdim nömrəsini, telefonu götürüb – oğluna: bu gün səndən çox razı qaldım oğlum bilirsənmi? Ramiz – atasına: şadam həyatım boyunca bir dəfədə olsa səni sevindirə bildim ata. Atası gülümsəyib, Aylın özünə sıxdı – oğluna: səbəbkarı mənim bacımın gözəl ürəkli yadigarıdır, elə deyilmi qızım? o arada Aylın fikirləşirdi ki, bircə nə olur olsun dayısının kefini qaçırmayaydı xalası gəlib. Aylın fikirli olduğundan yenə şaşaraq hə – yox dayı dediyində, dayısı ürəkdən güldü, Aylının hə yox deməsinə. Qızım sən yuxudan doymamısanmı? Aylın nə deyəcəyini bilmirdi çarəsiz qalmışdı, beyni kütləşmişdi acı sözlərdən, dayısına qısılıb Ramizə baxdı ki, qarışdırıram sözlərimi. Bir daha yalan danışmağa məcbur etmə mənasında baxışlarıyla anlatdı, Ramiz anladı işarə etdi ki, hər şey yaxşıdır narahat olma.
Atası baxaraq – Kamilə: səndə çox sagol oğlum birlikdə gözəl gün keçirdiyinizə görə, Kamil – atasına: Ramiz həmişə haqqınızda danışır sizi çox istəyir, ancaq üz – üzə gəlib sizinlə tanışma fürsətimiz olmamışdı. Mən çoxu vaxdımı Ramizlə bir yerdə keçirirəm bir ailə sayılırıq. Aylında artıq bizə yad deyil, borcumuzdur yanında olmaq və lazımı işində dəstək olmaq. Atası fərəhlə oğluna baxaraq – Kamilə: məndə şadam oğlumun ətrafında sənin kimi hörmətli – qanacaqlı dostu var. Səni boya – başa çatdırmış valideyinlərinə təşəkkürümü yetirərsən mütləq, imkan olduqda olarlada yaxından tanış olarıq inşallah. Kamil – atasına: çox sağolun Həsən dayı çatdıraram mütləq. Hamıya xadimə qəhvə gətirdi, sinini masaya qoyub bir – bir keçib qarşılarına qəhvə fincanlarını payladı. Dayısı qəhvə fincanını götürüb bir qurtum içib gülümsəyib, dərindən nəfəs alıb fərəhlə baxdı hamısına. Aylın sakitcə danışanları dinləsədə, fikri başqa yerdə olduğu hiss olunurdu.
Kamilin Anası saata baxdı, saat 10:00 olmuşdu Kamil hələ gəlməmişdi evə, əri gəldi – arvadına: gəl çanim gedək yatmağ, a burda niyə oturmusan? Kamil uşaq deyil gələr. Dedi axı Ramiz gildədir, birincidirmi evə gec gelir, niyə narahat olursan bu qədər? qalx çanım gedək, arvadının qolundan mehribanca tutaraq qaldırdı ayağa, apardı.
Beləcə bir ay ötdü, Aylının dayısı arvadı hər gününə zəhər qatsada, dayısının xətrinə dözürdü susurdu, Ramizdə artıq çox evdən ayrılmırdı heç yerə getmirdi. Çalışırdı atası bilməsin evdə olan bəzi hadisələri üzülməsin, əsəbləşməsin, atasının ürəyinə görə çox narahat idi. Aylında dayısına bir neçə dəfə işləmək istədiiyini bildirsədə, heç cürə razılıq verməmişdi. Aylın qapını döyüb Ramizin otağına gəldi. Ramiz kampyuterdə filim izləyirdi, əli ilə Aylına gəl yanında otur deyə işarə etdi, Aylın gəlib Ramizin yanında əyləşdi çox üzgün idi. Ramiz filim izləyən arada Aylına baxdı, nəsə narahat olduğunu hiss edib filimi yarımçıq saxlayaraq, kampyuteri qucagından kənara qoydu. De canım sözünü səni dinləyirəm, Aylın sıxılırdı – Ramizə: bax birdənəm məni düzgün anla, – Aylına: sən de canım mən anlayaram səni narahat olma. Aylın boynuna əlini sürtərək – Ramizə: mən çalışmaq istəyirəm, – Aylına: yox olmaz unut atam duymasın, özün duydun ki əsəbləşdi dediyində, yox olmaz dedi, duydun elə deyilmi? ol – maz, hecayla təkrarladı. Atamın sözünə qarşı getməyəcəyik, tamammı? bax mənin işləməyimə hələ icazə vermir, sənədə verməz unut bunu canım. Mənim kartımdada yetdik qədər həmişə pulum olur, sənində kartın var hara lazımdır xərclə çəkinmə, danışdıqmı? vaxdı gəldiyində çalışarıq ikimizdə.
Aylın küskün baxışlarla baxıb, – Ramizə: mənə pul lazım deyil səhv anlama məni, işləmək istəyirəm anlayırsanmı? pulsuzda çalışaram, inan təki başımı qatacağım bir işim olsun yetər. Ramiz – Aylına: mən anlayıram səni, sən bunu birdə get atama anlat və həmdə pulsuz çalışmaq istədyinidə de, icazə verməyəcək nə cür çalışmaq istəsəndə. Bax mən sənə bu haqda kömək edə bilməyəcəm bağışla, Aylın kefsiz ayağa qalxdı – Aylına: otur filim izləyək, hara gedirsən? Aylın dərindən nəfəs alıb – Ramizə: mənim həyatım elə filimə bənzərdir. Başqalarının yazdıqlarına baxmağa həvəsim yoxdur sən izlə, otaqdan çıxdı getdi. Ramiz bilirdi Aylın sıxılır, işləməklə anasından biraz kənar olmaq istəyirdi. Ancaq atası bilmirdi ki, arvadı hər gün qızı acılayaraq ilan kimi zəhərini axıdırdı canına – qanına, gizlədirdilər ondan olanları məcbur. Ramiz əlini üzünə çəkib baxdı, onunda artıq filim izləməyə həvəsi qalmadı, öz – özünə: belə izləyəcək filimin mən, sözünün ardını demədi baxdı peşman baxışlarla.
Aylın otağına gəlib yerinə uzandı, anası gilin rəsmini götürüb baxdı kövrək səslə, nə olar mənidə yanınıza aparın tək sizsiz darıxıram, bi çarəyəm. Birdən rəsimə baxıb bir ay qabaq Məliyin dediyi sözü xatırladı, ananın yarımçıq qalan işini sən bitirəcəksən qızım, yerində oturub fikirləşdi öz – özünə: nə işdi o elə? tez yerindən qalxıb otaqdan çıxıb getdi.
Məlik həyətdə idi, Aylının gəldiyini görüb gülümsədi, Aylın kişinin yanına çatıb sanki bir daha soruşmağa imkan tapmayacağından qorxan kimi tələsərək, – kişiyə: Məlik dayı yadındadırmı mənə dediyin söz? kişi biraz fikirləşdi. Hansı söz qızım? bağışla dünən yediyimi unuduram mən, – Məliyə: sən dedin ki, namın yarımçiq qalan işini mən davam etməliyəm güclü olmalıyam, nə işi qalıb anamın mən bilməyən? kişi nəsə deməyə istəyirdi ki, arvadın səsi gəldi. Arvad – Aylına: indidə camaatı işindənmi edirsən sən? Aylın arxaya çevrilmədən dərindən nəfəs aldı. Məlik – arvada: mən çağırdım xanım həyətdə biraz mənə kömək etsin, – Məliyidə: işini bacarmırsansa oduee ordandır çıxış qapısı, rədd ola bilərsən. Aylın geri çevrilib arvada nəs isə demək istəyirdi, – Aylına: sus qızım, nə olar sus cavab qaytarma, mən alışdım xanımın sözlərinə dayının xətriçün burdayam, nə olar səbir et. Aylın çox əsəbləşdi, – kişiyə: mən ona heç cavab qaytarmadım, sizi mənə görə neçəncidir acılayır günahsız yerdə? olmaz axı bu qədər, uşağı deyilsiniz onun. Mən cəhənnəm kiçiyəm dözürəm, arvad – Aylına: gəl kömək et xadiməyə. Aylın – Məliyə: başqa vaxt söhbət edərik soruşduğum haqda, gedim yoxsa o yazıqlarıda sancacaq günahsız yerdə bu vijdansız qadın. Bilmirəm bu nə növ ilandır, zəhəri bitmir hər gün yüz dəfə sancsada. Aylının dediyi sözə bi ixtiyar Məliyin gülməyi tutsada, özünü toparladı ki, xanım görsə dəli olardı, – Aylına: yaxşı qızım səbirlə get. Aylın öz – özünə: o səbir dediyin… mənim əlimə keçsəydi gününü göstərərdim ona, kişi başını narazılıqla sirkələyib Aylının deyinməsinə gülümsədi.
Kamil bacısına imtahanlarına hazırlaşmasında kömək edirdi, bacısı cox yorulmuşdu, – Kamilə: qardaşım qalsın sonra edərik qalanını yoruldum mən, qalxıb getdi otaqdan. Kamildə yorulmuşdu oturmaqdan, qollarını açıb bədənini açdı biraz dartınıb, masanın üstən telefonunu götürüb Aylının nömrəsini tapıb baxdı, öz-özünə: nə edir görəsən yazıq qız? Nərgiz qapını açıb – qardaşına: yemək vaxtıdır gəl. Qapını örtüb getdi, Kamil fikirləşirdi zəng edimi – etməyimi Aylına? dərindən nəfəs alıb düşündü.
Aylın mətbəxtdə qabları yuyrdu, arvad qabların içinə bilərəkdən sınmış fincan qoymuşdu ki, Aylının əlini kəssin, pisliyinin həddi – hüdudu yox idi yazığa qarşı. Aylın fikirli olduğundan görmədi, fincanı yumaq istədikdə əlinin içini çox pis kəsdi qanatdı. Qanı axdı qabların üstə tez əlini dəsmala sarıyıb tutdu, bu vaxtdı telefonuna zəng gəldi. Dayısı olduğunu düşünüb obir əliylə telefonunu çıxardi cibindən baxdı, Kamildən idi gələn zəng, telefonu açıdı ancaq qulağına yaxınlaşdırıb cavab verməyə imkan tapmadı, arvad gəldi. Əlinimi kəsdin? – arvada: hə sınıq fincan varmış yuyulacaq qabların arasında, görmədim ehtiyatsızlıqdan əlim kəsildi. Arvad yaxınlaşıb kinlə gülümsədi, – Aylına: hələ çox şeylər olacaq sənə, o fincan sənə kiçik bir billdiriş idi, unutma birdəkində daha böyük xətalar olacaq sənə. Aylın – arvada: canınız sagolsun xanım, dayımın xətrinə canımdan belə keçərəm mən bilirsiniz. Nə edim başqa çarəm yoxdur ki? dözməliyəm məcbur sınıq fincanlarınıza və sizin tərəfinizdən qurulacaq nəməlum başqa xəta – bəlalı oyunlarınıza. Siz birdəki qurduğunuz tələni ciddi edin ki mən sag qalmayım, belə xırda – para kəsiklərlə zülüm çəkməyim, sizdə dəyərli vaxdınızı sərf etməyin mənə. Arvad – Aylına: oda olacaq canını heç sıxma sən, yavaş – yavaş zülümlə son qoyacam sənin həyatına heç şüphən olmasın, sənə rahat ölüm haramdır. Zəhər yağan sifətini döndərib heç yardım etmədən mətbəxtdən getdi. Aylın unutmuşdu telefonu açıq idi cavab verməyə imkan tapmamışdı, telefonu masanın üstə qoyub əlinə baxdı. Qan sarıdığı dəsmaldanda süzülüb axırdı, Aylın öz – özünə: gözləyəcəm o günü səbrsizliklə, əlindən gələni ardına qoysan haram olsun sənə.
Kamil hər danışılan sözləri eşitmişdi telefon qulagında baxa qalmışdı, eşitdiklərinə inana bilmirdi şoka düşmüşdü bir anlıq, tez ayaga qalxıb qaçaraq otaqdan çıxdı getdi, anası gil yeməyə otururdular. Kamil gəlib masanın üstündən maşının açarlarını götürüb qaçaraq getdi, anası səslədi: oğlum nə oldu hara belə? Kamil eşitmədi. Hamısı bir – birinə təcüblə baxdılar ki, nə olduda bu evdən qaçaraq getdi? anası narahat oldu.
Kamil qaçaraq gəlib maşınına əyləşib, maşını işı salaraq qaza basıb getdi, anası hələdə baxa qalmışdı ərinə, qızına, nə oldu buna? demədən hara getdi ki? bacısı çiyinlərini çəkərək – anasına: bilmirəm ana mən nə olduğunu. Atası qalxıb telefonu götürüb Kamilə zəng etdi, Kamil cavab verdi, ata mən birazdan zəng edəcəm sən, ə indi sükan arxasındayam danışa bilmirəm, telefonu söndürdü. Atası telefonu yerinə qoyub həyəcanla baxan – arvadına: dedi ki birazdan zəng edib deyəcək sükan arxasındadır, keçib yerinə əyləşdi – arvadına: yəqin dostuna, tanışına nə isə olmuş. Birazdan zəng edər sən narahat olma canım, anası dərindən nəfəs alaraq, ah oğlum ah üzəcəksən ürəyimi sonunda, – arvadina: sakit ol inşallah heç kimə bir şey olmamışdır. Arvadı inşallah olmasın, Allah qorusun hər kəsin balasını, – olara: yeməyinizi yeyin bilərik nə olduğunu sonra. Nərgizə anası yemək çəkib verdi, Nərgiz götürüb təşəkkür etdi. Anası ərinədə yemək çəkib verdi, əridə təşəkkür edib yeməyini götürüb yeməyə başladı, – arvadına: əllərinə sağlıq canım çox dadlı olmuş həmişəki kimi. Arvadıda əyləşdi, ancaq yeməyə toxunmadı, yenə ürəyi qalmışdı Kamilin ardınca, üzgün baxışlarlarla baxıb – ərinə: nuş olsun canım.
Kamil maşının sürətini artırdı, Aylınin yanına çatmağa tələsirdi çox əsəbiydi arvadın dediyi sözlərə görə, öz – özünə: artıq sən yolunu yaxşıca azdın Sənubər xanım.
Aylında arvadın bilərəkdən qırıq finçanı qoyaraq etdiyi pisliyinə görə və, üstəlikdə gəlib özünü gözünün içinə baxaraq təhtid etməsinə çox əsəbləşmişdi. Əlindən süzülüb dəsmaladan axan qanını unudub, bir nöqtəyə gözlərini zilləyib baxırdı əsəblə, arvadın səsı qulağinda cingildəyirdi hələdə, öz – özünə: nə etdim axı mən sənə? bu qədər qəddar oldun sən mənə qarşı. «Aylına düşünürdü, həyatda bir insanın, o biri insana qarşı bu qədər qəddar olmasında ciddi bir səbəb olmalıydı, əks halda bəlkədə düşmən belə alçaqlığı etməzdi».
Ramiz otağından çıxıb aşağı gəlirdi Kamil gəldi qaçaraq, bir söz demədən mətbəxtdə tərəf qacdı getdi, Ramiz öz – öünə: nə olur burda? Kamilin ardınca qaçaraq mətbəxtdə getdi. Kamil gəlib Aylının əlindən necə çox qan axdığını gördü həyəcanlandı, özünü itirmədən başqa dəsmalla Aylının əlini sarıdı tutub. Ramizdə gəldiyində gördü yerə tökülmüş qanı, – olara: nə olur burda? Aylının əlini Kamil sarıdığında anladı ki, əlini kəsdiyini. Ancaq Kamilin hardan xəbəri olduğunu anlaya bilmədi hələlik, Kamil – Aylına: Aylın gedək həkimə baxsın əlini pis kəsmisən. Aylın fikirdən ayılıb Ramizlə – Kamilə baxdı. Kamil anlamışdı Aylının şokda olduğunu, – Aylına: əlinə baxsın həkim gedək qolundan tutub apardı Aylını. Ramiz masanın üstündən yerə axan qana baxa qalmışdı, tez mətbəxtdən çıxıb ardlarınca getdi. Aylın əlini sıxaraq tutub getdiyi yerdən dayanıb baxdı, – Kamilə: mən getmirəm heç yerə, gərək deyil mənə yardım – həkim, zəhmət çəkmə. Qolunu Kamilin əlindən çəkib öz otagına getdi. Ramiz – Kamilə: nə oldu əlinə, niyə kəsmiş? Kamil – Ramizə: onu həkimə apamaq lazımdır, sonra danışarıq qalanını.
Aylının ardınca gəldilər otağa, Aylın – Ramizə: mənə ilac qutusunu gətirsənə zəhmət olmasa. Ramiz tez otaqdan çıxıb ilac qutusunu gətirməyə getdi, Kamil Aylına baxırdı çarəsiz baxışlarla. Aylın hələdə fikirli idi, yadından çıxmırdı arvadın dediyi ağır sözlər ürəyinə toxunmuşdu. Kamil dərindən nəfəs alaraq – Aylına: gedək həkim baxsın əlini dərin kəsmisən, belə qanın dayanmayacaq. Aylın başıyla yox deyə işarə etdi, – Aylına: mən bilirəm hər şeyi eşitdim, Ramiz içəri əlində ilac qutusuyla girdiyində, Kamilin dediyi sözü eşitdi. Ramiz – Kmilə: nəyi bilirsən sən? məndə bilə bilərəmmi, Aylının əli kəsiləndən başqa nələr olur burda. Aylın əlindən qutunu götürüb amağa çalışdı bir əliylə alınmadı, Kamil yaxınlaşıb cəld kömək etdi. Açdı içindən lazım olan ilacı – binti götürdü, Aylın əlinə sarınmış dəsmalı açarkən heç ağrısına fikirdə vermirdi. Qan yerə tökülməsin deyə açdığı dəsmalı əlinin altına tutdu. Kamil – Aylına: icazə ver yardım edim xayiş edirəm bunada yox demə, Ramiz Aylının dərin kəsilmiş əlinin yarasını görüb pis oldu. Əlini gözlərinin üstünə tutub – Aylına: off nə etdin canim sən, belə ehtiyatsızlıqmı olar? Kamil əsəblə – Ramizə: o bilərəkdən kəsməmiş əlini, yardım etmişlər kəsilməsinə. Ramiz anlamadı baxdı sual dolu baxışlarla Kamilə, Kamil əlindəki ilcdan Aylının əlinin yarasına töküb – Aylına: kəsilməsinə yardım etmişlər, elə deyilmi? üzünə baxdı. Aylında Kamil belə dediyində baxdı ona təcüblə, hardan bildi əlinin arvad tərəfindən kəsilməyə səbəbinin olduğunu? birdən xatırladı son anda Kamildən zəng gəldiyini və, telofonu açaraq cavab verməyə imkan tapmadığını. Aylın – Kamilə: sus Allahın xətrinə sıx dilini dişlərinə, Ramiz Kamilin qolundan tutub özünə tərəf çevirdi üzünü, – Kamilə: nə olur burda? nəyi deməyəcəksən dişinə sıxaraq susacaqsanmış. Kamil Ramizin gözlərinin içinə baxaraq, mənim səndən gizlin saxlayacaq bir şeyim yoxdur dostum. Aylının əlinin belə kəsilməsində ananın əli var, o qoymuş qabların içinə qırıq fincanı. Sonrada Aylını qabları yumağa çağırmış, bravo gözəl qurmuş tələsini alqışlar əksikdir. Ramiz Kamilin yaxasından tutub acıqlandı, sən nə deyirsən? agzından çıxanı qulağın duyurmu sənin? Kamil Ramizin əlini əsəblə yaxasından qırağa çəkib, cibindən telofonunu çıxardı. Kamil – Ramizə: mən sübutsuz söz deməyi sevmirəm bilirsən məni, al dinlə son zəngimdə yazılıdır hər şey. Telefonunu verdi – Ramizə: mən qıza yardım edən arada, ananın tam danışığını dinləyə bilərsən, tamammı? yaxınlaşıb Aylının əlininin qanını silib ilac damladıb, yarasını yudu. Binti götürüb tələsərək əlini sarımaga başladı k,i axan qanı saxlaya bilsin. Aylın əlini sarıyan Kamilin üzünə baxaraq, niyə dedin deyə üzündə narazı bir ifadə yarandı. Kamil əsəbi və çox kefsiz idi bu olanlardan, Aylınin heç üzünədə baxmırdı əlini baglamaga davam edirdi.
Ramiz kənara gedib anasının sısini dinləyirdi telefonu qulağına tutub, dinlədikcə dəhşətə gəlirdi, üzünün ifadəsi dəyişirdi. Birdən bagiraraq telefonu götürüb otaqdan çıxıb getdi, Aylın səslədi ardınca – Ramizə: qayıt hara gedirsən? Aylın – Kamilə: durdur onu. Kamil elə bil heçnə eşitmirdi, əlini sarıyıb düyümlədi bintin uclarını. Aylın ayağa qalxıb Ramizin ardınca getmək istədikdə, Kamil çiynindən tutub geri otuzdurdu imkan vermədi, Aylın Kamilə baxdı. Kamil – Aylına: inan ki o getməsə mən gedecəkdim, Aylın nə isə demək istəyirdi imkan vermədi, Kamil o qədər əsəbi idi başıyla işarə etdi ki, heç bir şey deməsin. Aylının əlini sarıyanda köynəyinə qan ləkəsi dəymişdi görməmişdi. Aylın Kamilin köynəyinə bulaşmış qan ləkəsinə baxıb nə isə demək istədi, ancaq demədi susdu.
Anası otağında telefonla danışırdı, Ramiz qapını döymədən içəri girdi əsəblə, anası dönüb baxdı oğluna təcüblə ki, bu nə ədəbsizlikdir mənasında. Telefonu kənara tutub – Ramizə: bu nə mədənyətsizlikdir? Ramiz o qədər əsəbi idi ki, anasının əlindən alıb telefonu kənara tulladı. Anası oğlunun üzünə baxdı, – Ramizə: sən nə edirsən? bu nə həddir aşırsan? Ramiz anasının üstünə – üstünə yeriyərək, dişlərini bir – birinə sıxaraq, -ansına: sən həddini aşanda heçnə olmur hə? sənə olar hədd aşmaq eləmi? hətta o qədər aşarsan ki, başqalarının qanını axıtmaqdan həzz alarsan. Sən manyaksanmı? anasına elə bagırdı ki, oğlunun yüksək səsindən qorxdu səksəndi, – anasına: Aylının əlini kəsməkdə yardımcı olduğundan xəbərim var, anası tez özünü təmizə çıxarmağa çalışdı. Bax sən ifritəyə, əlini özü kəsib mənimi günahkar hesab edir? məni sənlə düşman salır oğlum, inanma ona. Ramiz bagırdı anasına suss danışma, burda ifritə varsa oda sənsən ana sən, duydunmu? başqa heç kimi günahlandırma, ifritəlikdə yerini tutan olmaz sənin. Sənə inamım itdi lənət olsun sən məni itirdin ana, anlaya bilirsənmi dedklərimi? oğlunu itirdin, sənə ana deməyə dilim belə gəlmir artıq. Bezdim sənin oyunlarından acı sözlərindən bezdim, bezdim, bagırdı! – Ramizə: mən indi ona göstərərəm şər atmaq nə deməkdir, getmək istədikdə Ramiz qolundan tutub qarşısında saxladı, əsəblə anasının qolunu bərk sıxaraq buraxmadı. Dur hələ hara gedirsən? telefonda yazılan səsini dinlətdi özünə, oğlunun əlində sıxılıb qalmış qolu acıyırdı, qorxusundan dartınada bilmirdi. Telefondakı Aylını təhtid etdiyi sözlərini dinlətdirdikcə, bi ixtiyar anasının qolunu birazda bərk sıxırdı. Anası oğlunun əlindən qolunu çəkməyə çalışdı, gücü yetmirdi qalmışdı çıxılmaz vəziyyətdə, nə deyəcəyinidə bilmədi artıq sübut vardı əlində, – Ramizə: oğlum qolumu acıtirsan burax. Ramiz dişlərini bir – birinə sıxaraq, – anasına: sən hər kəsin canını hər gün, hər saat acıtırsan, anasının qolunu buraxıb nifrətlə baxdı gözlərinə. Anası oğlunun baxışlarından anladı ki, hər şey pisliyə dogru gedirdi və əməllərinə görə gözdən düşürdü, artıq üzünün maskasını dəyişmək zamanı çatmışdı.
Yaltaqlanmağa başladı, oğlum bağışla məni, Ramiz barmaqlarıyla saymağa başladı – anasına: 1- ci, artıq Aylına ilişməyəcəksən, 2 – ci atamın ürəyi xəstədi bilirsən ama səndə o iman hardadır ki? atamı əsəbləşdirəcək hərəkətlər etməyəcəksən, 3 – cü Aylın bu evin üzvüdür beyninə sox qəbul et və qıza davranışını dəyiş toxunma ona, 4 – cü bu evdə çalışan insanları acılamayaçaqsan, əsasda Məlik dayıya hörmətlə yanaşacaqsan, anladınmı? 5 – ci, dilinə hakim olacaqsan duydunmu məni? əks halda bu səs atama çatacaq. İnan ki heç sənin gözünün yaşına baxmaram, dinlətərəm bütün danışıqlarını, bilirsən atam bunu eşitdiyində səni o günü boşayacaq, mənidə tamami ilə itirmiş olacaqsan, anladın sən. Anasına tərs – tərs baxıb otaqdan çıxdı, arvad əliylə sinəsini tutub Aylına qarğış etdi. Səni lənətə gələsən, mənimlə hər danışanı yazaraq şantaj edirsən? elə olsun, sən dayan mənim adım Sənubər olmaz bunu belə qoyarsam.
Ramiz otağa gəlib telofonu Kamilə qaytardı, yanında əyləşib – Aylına: bu dəqiqədən sonra daha sənə toxunmayacaq o, Aylın Ramizin çiyninə əlini qoyub dərindən nəfəs alaraq, – Ramizə: ananı acılamadın inşallah. Ramiz təcüblə baxaraq – Aylına: sıgalmı çəkəcəkdim ona bütün bu etdiklərindən sonra? Aylına xəcalət oldu. O sənin anandı səni çox istəyir, onun işi mənimlədir səninlə deyil, sən qarışma xayiş edirəm, Ramiz Kamilə baxdı nə deyəcəyini bilmədi. Kamil – Aylına: mənim ailəm səninlə tanış olmaq istəyir, söz verdim bir gün gətirəcəm səni bizə, o gün bu gün olsun, gedək mənimlə bizə bacımda var tanış olarsınız, oda sənin gəlməni çox gözləyir. Kamil Aylını özlərinə aparmaq istəyirdi ki, biraz evdən uzaqda qalsın başı qarışsın fikri dağılsın. Aylın – Kamilə: çox sağol, ailənə adımdan salamımı və təşəkkürümü çatdırarsan, qismətdirsə bəlkə bir gün gəlib tanışarıq yaxından. Kamil daha zor etmədi bilirdi qız çox kefsiz idi, Kamil – Ramizə: əlini elə qoymaq olmaz, mütləq həkim baxmalıdır yarası dərindir. Ramiz – Aylına: qalx canım üzmə məni gedək, çox qalmarıq tez qayıdarıq. Tanış həkimimiz var o baxsın əlinə, Aylın Ramizin sözünü yerə salmadı, həmdə evdən uzaqlaşmaq bəlkə yaxşı gələrdi ürəyinə az vaxlıqda olsa. Ramiz qolundan tutub Aylını oturduğu yerindən qaldırdı. Aylın gəldiyindən az yeyirdi, iştahmı qalardı adamda belə yerdə? olan qanınıda axıtmışdı, başı fırlandı gözləri qaraldı. Ramiz tez qolundan tutdu yardım etdi, anladı başı fırlandığını, – Aylına: yaxşısanmmı? – Ramizə: yaxşıyam narahat olma. Ramizin qolundan tutaraq, gedək gedəcəyimiz yerə, otaqdan çıxdılar ardlarıncada Kamildə çıxdı qapını örtdü.
Aylının əlinə həkim baxıb sarıdı bağladı, – Aylına: çox ciddi kəsmişsən qızım yaran dərindir, əlinə görə bir neçə ilac yazacam yaran tez sağalsın, həmdə ağrıları götürsün. Həkim – Ramizə: atan necədir oğlum? çoxdandır görmürəm imkanım olmur işdən çıxam harasa. Ramiz – həkimə: şükür yaxşıdı Davut dayı çox sağol, – Ramizə: salamımı çatdırarsan atana mütləq. Ramiz – həkimə: baş üstə Davut dayı deyərəm, həkim yazdıgı kağızı Ramizə verdi, buları alın mütləq işlədin, yarayada mikrob düşməməkçün ehtiyat etsin qorusun. Ramiz kağızı götürüb həkimə təşəkkür etdi bir daha, sagol Davut dayı Allah səndən razı olsun.
Aylın ayağa qalxıb otaqdan çıxarkən geri dönüb, – həkimə: sagolun, həkim – Aylına: ehtiyatlı ol qızım, gülümsədi. Həkim qapıdan çıxmamış yavaş səslə – Ramizə: sənin sevgilindirmi? – həkimə: yox Davut dayı rəhmətlik bibimin qızıdır, bizimlə yaşayır ailəsini maşın qəzasında itirdi. Həkim duyduğunda kədərləndi, – Ramizə: Allah rəhmət eləsin oğlum, olardan kəsən ömürlərini evladına versin, mən deyirəm bu qız niyə bu qədər üzgün – fikirlidir? of yazıq qız yetim qalmış. Ramiz – həkimə: amin sagolun Davut dayı ölənlərinizə rəhmət olsun, biz varıq yetimliyini hiss etdirməməyə çalışırıq, icazənizlə mən gedim. Həkim – Ramizə: buyur oğlum icazə sizindir.