
Полная версия:
Günahsız günahkar. Roman. Hissə – 1
Sənubər ad günündə varlı – karlı tanışlarıyla söhbət edərək gülürdü. Başqaları ilə özünü mülayim – mehriban göstərməsinə əri qıraqda dayanıb baxırdı əsəblə, tez – tez qolundaki saata baxırdı sıxılırdı evə getmək istəyirdi. Sonunda dözmədi arvadına yaxinlaşıb yavaş səslə, vaxtdı artıq biz gedək yorğunam mən. Arvadı üzünü turşudub – ərinə: nə olub evdə körpə uşağınmı qalıb? hara tələsirsən nə xəbərdi, yavaş səslə – arvadına: yorğunam başa düş bütün günü yolda – izdə olmuşam. Arvadı saymadan – ərinə: gəzməyəydin lazımsız yerlərdə, kim idi səni vadar edən? yalandan gülümsəyərək, yenə tanışlarıyla söhbətinə davam etdi. Əri dərindən nəfəs alaraq ətrafa baxdı, kimsə arxadan səsləndi baxın mən kimi görürəm, Həsən dönüb baxdığında, çoxdan rastlaşmadığı keçmiş tanışını gördü. Vayyy mən kimi görürəm, qucaqlaşıb görüştülər, heç qocalmamısan maşallah Həsən. Tanışıyla zarafatlaşdılar, səndə heç dəyişilməmisən mənim qədər cavan qalmısan, zarafatlaşıb gülüşdülər.
Ramiz – Aylına: başın sağolsun bir daha, çox dərt çəkdin bu aralar sən, məndə üzüldüm olanlara. Atamla səni bura çoxdan gətirmək istəyirdik, nənənə görə gətirmirdik, bilirdik ki tək qoyub gəlməyə razı olmayacaqsan, gəldiyinə sevindim. Bilməyini istəyirəm dərdinə şərikəm, və bu dəqiqədən yanındayam söz verirəm. Nə istəyin olarsa mütləq mənə deyəcəksən, danışdıqmı? Aylın əli ilə alnını ovaraq – Ramizə: çox sağol hörmətinə görə, deyərəm lazım nə isə olarsa, varlığınız yetir mənə. Mən orda böyüdüm, pis anlama mənə orda rahat idi, dayım dinləmədi məni xətrinə dəyə bilmədim gəldim. Burda sıxılacam mən, heç olmadım buralarda tanış yerlər deyil mənə, orda mən itib – batmazdım ən azından doğma şəhərim idi. Burası tanımadığım şəhərdir, öz şəhərimdə iş tapıb çalışa bilərdim rahatca. Ancaq burda dayım icazə verməyəcək çalışmağıma bilirəm, çox təşəkkür edirəm hörmətinə və anlayışına görə. Bir şey lazım olsa deyərəm sənə, ancaq özünü bir anlıq mənim yerimdə hiss et. Gərçəkdən çətindir, başa düşürsənmi məni? çox çətin olacağınıda hiss edirəm. Qarşıda məni yaxşı heçnə gözləmir, həyatım alt – üst oldu anam gili itirdiyim gündən, məhv oldum mən. Ramiz – Aylına: anama görə çəkinirsənsə narahat olma mən onunla danışacam. Aylın başıyla narazılığını bildirdi, – Ramizə: dedim axı xayiş etdim səndən, nə olar rahat qoy ananı. Bax deyirəm indidən, əgər bu evdə kimsə xalamla mənə görə dava edib onun xətrinə dəyərsə, burda bir dəqiqə belə dayanmaram, mənə görə kimsənin rahatsız olmağını istımirəm. Bu gün bura gəldiyimdə Məlik dayıyla tanışdiq, çox dəstək oldu mənə çatan kimi sağolsun. Yazığında başı az bəlalar çəkmiş, ailəsini vaxtsız itirmiş mənim kimi. Ramizdə çox yanmışdı oğluyla arvadı rəhmətə getdiyində, dərindən nəfəs alıb – Aylına: hə oğlunu itirdi, sonrada həyat yoldaşıni. Aylın – Ramizə: Məlik dayı səni çox istəyir bilirsənmi? Ramiz gülümsədi, bilirəm məndə onu çox istəyirəm. Balaçalığımdan Məlık dayının yanında böyüdüm mən, həyətdə yanında oynaya gəzə. Hər içdiyimdə məni gizlədir, istəmir atam acilasın – danlasın xətrimə dəysin, – Ramizə: bu gün gözlərimin şahidi oldum, səni nə qədər çox istəyir deyə gördüm. Ramiz divana söykənib baxdı, dərindən nəfəs alıb üzülürdü olanlara. Vaxtsız Məliyin oğlunu və arvadını itirməsinə yandığı üzündən bəlli olurdu. Ramiz qollarını bir – birinə dolayıb – Aylına: təssüflər olsun ona doğma oglunu əvəz edə bilmərəm nə etsəmdə, hər gün yanında olsamda. Aylın əlını ovaraq – Ramizə: səninlə razıyam, kimsə – kiminsə doğmasını və sevdiklərini sağ olduqları kimi əvəz edə bilməzlər. Ancaq yenədə ümid edir insan, çarəsiz tək qaldığında kimdənsə anlayış – mərhəmət gözləyir bi ixtiyar. Ramiz zarafatla – Aylına: mənim hər dediklərimlə razı olacaqsan elə deyilmi? Aylın Ramizin nə haqda dediyini anladı. Bax birdənəm canım dayım oğlu, – Aylına: birdənənmi? – Ramizə: Ramiz bəy deyirəm qəbul etmirsən. Ramiz deməyim biraz yad göstərir bizi bir – birimizə, bayaq demədinmi mən səninləyəm? – Aylına: hə dedim, əlbətddə yanındayam şüphən belə olmasın. Aylın – Ramizə: o zaman birdənəm deyilsənmi? səndən başqa dayım oğlu varmı mən bilməyən? Ramiz güldü Aylının sözünə, hələlik yoxdur canım onu dəqiq bilirəm. Çox zarafatçilsan, mən biləni hələki təkəm, çətin atam anamın şiddətindən kiməsə meyil salsın. Ancaq sonrasını deyə bilmərəm, siz qadınlar demiş kişilərə etibar yoxdur, bəlkədə oldu qardaşım ya bacım. Aylın – Ramizə: canımda nədir? – Aylına: bəs mənim bilmədiyim başqa bibim qızı varmı? – Ramizə: yoxdur mən birdənəyəm. Ramiz gülümsəyərək – Aylına: artıq birdənəm sözü mənə ayit olduğuna görə qalır canım sözü, bizdə döğma olduğumuzçün sən mənim canım sayılırsan. Artıq sənə canım deməyimidə qəbul et birdənən tərəfindən. Aylın dərindən nəfəs alıb – Ramizə: mənim sizdən artıq kimim var ki başqa? əlbətddə bundan sonra bir can – sirdaş olacağıq, düz deyirsən dayım oğlu. Aylının kefi qaçdı üzüldü yetim qalmasından sarsıldı, Ramiz Aylının üzüldüyünü görürdü hiss edirdi. Başını qatmaqçün zarafatla – Aylına: səndə deyə bilərsən canım mənə. Aylın baxdı – Ramizə: canınmı? Ramız gülümsəyib, – Aylına: o zaman canım sözünün üstündən xətt çəkdik oluram birdənən, səndə mənim gözəl bibimdən yadigar qalmış canımsan. Aylın kefsiz – üzgün, -Ramizə: kaşki qalmayaydım olardan yadigar mən belə tək, olan mənə olaydı bu günlərə düşməyəydim, gözləri yaşardı. Ramiz yerindən qalxıb gəlib yanında əyəşdi, – Aylına: elə demə canım günahdır Allaha xoş getməz, kimsə alnına yazılan qismətini poza bilmir təssüflər olsun. Aylıni mehrinbanlıqla özünə sixib qucaqlayaraq təsəlli verməyə çalişdı. Bax artıq mən varam, atam var sən tək deyilsən, mən yaxşı bilirəm anama görə sıxılırsan burda. Ancaq oda öyrənəcək sonunda qəbul edəcək, azacıq səbir et mənim xətrimə, atamın xətrinə getmə qal burda bizimlə. Məndə təkəm bax heç kimim yoxdur nə qardaşım, nədə bacım var. Anaçaq sən olsan bəlkə evdə oturaram darıxmaram – sıxılmaram, əyyaşlıq etmərəm dayında az danlayar məni.
Arxadan atasının səsi eşidildi, – oğluna: bax bunu düz dedin oğlum, əyyaşlıq etməssən.
Ramiz atasına tərəf baxdı dodaqlarını dişlədi, indi danlayacaq özünü düşündü, yavaş səslə – Aylına: vayy canım mən batddım. Aylın tez ayağa qalxdı dayısının gəldiyini görüb. Ramizdə qalxıb atasının qarşısına gəldi çəkinə – çəkinə ki, alacaq payı vardı atasından, bilirdi qarşısında hər zaman olduğu kimi günahkar idi. Acılanaçaq balaca uşaq kimi başını qaşıyaraq, üzünə baxmadan yavaş səslə – atasına: xoş gəldin ata. Atası oğlunun Aylına dediklərini eşitmişdi və, Ramizin Aylına olan mehribanlığından – dəstəyindən fərəh hissi keçirdi. Oğlunun qıza qarşı bu insan davranışı ürəyinə ümid – təsəlli vermişdi, birdən oğlunu qucaqlayıb saçlarını qarışdırıb, başından dişlədi öpdü. Ramizin başı acıdı – atasına: of ata başımı acıtdın. Atası zarafatla – Ramizə: səndə xoş gəldin evinə oğlum, eşitdim mühüm işin çixmış gələ bilməmişsən bizi qarşılamağa. Ramzin bir anlıq atasından yaşadığı sevinci məhv oldu, qarşılamadın sözünü duyduğunda. Həmişəki kimi o arada yalan danışmağa nəsə düşününcə atası imkan vermədi. Bilirdi nə isə yalan düşünərək çıxış yolu axtardığını, zarafatla üzunə yavaşca şillə vurub, alnını oğlunun alnına dayadı. Atası kövrək səslə – Ramizə: sağol oğlum, gördüklərim – duyduqlarım mənə ümid verdi. Qızı tək qoyma səndən tək istədiyim budur, bundan sonra. Heç istəmirəm gəlmə qarşılama məni, bircə bilim artıq tək deyil bacımın mənə qalmış yadigarı. Atasının gözləri yaşla doldu, mənim bu həyatda tək ümid etdiyim sənsən oğlum, eşidirsənmi? Ramiz atasının içkili olduğunu hiss etdi, yazıq üzgün – yorğun görsənirdi. Ramiz – atasına: söz verirəm ata narahat olma sən, hər şey yaxşı olacaq tək qoymaram inan mənə. Atasına təsəlli verdi dayaq oldu, dayısı ayaq üstə dayanıb özlərinə baxan Aylına əlini uzadıb, yanına gəl deyə işarə etdi. Aylının gözləri yaşardı dayısını yorğun – üzgün kövrək görüb, yaxınlaşıb gəlib balaca uşaq kimi qucaqladı sarıldı. Dayısı Ramizidə, Aylınıda, qollarına sarıb bağrına basıb saçlarından öpdü ikisinində, siz mənim canlarımsınız canlarımmm. Ramiz – atasına: gedək ata biraz yat yol – iz yordu sənidə, – Ramizə: mən qiziımla bu gün heç söhbət etməyə imkan tapmadım oğlum, ananın ad günləri – dəvətləri nə vaxt bitəcək bilmirəm. Aylın – dayısına: dayı yorğunsan get dincəl sabah söhbət edərik, narahat olma mən yaxşıyam.
Arxadan arvadın səsi eşidildi kobutca yenədə sancdı, – Aylına: nə söhbət edəcəksinizmiş? Ramiz dönüb anasına baxdı. Anası yaxınlaşdı üzündən zəhər yağırdı sanki düşmən vardı evində, – olara: oturub boş – boş söhbət edincə xadimələrə kömək edəcək bacın qızı bu evdə, deyim bilin. Dayısıda acıqlandı arvadına, sən nə pis alçaq adamsan? mən sənə qızı nökərmi gətirmişəm ay vijdansız. Sən get özünkülərə əmir ver anladınmı? evində yetdik qədər xadimələr saxlayırsan, əlin ağdan – qaraya dəyməyib bu günə qədər azıb qudurmusan. Təqsir səndə deyil ee məndədir – məndə, insan sayaraq səhvə yol vermişəm səni qudurtmuşam başıma çıxarmışam. Belə boş qaldıqca, son zamanlar çənəndə boşaldı sahib çıxa bilmirsən qurumuş ağzına. Dayısı çox əsəbləşdi arvadının sözünə, arvad yenə susmadı – ərinə: eşitmədin məni getdin gətirdin bura bunu. Qarışmayacaqsan bu gündən işimə, onu mən tərbiyələndirəcəm nə deyirəm onuda edəcək. Ramiz anasına acıqlandı, sən nə danışırsan axlınımı itirmisən? nə deməkdir sən tərbiyələndirəcəksən. Aylın çox tərbiyəlidir, insan kimi oturub söhbət etsən şüphən olmazdı tərbiyəsindəndə, içini acıdan dərdindəndə. Sən istərsən zəhmət çəkmə, bibim çox gözəl tərbiyələndirmiş böyütmüş qızını. Arvad nifrətlə baxdı – Aylına: bu gün gəlib məni oğlumadamı tərs qoydun? Aylın nə deyəcəyini bilmədi, qalmışdı ortada baxa. Arvadın kobut sözləri elə təsir etmişdi ki yazığa, dayısını dahada üzməməkçün susurdu məcbur bir söz demədən, – dayısına: gecəniz xeyirə, tez yuxarı çıxıb otağına getdi. Dayısı nifrətlə baxaraq – arvadına: imansız – mərıfətsiz insan deyilsən sən, o yetimin ürəyini qırmaqdan həzzmi alırsan? vijdansız qadın. Qalanınıda sən qir məhv et vijdandan bi xəbər, sözlərini titrək səslə dedi, gözləri yaşardı bi ixtiyar. Gözlrinin yaşı üzünə süzüldü – arvadına: nə etdi o yazıq sənə? yerin bu qədər böyük evdə darmı oldu? əgər sənə dar gəlirsə bu ev rədd ol get istədiyin yerdə yaşa, qızı rahat qoy anladınmı? arvadının üstünə bağırdı. Ramiz atasının ürəyının xəstə oldugunu bilirdi, qorxdu əsəbləşsə yıxılacaq deyə, gəl ata gəl gedək biraz dincəl, qolunu boynuna salıb zorla otağına aparırdı. Atası gedə – gedə səsləndi arvadına, rədd ol get duydunmu? rədd ol get hara istəyirsənsə, gözüm görməsin səni mərəfəsiz. Aravadı ardınca gözlərini qıyaraq nifrətlə baxaraq öz – özünə: o dediyin yerə bacın kimi qızıda gedəcək heç şüphən olmasın. Mən sənə göstərəcəm lənətə gəlmiş yetimcə, baxarıq kim rədd olacaq bu evdən həyatdan.
Aylın çarpayıda oturub gözlərinin yaşını silib öz – özünə: yox mən sabah gedəcəm burdan bu belə olamyacaq, qapı döyüldü. Aylın tez göz yaşlarını silib gəl deyə səsləndi, qapını Ramiz açdi, gələ bilərəmmi? buyur əlbətdə özünü toparlamağa çalışdı üzünü – gözünü sildi. Ramiz qapını örtüb gəlib yanında əyləşib üzünə baxdı üzgün baxışlarla. Aylının agladığı hiss olunurdu, Ramiz dərindən nəfəs alıb – Aylına: bax canım sənə nə deyəcəm qulaq as mənə xayiş edirəm. Aylın Ramizin sözünü yarımçıq kəsdi, heçnə demə birdənəm tamammı? çox xayiş edirəm demə. Ramiz başa düşürdü, haqlıydıda kim olsa incıyərdi qəbul etməzdi belə haqsızlığı. Ramiz yavaş səslə – Aylına: tamam deməyəcəm, sadəcə bilməni istəyirəm atamın ürəyi xəstədir. Anam onun ürəyini xəstə etdi belə mərəfətsiz hərəkətləri ilə. Ramiz ayağa qalxıb – Aylına: indi axlında olanı bilirəm, ancaq dedim ki bilərsən dayının ürəyinin ciddi xəstə olduğunu. Gecən xeyirə deyərdim, belə gecənin mən sözünün ardını gətirmədi, əsəblə otaqdan çıxıb getdi. Aylının gözləri yaşardı, dayısının xəstə olmasını duyduğunda çox pis oldu, ümidlərinin qalanıda alt – üst oldu bir anda. Dayısının xəstə olması getməsini əngəlləyirdi, iki əlləri ilə başını tutub öz – özünə: Allahım mən nə günah işlədim bu günlərə düşdüm? nə etdim mən axı bu qədər zülüm çəkirəm. Çarəsiz oturduğu yerdə gözlərindən yaş yanaqlarına süzüldü, sən mənə yol göstər məni çarəsiz buraxma anacan nə olar. Baxın mən artıq sizsiz nə günlərə qaldım, sakit – sakit ağladı içinə səsini salaraq.
Səhər açılmışdı, Aylın tezdən yerindın qalxıb həyətə çixdı, elə sakitçilik idi. Dərindən nəfəs alıb, çox zor üzünə açılan səhərin təmiz havasından ciyərlərinə aldı. Sanki axşamdan bu yana aldığı nəfəsidə zəhər olmuşdu canına, həyətin qapısına tərəf gedirdi arxadan səs eşitdi, xeyir ola? dayandı, qızım xeyir ola belə tezdən? Aylın bir anlıq dönmədən səsin kimı ayid olduğunu anlamağa çalışdı. Səsin Məlik kişiyə ayid olduğunu anladığında, dönüb baxdı üzgün baxışlarla. Sabahın xeyir Məlik dayı, balacalığımdan vərdişimdir səhər tezdən qalxıb təmiz hava alaraq dolaşmaq. Məlik yaxınlaşıb – Aylına: sabahın xeyir qızım, məndən nə qədər gizlətməyə çalışsada, üzündən bəllidir qızım kefsizliyin – üzgünlüyün, axşam olanları eşitdim. Xanımın acı sözlərini duydum sənə dediyində, bu qədər günüh işlədir sabahını düşünmədən. Aylın – kişiyə: siz nədən tez qalxmısız Məlik dayı? kişi anladı Aylın özünün üzülməməsiçün söhbəti başqa tərəfə dəyişdi. Dərindən nəfəs alıb ah çəkdi, – Aylına: özüm tək yanaram deyirsən qızım, eləmi? anladım yaşının az olmasına baxmayaraq, dərdini bölüşmədən tək çəkənlərdənsən. Aylın dərindən nəfəs alıb baxışlarını kişidən qaçıraraq, sualını cavablandırmadan susaraq ətrafa nəzər salıb baxdı üzgün – peşman. Məlik – Aylına: sən indi qaçırsan hər kəsdən, başqalarına yük olmamaqçün tək götürmək istəyirsən bütün yükü çiyinlərinə. Başqalarını üzməməkçün, bütün gücunlə dişinə sıxıb dözməyə çalışırsan haqsızlıqlara. Hər kəsdən qıraqda qalaraq, zalım dünyada sakit yaşamaqçün yol axtarırsan. Belələrinə tək yananlar, tək çəkənlər deyillər qızım eyni sənin kimi. Məni soruşursansa niyə belə tez oyanmışam? mən yuxu nədir unutdum oğlumu – arvadımı itirdikdən sonra. Hər gün gecənin tez ötüb keçməsini oturub gözləyirəm səbirsizliklə, sübh tezdən oğlumun və anasının ziyarətınə gedirəm. Olarla salamlaşıram və, olarsız üzümə daha bir mənasız səhərimin açıldığını deyirəm.
Bilirsən artıq xasiyyətini, xanım oyandıqdan sonra burdan ayrılmağım biraz çətin olur, o üzdəndə tez gedib – gəlirəm ki, söz – söhbət etməsin. Axşam xanımın sənə dediklərini duydum, çox üzüldüm qızım. Ürəyimə azacıqda olsa rahatlıq gəldi, bilirsənmi niyə? Aylın susaraq baxdı, dayınla – Ramizi sənin tərəfində olduqlarını görməyim, bu yaralı ürəyimi azaçıqda olsa sakitləşdirir. Məsəl var, haqsızlığa çoxluq həmişə qalib gəlmiş demişlər. Haq olanlar burda yanında səninləyik, Aylın yavaş səslə – Məliyə: mən ana – evladın və ya əriylə aralarında dava olmasını istəmərəm. Ramiz çox yaxşıdır axşam danışdıq tanış olduq, anasına gərçəkdən bənzəmir pis xasiyyətindən. Mənimdə eyni sənin kimi yaralı ürəyimə azacıqda olsa məlhəm oldu Ramizin ona bənzəməməsi, əks halda dayım çox yazıq olardı əllərində qalardı. Bu ailənin mənə görə dağılmasını və davalaşaraq bir – birinə girməsinə razı ola bilmərəm. Mən səninlə doğmalarını ziyarətə gələ bilərəmmi? kişinin gözləri yaşardı Aylının sözlərini duyunca. Əlbəttə qızım bilərsən, yol yoldaşı olarıq bir – birimizə, birazda söhbət edərik dərtləşərik səninlə. Xanım oyanınca qayıdarıq, – Məliyə: o zaman gedək yubanmayaq bizim əjdaha oyanınca, Aylınla həyətdən çıxıb getdilər.
Kamildə tezdən yerindən qalxıb sportivni paltarını geyinib, idman etməkçün yola çıxıb qaçmaga başladı. Xeyli qaçdıqdan sonra dayanıb saatına baxdı, saat 6:20 – ni göstərirdi, yenə qaçmağa davam etsədə, fikrindın heç çıxmirdı Aylının dərtli üzü. Çox qaça bilmədi, dayanıb əllərini dizlərinə tutub əyilib başqa bir şey haqda düşünməyə çalışsada alınmırdı. Axlından çıxara bilmirdi, dərindən – dərindən nəfəs alıb yenə qaçmağa başladı.
Aylınla Məlik məzarlığa çatmışdılar, Aylın məzar daşına əl çəkib yavaş səsələ, mənim anam – atamda sizin olduğunuz yerdədirlər. Baxın mənim kimi Məlik dayıda tək qalmış həyatda bi çarə, nədən sevdiklərinizi yarı yolda buraxıb getdiniz. Məlik oğlunun məzar daşiı öpüb ağladı, sabahın xeyir oğlum, sabahın xeyir hər zaman gözəl ürəyə sahib olmuş can yoldaşım, yenə gəldim gördüyünüz kimi heç bir şey dəyişməmiş. Sizinlə hər sabah görüşüb – salamlaşıb bu mənasız həyatda yaşamağa davam edirəm, əgər buna yaşamaq demək olarsa. Aylın göz yaşlarına hakim ola bilmirdi, süzülüb yanaqlarından axırdı sel kimi, necə içi yandığını anlayırdı, alın yazıları çox oxşardı. İkisidə sevdiklərini ərkən itirmişdilər, eyni dərtdən alışıb yanirdılar məzarlara baxıb. Məlik göz yaşlarını silib – Aylına: qızım bəzən bu həyat çox qəddardir deyirik, ancaq başqa tərəfindən baxarsaq, insanlarıda acımasız – imansızdırlar və çox qəddardırlar. Bax sevdiklərimizi əlimizdən gözlərini qırpmadan aldılar apardılar o dünyaya. Qızım söz ver mənə, ananın ruhunun xətrinə and et ki kimsınin qarşısında sınmayacaqsan – yixılmayacaqsan. Oları sənə, sənidə olara həsrət qoyan şərəfsizi taparaq layiqi cavabını verəcəksən. Mənim gücüm yetmədi oğlumun qatilini tapım, yaşlı olduğumçün bacarmadım. Ancaq o kimdirsə hiss edirəm, çox imkanlılardan biri məndən aldı oğlumu vaxtsız. Mən onu Allahıma tapşırdım bildiyi kimi etsin inşallah, ancaq sən o şərəfsizi tapıb cəzalandırılmasını tələb edəcəksən qanundan. Günahsız valideyinlərinin qanı yerdə qalmayacaq, söz ver dediklərimdən güc alaraq həyata küsüb enilmədən, hər çətinliklərə sinə gələcəksən. Bəzən bizə təsəlli verməkçün bu imtahandır deyillər. Həyatda alnımıza yazılan qismətimizdir deyillər, çox inanmaq istəyirəm sənə, məndən fərqli olaraq sən yazılmış səhv və haqsız qismətlərin üstlərindən xətt çəkərək, haqq olana doğru addımlayacaqsan.
Həyat imtahanı məktəb imtahanına bənzəməz, çox çətindir keçilməsi bilirəm. Ancaq bütün gücünü toplayıb inamla ayaqda qalmağı bacaracaqsan, bu dediklərimi bir böyüyün kimi məni dinləyərək qulağında sırğa edərsənsə, inan bir gün mütləq çatacaqsan haqq olana. Bax bizi nələrlə həyat sınaga çəkir, zalımla – zalım ol, tək bir özünə qarşı zalim olma bu həyatda. Əks halda mənim kimi yıxılarsan, ümidlərin qarışıq məhv olarsan. Nə olar ümidlərini puça vermə sinə gəl qarşındakı hər pisliklərə, o ananın dediyi adının mənası olan parlaqlıqlığı – işığı gözlərində gərçəkdən görürəm mən sənin. Heç vaxtdı bacarmaram demə, ananda demədi bu sözü sağlığında.
Aylın yaşlı gözlərini silib – Məliyə: sən bacararsanmı sinə gəlməyə yerimdə olsan? ama sözlə demək çətin deyil, elə deyilmi? ürəyimizin yerindəki daş olsaydı bəlkə bacarardıq. Kişi oğlunun məzarına baxıb – Aylına: evlad dərdi başqa dərtlərə bınzəmir qızım, onun yanğısı tam başqadır inan mənə. Xanımımla bir olduğumda güclüydüm, azda olsa o mənə həyatda qalmağıma güc verirdi. Oda məni tərk etdikdən sonra, qalan gücümüdə – ümüdümüdə aldı əlimdən apardı özüylə. Yəni təslim oldum yıxıldım məhv oldum mən. Sən cavansan – güclüsən, nə qədər göz yaşı axıtsanda, mən o göz yaşlarının içindən sənin gözlərində olan cəsarətli – mərdliklərini tam aydın görürəm. Sənin görəcəyin yaxşı – pis günlərin qarşıdadır, sən o günlərinə doğru addımlayacaqsan başını dik tutaraq qürurla. Bu dediklərimi etmiş olsan, bil ki mənimdə günahsız cavan həyatından getmiş oğlumun ruhunu şad etmiş olacaqsan. Mənim edə bacarmadığımı sən edərək, onunda nahaq tökülmüş qanını yerdə qoymayacaqsan. Aylın anlamadı niyə kişi özünə belə deyirdi? kimdən almalı idi onun oğlunun nahaq tökülmüş qanını? fikirləri qarışdı. Aylın anlamadı, başıyla yox deyə işarə edib – kişiyə: sən mənim gözlərimin içindəki parlaqlıqlığı görə bilərsən Məlik dayı. Ancaq icimdən xəbərin yoxdur, çoxdan param – parcadır ürəyim. Nahaqdan vurulmuş yaraların qanı içimə axır acıtır, – Aylına: qızım sənin anan güclü bir qadın idi. Bəlkədə bunu sən mənim qədər bilməssən, yazığın həyatında tək arzusu yetim uşaqlara yardım etmək idi. Hər zaman haq olanları önə yürüdərək, çarəsiz yavruları hər tərəfli qorumağa çalışmaqdı, yaşadığı sürəcə kimsəsiz uşaqlar evlərinə yardım edirdi. Yuxarılarda oturanlardan belə evlərə pul ayırsınlar deyə tələbləri olurdu. Lazım olan dəstəkləri tələb edərək, uşaqların dışarda qalıb diləndirilmələrinin əleyhinə idi. Həmişə məmurlarla dava edərdi ki vaxtında yardım ayırılmır, bəzi dırnaq arası bi qeyrət vijdansızlar, belə halları görə – bilə göz yumurdular. Sözü gücünə çox uşaqların həyatlarını qurtara bilmişdi. Mərd insanlardı sənin valideyinlərin, və səndə oların yolunu davam edəcəksən, oların bitirə bilmədiyi işlərinə nöqtə qoyacaqsan mən inanıram sənə. Anan sonuncu dəfə bura gəldiyində mənə dedi ki, az qalıb arzusuna yetişməsiçün, bu dəfə özüdə borc alıb yardım edəcəkdi yeni açılaçaq uşaq evinə. Ancaq onun dediyi az qalıb sözündə başqa bir şeydə vardı hiss etmişdim, soruşmağa imkan vermədi dediyin o evdəki tək başlı əjdaha. Bilmirəm yazığı sıxan nə idi elə çox, o uşaqlar haqda danışdığında göz yaşlarına hakim ola bilmirdi, hər dəfə ağlayırdı. Məlik gözlərini oğlunun məzarına dikib fikirə dalaraq – Aylına: bilirəm dünyamız haqsızlıqlarla doludur, ancaq onu sıxan tam başqa bir şey vardı, mən buna iki gözüm kimi əminəm. Aylın – Məliyə: nə idi, demədimi sizə? Məlik əlini üzünə çəkib gözlərini bir nöqtəyə zilləyib baxdı, – Aylına: yox demədi qızım, bəlkədə deyərdi imkan tapmadı. Hər dəfə o haqda söruşduqda tam deyəcəkdi dərdini, ancaq sözü ağzında yarımcıq qaldı, o anda xanım peyda oldu imkan vermədi. Aylına çox maraqlı gəlmişdi, nə idi anasının araşdırdığı və ya gizlin bildiyi sirri? bunu öyrənməsi artıq bəlkədə qeyri mümkün idi. Məlik – Aylına: biz bu dünyada müvəqqəti qonağıq qızım, geci – tezi bir gün sevdiklərimizə bizdə qovuşacağıq, artıq yazan – yazmış qismətimizi belə acılı – üzücü. Ancaq bütün bu dediklərimi onların ruhlarının xətrinə sən edəcəksən, elə deyilmi qızım? Aylın Məliyə baxdı şüphəli baxışlarla, sanki kişi bilirdi anasının sirrini demirdi özünə. Aylın yavaş səslə öz – özünə: qələmi qırılsın belə qismət yazanın. Məlik Aylının dediyini eşitdi – Aylına: qarğış etməyək qızım, Allaha ağır gedər. Aylın – Məliyə: sənin günahın nə idi bu qədər çəkdirdi sənə? mənim günahım nə idi bütün sevdiklərimi aldı əlimdən. Belə haqsız yazı olarmı sən de, bir insana bu qədəri yazılarmı – çəkdirilırmi? İman – insaf yoxmuş bunu yazanda. Məlik yaxınlaşdı – Aylına: məndə razı deyiləm bütün bu haqsızlıqlarla, dərindən nəfəsini alaraq yuxarı göy üzünə baxıb, vardır bidiyi Allahımın ona qarşı heç bir söz deməyə haqqım yoxdur. Gedək qızım, mən artıq inanıram bəzlərinə qarşı olan nifrətinlə irəli addımlayacaqsan. Aylın Məlikdən şüphələnməyə başladı, sanki bunları deyərək içində bilmədiyi şeylərə qarşı addımlamasını istəyirdi. Məlik Aylının qolundan tutub, çox qaldıq gecikməyək gedək, əks halda xanım oyandıqda qatacaq hər şeyi bir – birinə. Aylın Məliklə yanaşı gedə – gedə ona şüphəli baxışlarla baxırdı, tam əmindi vardı kişinin bildikləri, çox üstü örtü sözlər deyirdi anlamaq çətin idi.
Kamil evə gəlib duş alıb sacıni qurulaya – qurulaya gəlib divanda əyləşdi, anası gəldi – Kamilə: sabahın xeyir oğlum, – anasına: sabahın xeyir ana, anası mətbəxtdə getdi. Atasıda gəlib Kamilin yanında əyləşib sabahın xeyir oğlum, – atasına: sabahın xeyir ata, sən artıq unutmusan səhər idmanında mənimlə qaçmırsan, nə oldu sənə belə Nadir bəy? atasıyla zarafat etdi. Atası – oğluna: oğlum aramızda qalsın mən artıq yaşlaşmışam, arvadının səsi eşidildi mətbəxtdən – ərinə: axır ki boynuna aldın əzizim artıq yaşlandıgını. Kamil gülümsədi, atasının bu vəziyyətdən necə çıxacağını və anasına nə cavab deyəcəyini gözlədi. Əri – arvadına: yox – yox canım biz oğlumla başqa şey haqda danışırdıq səhv duydun, nə yaşlanmağıdır? arvadı əlində çay dolu sinini gətirib masaya qoyub gülümsədi. Hə canım mən yaşlaşdım o zaman qulaqlarım səhv eşitməyə başlayır. Kamil özünə gülür deyə atası qoluyla dümsəklədi ki gülmə halıma, Nərgizdə gəlib hər kəsin sabahı xeyir olsun. Anası – atası, – qzına: sabahın xeyir qızım, Nərgiz qardaşının yanında əyıəşib – Kamilə: bu gün məni gəzməyə aparacaqsanmı qardaşım? Kamil bacısına təcüblə baxıdı. İmtahanlarını verdikdən sonra aparacam demədimmi, indi hardan çıxdı gəzmək? bacısı kefsiz oldu. Anası – oğluna: Aylınıda dəvət et oğlum gedin gəzin birlikdə, özün dedin qız çox üzgündür, biraz ürəyi açılar fikri dağılar yazığında. Yaxından tanış olarsıznız söhbət edərsiniz, bacınlada tanış olar çəkinməz buralar ona yad bir yerdir. Nərgiz anasının uzatdıgı çayı göturub, Aylın kimdir ana? qardaşımın sevgilisidirmi. Kimdir mən niyə tanımıram? Kamil bacısının qoluna vurdu ki sus deyə, bacısı ofuldayıb – qardaşına: nə dedim ki? niyə vurursan. Anası – qızına: axşam danışmışdıq qızım unutdunmu? Ramizin başqa şəhərdən yeni gəlmiş bibisi qızıdır Aylın. Nərgiz xatırladı, ayy çox yazığım gəldi mənimdə. Adı Aylındı eləmi? – qardaşına: aparacaqsanmı qardaşım Aylınla bizi gəzməyə? Kamil öz – özünə fikirləşdi, dünəndən onu görməyə istəsədə qalmışdı nə bəhanə ilə gedib yaxından tanış olmalıydı? artıq bir ümid yeri oldu getməkçün. Ancaq o andada xatırladı dünən Aylına arvadın dediklərini, tezdə kefi qaçdı üzünün ifadəsi dəyişdi. Anası – oğluna: nə oldu oğlum fikrimi bəyənmədinmi? Kamil dərindən nəfəs alıb – anasına: Allah bilir qıza nə gün yaşadır Sənubər xanım, heç inanmıram belə tez icazə verər şəhərə çıxmağa ona. Atası – oğluna: sən get maraqlan oğlum qızın yanında olun yazıqdır, mən o qızı görmədim, ancaq sən danışdıqdan sonra hələdə ürəyim göynəyir. Yetim qalması bəs deyilmiş kimi, dayısı arvadıda gün verməyəcək ona. Belə sayqısızlıqmı olar? insaf yoxmu o qadında? bizimlədə tanış et mütləq o qızı, tamammı? anası əyləşdi sinidə qalan çayları uzatdı oğluna – ərinə. Dərindən nəfəs alıb – olara: inşallah yaxşı olar hər şey, bizdə yanında dəstək olarıq qıza. Artıq üzülmə mənim yaraşıqlı oğlum, hər şey yaxşı olacaq Allahımın yardımı ilə. Kamil çayıni icərək üzgün baxışlarla baxaraq, – anasına: inşallah ana inşallah, ümid edirəm olar yəqin ki, Nərgiz sevindi uşaq kimi, urrraa qardaşımın sevgilisiylə gəzməyə gedəcəyik. Kamil bacısına tərs – tərs baxıb başını narazılıqla sirkələdi. Nərgiz çayını içib anasına baxdı gülümsəyərək, anası işarə etdi ki qardaşını incitmə.