Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 (Fatma Axmed kızı Nabieva) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Günahsız günahkar. Roman. Hissə – 1
Günahsız günahkar. Roman. Hissə – 1
Оценить:

5

Полная версия:

Günahsız günahkar. Roman. Hissə – 1


Məlik içəri gəldi əlində məktubla, – arvada: xanım sizə məktub var, arvad divanda oturmuşdu üzündən zəhər yağırdı. Kobut davranışla – danışıqla – Məliyə: gətir nə durursan orada? Məlik gətirib məktubu arvada verib getmək istəyirdi, arvad səsldi. Çıx yuxarı təzə gələn başımın bəlasını bura çagır. Məlık anladı kimi deyirdi tez getdi, piləkənlərlə yuxarı çıxaraq tələsik addımlarla catıb qapını döydü. Aylin gəlib qapını açdı, – Aylına: bağışla qızım narahat etdim səni, xanım yanına çagırır. Məlik əlini uzatdı – Aylına: bayaq imkan olmadı qızım səninlə görüşməyə, adım Məlikdir, bir daha xoş gəldin səni gördüyümə çox sevindim. Uzun illərdir bu evdə çalışiram, dayına və ailəsinə sadiq biriyəm. Aylin Məliyin əlini sıxaraq, məndə şad oldum sizi görməyimə Məlik dayı. Sağlığında anam sizdən bəhs edərdi, çox hörmətçil insan olduğunuzu deyərdi. Kişinin gözləri doldu, – Aylına: sənin adını demışdı mənə rəhmətlik anan unutmadım. Qızıma Aylın adı verdim ki, adının mənası kimi həyatını işıqlı – parlaqlıqlı yaşamasını arzu etdim demişdi. Səni çox istəyirdi anan, məkanları cənnətlik olsun qəbirləri nurla dolsun inşallah, bir namərd səbəb olub həyatdan tez getdilər yazıqlar. Aylin ağlamamaqçün zorla saxlayırdı özünü, Allah olardan kəsən ömürlərini sənin ömrünə calasın qızım. Aylın – Məliyə: mənə oların ömürləri lazım deyil Məlik dayı, hər kəs verilən ömrünü yaşasaydı haqsızlıq olmazdı dünyada bu qədər. Məlik gözlərinin yaşını sildi, – Aylına: düz deyirsən qızım səninlə bu fikirdə razıyam, çox haqsızlıqlar edir bəzən bizlərə qarşı zalım fələk. Qismətimizdir qaçılmazdır deyib, vaxtsız dözülməz dərtlərlə düçar edir. Aylın qarşısında yaşlı insanın ağlamasını istəmirdi, – Məliyə: anam yanılmadı mənə Aylın adını qoymasında. Bir bilsə həyatım necə işıqlı – parlaqlı oldu oların ölümündən sonra, dərindən nəfəs alıb baxdı Məliyə. Aylın gördü kişinin əlləri əsir, tez söhbəti dəyişdi, bilmirsənmi xanım nəyçün çağırır məni? heç onunla üzləşmək istəmirəm. Məlik əsən əlləriylə gözlərinin yaşını silib – Aylına: bilmirəm qızım demədi səbəbini. Sənə kobutluqmu etdi gələn kimi? dayının xətrınə döz bir təhər yola ver qızım. Mən uzun illərdi burda çalışıram və, tək məni bu evə bağlayan Ramizin varlığıdır. Əlbəddə sözsüz birdə dayının mənə qarşı insan davranışıdır. Aylın dərindən nəfəs alaraq – Məliyə: indi burda olmağımın səbəbi elə dayıma görədir Məlik dayı. Oğlunu tanımıram görmədim heç, yəqin xanım kimi oda üstən aşağı baxandı bizim kimilərinə. Məlik – Aylına: yox – yox qızım Ramiz başqadır, gördüyündə sevəcəksən onun gözəl ürəyni. Aylın – Məliyə: o hələ kəsilməmiş qarpızdır gördüyümüzdə qiymətləndirərik, ancaq bunu deyim mən səni çox sevdim Məlik dayı. Məlik – Aylına: sağol qızım mənimçündə evlad sayılırsan, bundan sonra nə lazım olsa mənə de çəkinmə, tamammı? arvadın səsi gəldi bağıran. Nə oldu Məlik hansı cəhənnəmdəsiniz? harda qaldınız. Aylın – Məliyə: gedək Məlik dayı mən səbəb olub xanım sənidə acılmasın.

İkisidə aşağı gəldilər, arvadın qarşısına çatıb dayanıb gözlədilər nə deyəcəyini. Arvad əlindəki məktubla özünü yelləyərək, kobutca – Məliyə: bunu evdə görüləcək işlərlə tanış et. Həyətdə sənə kömək etsin nə iş görsən yanında olsun, indidən işə başını qatsın ki, sonra ipini çəkməyə rahat olsun. Aylın baxıb düşünürdü, “ bu qadın insan üzündə dünyaya gəlmiş şeytan idi sanki, özündən başqasını adam yerinə qoymurdu, mərhəmət yoxdu ürəyində». Bura istirahətə gəlmədiyini anlasın vaxtında, Məlik başını aşağı salaraq yavaş səslə – arvada: xanım bunu Həsən bəy görsə – duysa mənə acıqlanar. Arvad kişinin üstunə yüksək səslə bağırdı, sənə dediyimi et cəhənnəmə acıqlansın, anladınmı? sənə nə deyirəm qabağıma söz qaytarmadan yerinə yetir. Anlamıram yoxsa səndə məni öyrətməyəmi çalışırsan? kişi yavaş səslə – arvada: yox xanım əstəfrüllah. Arvad bağırdı kişinin üstünə, o zaman dediklərimi et cavab qaytarmadan. Aylın gördü ki arvad özünə görə yazıq kişini acılayır, böyük – kiçik qanmır mədəniyyət yoxdur, özünü zor tutdu arvada cavab qaytarmamaqçün. Aylın – kişiyə: Məlik dayi sən məni görüləcək işlərlə tanış et, mən sevirəm iş görməyi. Narahat olma dayım heç bir söz deməz sənə, birdə sənin kimi gözəl ürəkli insanın yanında çalışmağımla qürur duyaram. İnana vaxtımızda gözəl keçər, gedək tanış et işlərlə məni. Yazıq kişinin kövrəldiyini görüb mehribanlıqla qolundan tutdu, gedək Məlik dayı baxcanı göstər mənə. Kişi könülsüz halda – Aylına: buyur qızım. Aylın gedərkən arvada tərs – tərs baxaraq Məliklə getdi həyətə, oturduğu yerdən ardlarınca deyindi öz -özünə: yüksək səslə bağıraraq. Bunun dayısı istəməzmiş, acılayarmış, mən dayısınıda o gətirdiyinidə peşman etməssəm, adım Sənubər olmasın. Masanın üstə məktubu atıb əsəblə ayağa qalxıb bağırdı! – xadiməyə: hansı cəhənnəmdəsən otağıma qəhvə gətir, üzünü turşudub getdi ilan vurmuş kimi otağına.


Kamil atasınada danışmışdı olanlar haqda. Anası çayları gətirib masaya qoydu, – arvadına: çox sağol Solmaz xanım əllərinə sağlıq. Arvadı ərinin zarafatçıl və özünə qarşı çox hörmətçil olduğunu bilirdi, – ərinə zarafatla: nuş olsun Nadir bəy, qızı anasına çayları paylamağa kömək etdi. Anası – qızına: çox sağol qızım əyləş, Nərgiz yaxında olacaq imtahanlarına hazırlaşırdı, qardaşından özünə kömək etməsini xayiş etdi. Bacısı – Kamilə: qardaşım mənə kömək edərsənmi? – Nərgizə: edəcəm ancaq sonra indi yox, biraz işim var həll edim yardım edəcəm söz. Nərgiz uşaq kimi şıltaq idi, – qardaşına: sən demişdin imtahanlarımı yüksək balla qazansam məni istədiyim yerə aparacaqsan, elə deyilmi? Kamil fikirli idi – bacısına: hə aparacam, sən hələ qazan yüksək balını. Nərgiz gülümsəyərək, ana bax sizdə eşitdiniz qardaşım aparacam dedi, – qızına: ay mənim hələdə böyüməyən kiçik qalmış gözəl qızım, yaxşı bilirsən ki qardaşın sənə verdiyi sözünü tutandır. Səndə dərslərinin üstüdə ciddi duraraq çalış ki yüksək bal qazana bilərsən, sonrada qardaşın səni gəzməyə aparsın dediyin yerlərə. Nərgiz – anasına: görəcəksiniz mən sözümü tutacam və, ən yüksək bal toplayacam. Atası qızının şıltaqlığına baxaraq gülümsədi, – inanıram mən qızıma inşallah toplayacaqsan yüksək bal, çaylarını götürüb içdilər. Kamilin axlı qalmışdı Aylının yanında, bunu ata – anası artıq anlamışdılar, biri – birilərinə baxdılar. Əri arvadına işarə etdi ki hər şey yaxşı olacaq, anası istəmirdi oğlu üzülsün dərt çəksin, dərindən nəfəs alıb oğluna baxaraq çayını içdi.


Aylın Məliklə həyətə gəlmişdilər. Məlik əli ilə həyətı göstərib – Aylına: buraların işinə mən baxıram qızım, sən xanımın dediyinə baxma hər işin öfdəsindən gəlirəm mən. Aylın – kişiyə: Məlik dayı məndə sizə kömək edəcəm narazılıq istəmirəm. Dayım mənə görə üzülməsin xalamın dır – dırını eşidib, xanımın gözü önündə olmaqdansa, sənin yanında olmaq xoş olar mənə. Kişi Aylının sözünə gülümsədi, qızım sənin ananda çox mərəfətli qadındı idi, hər gəldiyində mənimlə söhbət edərdi hal – əhvalımı soruşardı. İnan oda eyni sənin kimi deyərdi, çoxu vaxdını bizimlə keçirdərdi. Arvadımla söhbət edərdi, bizimlə bir masada çörək yeyərdi, çox saf ürəkli biriydi rəhmətlik, səndə anana çox bənzəyirsən qızım xasyyətindən, bəxtin oxşamasın. Dayın səslədiyində getmək istəməzdi, sevməzdi xanımın yanında qalmağı, bilirdi söz – söhbət edərək gününə acılıq qatacaqdı qardaşının. Mənə deyərdi, səninlə vaxt keçirmək mənə xoşdur Məlik dayı, o yad planetlinin yanında qalmaqdansa, zarafatlaşıb gülümsəyərdi. Xanım bu planetdəkiləri sevmir, o başqa planetdən gəlmiş deyərdi. Aylın anasının dediyi zarafata ürək acısıyla gülümsədi, – kişiyə: Məlik dayı sizin ailəniz yaxındamı yaşayır? kişinin gözləri doldu yaşla bir anda, aravadımı bir – neçə il qabağa itirdim qızım. Aylın pis oldu duyduğunda, – kişiyə: Allah rəhmət etsin bilmirdim çox üzüldüm, kişi göz yaşını silib – Aylına: ölənlərinə rəhmət olsun qızım. Bizim gözümüzün ağı – qarası bir oğlumuz vardı, başqa şəhərdə təhsil alırdı və çox savadli idi. Həmişə deyərdi, ata mən təhsilimi bitirdikdən sonra artıq nə sən, nədə anam çalışmayacaqsınız, bilmirəm nə oldu hansı səbəbdən oğlumu öldürdülər. Kişi göz yaşlarını saxlaya bilmirdi sel kimi üzünə axırdı, Aylında çox pis təsir etdi oğlunuda itirdiyini duyduğunda, yaxşı anlayırdı qarşısındakı gözü yaşlı çarəsız insanın yaşadıqlarını. Kişi gözlərinin yaşını uşaq kimi qoluna silib, əsən əllərini bir – birinə sıxıb tutdu, necədə ürək acıdıcı bir mənzərə idi, bir atanın qarşında əlacsız qaldığını görmək. Anası xəstə düşdü oğlumun ölümündən sonra, yazıq dözə bilmədi oğlumuzun yoxluğuna. Gecə – gündüz dediyi tək söz oğluma istəyirəm deməsi idi, çox yaşamadı sonunda onuda oğlumun yanında dəfin etdim. Məndə anasının son istədiyini yerinə yetirdim, mənidə oların yanında dəfn et deyə Ramizə vəsiyyət etmişəm. Başqa deyəcəyim kimsəm yoxdur qızım, artıq buralarda başımı qataraq oların yanına gedəcəyim günümü səbirsizliklə gözləyirəm. Ramiz mənim gözümün önündə böyüyüb, oğlumla bir yerdə böyüyüblər bu həyətdə qaça – oynaya, oğlum bura yanımıza gələrdi dərslərini bitirdikdən sonra, orta məktəbdə oxuduğunda. Ramizlə oynayardılar vaxtlarını gözəl keçirərdilər, oğluma olan həsrətimi – istəyimi – ürəyimin yanğısını, indi Ramizə baxaraq onun varlığıyla azda olsa təsəlli tapıram. Aylının gözlərindən yaş süzüldü bi ixtiyar, analayırdı sevdklərini itirməyin necə ağır bir dərt olduğunu. Başına gəlməyənlər bilə – bilməzdilər, hiss belə etməzdilər necə ağır dərt olduğunu. Oğlumun kim tərəfindən öldürüldüyünü bilməməyim mənim ürəyimi daha çox acıtır. Aylın bir söz deyə bilmirdi, ürəyində küt bir ağrı hiss edirdi. Sağolsun xanıma oxşamayıb, Ramiz mənə qarşı çox mərərfətlidir qızım, evdə olduğunda yanımdan ayrılmır məni tək qoymur. Yazıq hər zaman çalışır yanımda dəstək olsun mənə, oğlumun yoxluğunu unutdura bilməsədə, ürəyimə güç – qüvvət gəlir o yanımda olanda. Aylın gözlərinin yaşini silib – Məliyə: ancaq çox təssüflər olsun ki, sevdiklərinin qədər kimsə – kiminsə əvəzini verə bilməz. Bəzən yaxşı olan birilərində ümid yeri tapmağa çalişir insan çarəsizliyindən. Bizim yaramızın ustünə inçə pərdə çəkilmiş sadəcə. Heç dəyməmişdən – toxunmamışdan qanayıb ürəyimizə axır qanımıza işləyir acısı – ağrısı, ürəyimizi sızladır – göynədir. Məlik əlini Aylinin çiyninə qoyub mehribanlıqla, sən cavansan qızım möhkəm olacaqsan bu zalım həyatda. Dizini heç vaxtdı yerə qoymayacaqsan, yıxılmadan ayaqda qala biləcəksən və güclü olaraq hər kəsin önündə enməyəcəksən. Ananın – atanın yarımçıq qalmış işlərini başa vuracaqsan. Allah sənin yolunu açacaq yardım edəcək, oların bitirə bilməyən işlərinə sən nöqtə qoyacaqsan, inşallah mən inanıram sən bacaracaqsan. Aylin anlamadı Məlik nə yarımciq qalan işdən danışır deyə, soruşmaq istirdi ki nədir yarımcıq qalan işləri? bu vaxdı qapıdan kimsə içəri girdi çağırdı. Məlik dayı hardasan? Məlik dərindən nəfəs alıb, of oğlum yenə içmisənmi sən. Məlik – Aylına: dayın görsə heç yaxşı olmayacaq, tez oğlanın qabağına qaçdı.

Aylin anladı ki gələn Ramiz idi, Məlik tez qolunu öz çiyninə salıb mehribanlıqla – Ramizə: gedək oğlum gəl. Yardım edərək evə tərəf aparırdı, Ramiz kişinin üzündən öpərək, Məlik dayı mən səni çox istiyirəm. Kişidə Ramizin saçini siğallayıb çiyninə əlini vuraraq, – Ramizə: məndə səni çox istəyirəm oglum. Ramiz dayanıb baxdı üzünə, – kişiyə: Məlik dayı sən ağlamısanmmı? kişi gizlətdi Ramizdən, yox oğlum ağlamadım. Gəl gedək dinlən, anası oğlunun içkili gəldyini görüb qabağına yüyürdü, ah oğlum ah, yenə nə gündəsən sən. Kimdi mənə qulaq asan sözümü dinləyən bu evdə? dedim bu gün atan gəlir içmə, oduee başıma bəla gətirib gəlib, bəladır – bəla, Aylını göstərdi əli ilə. Ramiz dodaqlarına barmağnı tutaraq anasına suss deyə işarə etdi. Anası – Məliyə: atası gəlir birazdan nə baxırsan üzümə? kişiyə acıqlandı haqsız yerdə. Ramiz acıqlandı – anasına: bağırma Məlik dayıma, səsini qaldırma onun üstünə anladınmı? anası oğluna məhəl qoymadan, obir qolunu çiyninə salıb eve tərəf apardılar. Aylın aravadın bu hala düşməsinə sevindi baxıb, dayısının qorxusu vardı azda olsa canında. Dərindən nəfəs alıb ətrafa baxdı və bunuda yaxşı anladı ki, arvad aktiyorluq rolunu gözəl oyna bacarırdı.


Ramizi anasıyla Məlik gətirib yatağına uzatdılar, – Məlyə: birazdan gedəcəyik evdən, duydunmu məni? biz dəvətliyik ad gününə, bax gözün oğlumun üstən əksik olmasın anladınmı? soyundur paltarını rahat yatsın. Kişi – arvada: narahat olmayın xanım mən həll edərəm siz gedin, – kişiyə: bura bax o beykərə xeyirsizlə dır – dır edib dalımca vaxdını itirmə, anladınmı? gözüm üstünüzdədir ikinizində unutmayın. Elə bilmə görmürəm – duymuram sizi, kişini təhtid edərək kobutladı. Sən oğlumun yanında qal burda otağında, mən təzə gəlmiş baş bəlasına deyim dayısının yanında agzından qaçırmasın gördüyünü. İşim dərdim yoxdu gəl haranın yetimcəsinə anlat evinin qanun – qaydarını – sirrini, əsəblə otaqdan çıxıb getidi. Məlik Ramizin corablarını çıxardı, başını narazılıqla sirkələyərək arvadın nə qədər kobut və özündən razı olmasına özü öyrəşsədə, Aylına yetimçə deməyindən çox üzüldü.


Arvad aşağı endiyində, Aylının dayısıyla söhbət edə – edə içəri gəldiyini görüb öz – özünə: eyvahh bu heyvan gördüklərini dedisə dayısına yandıq. Aylın arvadın həyaçanla özünə baxdığını görüb anladı fikrini, yalandan gülümsəyərək – dayısına: dayı siz gedin, narahat olma mənə görə hər şey yaxşıdır. Məlik dayıyla biz yaxından tanışdıq, və əl zəhməti az olmayan gözəl həyətinizlədə tanış etdi məni. Gərçəkdən çox gözəl saxlamış, cənnətə bənzətmiş ətrafı. Dayısı – Aylına: hə qızım Məlik buraları beş barmağı kimi tanıyır, və ürəkdən qulluq edir həyətdə güllərə – ağaclara. Həmdə çox yaxşı insandır, mən ondan bir ömür boyu razıyam bəzilərində fərqli olaraq, arvadını işarə etdi. Şad oldum bir – birinizlə dil tapdığınıza görə. Aylın dərindən nəfəs allaraq – dayısına: yaxşı insanlardan gözəl sözlər duymaq insana güc verir hər zaman, arvada qandırdı işarə etdi bu sözüylə. Arvad gəldi qarşılarına, – ərinə: get əynini dəyiş gec oluruq gedək vaxdında. Dayısı – Aylına: Ramiz gəlməyibmi hələ? arvad tez yalan danışdı özünü soxaraq ortaya, – ərinə: zəng etmişdi birazdan gələçək yoldaymış. Ərinin əlindən portvelini götürüb – sən get hazırlan gec olmayaq bir dəfədə olsun getdiyimiz yerə. Dayısı dərindən nəfəs alıb – arvadına: bu gedəcək yerlərimiz bir bitsəydi, məndə xarabamda rahat oturub qızla söhbət edərdim, əsəblə getdi.

Məlik gəldi, arvad pıçıltıli səslə əsəbləşdi – Məliyə: demədimmi sənə yanında qal? Məlik yavaş səslə – arvada: xanım Ramiz sərin su istəyir, aparım yanındayam narahat olmayın. Arvad əlini yelləyib get apar tez deyə işarə etdi. Məlik – Aylına: sənədə çay süzümü qızım? arvad kişiyə acıqlandı dişlərini bir – birinə sıxaraq, nə münasibətlə? mən sənə deyirəm işə öyrət bunu, sən başıma çıxarmağa çalışırsan? get rədd ol su apar oğluma gözüm görməsin səni. Kişi başını aşağı salaraq küskün üzlə getdi mətbəxtdə. Aylın dayısının xətrinə dilini – dişinə sıxıb zorla dayanırdı arvadın həyasızlığına. Bu vaxdı yuxardan dayısı gəldi köynəyinin qol düymələrini bağlaya – bağlaya, – Aylına: de qızım mənə sıxılmırsan ki burda? Aylın arvada o qədər əsəbi idi ki, özünü zor tuturdu. Yox dayı sağolsun xalam darıxmağa qoymur kimsəni çox hörmətcildir, böyüklə – böyük kimi, kiçiklə – kiçik kimi rəftar edir. Məlikdə əlində su bakali ilə gəldi, Həsəni gorüb pərt oldu. Əlində su ilə yuxarı çıxsaydı o dəqiqə biləcəkdi Ramizin içib gəldiyini. Aylın kişinin əlindən suyu götürüb təşəkkür etdi, sizə zəhmət verdim Məlik dayı ayıb oldu mənə, sudan istəməsədə bir qurtum içdi. Dayısı baxıb – olara: nə gözəl, şad oldum qızım artıq bir – birinizə alışmışsınız, həmişə belə mehriban olun. Dayısı – Aylına: bizim xanımın dəvətləri heç bitməz qızım. Getməyə məcburuqmuş, çünki başqalarının yanında özümüzü göstərməsək ayıb olarmış, bağışla qızım sənə vaxt ayıra bilmədim bu gün. Aylın arvada acıga dayısına mehribanlıqla, siz gedin dayı narahat olma mənə görə. Biz Məlik dayıyıa qəşəng çay hazırlayıb, söhbət edə – edə oturaraq gözəl vaxt keçirəcəyik. Avadı elə bil ilan sancdı, ancaq ərinin yanında daha söz deməyə çəkindi ki, birdən Aylın deyər oğlunun içdiyini. Arvad – ərinə: gedək boş – boş danışıb vaxt itirməyək, – arvadına: boş – boş danışan sənsən. Danışığına fikir ver demişəm sənə yüz dəfə, deyibdə sənə nə xeyri var ki? dərindən nəfəs alıb yaxınlaşıb, Aylının alnından öpdü. Hələlik qızım axşam görüşərik, sizədə gözəl söhbətlər. Məlik qızıma qulluq et darıxmasın, yanında ol tamammı? – Həsənə: baş üstə Həsən bəy sən narahat olma.

Dayısı arvadına evdən çıxarkən acıqlandı, – arvadına: bu sonuncu olsun sənin ad günlərin filan bil, sonra demədi demə. Arvatda məcbur ağzını yumub tərs – tərs baxaraq getdi yanınca, dayısı arvadını hələdə qapıdan çıxdıqda da danlayırdı. Sənsən gedib rəfiqələrinlə orda burda boş – boş danışan mərəfətsiz, davalaşa – davalaşa getdilər. Aylın dərindən nəfəs alib kişiyə baxıb gülümsədi, – Aylıa: qızım xanım sənə acıqlanacaq gəldiyində, sən Allah basma onun quyruğunu xayiş edirəm. Aylın əlindəki su bakalına baxıb – Məliyə: o bizi elə – belədə sancacaq Məlik dayı. Onun quyruğunu basmağa gərək yox ki? sən get bax onun oğluna, məndə otağıma gedim. Buralar sıxır məni, sanki ev deyil açıq zindandır. Məlik dərindən nəfəs alıb üzgün baxışlarla baxaraq – Aylına: məndə su aparım Ramizə, səndə dincəl qızım.


Kamil Ramizə zəng edirdi telefona çavab vermirdi, öz – ozünə: sənə dedim axı vaxdında qalx masadan eşitmədin məni. Telofonunu masanın üstünə qoyub düşündü, fikri Aylında qalmışdı. Ramizdə içkili olduğuna görə bəhanə edib gedədə bilmirdi ki, birdən atası bilərdi içdiyini və davalaşardı oğluyla özü səbəb olub, qapı döyüldü. Kamil gəl deyə səslədi, içəri bacısı girdi əlində dəftər – kitab vardı. Kamil anladı baçısına kömək lazımdır imtahanlara hazırlaşmağa, – bacısına: gəl baxım nədir anlamadığın yardım edim. Bacısı gəlib qardaşının yanında oturdu, dəftər – kitabı açıb barmağıyla işarə edərək göstərməyə başladı. Bax bunu anlamıram, sonra bunu anlamıram, bir – bir göstərdi. Kamil başını qaşıyaraq baxdı, – bacısına: anladığın burda bir şey varmı? bacısı küskün baxışlarla baxdı qardaşına. Kamil gülümsəyib, – bacısına: indi həll edərik bilikdə, çox mehribandı bacısına qarşı, bacısıda o an sevindi uşaq kimi.


Aylın otağında çarpayısında uzandı gəlib, qulağına yan otaqda yatmış Ramizin ziyaranan səsi gəlirdi ara – sıra. Arvad tapşırmışdı girmə narahat etmə filan deyə baxmırdı, çantasından ata – anasının rəsimlərini çıxarıb baxdı. Mən nə edəcəm sizsiz? Məlik dayı sənin xətrini çox istəyirmiş bilirsənmi ana? bu gün səndən danışdıq, sənin kimi dedi oda mənə. Həyatda güclü olmaq gərəkirmiş, səndə həmişə belə deyərdin yadındadırmı? rəsimlərini öpüb sinəsi üstə qoyub öz – özünə: mən sizsiz necə güclü olaram ki? sözlə demək rahatdır əlbətdə. Gözlərini yumdu biraz vaxlıq, gözlərini açıb dərindən nəfəs aldı. Məlik dayı dedi ki mən sizin yarımçıq qalmış işinizi davam etməliyəm, sizin həyatınıza vaxtsız nöqtəni qoymağa səbəb oldu şərəfsiz. Allah ən pisindən versin ona həyatı boyunca. Görəsən sizin bitirə bilmədiyiniz yarımçıq qalmış nə işnizdir ki? mənim nöqtəsini qoymağım gərəkirmiş. Bəs niyə bundan mən xəbərsizəm? hiss etdim ki təkcə Məlik dayı bilir bu haqda, dərindən nəfəs alıb düşündü. Yenədə yan otaqdan Ramizin ziyaranan səsi gəldi, nə dediyi aydın eşidilmirdi, ancaq hiss olunurdu ona yaxşı deyildi. Aylln biraz qulaq asıb öz – özünə: Məlik dayı yanında demi bunun? ayağa qalxıb otaqdan çıxıb gəlib qapının önündə dayanıb qulaq asdı.

Su, su, deyə ziyaranırdı Ramiz içəridə, əliylə qapıdan tutub açıb baxmaq istədikdə arvadın sözlərini xatırladı, oglumu narahat etmirsən səs etmirsən. Əlini qapıdan çəkdi, getmək istəyirdi yenə ziyarandı su deyə. Aylın Məliyin sözlırini xatırladı. Ramiz yaxşıdır mənim xətrimi çox istəyir xanıma bənzəmir xasiyyətindən, dözmədi qapını açıb içəri baxdı Məlik yox idi. Ramiz su, su, deyib ziyaranırdı yatağında. Aylın baxdı masada su vardı dolu bakalda, gəlib bakalı götürüb uzatdıb, Ramiz bəy açın gözlərinizi için suyunuzu. Ramiz gözlərini zorla açıb baxdı Aylına hlsız – halzsız. Aylını tanımadı, heç yadınada gəlmədi ki bu gün bibisi qızı gələcəkdi özlərinə, sən kimsən? Aylının əli uzanılı qalmışdı su bakalıyla Ramizə tərəf. Heç vaxtdı qarşılaşmadıqlarından biri – birilərini tanımırdılar. Aylın zarafatla – Ramzə: mən mələyəm, duydum su istəyirsənmiş sənə su gətirmişəm al iç. Ramiz yerində oturdu gözlərini ovub baxdı, yuxumu görürdü? bir anlıq şaşırdı. Nə mələk mən ölmüşəmmi, yoxsa yuxudayammı? başını tutub bagırdı qorxub! Məlik dayııı. Səsə kişi gəldi qaçıb, nə oldu oğlum pis yuxumu gördün? sakit ol oğlum yanındayam qorxama burdayam. Aylın su bakalını masaya qoyub otaqdan çıxdı. Ramiz bərk – bərk kişinin boynunu quçaqlayıb – kişiyə: burda kimsə vardı gördüm, mənimlə danışırdı. Məlik anladı Aylından qorxmuşdu Ramiz, birdən anası duyar deyə ehtiyat edirdi yazıq kişi qalmışdı ortalıqda susaraq. Yaxşı bilirdi ki, anası bilsə ağzından qurtarmazdılar acıqlanardı Aylına. Ramizi sakitləşdirib yerını uzandırdı, yat oğlum mən yanındayam qorxama. Ramizi sakitləşdirib yanında oturub, söz dinləmədən bu qədər çox içməsinə narazı – üzgün baxışlarla baxdı.

Aylın otağına gəlib yerinə uzandı, öz – özünə: adamı ruh görə biləçəyin qədər içməsən olmazmı? Allahım sən kömək ol, belələrinə axıl ver. Yastığını quçaqlayıb anası gilin rəsimlərinə baxaraq – anasına: qardaşının oğlu zarafatımdan qorxdu anacan, gülümsədi.


Gecəc saat 10 olurdu, Ramız yuxudan oyanıb gelib divanda əyləşdi, başı yaman ağrıyırdı. Məlik əlində su bakalıyla gəldı, əlındəki ilacı suya salıb – Ramizə: al iç oğlum başının ağrısı azalsın. Ramiz ilaclı suyu götürüb içdi, bakalı qaytarıb sağol Məlik dayı sən olmasan işim çətin olardı. Məlik – Ramizə: oğlum sənə yemək hazırlayım ye biraz. Ramiz başını tutub, yox heçnə istəmirəm başım çox ağrıyır ofuldayıb ziyarandı, anam hanı? – Ramizə: atanla ad gününə gediblər. Ramizi elə bil tok vurdu bir anlıq baş ağrısını unutdu, atamlamı? offf – offf bu gün gəlirdilər axı, qarşılamağada unutdum. Kişi – Ramizə: sən unutmamısan oğlum, dostun Kamildən xayiş etmisən oları qarşılaşın, oda sağolsun qarşılayıb evə kimi gətirdi narahat olma. Ancaq atan çox əsəbləşdi sən qarşılamadığına görə, içdiyinidə bilmədi səni həmişəki kimi gizlətdik ondan. Atam təkmi gəlib? gəlmədimi bibim qızı bizə? kişi külümsədi, Ramizin sözünə. Oğlum sən hələ ayılmamısanmı? sənə su verən kimiydi otağına gəlib? Aylın idi bibin qızı, səndə qızdan qorxub bagırdın. Ramiz pərt oldu duyduğunda, burdadı indi? kişi başını narazılıqla sirkələyib güldü, burdadı oğlum harda olacaq artıq? yuxarıda otağındadır. Ramiz tez ayağa qalxdı, mən gedib görüşüm yaxşı olmadı heç, başını qaşıyıb baxdı. Tələsərək gedib piləkənlərlə yuxarı qalxırdı Məlik zarafatla, – Ramizə: qorxsan məni çağır oğlum burdayam. Ramiz arxaya baxaraq – kişiyə: sən gül Məlik dayı eybi yox.

Qapı döyüldü yavaşdan, Aylın yastığını qucaqlayıb yatmışdı anası gilin rəsiminə baxan yerində. Qapının döyülən səsinə oyandı, tez ayağa qalxıb gəlib qapını acdı. Ramizi görüb əlini üzünə çəkib gözlərini ovub baxdı. Zarafala – Ramizə: oyandınmı Ramiz bəy? bağışla səni qorxuzduğuma görə üzür istəyirəm. Bilmədim mələklər filan gözünüzə görsənirmiş içdiyinizdə, istəmədən qorxutdum səni. Ramiz başını qaşıyaraq Aylına baxdı, heç belə qorxmamışdım ömrümdə, yaxşı olmadı belə tanışmamız utandım düzü sizdən məndə. Düzü mən gəlməliydim sizi qarşılamağa, alınmadı. Atamdan öncə məni qorxuzaraq yaxşıca cəzalandırdın gülümsədi, qarşınıza gəlsəydim tanıyardım belə olmazdı əlbətddə. Necə demişlər? yerində və haq oldu mənə, bagışlayın dost – tanışla başım qarışıb, dostum Kamildən xayiş etmişəmmiş sizi qarşılamağı. Aylına əlini uzatdı gülümsəyərək, xoş gəldin səni görməyimə şadam bibimin qızı. Aylında Ramizin əlini sıxıb, məndə şadam səni görməyimə Ramiz bəy, dayım oğlunu görməyə bu günə qismətmiş. Ramiz – Aylına: Ramiz bəy nədir? Ramiz de yad deyilik biz səninlə. Dəridnən nəfəs alıb – Aylına: başın sagolsun olanlara görə çox üzüldüm. Mehribanlıqla Aylının boynunu quçaqladı, bağışla əslində gəlməliydim yanında olmalıydım, ancaq nə edim mən beləyəm gördüyün kimi, içki düşgünü və avara. Atam danlasada düzəlmirəm, Aylında Ramizin boynunu quçaqlayaraq kövrəldi, – Ramizə: səndən incimirəm eybi yox üzür istəmə, gəlsəndə geri qaytara bilməyəcəkdin öldüklərimi. Ramizin boynundan buraxıb üzgün baxışlarla baxdı. Mən sizə yuk olmaq istəməzdim, əslində bura gəlmək fikrim yox idi dayım zor etdi, əl çəkmədi gəlməlisən sənsiz getmərəm deyib tutdurdu. Ramiz üzünə baxaraq – Aylına: bir dəqiqə mənə bax, səni burda üzən xətrinə dəyənmi oldu? de mənə düzünü çəkinmə. Aylının yaşlı gözlərini mehribanlıqla əliylə silərək, bilirəm anamın agzı dinc durmaz sancmış yəqin səni, o atamlada düzgün yola gemir evdə. Bax burda mən varam, bir daha eşitməyim bizə yük filan olursan sözlərini, danışdıqmı? Aylın gözlırinin yaşını silib – Ramizə: yox anan heçnə deməyib narahat olma. Sadəcə olaraq mən narahat hiss edirəm özümü burda, evdən heç uzaqlaşmadım bu günə qədər. Ramiz Aylının könlünü almaqçün otaga baxıb, yəqin hər şeyini yerləşdirmisən, sözü agzında yarımçıq qaldı bir anlıq. Eyni Kamilin kimi şoka düşdü, gördüyündə otaqda çarpayıdan başqa heçnə yox idi. Ramiz otağa girdi nəzər salıb əsəblə baxdı. Aylin istəmirdi Ramiz otağı görsün söz – söhbət olsun, Ramiz otağa baxıb üzünün ifadəsi dəyişdi. Dərindən nəfəs alıb öz – özünə: haqlısan belə mərəfətlə qarşılansam məndə heç istımızdim burda qalmağa. Aylının canını dərt bürüdü – Ramizə: Allahını sevirsənsə bax heç kimə bir şey deməyəcəksən söz ver. Ramiz dönüb baxdi, – Aylına: orasını unut, mən kimsəyə tuta bilməyəcəyim sözü vermirəm bu həyatda. Aylının kefinin qalanıda getdi Ramiz belə dediyində, – Aylına: gedək aşağı mənimlə biraz söbet edək. Burda havam çatmır boğulmağa başlayıram, Aylin getmək istəmədi çəkindi ki, anası gələr yenə acılayar özünü. Ramizin eyni dayısı kimi hörmətçil olduğunu anlamışdı, bilirdi yanında tərs bir söz desə anasını acılayacaqdı. Ramiz gərçəkdən oxşamırdı anasına xasiyyətindən, haqsızlığı qəbul etmədiyi otağa girdiyində gördüklərini necə qarşıladığından bilindi. Ramiz hiss etmişdi Aylının anasından çəkindiyini. Aylının qolundan tutaraq, gəl gedək çəkinmə söhbət edək yaxından tanış olaq, dedim axı mən burdayam çəkinmə kimsədən. Aylın dərindən nəfəs alaraq – Ramizə: bir şərtlə, az vaxlığa tamammı? – Aylına: tamam az vaxlığa gedək. Aylınla otaqdan çıxarkən Ramiz əli ilə işarə edərək, xanım öndən buyursun. Aylin anladı nə dediyini otaqdan birinci çıxdı. Ramiz otaqdan çıxarkən, qapını əsəbindən bərk çirparaq örtdü. Aylın səsdən səksənsədə dönüb baxmadı, Ramizin üzünü nifrət dolu bir ifadə almışdı, ardınca addımladı.

bannerbanner