banner banner banner
Bozqurdlar
Bozqurdlar
Оценить:
Рейтинг: 0

Полная версия:

Bozqurdlar

скачать книгу бесплатно


Qılıncına əl atma,

İndi döyüş çağıdır!

Ortalıqda dolaşan

Ağ kımız çamçağıdır.

Yad eldə oturanlar

Bil ki, yurd qaçağıdır.

Sənin qılınc dediyin

Türkün oyuncağıdır.

Çinli bəyi qorxu sarımışdı. Katun intiqamçı gözlərlə ozana baxırdı. Amma onlara əhəmiyyət verən yox idi. İndi növbə yenə də Çuçuya çatmışdı: Ötükən qızlarının

Gözləri könül yarar.

Onları gündüz günəş

Gecələri ay sarar.

Çinli meydan oxusa,

Burda çaşacaq nə var?

Keçi sərxoş olunca

Döyüşməyə qurd arar.

Çinli bəy, az qala bayılacaq vəziyyətə düşdüyünün fərqində idi, amma yerindən qımıldana bilmirdi. Gecə olmuşdu. Artıq İçinq də ona dilmanclıq etmədiyi üçün söylənənləri başa düşmürdü. Amma hər sözdə təhqir olunduğunu sanır, içi intiqamla dolub daşırdı. Halbuki indi Qara Ozanla Çuçu qarşı-qarşıya Kür Şadı öyürdülər biri bir dördlük söyləyir, digəri başqa bir dördlüklə ona cavab verirdi:

Ötukəndə aslanlar var,

Kür Şad onların biridir.

Çox igidlər vardır, amma

Kür Şad ərlərin əridir.

Kür Şadı doğan ana

Nə əmdirmiş əcəb ona?

Ərlik, ululuqdan yana

Tanrı Kür Şaddan geridir20.

Dünyada var neçə çəri21

Kimi üstün, kimi geri.

Kür Şad adlı Göy Türk əri

Anadangəlmə çəridir.

Qılıncı ildırım çalar,

Atdığı ox dəmir dələr!

Ölüm gəlsə, Kür Şad gülər-

On səkkiz ildən bəridir.

İgidlikdə ən irəli,

Qalacaq on min diri!

Göy Türklərin könülləri

İndi Kür Şadın yeridir.

20 Bu iki dördlük Mengüc Adsıza Yoldaşın “Kür Şad” deyişindən alınmışdır. Yalnız iki misra azacıq dəyişdirilmişdir.

21 Çəri − əsgər.

28

Təbillər əyləncənin bitdiyini bildirirdi. Hər kəs öz yerinə gedir, çadırına girirdi. Şen-kinq və

Katun sifətdən hiddətlə düşünür kimi görünürdülər. Çinli bəy bacısının yaxınlaşaraq:

− Onlara göstərəcəyəm. Bir Çin bəyini ələ salmağın nə demək olduğunu! − dedi. Katun şeytan kimi gülümsədi:

− Tez özündən çıxma! Hər işin vaxtı var! − cavabını verdi.

Sonra Çin bəyi üç zabiti ilə birlikdə onlara ayrılan çadırlara yönəldi.

* * *

Gecə vaxtı Kür Şadın qapısı açıldı. Tulu xan içəri girdi:

− Kür Şad, − dedi. − Sabah çox erkəndən yola çıxacağam. Kağan Tatarlarla Tunquzları idarə

etməyin çətin olduğunu söylədi. Çox tez getməyim vacibdir. Mənə bir deyəcəyin varmı?

Kür Şad ayağa qalxdı. Yavaş- yavaş Tulu Xana doğru getdi:

− Mənim sənə deyəcəyim bir şey yoxdur. Sənin necə?

Tulu xan solğun üzünə xüsusi məna verən gözləri ilə Kür Şada diqqətlə baxırdı. Ürəyində

bir iztirabı olduğu bəlli idi. Yavaş-yavaş bunları söylədi:

− Çinli Katunun, kağanı özünə isinişdirməsindən qorxuram. Çinli bəy də gəldikdən sonra kağanı başdan çıxarmağa çalışacaqlar. Əmim kağan umduğum qədər ağıllı çıxmadı. Sənə bunu demək istəyirəm ki, yurdumuzdakı bütün çinlilərə göz qoymaq lazımdır.

Kür Şad əminliklə:

− Mən bütün çinlilərin casus olduğunu bilirəm. Mənə inana bilərsən. İşin olarsa, məni xəbərdar elə.

İki qardaş qığılcımlı gözlərlə baxışdılar. Sanki bir-birinə söylənməmiş hələ nə qədər sözləri vardı. Sonra Tulu xan birdən-birə:

− Xoşca qal, mən gedirəm, − deyərək döndü.

Kür Şad:

− Yolun, uğurun açıq olsun! − deyə cavab verdi.

TUNQ YABQU KAĞANIN ELÇİLƏRİ

Payız gəlmişdi. Türk ellərinin sərt payızı Çinli Şen-kinq bəyi xəstələndirmişdi. O, türk ölkəsini bəyənsə də qəribsəyirdi. Burada açıq və təmiz hava, insanı sağlamlaşdıran kımız, sapsağlam qızlar olduğu üçün tük ellərini sevirdi. Amma Günəşinin qızğın, soyuğunun sərt, kişilərinin mürəkkəb və qızlarının məğrur olmasını heç bəyənmirdi. İndi Çində olsaydı, xoşuna gələn bir qızı çoxdan ələ gətirmişdi. Halbuki özü məşhur bir bəy olsa da burada hər hansı bir qızı yola gətirmək bir yana dursun, onunla heç dostluq da qura bilməmişdi. Şen-kinqin pis bir daxili sıxntısı vardı. Bunu yox etmək üçün hər gün, yoldaşları olan üç Çin zabitini çağırır, onlarla söhbət edir, qumar oynayır, kımız, yaxud şərab içirdi. Bu gün isə artıq heç bir şey onu əyləndirmirdi. Çin zabitlərindən birisi Şen-kinqə bir təkliflə müraciət etdi:

− Əcaba, bəyimiz atla bir gəzintiyə çıxsa, Ötükənin gözəlliyini görsə, içinin sıxıntısı keçməzmi?

− Vəhşi gözəllik nəyimə gərək? Mənə Ötükəndə gözəl saray, gözəl qumaş, gözəl qadın göstərə

bilərsənmi?

Çin zabiti pis-pis güldü:

− Bəyimizi aldatmaq həddim deyil, ona görə də qəti bir söz deyə bilmərəm, amma bəlkə gözəl qadınlar, hətta gənc qızları görmək mümkün oldu…

− Gözəl qızları mən də sənin qədər hər gün görürəm, amma görməkdən bir şey çıxmır ki…

29

Şen-kinqin hiddətini görüb qarşısındakı susdu. Şen- kinq bir anlığa nəsə düşündü. Sonra birdən-birə soruşdu:

− Yoxsa sənin bildiyin bir şeymi var?

− Mən çox şey bilirəm. Yalnız buradan bir xeyli irəlidə, Orhun çayına çatınca orada gözəl bir qoruq var. Türklər orada at bəsləyirlər. Hər gün oraya cavan türk qızları gedib kımız düzəldirlər.

− Bu qızların yanında kişi olmurmu?

− Xeyir!

− Əcayib şey! Çində olsa gənc qız evinin qapısından kənara addım ata bilməz. Bu türk qızları qorxmurlarmı?

Şen-kinq durmadan şərab içirdi. Bu türk şərabı da heç Çindəkinə bənzəmirdi. İndi dünyanın gözəl və sevimli olduğunu duymağa başlamışdı. Yoldaşının təklifi isə keçiləsi deyildi. Bir qədəh də şərab içdikdən sonra yoldaşlarına:

− Haydı, söylə bir at gəzintisinə çıxaq! − dedi.

Bir az sonra dörd çinli yola düzəlmişdi. Orhun çayı sahillərində qızların kımız düzəltdikləri yerə doğru gedirdilər. Şen-kinqin sərxoşluğu həddini aşmışdı. Çin zabitləri ilə

gəvəzəlik etməyə başlamışdı:

− Çində yenə Suilər başa keçsə, mən bilirəm nə edəcəyəm… İçinq Katun qəbiləsini hakimiyyətə gətirmək üçün Qara Kağanı təhrik edir. Üzümüzə gələn yayda Çinə hücum ediləcək.

Tanqlar taxtdan düşürüləcək. O zaman bəlkə mən Çin kağanı oldum. Hər birinizi bir komandan edəcəyəm. Sonra gəlib buranı da alarıq…

Bu son sözlərdən diksinən üç Çin zabiti sıçrayaraq arxalarına, yanlarına baxdı.

Açıq düzənliklə gedirdilər. Bu işdən kimsə xəbər tutacaq deyə qorxudan ödləri partlamışdı.

Bununla bərabər bu işin baş tutacağına inanmasalar belə, bu ümidli sözlərdən çox xoşları gəldi.

Beləcə xeyli getdilər. Soyuqdan Şen-kinqin sərxoşluğu büs-bütün yox olmuşdu.

Artıq istədikləri yerə çatmışdılar. Burada gözəl bir qoruq, yaxında kiçik mağaralar vardı. Bu mağaralar qara, qışa, yağışa qarşı sığınacaq idi. Buralarda bir çox türk qızı çalışırdı. Ara-sıra at kişnəmələrindən başqa bir səs duyulmurdu. Buraya yaxınlaşarkən Şen-kinq yoldaşlarına dönüb:

− Hələ, hələ baxın! − dedi. − Bu qızların hamısında yay-ox var. Qılıncları da olsa, hamısı hazırca əsgərdi. Nə deyirsən, Van-zin-şan? Sən bu qızların belə döyüşçü olduqlarını da bilirdinmi?

Van-zin-şan çinli bəyə buranı xəbər verən zabit idi. Suala cavabı gecikmədi:

− Bilirdim, bəyimiz. Həm də buyurduğunuz kimi qılıncları yoxsa da yarımqılınca bərabər olan bıçaqları var.

Şen-kinqin gözləri çaşqınlıqla açıldı:

− Doğrudanmı?! Belə əsgərlərə komandan olmaq istərdim!

Çinlilər danışa-danışa qızlara yaxınlaşdılar. Van-zin-şan çinli bəyə əyilərək dedi:

− Bəyimiz bu irəlidə, o üç qırmızı atın yanındakı qızı görürsünüzmü? Burdakı qızların ən gözəlidir! İndiyədək bir dəfə belə güldüyünü görmədim.

− Zatən, bu Türk qızları gülmək nədir bilmirlər ki…

− Hətta kişiləri də…

Amma Van-zin-şan sözünü bitirə bilmədi. Çünki Ötükənə gəldiklərinin ertəsi günü ox atılarkən türklərin Şen-kinqə necə güldükləri qəflətən ağlına gəldi.

Şen-kinq atını yavaş-yavaş o gözəl qızın yanına sürdü. Özünü toplayaraq sordu:

− Mənə bir az kımız verərsənmi?

Qız heç bir söz demədən Şen-kinqə baxırdı. O biri qızlar isə başını belə qaldırmadan, öz işləri ilə məşğuldular. Van-zin-şan çinli bəyə yaxınlaşaraq:


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)