banner banner banner
Bozqurdlar
Bozqurdlar
Оценить:
Рейтинг: 0

Полная версия:

Bozqurdlar

скачать книгу бесплатно


− Çinli gəldi deyə güləş sabaha saxlandı. Çinli bəydəmi güləşəcək? Dincəlib quvvə toplaması üçünmü belə edildi? O, güləşəcəksə, onunla özüm qarşılaşmaq istəyirəm.

Pars cavab verdi:

− Çin bəyləri güləşməz. Katun, qardaşı ilə danışıb kağana tərcümə etsin deyə güləşlər dayandırıldı. Çünki Çin bəyi Şen-kinq Çindən qaçıb gəlmişdi. Kağan Çindəki vəziyyəti öyrənmək istəyir. Amma Tanrı səbəb sala, onlar kağanı pis yola sürükləməyələr!

− Çinli bəyin yanında üç kişi də vardı. Onlar mehtərlərdi.

− Onlar da Çin zabitləridir. Çinlilər zatən ilana bənzər. Bu çinli bəyin üzü heç xoşuma gəlmədi.

− Elə isə hərifin üzünə doyunca bax. İştahan azalar, az yeyərsən. Qoyunumuz, davarımız azalarkən ən munasib çıxış yolu az yeməkdir. Mənim iyirmi dənə qoyunum qaldı. Atlarımın ikisini qurd parçaladı. Bir inəyim vardı, uçuruma yuvarlandı. Yaxında Çinə hücum etməsək, halımız fəna olacaq.

ÖTÜKƏNİN MAHİR OXATANI

Ertəsi gün günortadan sonra ox atma yarışları keçirildi. Günortadan öncə güləşlər bitmişdi.

İnal Tarkan və Doqquz Oğuz bəyi Bilgə Tudun digər güləşçilərin hamısını yenəndən sonra bir-birləri ilə tutaşmış, qalib gələ bilməyərək, bərabərə qalmışdılar. Onbaşı Yamtar isə ilk güləşdə Bilgə

Tuduna məğlub olmuşdu. Bilgə Tudun cox güclü bir pəhləvan idi, amma onbaşı Yamtarın ona tezliklə məğlub olması onbaşı Parsın qanını qaraltmışdı. Guləşdən sonra Yamtardan soruşdu:

− Sən ona bəlkə də qalib gələ bilməzdin, amma bu qədər tez də yenilməməliydin. Sənə nə oldu?

Bir yerinmi ağrıyır? Xəstələnmisən?

− Xəstə deyiləm. Ağrıyan yerim də yoxdur. Başa düş ki, qarnım tox deyil. Kişi savaşa güləşə

çıxmazdan öncə üç günlük azuqəsini birdən yeməsə, onun qolunda gücümü olar? Gün doğarkən yalnız bir çamçaq kımız içdim. Boş mədə ilə edilən güləş bu qədər olar. Sonra Doqquz Oğuzlar 23

savaşda da, döyüşdə də qatı qollu olurlar. Doqquz Oğuz bəyi bizim Ötukən buğrası16 İnal Tarkanı da yenməsindən qorxmuşdum.

Bu zaman nağaralar çalınıb borular gurladı. Oxatma yarışları başlayırdı. Hər kəs öz yerini tutmağa çalışdığı zaman gur səslə bir carçı car çəkirdi:

− Ötükənin ərləri ox atacaqlar. Göy Türk kağanına baxan bu qədər boyun sayılan igidləri oz məharətlərini göstərəcək-lər. Göy Türk ərləri: Tomis, Taqduş əsgərləri, doqquz oğuz igidləri, Karluq bahadurları, Qırğızlar, Bayırkurlar, Kurikanlar, Basmıllar, Kitaylar, Tatarlar, Oğuz Tatarlar, bütün təginlər, şadlar, yabqular, iltəbərlər, bəylər, buyruqlar, tarkanlar17, əsgərlər, ox atacaqlar! Qara Kağanın əziz qonağı məşhur Çin bəyi, Şen-kinq də ox atacaq! Hər kəs yerini tutsun!…

Aradan çox qısa bir zaman keçdi. Böyük meydan minlərlə əsgər və bahadırla dolmuşdu.

Ortalıqda bir uğultu vardı. Kağanın çadırı hər zmankı kimi bu uğultudan uzaqdı. Çevrəsində heç bir səs eşidilmirdi. Əsgərlərin toplanması bitincə Qara Kağan sağında Katun, solunda qonaq çinli bəy Şen-kinqlə birlikdə göründü. Həmin anda da hər yan sakitlikdi. Hə kəs yerə diz vurdu. Bir az sonra da bəylər, kağanın soluna və sağına düzüldülər. Yerlər tutulduqdan sonra carçıların gur səsi ortalığı bürüdü.

− Ulu Kağan Ötükənin ərlərini yarışa çağırır. Qolunun gücünə, gözünün itiliyinə güvənən, meydana çıxsın!…

Bu gün ortadakı meydan həmişəkindən daha böyük görünürdü. Əsgərlər çevrəni bir az da geniş

tutmuşdular. Kağanın oturduğu yerin solunda nişan taxtası yüksəlir, üstündə qaraya boyanmış nişan çevrələri yaxşıca seçilirdi. Bu nişan çevrələrinin sayı dörd idi. İlk yarış bu çevrələri yuxarıdan aşağı vurmaqla başlayacaq, bacarmayanlar mey-dandan çəkiləcəkdir. Kağanın sol tərəfində, uzaqda olan tamaşaçılar oxların nişan taxtasına necə sancıldığını görə bilməyəcəkdilər. Carçı onlara nəticəni qışqıracaqdı, amma bu, gözlə görmək ləzzətini veməyəcəkdi.

Türk adətincə, qonaq hörmətli tutulduğundan kağan bu sınaqlarda iştirak etməyi özü diləmiş

olan Şen-kinqə ilk oxu atması üçün izn verdi. Çinli bəy yerindən qalxdı. Ona yol verən bahadırların arasından keçərək meydana çıxdı. Yerişində bir əda, qoluna və nişançılığına güvənən bir öyünmə

halı vardı. Əvvəlcədən müəyyən edilmiş yerə çatanda dayandı. Bir əsgərin uzatdığı yayla oxu aldı.

Oxunu yerləşdirib yayı gərərək nişan aldı. Ətrafı səssizlik bürüdü. Surətlə uçan oxun səsini ən uzaqlarda dayanmış olanlar belə eşitdi. Birinci ox taxtaya dəydi. Amma ən üstdəki çevrəyə düşmədi.

Ondan bir az yuxarıdakı açıq yerə saplanıb qaldı. Carçı oxun çevrədən dörd barmaq aralı saplandığını hayqırarkən sanki ortalıq bir az da səssizləşdi. Hamı ikinci oxun atılmasını gözləyirdi.

Şen-kinq sanki bu uğursuzluğa əhəmiyyət vermirdi. İkinci dəfə əsgərin uzatdığı oxu aldı. Yayı yenidən çəkdi. Ox yenə taxtaya, amma ikinci cevrəyə deyil üçüncüyə saplandı. Ortalıqda yenə

səssizlikdi. Yalnız çinli bəyin üzü bir az avazımışdı. Üçüncü ox birinci çevrənin bir qarış yuxarısına dəydi. O ana qədər qımıldanmayan, nəfəs çəkməyən ərlərin arasında yenə səs çıxarmadan bu vəziyyəti izləyən Kür Şad yerindən qalxdı. Kağanın önünə gələrək qəzəbini bildirdi:

− Çinli qonaq bizimlə neyçün əylənir?

Katunun önündə sorulan bu sorğuya kağanın sərt bir cavab verməsi gərəkdi. Amma o, hələ

ağzını açmamış əsgərlər arasında bir səs-küy qopdu. Hələ arxa tərəfdə ərlər dalğalanır, uğultu getdikcə artırdı. Kür Şad surətlə döndü. Amma vəziyyəti görüncə onun da dodaqlarına xəfif bir təbəssüm çökdü. Kağana baxdı. O da istər-istəməz yavaşca gülümsəyirdi.

Əsgərlərin belə coşmasına səbəbkar onbaşı Sançardı. Gənc onbaşının ildə bir dəfə, o da heç gözlənilməyən vəziyyət qarşısında gülərdi. Özgə zamanlarda isə Onbaşının heybətli üzü daim sərt, düşüncəli olar, dəstəsindəkilərdən və silahlarından başqa heç nə ilə maraqlanmazdı. Bu gün də sərt üzlə meydana çıxdı. Arxada qaldığından atından enməyərək gözlədi. Şen-kinqin çıxışını və yayını gərməsini ürəyi titrəyərək seyr etdi. Əcaba bu yabançı kişi nə dəyərli usta nişançıdır ki? Onbaşı Sançar bunu öyrənməyi çox istəyirdi. Birinci oxun hədəfə dəyməməsi onbaşının halını heç dəyişdirmədi. Yalnız qorxunun azaldığını göstərən dərin bir nəfəs aldı. İkinci, üçüncü oxların 16 Buğra − erkək dəvə

17 O dönəmin boy adları

24

uçuşunu da izlədi. Amma, Kür Şad çinlinin bu bacarıqsızlığını istehza sanıb da kağana deyərkən atılan dördüncü ox gedib nişan taxtasının kənarından keçərək türk əsgərinin börkünü havaya uçurunca onbaşı özünü saxlaya bilmədi. Qəhqəhələrlə bayılacaq, qəşş edəcək kimi gülür, atının üzərindən sola doğru əyilirdi. Yaxındakılar və uzaqdakılar bir an ona çaşqın gözlərlə baxdılar.

Amma az sonra onbaşı Sançarın qəhqəhəsini batıran bir çox yeni qəhqəhələr də yüksəldi. Böyük meydanı dərin bir uğultu bürüdü. Şen-kinq geri döndü. Bu dəfə sayğı ilə deyil, amma gülməkdən qəşş etməmək üçün əllərini böyürlərinə basaraq son dərəcə əyilən ərlərin arasından keçərək yerinə

qayıdıb oturdu. Katun uzun zamandan bəri türklər arasında yaşadığından onların necə atıcılar olduğunu yaxşı bilirdi. Amma yenə qardaşının bu işi bacarmamasına hirslənib, dodaqlarını çeynəyirdi. Yoldaşları tərəfindən uzaqlaşdırılan Sançarın qəhqəhəsi duyulmaz olduqdan sonra səs-küy uzun sürmədi. Nağaranın bir-iki zərbəsindən sonra carçının yüksələn səsi nişan yarışlarının davam ediləcəyini bildirdi. Ortadakı ərlərin sayı qırxa qədər olardı. Və 40 ərin atdığı 160 ox Şen-kinqin çaşqınlıqdan açılan gözləri önündə heç sapmadan gedib hədəfini tapırdı. Hədəf əlli addımlıqda düzəlmişdi. Meydandan çəkilən yalnız Çin bəyi oldu, ərlər bu dəfə yüz addım geriləyərək eyni sınağa başladılar. Kimsə cınqırını çıxarmırdı. Oxlar hədəfə uçurdu. Nəticələr yenə

yüksək idi. Amma bir kərə hədəfə düz vurmayan kənarda qalmağa məcburdu. Bu sınaqdan qırağa çıxanların sayı 22 idi. Bundan sonra daha ciddi sınaqlar gözlənilirdi.

İki ər qarşı-qarşıya gələrək uzun bir dəyənəyin hərəsi bir ucundan tutdu. Bu dəyənəyin ortasından bir ip asılmışdı. İpin ucuna bir yumurta bağlanmışdı. Dəyənəyi tutan iki ər onu bir az tərpətdilər, yumurta yırğalanmağa başladı. Yarışanlar əlli addımlıqda bu yumurtanı vurmalı idilər.

Yumurta vurulduqca yerinə yenisi bağlanırdı. İndi Şen-kinq əvvəlki kimi bir yerdə qərar tuta bilmirdi. Bu oyunları seyr etmələri üçün gətirdiyi ön sıralarda yer almış olan Çin zabitlərinin üzünə dönüb baxa bilmir, çox əsəbi görünürdü. Katun da eyni vəziyyətdə idi. Qardaşının məğlub olmasından başqa kədəri də vardı. İşbara Alp hər fürsətdə ona hörmətsizlik göstərən, Tunqa Təginlə başa-baş çırpışaraq ərliyini hər kəsə bir daha tanıdan və buna görə minbaşı olan gənc qəhrəman, indi yarışlarda da böyük bir ustalıq göstərərək yayını gərib oxunu atırdı. Amma bu ox yayınmadan istənilən hədəfə dəyir, saplandığı taxta ilə birlikdə hər dəfəsində Katunun ürəyini də

dəlirdi. Şen-kinq bir uşaq bacarıqsızlığı göstərdiyi zaman İşbara Alp hər kəs kimi gülməmiş, hətta kağan və Kür Şad kimi dodaqlarında bir gülümsəmə belə görünməmişdi. Yalnız gözlərinin ucu ilə Katuna bir baxmış, sonra məğrurluqla başını çevirmişdi. Onun bu etinasızlığı Katunu hirsləndirmiş, hiddətləndirmişdi. Əlindən nə gələrdi ki, əlac hələlik səbrə qalırdı. İndi gözləri ilə

atıcıları təqib edən Katun, İşbara Alp ox qabından bir ox çəkən zaman onun çaşması üçün Tanrıya yalvarırdı. Artıq meydanda iki nəfər qalmışdı: Yırğalanmaqda, uzaqlaşmaqda olan yumurtaları öyünüb eləmədən eyni soyuqqanlıqla vuran Kür Şad ilə İşbara Alp…

Ərlərin ikisi də eyni ustalıqda olduğu üçün başqa bir sınağa çəkilməliydilər. Bu dəfə də

havaya atılan yumurtaları ən yüksək nöqtədə vuracaqdılar. Oxlar vıyıldayırdı. Yumurtalar bərabər dəlindi. İki igid də sanki bundan sevinc duyur, ikisi də bir- birlərinin bu uğuruna sevinirdi.

Ən axırda, kənarları bir arşın qədər görünən böyük bir taxta gətirildi. Kür Şad və İşbara Alp əlli oxla bu taxtalara “Türk” sözünü yazacaqlar. Yazını kim daha öncə bitirərsə birincilik ona çatacaqdı. Kimsədən səs çıxmırdı. Əsgərlər sanki nəfəs çəkməz olmuşdular.

Nağaranın gurlayan səsi ilə yarış başladı. İki igidin sadaqdan ox çəkmələri, yayı yerləşdirmələri və hədəfi nişan alıb ox atmaları o qədər surətli idi ki, onların cəld hərəkətlərini bir-bir izləmək mümkün olmurdu. Saniyələr keçir, hər iki taxtada kəlmə şəkillənməyə başlayırdı.

Amma kimin qalib gələcəyi hələ bilinmirdi. Şen-kinq artıq otura bilmirdi. Ayağa qalxmışdı, yumuruqları düyünlənmiş, nəfəsi kəsik… Eləcə baxırdı. Çalıq durduğu yerdən ağıllı gözlərinin kəskin baxışlarını gah İşbara Alpa, gah Kür Şada, gah da Şen-kinqə yönəldir, ən həyəcanlı anda belə qonağın bu halını görüncə özünü gülməkdə güclə saxlayırdı. Birdən ortalığı çılğın hayqırışlar bürüdü. İki-üç gündür sürən şənliklərdə hər qalib gələni eyni səssizliklə qarşılayan və

yalnız üəklərində təbrik edən əsgərlər, azacıq bir fərqlə üstün gələn Kür Şadı çılğınca alqışlayır,

“yaşa” deyə hayqırırdılar. Onun İşbara Alpa qarşı az da olsa üstün gəlməsi, Çuluq Kağnın intiqamını alacaq bir igidin aralarında yaşadığından xəbər verir, və ürəklərdən gələn daşqın sevinci saxlaya bilməmələrinə səbəb olurdu. Kür Şada əlini uzadan İşbara Alpın gözlərində də

bir zəfər sevinci vardı. O da sanki qalib gələn özü imiş kimi sevincək idi. Ötükənin, ona üstün 25

gələn kəskin oxatanını yanıq üzündə işıldayan sərt baxışlarını yumşalda biləcək bir sevinc içində

təbrik edir, kağanın buyruğu ilə bir əsgərin gətirdiyi kımız çamçağını ona öz əli ilə uzadırdı.

* * *

Gün qaralırdı. Bütün yarışlar, oyunlar bitmişdi. İndi söz ozanlarındı. Qara Ozanla Çuçu qarşılıqlı qopuz çalıb deyişəcəkdilər- kağanın otağını çevrələyən halqa daralmışdı. Öncə Qara Ozan gəldi. Kağanı salamlayıb bardaş qurdu. Arxasınca Çuçu gəldi. O da kağanı salanmlayıb Qara Ozanın qarşısında oturdu. Sonra ağır- ağır, yavaş- yavaş qopuzlar inləməyə başladı. Bütün türklər ehtiramlı bir səssizlik içində dinləyirdilər.

26

İlk olaraq Qara Ozan sözə başladı:

Ötükənin ərləri

Bilir mənim gücümü!

Qopuzumun mizrabı

Axtarmaz qılıncımı.

Qara Ozan! Səninlə

Aşıq atan Çuçumu?

Çuçu, bu meydanoxumaya dərhal cavab verdi:

Səni belə söylədən

Kımız, şərab içkimi?

Belə yaman söylərsən

Səndə komam18 öcümü.

Deyişin qılıncımdan

Daha öldürücümü?

Səni basan şaşqınlıq

Ağı kimi acımı?

Qara Ozan hiddətlənir kimi oldu:

Ötükən ərlərinin

Dünyada olmaz eşi!19

Ötükənin qızları-

Göydə ayın on beşi.

Çiçəkləri qan edər

Gözlərinin atəşi.

O şaşqınlıq dediyin

Çinli qonağın işi…

İçinq Katunun çevirmələri ilə Qara Ozanın sözlərini çincə dinləyən Şenq-kinq iynələnirmiş

kimi bir hala düşdü. Amma kağanın və bütün türklərin daş kimi sükutunu görüncə səbrini basdı.

Katun da hiddətlənmişdi. Bu ozan onun şöhrətli bir bəy olan qardaşı ilə açıqca əylənirdi. Kağana əyilərək:

− Bu bayağı kişinin əziz qonağını təhqir etməsinə sonacan göz yumacaqsanmı? − dedi.

Kağan eyni daş hərəkətsizliyi içində cavab verdi:

− Ozanların sözü müqəddəsdir, kəsilə bilməz!

Qara Kağan qənaətini o qədər soyuq söylədi ki, Katun sözünün canını deməkdən çəkindi.

Zatən indi oxuma növbəsi Çuçuya çatmışdı. Baxaq görək nələr söyləyirdi: Çinli bəyin atdığı

Boşa getdisə nolar?!

Çinli bəy… Sağa atsa,

Ox gedər düşər sola.

Neyləsin, ulu Tanrı

Güc verməyincə qola?!

Qovuşsun Qara Kağan

Kür Şad kimi oğula.

Kür Şadın adı gəlincə camaatın arasında bir çaxnaşma oldu. Çinli bəy isə üzərinə

yağdırılan bu eyham və təhnizlərin altında özündən getmiş kimi idi. İçinq Katun bu deyişmələri bir-bir ona anlatdıqca qardaşı daha çox qudururdu. O qədər qəzəblənmişdi ki, istər-istəməz birdən qılıncına əl atdı. Qara Ozan bunu görmüşdü. İndi qopuzla cavab verdi: 18 Komam − qoymam, qoymaram.

19 Eşi − tayı, bərabəri.

27