banner banner banner
Bozqurdlar
Bozqurdlar
Оценить:
Рейтинг: 0

Полная версия:

Bozqurdlar

скачать книгу бесплатно


Kağan, bizi tək qoydun.

Bunu sən etdin, Katun!

Parçalanır ürəklər!

Katun, səni asmalı,

Yer-yurdunu basmalı,

Yüz min çinli kəsməli,

Parçalanır ürəklər!

İndi könül sayrıdır11,

Kağanından ayrıdır.

Çinli Katun əyridir12,

Parçalanır ürəklər.

Sayrıya əm13 var demə,

Yaramız gəlməz əmə,

Qara Ozan, inləmə,

Parçalanır ürəklər.

Qara Ozan qopuzunu çalıb, türküsünü oxuyarkən birdən-birə qaranlıqdan bir səs hayqırdı:

− Ozan, daha kəs! Könülləri dağlayırsan!..

Hamı sağa-sola dönərək, hayqıranın kim olduğunu anlamaq istədi. Qaranlıqda bir şey görünmürdü ki… Elə bu zaman Qara Ozan başını qaldırıb dörd yanına toplaşan adamların fərqinə vardı. Ağır-ağır qalxdı. Adamların arasına qarışaraq qeyb oldu.

Dan sökülürdü. Düzənlik ağarmağa başlayarkən könüllərdəki qaranlığı da aparan kimi oldu.

Bağatur Şad bütün gecəni yatmamışdı və buna görə də onun çinli mehtərləri də oyaq qalmaq məcburiyyətində idilər. Bu mehtərlərdən ikisi kənara çəkilib çincə nə barədəsə danışırdılar. Birisi

“Çuluq Kağanın zəhərlənməsi yaxşı oldu, yoxsa Çini alt-üst edəcəkdi” – deyir, digəri:

− Bu İçinq Katunun heykəlini düzəldib məbədlərə qoymaq lazımdır, − deyə cavab verirdi.

Sonra yenə kağanın kim olacağı barədə mübahisə etməyə başladılar.

− Çuluq Kağanın iki oğlu var. Yaşar Şad, Şu Təgin. Şu Təgin hələ on səkkiz yaşındadır, uşaq sayılır. Yaşar Şad isə iyirmi iki yaşındadır, bənizi sapsarı donuq bir adamdır. Təbii ki, böyük oğul olduğu üçün o, kağan olacaq. O, kağan olan kimi də Çinə gün doğacaq. Bu da səbəbsiz deyil. Çünki onun savaşacaq halı yoxdur.

Çinli mehtərlər belə lüzumsuz söhbətləri edərkən bir az aralıda onları dinləyən bir nəfərin olduğunu sezməmişdilər. Onların söhbətini dinləmək üçün oraya xəlvəti uzanmış əsgərin kim olduğunu alaqaranlıqda aydınlaşdırmaq çətindir. Çinliləri dinləyərkən qalxıb qılıncına əl atdı. Sonra fikrindən vaz keçdi və yavaşca oradan uzaqlaşdı. Çinlilər hələ də danışırdılar.

Bu zaman uzaqdan iki atlı yavaşca yaxınlaşırdı. İki yüz addım aralıda dayandılar. Biri o birisinə

əli ilə çinliləri göstərdi. Qaranlıqda iki yuz addım uzaqdan bu iki çinli ancaq qara bir çevrə kimi gorünürdü. İkinci atlı sadağından iki ox çıxartdı. Görünməmiş bir cəldliklə ikisini də ataraq hər iki çinlini vurdu. Sonra iki atlı durduqlari yerdən uzaqlaşdılar. Bu işlər o qədər tez baş verdi, kimsə xəbər tutmadı.

Ölmüş çinliləri ətraf işıqlandıqdan sonra tapdılar. Bağatur Şad, atlılarından ikisinin öldürüldüyünü görüncə qaşlarını çatdı. Artıq toplanış şeypuru çalınmış, Bağatur Şadın bayrağı qalxmış, Şad ata minmişdi. Göndərdiyi carçılar çinli mehtərləri öldürəni görən olub-olmadığını 11 Sayrı – xəstə

12 Əyri – doğru olmayan, yalan

13 Əm − əlac, dərman

16

soruşurdular. Bir neçə dəqiqədən sonra iyirmi min əsgər Bağatur Şadın iki mehtərinin öldürüldüyünü öyrənmişdilər. Carçılar bağırıb, çığırıb bir şey öyrənməyib geri qayıdınca İşbara Alp atını dördnala çaparaq Bağatur Şadın önünə gəldi. Atından düşüb diz vuraraq onu salamladı. Bağatur Şad soruşdu:

− Yüzbaşı İşbara Alp! Mehtərlərimi kimin öldürdüyünü bilirsənmi?

− Bilirəm, Şad.

− De görüm kimdir?

− Mən!

Bağatur Şadın sifəti dəyişdi:

− Nə səbəbə belə etdin?

İşbara Alp ağır, kobud və soyuq danışırdı:

− Onlar Çuluq Kağanın ölümünə sevinirdilər.

Bağatur Şad başını aşağı əydi, bir az düşündü. Sonra İşbara Alpdan soruşdu:

− Sevindiklərini hardan bildin? Sən Çin dilini bilirsən ki?

− Çin dilini bilmirəm. Amma mehtər Çalıq yaxşı bilir. Çində üç il əsir olanda öyrənib. Çinli mehtələrin də danışdığını o mənə dedi.

Bağatur Şad:

− İşbara Alp! Bu işin sonunun nə olacağını bilirsənmi?

− Çuluq Kağana küfr edənləri yox etdiyim üçün minbaşı olmaq, sənin adamlarını öldürdüyüm üçün isə zopa yeməkdir.

Bağatur Şad yenə dilləndi:

− İşbara Alp! Yanılırsan. De görüm, çinli mehtərləri mənə demədən öldürmək üçün sənə göstəriş

verən olubmu?

İşbara Alp bu suala cavab verməmiş, yavaş-yavaş aralığa soxulub danışıqlara qulaq asan bir gənc sözə qarışdı:

− Çox güman ki, olub, Bağatur Şad!

Bağatur Şad, İşbara Alp, bəylər və əsgərlər səs gələn səmtə üz çevirdilər. Bu sözləri söyləyən Çuluq Kağanın kiçik oğlu Şu Təgin idi. Orada həmin an bir canlanma baş verdi. Bəylər və əsgərlər yerə diz vuraraq Təgini salamladılar. Bağatur Şad atdan enərək Təginə tərəf getdi. O da bir sıçrayışa atından enərək Şada doğru irəlilədi. Bağatur Şad gülümsəyərək:

− Xoş gəldin, yigənim,14 − dedi.

Hamı İşbara Alpa çinliləri öldürmək əmri verənin Şu Təgin olduğunu sanmışdı. Çuluq Kağanın ordusundan Bağatur Şadın yanına gələn Şu Təgin əvvəlcə ətrafına boylandı. İşbara Alpı süzdü, bəylərə baxdı. Bir ara gözləri Bağatur Şadın çinli mehtərlərinə dəydi. Baxışları sərt idi. Hələ on səkkiz yaşı təzəcə tamam olmuşdu. Sonra Bağatur Şada yönəldi:

− Şad, mübarək olsun. Qurultay səni seçdi. Kağan oldun, − dedi.

Bu soz ildırım kimi adamların arasında dolaşdı. Sevindilərmi, kədərləndilərmi, şaşırdılarmı − bəlli deyildi. Bağatur Şadın üzü birdən ciddiləşdi. Yanındakılardan bir neçəsi qeyri-müəyyən, müəmmalı halda gülümsədilər. Şu Təginlə İşbara Alp bir-birilərinin könüllərini gözlərindən oxuyurmuş kimi gülümsədilər, göz-gözə gəlib baxışdılar. Sonra Şu Təginin bir əmri ətrafdakıları yerindən tərpətdi:

− Təbillər çalınsın! Bağatur kağan oldu!

Bu sözlər ağızdan-ağıza keçərək bütün orduya yayıldı. Qısa bir müddətdə iyirmi min atlı Bağatur Şadın kağan seçildiyini öyrənmişdi.

14 Yigən − qohum, qardaşoğlu, bacıoğlu.

17

QARA KAĞAN

On gün sonra Ötükəndə Bağatur Şadın kağan seçilməsi bayram edilirdi. Bağatur Şad artıq Qara Kağan adını almışdı. Onun böyuk otağı bəzədilmiş süslü bir taxt qurulmuşdu. Bir ucdan təbillər çalınır, borular ötur, kımız paylanırdı. Qara Kağanın bu səliqə-səhmansız otağı, içində yüzlərcə

adamın yerləşə biləcəyi qədər böyük idi. Kağan taxtın mötəbər sayılan sol tərəfində oturmuşdu, sağında da bir Katun. Taxtdan bir az aşağıda solda-sağda şadlar, təginlər, buyruqlar, tarkanlar dayanmışdı. Bir az uzaqda isə alplar, minbaşılar, onbaşılar, yüzbaşılar sıralanır, uşaqlar durmadan kımız paylayırdılar. Çuluq Kağanın böyuk oğlu Yaşar Şada Qara Kağan tərəfindən Tulu xan Şu Təginə isə Kür Şad adı verilmişdi. Bununla bərabər Tulu xanın solğun üzündə sonsuz bir qəlb sıxıntısının izləri vardı. Çunki əmisi Qara Kağanın yanında oturan Katun, atası Çuluq Kağanı zəhərləyən ögey anası İçinq Katun idi. Qara kağan qardaşını zəhərləyən bu qadını sorğu-suala çəkmək əvəzinə, hamını çaş-baş salan bir iş görmüşdü, onunla evlənmişdi.

Otağın lap uzaq bir küncündə onbaşı Yamtar kim bilir neçənci kımız bardağını başına çəkməyə hazırlaşırdı ki, onbaşı Pars ona yaxınlaşdı:

− Yamtar, sən bu işlərə nə deyirsən? − dedi.

Yamtar cavab verdi:

− Mən də onu səndən soruşacaqdım. Sənin fikrin nədir?

− Yəqin Yaşar Təgini zəifdir deyə qurultay Kağan seçməmişdir. bəylər heç onun ağlını, hərəkətlərini də bəyənmirlərmiş.

− Yaxşı, bunu dedin başa düşdük, bəs Qara Kağan nəyə görə qardaşını zəhərləyən bir Katunla evlənməyə razı oldu?

− Eşitdiyimə görə türk adətincə böyük qardaş öləndə onun arvadını kiçik qardaş alır, bəlkə bu adətə görə evlənib?

− Yaxşı, türk adətinə görə ərini zəhərləyən bir qadını cəzasız buraxarlarmı?

Onbaşıların sözü bu yerdə yarımçıq kəsildi. Çinli bir uşaq kımız paylayırdı. Yamtar çinliyə

yuxarıdan aşağı baxıb sonra:

− Ey, çinli! bax ha, bizə verdiyin kımıza da zəhər qatmayasan, − dedi. Sonra ona əyri-əyri baxan çinliyə boşaltdığı çamçağı15 geri qaytararkən əlavə etməyi unutmadı: “İyirmi çamçaq içmişəm, deməli iyirmi dəfə ölməliydim, eləmi? Amma bu bir dəfə ölməyə bənzəməz!..”

Çinli uşaq çəkilib gedərkən Pars Yamtarı dürtmələyib yavaşca:

− Bax, bax! Yaxşı bax! Çuluq Kağanın oğulları gör bir Katuna necə sərt-sərt baxırlar, − dedi.

Yamtar başını otağa tərəf çevirdi.

− Qara Kağan usulluca hərəkət etdi. Çuluq Kağanın böyük oğlu Təkini Tulu Xan etdi. Onu şərqə

tunquzlarla tatarların üstunə xan göndərəcək.

− Beləliklə onu başından eləməkmi istəyir?

− Kim bilir.

− Bəs kiçik oğlu?

− O hələ kiçikdir. Kağan onun da könlünü aldı. Onu Kür Şad etdi.

− Onda bizim yüzbaşı nədən bu qədər kədərlidir?

− Yaxşı bilmirəm, amma dünən yenə bir qızı doğulub. Yüzbaşının indiyədək dörd uşağı olub, hamısı da qız. Bəlkə buna görə kədərlidir.

15 İçki qabı

18

Yamtarın bu sözlərindən sonra onbaşı Pars birdən-birə sustalıb qaldı.

***

Yeni kağanın otağının önündə toplanan bu minlərcə adam bol-bol kımız içib sərxoş olsalar belə

böyük bir səssizlik içində idilər. Hətta kağandan ən uzaqda dayananlar da yavaş səslə danışırdılar.

Yalnız nağara, boru, zəng səsləri Ötükəni başına götürmüşdü. Axşam düşənə qədər əyləncə davam edəcəkdi. Bu gün pəhləvanlar güləşəcək, bahadırlar döyüşəcək, nişançılar ox atacaq, atlılar ötüşəcəkdi.

Kağanın işarəsindən sonra nağaralar, borular susdu. Kağan, solundakı bəylərə dönərək, Tunqa Təginə dedi:

− Tunqa Təgin! Bu gün qılınc oyununu sən təşkil edəcəksən! Görək səndən qeyri bahadırlar varmı? Bu alpların içində sənə bərabər bir ər çıxarsa, onu yüksəldəcəm. Yox, hamısına qalib gəlsən, sənə öz əlimlə seçəcəyim ən yaxşı atlarımdan doqquzunu verəcəyəm.

Tunqa Təgin, yerə diz vurub:

− Buyruq kağanındır, − dedi.

Qara Kağan bu dəfə irəliyə baxdı. Gülümsədi. Hayqırdı.

− Ötükənin yenilməz igidi, Bozqurd ailəsinin qolubükülməz bahadırı, Göy Türklərin böyük bəyi Tunqa Təginlə yarışmaq istəyən varsa, ortaya çıxsın!

Bir an ortalıqdan səs çıxmadı. Tunqa Təginlə rəqabətə girmək istəmədikləri bəlli idi. Sonra dörd yerdən dörd kişi çıxaraq kağana doğru irəlilədilər. Diz vurub özlərini təqdim etdilər:

− Mən, Çuluq Kağanın savaşda yoldaşı, bilikdə dostu Apa Tarkanam!