banner banner banner
Bozqurdlar
Bozqurdlar
Оценить:
Рейтинг: 0

Полная версия:

Bozqurdlar

скачать книгу бесплатно


621-Cİ İLİN BİR YAY GECƏSİ

Atlılar geniş çayırlığa dağılışaraq dincəlirdilər. Təkcə Yüz-başı2 İşbara Alp atından enməmişdi, atını o yana, bu yana sürüb göstərişlər verirdi. Gecə düşüb ortalıq yaxşıca qaralınca o da atından endi.

Əsgərlərin qaladığı ocağa doğru getdi. At uşağı3 Çalıq onun atını alıb gəzdirməyə başlamışdı. Bu gecə

yüzbaşının içində bir sıxıntı vardı. Nə iş gördüyünü özü də bilmirdi. İndi ocağın yanına isinməyə

gəlmişdi. Alova yaxınlaşınca yay girdiyinin – isinməyin gərəksiz olduğunu xatırladı. Əsgərlər ət qızardırdılar. Ocağa çatınca əsgərlərdən biri ehtiramla yerə diz vurub yüzbaşıya bir çamçaq4 kımız5

uzatdı. İşbara Alp kımızı aldı, könülsüz içdi. İkinci bir əsgər ona ət uzatdı, amma o, əti almayıb ocağın yanından uzaqlaşdı. Bir az öndəki böyük ağacın dibinə gəldi. Bir oyuqda oturdu. Baxdı, xəyala daldı.

Türk elinin parlaq, işıqlı Ayı dörd yanı işıqlandırırdı. Əsgərlər bir-bir, iki-bir otların üstünə uzanıb yuxulayırdılar. Bir az aralıda birisi atını tumarlayır, başqa birisi isə qızdırdığı dəmirlə qolundakı yaranı dağlayırdı.

Ocaqdan bir az aralı oturan Onbaşı Yamtar həm sursatla-rını nəzərdən keçirir, həm də yavaş-yavaş

əlindəki bir parça qızarmış əti gəvələyirdi. Döyüş günlərində onbaşı yaxşı davranar, ehtiyatı əldən verməzdi. Üç günlük yeməyi lazım gələndə bir gündə yeyər, sonra üç gün ağzına bir loxma almadan dözüb durar, gücünü də itirməzdi. Döyüşdən öncə də qılıncını bülövləyər, oxunu itiləyərdi. Onbaşı bu dəfə də qılıncını yaxşı itilədikdən sonra yoxlamaq istədi. Yerdən bir ot qoparıb qılıncının iti tiyəsinə

toxundurdu. Ot bu ani toxunuşdan üzülüb düşdü. Elə bu zaman arxadan kimsə səsləndi:

− Qılıncın itidir, bəs ağlın necə, o da itidirmi?

Yamtar başını çevirmədən cavab verdi:

− Yeri gələndə o da itidir.

− Elə isə de görüm, yüzbaşı bu gecə niyə kədərlidir?

Bu sözləri söyləyən kişi yavaşca Yamtarın yanına çökdü. Bu, onbaşı Parsdı.

− Çuluq Kağanın önündə iki gün öncə keçirilən qılınc oynatma yarışlarında yüzbaşı İşbara Alp yenildi. Onun üçün belə sıxıntılıdır.

− Yüzbaşı kimə yenildi?

− Tunqa Təginə.

− Yüzbaşı bunun üçün nədən üzülsün? Qılınc yarışında Təgini kimsə yenə bilməz ki, yüzbaşı da yensin. Bir də ki, yüzbaşı məğlub olsa da, yenə bahadırlıqda elə Tunqa Təginə bərabər sayılır. Qılınc oynatmaqda məğlub olsa da, at çapmaq-da, ox atmaqda yenə də birincilik İşbara Alpa aiddir.

2 Onbaşı, yüzbaşı, tümənbaşı, təgin, Tarkan və s. Göy Türklər zamanında hərbi rütbələr 3 Mehtər

4 Ağacdan düzəldilən qab

5 At südündən düzəldilən içki

9

− Yaxşı, bütün bunlar sən deyən kimidirsə, bu sıxıntının səbəbi nədir?

Onbaşı Pars bir neçə qurtum kımız içdikdən sonra cavab verdi:

− Minbaşı olacaqdı, ola bilmədi.

Yamtar bir az düşündü. Görünür deyilən bu səbəb onu razı salmadı.

− İşbara Alp, minbaşı olmadığına görə sarsılan kişilərdən deyil, − dedi.

− Mən də heç minbaşı olmadığına görə sıxılır demirəm ki?!

− Bəs nə deyirsən?

− İşbara Alp minbaşı ola bilmədi. Buna da İçinq Katun səbəb oldu. Elə bilirəm yüzbaşı buna hirslənir.

− Yüzbaşı buna niyə hirslənir ki? İçinq Katun Çuluq Kağanın zövcəsi deyilmi?

− Zövcəsidir, amma çinlidir.

İki onbaşı uzun zaman susdular. Xəyala dalmış kimiydilər. İlk öncə Onbaşı Pars sükütu pozdu:

− Öz gözümlə gördüm ki, Kağanın otağının yanında yüzbaşı Katunu salamlamadı, özünü görməzliyə vurdu.

− Əslinə baxanda, yüzbaşı haqlıdır. Katun bir yana qalsın, bizim əlimizdə dustaq olan çinlilər də

artıq işimizə qarışmağa başlayıblar.

− İşbara Alp da buna görə çinlilərdən iyrənir. Katunu salamlamadığı üçün minbaşı ola bilmədi.

Görünür qəzəbdən yuxusu qaçıb.

− Bizim Çuluq Kağan çox igid və bahadır kağandır. Amma bu çinli qadın olmasaydı daha yaxşı olardı…

− Bu çinli qadın bizim başımıza pis işlər açacaq deyə qorxuram.

− Çində qədimdən Sui Kağan ailəsi vardı. İndi də Tanq Kağan ailəsi meydana çıxdı. Bu qadın qədim ailədəndir. Ona görə də Çində yenə öz ailəsinin hakimiyyət başına gəlməsi üçün Çuluq Kağanı təhrik edir deyirlər.

− Təhrik eləməkdən nə çıxar? Bizcə hamısı bir deyilmi?

− Orasını yüzbaşı bilir. Mənə qalırsa, susub yatmaq daha yaxşıdır. Boşboğazlıq edib cansıxıcı şeylər danışmaqdan tərləyib əldən düşmüşəm.

***

İşbara Alp, qarşı yatan qara dağlara baxa-baxa sabah toplanıb o dağların ardından Çinə hücum edəcək ordunu düşünürdü. Hücum olacaqdısa, bəs onun içini belə sıxan hansı hissdi?! Nə qədər edirdisə səbəbini anlaya bilmirdi. Geniş çəmənlikdən bir səs-səmir gəlmirdi. Rüzgar belə əsmirdi…

İşbara Alpın büsbütün canı sıxıldı. Börkünü başından, sadağını6 belindən çıxardı. Nəfəsini dərmək, fikrini dağıtmaq istədi. Bir şey çıxmadı… Dönüb arxasına baxdı. Bütün atlar nədənsə başları yuxarı, qulaqları dik halda dayanmışdılar. Yüzbaşı “görünür, sıxılan təkcə mən deyilmişəm” deyə mızıldandı.

Yatan əsgərlərin arasında gəzmək üçün börkünü geyib, sadağını taxdı. Heyrətlənməli bir iş idi –

yatmış, uyumuş kimi görünən əsgərlərin hamısı oyaq idi. Uzanıb yatdıqları yerdə ulduzları, ayı seyr edir, yaylıqları ilə tərlərini silirdilər. Gecələr belə isti indiyəcən görünməmişdi. Yüzbaşı yenidən əvvəlki yerinə qayıtdı. Başını yuxarı qaldırdı. Gözləri göyə dikili qaldı. Qərb tərəfdən qara bir bulud gəlməkdəydi.

Bu bulud bir çin atlısına bənzəyirdi. Özlüyündə yer üzündə bir otun belə tərpənmədiyi halda göy üzündə buludun bu qədər sürətlə hərəkət etməsini yüzbaşı yaxşı hal hesab etmədi. Bir uğursuzluq olacaq deyə düşündü. Həmin anda yanından ildırım kimi bir şeyin şığıdığını gördü. Bu, bir heyvan, bəlkə də tülkü idi. Hardan çıxıb, hara getdiyi məlum deyildi. Canı sıxılan yüzbaşı tülküyə bənzəyən bu heyvanı görüncə birdən-birə sadağına əl atdı. İldırım sürətilə yayına bir ox yerləşdirdi. Düz çayırlıqda qaçan heyvanı nişanlayıb, oxu atdı, yüzbaşının oxu boşa çıxmışdı. İşbara Alp otuz beş illik ömründə

ilk dəfə nişan aldığını vura bilməmişdi. Birdən-birə üzündə qəribə bir soyuqluq duydu. Sonra cəld geriyə dönərək bağırdı:

− Çalıq!

6 Ox qabı

10

Sərt bir səs cavab verdi:

− Buyur!

− Toplanış borusu çal!

Amma, Çalıq şeypuru dodağına aparmağa macal tapmamışdı ki, işıqlı gecə birdən-birə qaraldı. Ay görünməz oldu. Qəfil bir tufan qopdu. İldırımlar ətrafı lərzəyə saldı, yağış bardaqdan tökülürcəsinə

yağmağa başladı. Çalığın şeypuru kəskin şəkildə ötərkən əsgərlər sıralanıb atlarına mindilər. Yüzbaşı da bir sıçrayışla atın üstünə qalxdı. “Tez olun, ardımca gəlin” – deyə hayqırdı. Sağda, solda ildırımlar şaqqıldayıb yağan dolu sifətlərini cızıq-cızıq etsə də, bu yüz atlı qarşıdakı dağa sarı at sürdülər.

Yüzbaşı qarşı yatan qara dağın ətəyindəki sığınacaqlara tez yetişmək üçün atını bir az da sürətlə çapır, arxadan gələn atlılar da beləcə bir-biri ilə yarışırdı. Bu yarışma uzun çəkmədi. Şiddətli bir uğultu ilə

onlara tərəf əsən külək atların və əsgərlərin nəfəsini tıxayırdı. Yüzbaşı elə getdiyi yerdə atını şahə

qaldırıb üzünü geri çevirdi: “Geri dön! Dördnala!” deyə bağırdı. Atlılar indi əvvəlkinin əksinə

dördnala geri çapırdılar. Amma külək qarmaqarışıq əsir, gediləcək yolu çaşdırırdı. Atlar yorulub əldən düşürdü. Atlılar iliklərinə qədər islanmışdılar. Bir az əvvəlki gözəl çayırlıq bataqlığa çevrilib atların yolunu kəsirdi.

İndi yarım gündə gəldikləri yolla yerə geri qaçırdılar. Dözümlü atları ilə oraya çox az bir müddətdə çata bilərdilər. Amma kəskin əsən külək onları yorur, qaranlıq və yağış yollarını çaşdırırdı.

Beləcə bir müddət getdilər. Yağış qudurur, külək dəli olurdu. Artıq atlar da əsgərlərin sözünə baxmaz olmuşdu. Sürətlə gedirdilər, yolları bir enişə dirəndi. Qaranlıqda bu enişə cumdular. Ağaclıq bir yerdi.

Burda onları bir uğursuzluq gözləyirdi. Bu enişdə boz-bulanıq yağış suları iti axan bir çay yaratmışdı.

İldırımlar ağaclığı yaxıb yandırırdı. Qorxunc gurultularla çaxan ilk ildırım bütün atları hürkütdü.

Kişnəyərək sel sularına atıdılar. Çalığı üstündən atan at dəli kimi boşluğa doğru çaparkən üzərinə

düşən bir ildırımdan yanıb kül oldu. Çalığın bəxti vurub salamat qalmışdı. Bir neçə atlı selə qapılıb qalmışdılar, çığırıb-bağırırdılar. Kimsə kimsəyə yardım edəcək halda deyildi. Atından düşməyən təkcə

İşbara Alpdı. Atsız qalan ərlər nə edəcəklərini bilmirdilər. Kimi atını tutmağa, kimi sığınacaq bir yer tapmağa can atırdı. Tez-tez ildırım çaxırdı. Yüzbaşı bir an duruxdu: “Türk Tanrısı bizdən üzmü çevirdi?” – deyə düşündü. Sonra sərt, gur səslə hayqırdı: “Hamınız tez yanıma toplanın!” Ərlər bu əmrə baş əyərək toplandılar. İşbara Alp bağırdı: “Tanrı ya bizdən üz çevirib, ya qılınclarımızı itiləmək istəyir. Tez olun qılınclarınızı çıxarıb buraya yığın!”

Bir anlığa ətrafı qılınc cingiltisi bürüdü. Əsgərlər qılınclarını üst-üstə yerdəki təpəciyə fırlatdılar.

Yüzbaşı da ən sonda öz qılıncını atdıqdan sonra “Ardımca gəlin” – deyə bağırdı. Əsgərləri bir az irəlidə, ağaclıqdan uzaqdakı qayaların yanına gətirdi. Artıq geriyə dönməyə də imkan qalmamışdı.

Sular yuxarıdan dərəyə doğru axır, dərə də ağzına qədər dolub qabarırdı. İşbara Alp bağırdı:

− Qayalardan möhkəm yapışın. Kim dözüb dursa qurtulacaq. Dözməyəni sular aparacaq!

Əsgərlər dizlərindən yuxarı suyun içindəydilər, bərk-bərk qayaların çıxıntılı, sivri yerlərindən tutmuşdular. Su get-gedə qalxırdı, ildırımlar bir az irəlidəki qılınc yığınının üstünə düşürdü. Onbaşı Yamtar yapışdığı qayanın sivri ucunu görüncə tək əli ilə kəmərini çəkib çıxartdı. Yanındakı iki əsgərə

göstəriş verdi:

− Hələ bütün gücümüz tükənməyib, mənə bu qayışı qayanın sivri ucuna keçirməyə kömək etsəniz, üçümüz də xilas olarıq, daha bir neçə adam qurtular. İşdi bərk tutmasanız, üçümüz də birdən suya batıb gedəcəyik. Haydı, sən tez ol, suya döş verib yaslan, bizi qoru. Sən də məni tut, qoyma suya batım, bərk tut, bu qayışı o qayaya düyünləyim!

Onbaşı Yamtar, kəmərini o qayaya ortadan yaxşıca düyünlədi. Qayışın sallanan iki ucunu aşağıya uzatdı. Bir ucundan özü yapışdı, o birisindən isə başqa bir əsgər yapışdı. Su bellərinə yaxınlaşırdı.

Artıq çaxan ildırımlara fikir verən yoxdu. Gücləri tükənirdi, nəfəslərini dərir, əllərini qayalara möhkəm keçirərək sularda batmamağa çalışırdılar.

İşbara Alp hələ atının üstündə idi. Yayının kirişini qayanın sivri ucuna taxmış, dəmirini də əli ilə

tutmuşdu, beləcə sulardan özünü də, atını da qoruyurdu. Onbaşı Yamtar indi qayaya ilməklədiyi kəmərinə daha artıq sarılmağa məcburdu. Çünki artıq onbaşıdan asılan əsgər tək deyildi. Bir-birinə

sığınıb, bir-birindən asılan əsgərlərin sayı iyirmini keçmişdi. Amma Yamtar etiraz etmir, sarsılmır, yalnız kəmərindən daha möhkəm tutmağa çalışırdı. Bu ara ildırımdan daha kəskin, göy gurultusundan daha güclü bir səs yüksəldi:

− Qurd Qaya, əlini burax!

11

Və ondan sonra ətrafı ildırımların səsi bürüdü. İşbara Alp vaxtında qışqırmışdı. Hamıdan yuxarı bir yerdən yapışan yüzbaşı ara-sıra çaxan şimşəklərin işığında Yamtarın bütün etdiklərini görmüş, sonra da səssizcə bir-birindən tutub sallanan bu insan zəncirini gözləri ilə izləmişdi. Ürəyi bir suala cavab axtarışında çırpınırdı: Tanrı onlardan nə üçün üz çevirdi? Bax, Çinə hücum edirlər, qılıncların qında uyuduğu, yayların gərildiyi, oxların sadaqlardan çıxmadığı bir tək günləri belə olmayıb. Bəs onda Tanrı yenə nə üçün qəzəblənib? Yüzbaşı bir yandan bunu düşünür, bir yandan da Yamtarı gözləyirdi. Birdən parlayan şimşəyin ani işığında bir alay əsgərinin köhnə qayışını sivri qayanın hər an artan bir çevikliklə gəmirib yediyini gördü. Nə edəcəyini yenə bir ildırım sürətilə qərarlaşdırdı və o saat da hayqırdı: “Qurd Qaya, əlini burax!..” Qurd Qaya, Yamtarın arxasından sıralanan ərlərin sonuncusu idi. Yüzbaşının əmrini eşidincə bir an belə tərəddüd etmədi və qara, azğın sular on əri bir anda uddu. Yüzbaşının ikinci dəfə gurlayan səsi Yamtara da təhlükəni bildirdi:

− Yamtar, bərk dur, qayış qopacaq!

Gənc onbaşı tez hərərkət etdi. Arxasındakı bütün ağırlığa baxmayaraq, insan gücünün son qeyrəti ilə özünü, irəliyə doğru çəkməyi bacardı. Digər əli ilə də qayanın bir çıxıntısını yoxladı. İndi artıq arxayınçılıq idi. Yuxarıdan aşağı axan sular sürətini azaltmasa da yağış kəsmiş, külək heydən düşmüşdü. Hərəsi bir yerdən yapışıb özünü qoruyan əsgərlər bir-bir toplanmağa başladılar. İslanmış

geyimləri bədənlərinə yapışdığından hər biri olduğundan daha uzun görünürdülər. Parlayan günün altında yüzbaşının göstərişlərini yerinə yetirmək üçün o yana, bu yana gedir, ehtiyacı olan yoldaşlarına kömək əli uzadırdılar. Qarğaşalıq bir müddət beləcə sürdü. Yerdən bir ox boyu yüksələn günəş, hər şeyin yerli-yerində, düzəlmiş olduğunu gördü.

Yüzbaşı İşbara Alp işlərin yoluna düşdüyünü görüncə əsgərlərinə bağırdı: “Haydı, qılınclarınızı yığın! Hər kəs öz qılıncını götürsün!” Əsgərlər hərəkətə gəldilər. Çaxan ildırımlar qılıncların bəzilərini parçalayıb dağıtmışdı. İşbara Alpın ən üstdə olan qılıncının, əvvəlkindən daha parlaq, daha iti olduğu görünürdü. Atlarını itirənlər axtarır, adları ilə səsləyir, fışqırıqla çağırırdılar. Uzaqdan kişnərti səsi eşidilir, bu dəhşətli bəladan sağ qalan atlar bir-bir, iki-bir ortaya çıxırdılar. Bəzilərinin atları geri dönmürdü, geri dönənlərin sahiblərindən isə bir çoxu artıq yoxdu. İşbara Alp qılıncının ildırımların zərbindən əvvəlkindən daha iti olduğunu görüb buna uca Tanrının onu əfv etməsi kimi baxırdı. Amma bu fırtına, bu dolu, bu sular, bu məhv olan əsgərlər…təzadlı mənzərəydi. Demək, Tanrı həm qəzəblənmiş, həm də bağışlamışdı. Yüzbaşı neçə adam öldüyünü öyrənmək üçün onbaşılara bağırdı:

− Onbaşılar ərlərini saysın!

Onbaşılar öz ətraflarına toplaşan əsgərləri saymağa başladılar.

İşbara Alp bir-bir soruşdu:

− Onbaşı Yamtar!

− Buyur.

− Əsgərlərin hamısı yerindədimi?

− Biri çatışmır.

− Onbaşı Süləmiş!

− Buyur.

− Əsgərlərin hamısı burdadımı?

− Biri əskikdir.