banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно


– O nə sudur? Dəli!

Bu səfər Namiq cavab verdi:

– Gəlinbacı, heç bəyazı olmayan gözəl, qumral saçlarınıza siz də bir az sürtün. Nə olduğunu anlarsınız, – dedi…

BALKON

Süfrə arxasından qalxan Möhsün bəy qoz ağacından olan böyük bufetə dirsəklənmiş, onları gülümsəyərək dinləyən xidmətçiyə:

– Eleni, qəhvədən əvvəl nargiləmi[18 - Nargilə – qəlyan (fars.) – Şərqə xas ənənəvi bir tütün çəkmək vasitəsi; istifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. İlk dəfə Hindistanda yaradılmışdır. XIX əsrdə dünya şöhrəti tapmışdır. Qəlyan ənənəsi sadə bir alətdən çox, Şərq mədəniyyətinin bir parçası halına gəlmişdir.] qəməriyyəyə[19 - Qəməriyyə (ərəb. ay) – istirahət və ya söhbət etmək üçün bağlarda qurulan üstüörtülü, yanları açıq şüşəli talvar: aylı gecələri seyr etmək üçün köşk.] gətir… Bir az tez ol, – dedi.

Sonra süfrədəkilərə sarı döndü:

– Uşaqlar! Siz də oraya gəlin!

Həmdunə xanım – zərif, süzgün, yaşlı bir qadın – almasını soyurdu. Gözlərini qaldırmadan etiraz etdi:

– Hələ ayın çıxmasına bir saat var. Qaranlıqda nə edəcəyik?

– Axı bura cəhənnəm istisidir!

– Ora cənnətdirmi?

– İstərsəniz gəlin. Mən burada yana bilmərəm.

– Uğurlar olsun.

Möhsün bəy ahıl yaşlarında, kök bir adam idi. Sallana-sallana qapıdan çıxdı. Təqaüdə çıxdıqdan sonra həkimlərin dediklərinə inad edərək qarınqululuğa, nargiləyə son qoymamışdı. Çal saqqalının, hələ tökülməmiş çal saçlarının altında qıpqırmızı, şiş yanaqları onda yalançı bir sağlamlığın daimi sevincini alovlandırırdı. Halbuki on ildir sağalmaz ürək xəstəliyindən əziyyət çəkirdi. Maddi iztirabları mənəvi nəşəsini pozmamışdı. Həmdunə xanım ərinin əksinə olaraq çox küskün bir qadındı. Hər an səbəbsiz bir ələm, bir sıxıntı içində yaşardı. Məchul bir matəm sanki ruhunu əbədi olaraq qaraltmışdı. Daim əsəbi, az gülən, hər zaman həyəcan içində idi… Evin qapısından təsadüfən poçtalyon keçsə, sapsarı saralırdı. Sanki gecə-gündüz bir fəlakət xəbəri gözləyirdi. Sağındakı oğluna:

– Maşallah, hamımızdan gəncdi, – dedi.

– Gənc deyil, içi fərəh doludur!

– Bəs yeməyinə nə deyirsən?

– Pis. Amma nə edək?.. "Allah istəməsə, yarpaq da düşməz!" Belə bir rahat fəlsəfəyə istinad etdikdən sonra…

Cavan oğlanın qarşısında dəsmalını qatlayan gənc qız:

– Aman, siz də elə hey atama sataşırsınız! – dedi.

Süfrənin üzərindəki lampanın qırmızı abajurundan süzülən işıqda iri, mavi gözləriylə, qumral saçlarıyla xariqüladə gözəl görünürdü. İncə, kətan bluzun altından iri, sağlam, mütənasib bir vücudun, geniş bir sinənin forması sanki coşub-daşırdı. Bu, Həmdunə xanımın hələ südəmər ikən övladlığa götürdüyü bir qızdı. Düz on səkkiz il Möhsün bəy onu oğlu Suatdan seçməmiş, bəlkə daha artıq sevmişdi. Bu məhəbbət qarşılıqlıydı. Ailə içində Möhsün bəyin tərəfdarı, hətta fədakarı bu qız – Rəsandı. Həmdunə xanım:

– Doğrudan da istidir. Mən də burada dura bilməyəcəyəm! – dedi.

Suat soruşdu:

– Hara, ana?

– Atanın yanına. Siz də gəlin!

– Gəlirik.

O çıxınca iki gənc baş-başa qaldı.

Rəsan arxasını çevirmiş, gözləri pəncərədən qapqara bir duman kimi görünən gecəyə dalmışdı. Suat stulda dikəldi. Qızın qarşısına keçib yemək masasına dirsəkləndi. Rəsanın gözləri hələ daldığı yerdən qurtula bilmirdi. Əlini tutdu.

– Bu dalğınlıq nədir, Rəsan?

– Heç.

– Söylə, söylə.

Gənc qızın gözləri sanki yorulmuşdu. Suatın əllərindən çəkdiyi əliylə gözlərini ovuşdurdu.

– Bu qaranlıqları heç sevmirəm. Mənə elə gəlir ki, bütün fəlakətlər bax bu ulduzsuz, aysız gecələrin içində gizlənib!

– Olduqca şairanə, yəni olduqca yanlış bir fikirdi.

– Nə isə, mən burada oturacağam, istəsən, sən bağçaya çıx.

– Onda mən də burada oturaram, cicim[20 - Cici – 1) əzizləmə müraciəti: türklər nəvazişlə uşağa və ya qadına deyirlər; 2) yeni, təzə: cici oyuncaq, cici paltar və s.; 3) Azərbaycanın bəzi bölgələrində anaya müraciət forması. Cici-bacı olmaq – bir-biri ilə çox yaxın olmaq, ana-bacı kimi olmaq.].

Şıq geyinmiş gənc oğlan elə indicə anasının qalxdığı stulu Rəsanın yanına çəkdi. Əynində ağ şalvar, incə, lacivərd rəngli bir jaket vardı. Cibindən zərif bir tütünqabı çıxardı. İçindən bir siqar götürüb gənc qıza verdi.

– İstəmirəm, ürəyim istəmir…

– Al, al, qaranlıq düşməni. Çəkməyə başladınmı, ürəyin istər!

Siqarı öz əliylə Rəsanın gözəl dodaqlarına toxundurdu. Bir kibrit çəkdi. Əvvəl onunkunu, sonra öz siqarını yandırdı. Çıxan dumanlar içindən dərin-dərin bir-birinə baxdılar. Lap kiçik yaşlarından bəri sevişirdilər! Suat:

– Yalnız qaranlıq deyil, – dedi, – səndə başqa bir şey var.

– Nə kimi?

– Əhvalında bir durğunluq var.

– Heç bir şey yoxdu!

– Var, var, söylə.

– Nə ola bilər?

– De, bilim.

Rəsan aralıq qapıya baxdı.

– Təbii ki, onsuz da bilməlisən.

Suat duruxdu:

– Söylə, əzizim.

İçəri girən xidmətçi qız boşqabları yığışdırmağa başladı. Bufetin önündə səliqə ilə üst-üstə qoydu. Örtüyü götürdü. Çıxınca Suat təkrar:

– Nə söyləyəcəkdin ki? – deyə soruşdu.

Rəsan nərmənazik, süni, aktrisa tövrlü, saxta bir qız deyildi. Son dərəcə həssas, doğru, səmimi, sərbəstdi. Ağır bir səda ilə:

– Artıq evlənməliyik, Suat… – dedi.

– Əlbəttə, Rəsanım. Biz onsuz da bunu planlaşdırmışdıq.

– Hə, amma ləngimədən evlənməliyik, ləngimədən. Bu ay, hətta bu həftə içində.

– İki-üç aya qalmaz, diplomu alıram. Hələ təhsilim bitməmiş evlənmək mənə bir az məhəllə uşaqlığı kimi gəlir.

– Məcburuq.

– Niyə?

– Çünki…

Gənc qız gözlərini aşağı dikdi. Uzun, qumral kirpikləri gözlərini tutdu.

– Uşağımız olacaq! – dedi.

– Hamiləsən, cicim?

– Hə.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)