banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
Рейтинг: 0

Полная версия:

Keçmişdən gələn səslər

скачать книгу бесплатно


– Axmağam ki, meyxanaçının cibini doldurum? – deyə keçəl mırıldandı.

– Axı özgə puluna içirsiniz!

– Nə etməli! Şmul yəhudi olsabelə, o da yaşamalıdır, onu da cənabi allah yaradıb.

– Matsek! – deyə başında önlük olan arvad bağırırdı. – Heç olmasa, bir dəfə qədəhdən qop, evə get, yoxsa uşaqlar təkdirlər, yanğın törədə bilərlər…

– Siz, kirvə, qanınızın alınmasını tapşırın, – dərhal gözünüzdən əl çəkəcək, – deyə kimsə pırtlaşıq saçlı kişiyə məsləhət görürdü.

– Oy, da dana! – skamyanın altında eşələnən bağırırdı.

– Nə olar, əlvida, Malqosya! Atana yarınmaqdan ötrü ya at oğrusu olmalıydım, ya da gizlincə araq alveri etməli idim, – deyə gözəl oğlan qapıda duran qıza belə deyirdi.

– Voytsex, sizin sağlığınıza!

– Sağlığla için!

– Yan, gəl öpüşək! Əgər sənin barəndə beləsini danışmaq istəmişəmsə, əllərim və ayaqlarım qurusun… Ancaq o məni andla qorxutmağa başlayanda – deməli oldum. Öpüşək!.. Həbsxanada öz müddətinin iztirabını çəkmisən, amma eybi yoxdur. Yadında saxla: Iisus Xristos da, oğurlamasa belə, əzabları qəbul etmişdir… Öpüşək, qardaş!..

– Sizə deyirəm, Voytsexdənsə yəhudidən pul borc almaq daha yaxşıdır… O, adamları soymağa ustadır!

– Gözləyin, kirvə, bax mənim Yuzikim məktəbdən gələcək, hər şeyi sizə hər hansı mirzədən daha yaxşı izah edəcək! O elə bir oğlandır ki!

– Oy, da dana!

Boğanaq meyxanada danışıqların belə parçaqırıqları eşidilirdi. Piştaxta arxasındakı qız isə elə hey qədəhlərə araq süzürdü, Şmulun qara atlas paltarlı arvadı isə hey hesab yazırdı.

Birdən kənd ağalarından biri qapının qarşısındakı skamyaya sıçradı və onun ətrafındakı adamlar çığırışdılar:

– Sakit! Dinləyin!

– Nə olub? Ikinci dəfəmi xütbə dinləyəcəyik? – oğlanlardan biri söz atdı.

– Görünür, uzun müddət oturmaqdan Qjibin ayaqları tutulub, onları açmaq istətib!

– Orda sakit, oğlanlar! – deyə Qjibin qonşuları qışqırdılar.

– Qardaşlar! – Qjib belə başladı. – Burda hamı özümüzünküdür… özümüzünkü olmayanlar da var, ancaq bu, dərd deyil. Meşə barəsində Müqəddəs Yan günü üçün panla müqavilə bağlamaq lazım olduğunu özümüzünkülərə xatırladıram. Bu iş barəsində hər kəsin öz fikri var: biriləri razıdır, digərləri yox. Qardaşlar, hamımızın mehribanlıqla nə isə eyni bir şeyə qərar verməkdən və arxasında dayanmaqdan ötrü sizə müraciət edirəm.

– Imzalamamalı! Imzalamamalı! – deyə arvadının güclə qapıya dartdığı Matsek qışqırdı.

Meyxana qəhqəhədən uğuldadı.

– Nəyə gülürsünüz – deyə Matsek soruşdu. – Axı hər dəfə hansısa kağızı imzalayanda ya məktəbə, ya da nahiyəyə pul ödəməli olurduq…

– Gəl sərxoşa qandır! – deyə kimsə söz atdı.

– Heç də sərxoş deyiləm! – Matsek arvadını itələyərək, incidi.

Qjib davam etdi:

– Kirvə Matsey, əlbəttə, bir az o söz… keflidir, amma ağıllı söz dedi. Mən də sizə məsləhət görürəm: imzalamağa tələsməyin. Ən yaxşısı gözləməkdir. Kim gözləyə bilsə, həmişə daha çox götürəcək. Ağalar, beş il əvvəl panla razılaşmanı necə istədiyinizi xatırlayırsınızmı? Onda hər təsərrüfata bir morq xahiş edirdik, o isə vermirdi. Iki il sonra artıq hərəyə iki morq verirdi, indi isə üç verir…

– Axı kim üçə razılaşar! – deyə tənha səs eşidildi.

– Əgər dörd versə, güzəştə gedərik…

– Beş də azdır!

Meyxananın digər ucunda yeni natiq çıxış edirdi

– Adamlar! Mənə belə gəlir, Yuzef danışdığı iş deyil…

– Eləmi!

– Niyə iş deyil ki?

– Bax buna görə: əlimdə olan mənimdir, hələ əlimdə olmayansa mənim deyil!

Doğrudur, hər il bizə daha çox vəd edirlər, ancaq, ola bilsin, bir il sonra artıq üç morq da verməzlər – onu kim bilir? Indi pan güzəştə gedir, çünki ona meşəni satmaq lazımdır. Ancaq əgər meşə yanarsa? Yaxud pan bütün mülkü satmaq istəsə? Bəlkə yeni mülkədar meşəyə görə bizə bir morq da verməyəcək. Yuzefə “gözləyin!” demək asandır – onun, onsuz da, otuz morq torpağı var. Bizə isə adama cəmisi onu çatıb, uşaqlarımız da böyükdür, – evlənəcəklər, onlara nə ilə pay verək? Oğlumu meşəyə yarpaq yeməyəmi yola salacağam? Ona meşə deyil, torpaq və daxma lazımdır.

– Məgər siz üç əvəzinə dörd morq istəməzdiniz? – deyə Qjib soruşdu.

– Aydındır, istəyərdim, – deyə onun rəqibi razılaşdı.

– Əgər dörd istəyirsinizsə, gözləmək lazımdır.

– Adamlar, məni dinləyin! –gözləri ağrıyan kişinin arvadı çığırdı. – Imzalamayın!

– Bax sən! Arvadlar da elə!

– Ağzını yum, ifritə, sənin işin deyil!

– Bəs kimiin işidir? – qadın daha ucadan çığırdı.

– Axı səninki artıq ölüb, niyə ona görə burda boğazını yırtırsan?

– O çox şey anlayır! – arvad etiraz etdi. – Mənə qulaq asın, hamınızdan artıq ağlım var.

– Bax, gözləyin, kirvə, mənim Yuzikim məktəbdən qayıdacaq, onda siz ağlınızı onunla ölçərsiniz! –şəhərli kimi geyinmiş qadın sobanın arxasından səs verdi.

– Arvadlar, orda sakit! Onları vəba aparsın, cığıldaşdılar!

Daz Voytsex skamyanın üstünə çıxdı və qışqırdı:

– Nə qədər gec deyil, razılaşın! Hərənin öz torpaq parçası olacaq, ancaq indi mal-qaranızın özgə torpağında veyllənməsindən sizə fayda çoxdurmu? Öz zolağı olmaq daha yaxşıdır, nəinki…

– Allahdan qorxun, Voytsex! Axı ayağınızdakı mənim uzunboğazlarımdır!

– Necə yəni? – ətrafda soruşdular.

– Bir manat əvəzində girov qoymuşam, o isə onlarda gəzir!

– Ay simic!

– Faiz götürür, üstəlik də özgə uzunboğazlarında lovğalanmaq istəyir.

Pərt olmuş Voytsex skamyadan düşdü və yumruğu ilə hədələyərək, daxmadan çıxdı.

Iri boylu, hamıdan bir baş hündür kəndli olan Qayda ayağa qalxdı.

– Mən də sizə deyirəm – gözləyin! – o, yumruğunu masaya çırparaq, başladı. – Hələlik meşəyə haqqımız olarkən bizim üçün necə olduğunu bilirik, ancaq hər kəsə iki-üç artıq morq veriləndə necə olacağını bilmirik – onda müşəyə burun soxmağa cəsarət etmə…

– E, əgər imzalasaq, onsuz da, meçəyə yolumuzu qadağan etməyəcəklər, – mülkədarla müqavilə tərəfdarı etiraz etdi. – Əgər burda alman öz adamları ilə birlikdə zühur etsə, cədvəllə davranmağa və komanda verməyə başlayacaqlat: “Bu yolla get, onunla “olmaz”, – bax, onda biz əliboş qalacağıq!

– Eybi yox, almanın da qollarını qısaldarıq, – Qayda belə dedi.

– Oy, qısaltmayın, yox! – yad kənddən olan kəndli hay verdi. – Bax, bizim yaxınlığımızda alman peyda oldu, dərhal kağızlarda eşələnməyə, torpaqölçənlər gətirməyə başladı və kəndlilər mal-qaranın yarısını satmalı oldular. Onun alman meşəçisi Şimon Mazurkanı meşədə tutanda və Şimon onunla mübahisə edəndə, alman uzun müddət fikirləşməyərək, gülləni dovşana tutuzduran kimi, ona tutuzdurdu, beləcə, sonra tam üç ay Şimonun cəmdəyindən qırma çıxdı.

Şəhərlisayağı geyinmiş qadın meyxananın ortasına sıçradı.

– Adamlar! Özünüzə də, mənə, dula da acıyın! Mənim Yuzikimsiz heç nəyi həll etməyin. Gələn kimi sizə elə bir məsləhət verər ki, heyrətlənərsiz! Bax, belə oğlandır!

– Ey, sahiblər, yaxşısı budur, öz panınızla razılaşın, yoxsa o, şvabı sizin boynunuza əyləşdirməsin! – Başqa kənddən olan kəndli onları çəkindirdi.

– O özü polyak olsa da, şvabdan yaxşı deyil! – Qayda incikliklə etiraz etdi. Adam kimi geyinmir, həmişə əynində ağ, ya da hansısa damalı paltar var, arvadı da yalnız şvabca donquldanır. Onunla, ya onsuz – bizə eyni şeydir! Başqa panlarda kəndli xəstə olanda, heç olmasa, bəzən dərman alır, yaxud uşaqlara kitab bağışlayırlar. Bu kafir isə adamı pul qazanmağa da qoymur. Məni heç vaxt malikanəyə çağırmırlar – allaha şükür, başqalarını daşıyıram və çörək qazanıram, pana işləyənlər isə heç vaxt pul görmürlər…

– Yox, yox, o elə də pis deyil, daha pisi olur, – razılaşmanın tərəfdarlarından kimsə söhbətə qarışdı.

– O, istəsə də, kəndliyə heç bir ziyan vura bilməz, çünki heç vaxt malikanədə deyil…

– Yalandır! – Qayda acıqla onun sözünü kəsdi. – Onun əmrilə mənim otuz manata da ala bilməyəcəyin donuzumu güllələdilər. Keçən həftə isə qızı Aneltsya daxmama yaxınlaşmış və Maqdama lent bağışlamışdı, o, qızına elə hirsləndi ki, sanki bu, lent deyil, bütöv bir mülkdür… Eh! – yerinə əyləşərək, artıq yarımsəslə bitirdi, – onun uşaqlarına yazığım gəlir, xüsusən qızına, yoxsa ona göstərərdim!

Piştaxtanın arxasındakı qapıdan Şmul göründü və təbəssümlə hər tərəfə təzim etdi.

Qjib ona müraciət etdi:

– Bəs siz nə deyirsiniz, Şmul, – mülkədarla kağızı imzalayaq, ya yox?

– Artıq, sahiblər necə istəyirlərsə, – icarəçi diplomatik cavab verdi.

– Sizcə, kim haqlıdır, – mən, yoxsa indi imzalamaq istəyənlər?

– Siz də, Yuzef, haqlısız, onlar da haqlıdırlar. Hər kəs ona sərfəli olan kimi edir.

– Bəs siz imzalayardınız?

– Siz nə fikirləşirsiniz, Yuzef, imzalamaq mənim üçün yenilikdirmi? Oho, gündə neçə dəfə hər cür kağızları imzalayıram!

– Bilirik. Imzalamağa razılaşardınızmı ki, üç morqa görə…

– Hansı üç? Dörd! – ətrafda səsləndilər.

– Dördü də azdır!

– Sizə elə gəlir, dörd morq hədsiz azdır, – Şmul belə dedi, – mülkədar üçün isə bunun hədsiz çox olduğu kimi gəlir. Hər kəs ona sərfəli olanı istəyir.

– Deməli, imzalayardınızmı? – amansız Qjib ondan söz almaq istəyirdi.

Ancaq yəhudi bu dəfə də həlledici cavab vermədi. O irəliyə bir addım atdı və əlini qurşağı arxasına salaraq, o birini də, sanki takt tutaraq yelləyərək dedi:

– Yuzef, siz gülməli adamsınız! Hər kəs məndən nə edərdimi soruşur, sanki bütün dünyada bircə mənim çiyinlərim üzərində başım var! Pan soruşur, siz soruşursunuz. Mən isə… Sizin torpağınız məndə olsaydı, dörd morqa razılaşıb-razılaşmamağı mühakimə edərdim. Mülkədar olsaydım, sizə adama dörd morq verib-verməməyi götür-qoy edərdim. Sonra xeyrimin tələb etdiyi kimi edərdim. Siz də belə edin!

Qjib yenə skamyanın üstünə qalxdı.

– Qardaşlar! Aramızda həmişəlik tam razılıq olması naminə panla yalnız… beş morqa müqavilə imzalayaq.

– Mənimki imzalamayacaq! – qırmızıgözlünün arvadı çığırdı.

– Yan, onun ənginə qoy! Niyə sənin əvəzinə cavab verir?

– O… mənim… əngimə? – qadın daha ucadan bağırdı – Bəs belə! Al! Al sənə!..Marş evə, bu sərxoşlara qoşulmağa dəyməz! – Bunu qışqıraraq, ərini kandara itələyənə kimi onun boynunun ardını döyəclədi.

– Gözləyin, mərhəmətli insanlar, bax, mənim Yuzikim gələcək, o sizə məsləhət görər, – deyə şəhər paltarlı qadın hey təkrar edirdi, amma heç kəs ona qulaq asmırdı.

Kişilər acmışdılarmı, yoxsa mübahisə etmək zəhlələrini tökmüşdü, hər nə isə, izdihamla meyxanadan çıxmağa başladılar. Hamısı arabalarını qoşmağa, yola çıxarmağa başladılar və bir-birinin ardınca getdilər. Heç dörddəbir saat da keçmədi ki, boşalmış böyük meyxanada yalnız hər ikisi güclü şəkildə şən olan Matseylə arvadı və skamyanın altında yatmış sərxoş qaldı. Piştaxta arxasındakı xidmətçi qız qədəhləri toplayır, Şmulun arvadı isə elə hey yazır və yazırdı…

Şmul öz hücrəsinə getdi, karandaşla bir parça kağıza yazdı: “Hərəyə beş morq istəyirlər” – və bir oğlana bu yazını malikanəyə, pana aparmağı tapşırdı. Özü isə yola toplanmağa başladı.

– Sən hara? – arvadı yəhudicə ondan soruşdu.

– Almanın yanına gedirəm. Yəqin o, mülkü alar. Əgər onunla düzəlişsəm, dəyirmanım olacaq.

– Əgər onu pan tikməyibsə, yəqin alman da tikməyəcək, – deyə arvadı etiraz etdi. – Səndə heç nə alınmayacaq.

– Bəlkə, getməyə dəyməz?

– Yox, hər halda, get… Cəhd elə.

YEDDİNCİ FƏSİL

Pan Yan arzulayır, Qayda isə təəccüblənib

Pan Yan Şmulun: “Hərəyə beş morq istəyirlər” yazısını alaraq, işin nə yerdə olduğunu dərhal anladı və barəsində hələ bir neçə gün əvvəl heç fikirləşmək belə istəmədiyi uçurumun kənarında dayandığını hiss etdi. O, qızdırmaya düşdü, ilk anda hətta ruhdan düşdü, amma sonra təəccüblə bütün xülyaların itirilməsinin hələ ən dəhşətlisi olmadığına əmin oldu.

Bu dəqiqədən etibarən pan Yanın arzuları başqa istiqamət aldı, onlar doğrudur, daha az müəyyən, ancaq əvəzində geniş və əlverişli, uçuşlarını heç nəyin sıxışdırmadığı sahəyə keçdi.

Əvvəlcə bəd xəbərə görə Şmula qarşı inciklik kimi bir şey hiss etdi, ancaq bununla belə, bu adamın ona sadiq olduğuna bir daha əmin oldu. Sonra xidmətçiləri və ev qulluqçularını xatırladı və mülkün satılmasından alacağı pulla hamısı ilə hesablaşmaq qərarına gəldi. Nökərlərini incitməyə heç cür meylli deyildi, bu heç onun haqq-hesabına da daxil deyildi.