banner banner banner
Atalar sözü
Atalar sözü
Оценить:
Рейтинг: 0

Полная версия:

Atalar sözü

скачать книгу бесплатно


Doğru yolla gedən yorulmaz.

***

Doğru tutulmayınca oğru tutulmaz.

***

Doğru büdrər, amma yıxılmaz.

***

Doğru deyənin başı keçəl olar.

***

Doğru söz acı olar.

***

Doğruya zaval yoxdur, çəksələr min divana.

***

Yalan ilə dünyanı gəzmək olar, amma qayıtmaq olmaz.

***

Yalan cücərər, amma bitməz.

***

Yalan ayaq tutar, amma yeriməz.

***

Yalan danışan yanındakını qanmaz yerinə qoyar.

***

Yalan olmasa, doğru yeriməz.

***

Yalançı çox and içər.

***

Yalançı özünün düşmənidir.

***

Yalançının şahidi yanında olar.

***

Yalançının yaddaşı olmaz.

***

Yalanın ömrü az olar.

***

Yalan üz qaraldır.

***

Yalançının evi yandı, heç kəs inanmadı.

***

Yalançını evinəcən qovarlar.

***

Yalançının ipi ilə quyuya düşən quyuda qalar.

***

Oğru həmişə doğruluqdan danışar.

***

Oğru elə bağırdı, doğrunun bağrı yarıldı!

***

Oğru hamını oğru bilər.

***

Tutulmayan oğru, xandan-bəydən doğru.

***

Quş qanadı ilə tanınar, insan adı ilə.

***

Tamahkarı yalançı aldadar.

Əmək xoşbəxtliyin açarıdır

Heyvanın dişinə baxarlar, insanın işinə.

***

Bağ bağbansız olmaz, dəvə sarbansız!

***

Bağa "bağ" deməyiblər, "bax" deyiblər.

***

Bağ salan barın yeyər.

***

Bağa bax üzüm olsun, yeməyə üzün olsun.

***

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

***

Bağçı bağı ilə, qarpız tağı ilə!

***

Əkiblər, yemişik, əkərik, yeyərlər!

***

Ortada yeyir, qıraqda gəzir.

***

Bal tutan barmaq yalar.

***

Çörəyi ver çörəkçiyə. Bir çörək də üstəlik.

***

Halva-halva deməklə ağız şirin olmaz.

***

Sən ağa, mən ağa, inəkləri kim sağa?!

***

Qayış nə bilir öküz nə çəkir?!

***

Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz.

***

Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı.

***

Adamı qeyrət işlədər, dəyirmanı su!

***

Torpaq deyər: "Öldür məni, dirildim səni".

***

İstəyirsən bal-çörək, al əlinə bel-kürək!

Qonaqsız ev – susuz dəyirman

Qonaq sevənin süfrəsi boş olmaz!

***

Qonağın ruzisi özündən qabaq gələr.

***

Qonağa "çörək yeyirsən?" deməzlər.

***

Qonağa "get" deməzlər, palazı altından çəkərlər.

***

Qonağa görə süfrə açarlar.

***