banner banner banner
Atalar sözü
Atalar sözü
Оценить:
Рейтинг: 0

Полная версия:

Atalar sözü

скачать книгу бесплатно

Qəribi vurmuşlar, "Vay vətən!" demiş.

***

Qürbət yerdən vətən olmaz!

***

Qürbət görməyən adam vətən qədri bilməz.

***

Yurddan çıxsan da, eldən çıxma!

***

Köçən yurdun qədrini, düşən yurdda bilərlər.

***

Üzünü xalqa çevirənin arxası möhkəm olar.

***

Güc birlikdədir.

***

Yeməyini yalqız yeyən yükünü özü qaldırar.

***

Tək əldən səs çıxmaz.

***

Palaza bürün, elnən sürün!

Ağıl yaşda deyil, başdadır

Adamı başdan, ağacı yaşdan!

***

Ağıl başın böyüklüyündə deyil.

***

Ağıllı öyrənməyi xoşlar, axmaq öyrətməyi.

***

Ağıl bazarda satılmaz.

***

Ağıl gücdən üstündür.

***

Ağıla paxıllıq olmaz.

***

Ağıllı balaca yekə cahildən yaxşıdır.

***

Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.

***

Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.

***

Ağıllı ədəbi ədəbsizdən öyrənər.

***

Ağıllı kişini falçılar sevməz.

***

Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər.

***

Ağıllı uşaq bələkdə özünü göstərər.

***

Ağıllının zənni cahilin həqiqətindən yaxşıdır.

***

Ağılsız adama nəsihət etmək dənizə su tökmək kimidir.

***

Ağıllı bir dəfə aldanar.

***

Ağıllı qəm yeyər, dəli – qamçı!

***

Ağıllıya işarə, nadana kötək!

***

Ağıl ağıldan üstündür, söz sözdən ötgün.

***

Dəvəcən boyun olunca, düyməcə ağlın olsun.

***

Cahilin ibadətindən alimin yuxusu yaxşıdır.

***

Cahil ilə bal yemə, aqil ilə daş daşı.

***

Camal gedər, kamal qalar.

***

Anlayana qul ol, anlamayana ağa olma.

***

Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən.

***

Arifə bir işarə kifayətdir.

***

Bilik ağlın aynasıdır.

***

Bilməmək eyib deyil, soruşmamaq eyibdir.

***

At yeriməklə, insan bilməklə.

***

Elm ağılın çırağıdır.

***

Elm bir xəzinədir, nə qədər sərf edərsən, bir o qədər artar.

***

Elm öyrən beşikdən qəbirəcən.

***

Elm para ilə yox, çalışmaqla ələ gəlir.

***

Elminə əməl etməyən alim əlində çıraq gəzdirən kora bənzər.

***

Elmli adam cürətli olar.

***

Elm zəhmət ilə başa gələr.

***

Elmsiz adam meyvəsiz ağac kimidir.

***

Ustadına kəc baxanın gözlərinə qan damar.

***

Qələm qılıncdan itidir.

***

Qələm əyri yonulsa da, doğru yazar.

***