banner banner banner
Atalar sözü
Atalar sözü
Оценить:
Рейтинг: 0

Полная версия:

Atalar sözü

скачать книгу бесплатно

Anası gəzən ağacları qızı budaq-budaq gəzər.

***

Ananın ərköyün oğlu hambal olar.

***

Qız alan gözü ilə baxmasın, qulağı ilə eşitsin.

***

Qız axtarana arşınmalçılıq da yaraşar.

***

Qız alanın ya bir çuval qızılı, ya bir çuval yalanı gərək.

***

Qız aparanı yuxu tutmaz.

***

Qız anadan öyüd alar.

***

Qız bəzəkdir, oğul şərəf.

***

Qız evin qonağıdır, vaxt gələr, gedər.

***

Qız kəsilməmiş qarpız kimidir.

***

Qız nəvəsi şirin olar.

***

Qız qapısı – şah qapısı: mini gələr, biri razı gedər.

***

Qız özgə çırağını yandırar.

***

Qız özgə əmanətidir.

***

Qızı saldın beşiyə, çək cehizi eşiyə.

***

Qızı vermisən, özünə oğul qazanmısan.

***

Qızım, sənə deyirəm, gəlinim, sən eşit.

***

Qızlığı nə idi ki, gəlinliyi nə ola?!

***

Qızın isməti – atanın dövləti!

***

Oğlan yetir, qız yetir, yükü yenə sən gətir!

***

Qız ağacı – qoz ağacı, hər gələn bir daş atar.

***

Qız – qızıl alma, qızı gözdən salma.

***

Qız evlərdə tanınar, ipək – dəzgahda.

***

Qız yükü – duz yükü.

***

Qız evində toydur, oğlan evinin xəbəri yox!

***

Od qalar, köz olar, qız qalar, söz olar.

***

Oğlan dayıya çəkər, qız – xalaya.

***

Oğlana balacalıqda qız verən çox olar.

***

Oğlanın oğlan oyunu var, qızın – qız oyunu.

***

Oğlum oğul olsun, ona tapılmayan qız olsun.

***

Oğul arxadır, qız yaraşıqdır.

***

Oğul bəd övlad olsa, öldürər dərd atanı.

***

Oğul günahsız olmaz, ata mərhəmətsiz.

***

Oğul oğul olsa, neylər ata malını, oğul nabud olsa, neylər ata malını?!

***

Qara qız bəzənincə toy əldən gedər.

***

Cavanlıqda daş daşı, qocalanda ye aşı!

***

Bala baldan şirindir.

***

Uşağı buyur, dalınca yüyür!

***

Uşağa yüz öyrət, gördüyünü deyəcək.

***

Uşaqlı evdə qeybət olmaz.

***

Ağlamayan uşağa süd verməzlər.

Dost arası pak gərək!

Dost başa baxar, düşmən ayağa!

***

Dost dosta tən gərək,
Tən olmasa, gen gərək!
Dəvəçi ilə dost olanın,
Darvazası gen gərək!

***

Dost dostu dar gündə sınayar.

***

Dost min isə – azdır, düşmən bir isə – çoxdur.

***

Dostunu mənə söylə, sənin kim olduğunu deyim.

***

Dostun versə qum, sən onu ovcunda yum!

***

Dosta borc pul vermə – hər ikisi əldən gedər.

***

Dostunun dostu sənin də dostundur.

***

Dostun yoxsa – axtar, tapdın – qoru.