banner banner banner
Atalar sözü
Atalar sözü
Оценить:
Рейтинг: 0

Полная версия:

Atalar sözü

скачать книгу бесплатно


***

Dostsuz insan – qanadsız quş.

***

Dostluq düzlükdədir.

***

Dostluğun telini qırma – bağlarsan, düyün qalar.

***

Dostla su iç, düşmənlə bal yeməyə oturma.

***

Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?!

***

Dostdan da sirrini saxla.

***

Dostam səninlə, pulun qurtaranacan!

***

Dost yolunda boran olar, qar olar.

***

Dost min olar, candan yanan bir.

***

Dost ilə ye, iç, alış-veriş eləmə.

***

Dost-düşmən qara gündə bəlli olar.

***

Dost dostun eybini üzünə deyər.

***

Dost dostdan bezar olmaz, aralıqda mərdimazar olmasa.

***

Dost arası sözsüz olmaz.

***

Örtülü bazar dostluğu pozar.

***

Tikə ilə dost olanlar İllər ilə küsülü qalar.

***

Ağıllı düşmən nadan dostdan yaxşıdır.

***

Cəhənnəmə gedən özünə yoldaş axtarar.

***

Sirrini dosta demə, dostun da dostu var!

***

Ağacı qurd içindən yeyər.

***

Balta ağac kəsməzdi, sapı ağac olmasaydı!

Namərdin plovundan, mərdin aşıq aşı!

Ağac əyildi – sındı, igid əyildi – öldü.

***

Mərd əli kasad olmaz.

***

Mərd özündən bilər, namərd – yoldaşından.

***

Mərdi qova-qova namərd eləməzlər.

***

Namərdin adı olmaz.

***

Namərdin çörəyi dizinin üstə olar.

***

Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.

***

Vura bilməyən daşın böyüyündən yapışar.

***

Vuran igid dayısına baxmaz!

***

Qanı qan ilə yumazlar.

***

Qanlını qan tutar!

***

İgid qovğasız olmaz.

***

İgid basdığını kəsməz.

***

İgid odur, atdan düşə, atlana,

İgid odur, hər əzaba qatlana!

***

İgidin başı qalda gərək!

***

Qorxa-qorxa cənnətə gedincə, gülə-gülə cəhənnəmə get!

***

Qorxaq hər şeyi dörd görər.

***

Qorxan gözə çöp düşər.

***

Qorxursan pişikdən, niyə çıxırsan deşikdən?

***

Qisas qiyamətə qalmaz.

***

Xain qorxaq olar.

***

Yaxşı igidin adını eşit, üzünü görmə!

***

Yaxşılığa yaxşılıq hər kişinin işidir,

Yamanlığa yaxşılıq mərd kişinin işidir.

***

Yıxılana balta çalmazlar.

***

Ehtiyat igidin yaraşığıdır.

***

Yaxşılıq elə, at dəryaya,

Balıq bilməsə, xaliq bilər.

Doğru yalanı qovar

Doğru dostluq qərəzsiz olar.

***