banner banner banner
Atalar sözü
Atalar sözü
Оценить:
Рейтинг: 0

Полная версия:

Atalar sözü

скачать книгу бесплатно

Qələm yazanı qılınc poza bilməz.

***

Qələmin ucu – qılıncın gücü.

***

Yazılan pozulmaz.

***

Rəhmət yazana, lənət pozana!

***

Yaşına baxma, başına bax!

***

Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.

Böyüksüz evdə xeyir-bərəkət olmaz

Kişisi olmayan evin ruzisi olmaz.

***

Qoca evin sütunudur.

***

Qocaların biliyi, cavanların biləyi.

***

Qocaya hörmət elə; sən də qocalarsan.

***

Ər-arvadın savaşı – yaz gününün yağışı!

***

Ər ilə arvadın torpağı bir yerdən götürülüb.

***

Arvad var, ev tikər, arvad var, ev yıxar.

***

Arvad yıxan evi, fələk də yıxa bilməz.

***

Arvadsız ev – susuz dəyirman!

***

Ana qızına taxt verər, ata qızına bəxt!

***

Anasına bax, qızını al, qırağına bax – bezini.

***

Anasından qabağa düşən quzunu qurd yeyər!

***

Anadan olmayan qardaş sayılmaz.

***

Ana evin dirəyidir.

***

Ana qəlbi kövrək olar.

***

Ana ürəyi, dağ çiçəyi.

***

Arvadı əri saxlar, pendiri dəri.

***

Arvadı bəd olanın saqqalı tez ağarar.

***

Arvadı ahıl gözü ilə, atı cahıl gözü ilə.

***

Arvadın isməti – ərin izzəti.

***

Arvadın xirtdəyi (hülqumu) olmaz.

***

Arvadı və atı əlborcu verməzlər.

***

Yanan da ana, yaman da ana!

***

Ata malından mal olmaz, özün qazanmaq gərək!

***

Atası balıqçı olub, oğlu da suya baxır.

***

Ata olarsan, ata qədrini bilərsən!

***

Atalar nə əkiblər, oğullar onu biçiblər.

***

Atasında olmayanı balasında axtarma.

***

Atasını, anasını görməsəydim, özünə xan deyərdim.

***

Atana necə baxarsan, övladın da sənə elə baxar.

***

Atanın duası, ananın ahı yerdə qalmaz.

***

Söz var, el içində, söz var, ev içində.

***

Böyük olan yerdə kiçik danışmaz.

***

Böyük sözünə baxmayan böyürə-böyürə qalar.

***

Kiçiyin kiçik yeri var, böyüyün – böyük!

***

Yol böyüyündür, su kiçiyin!

***

Qocadan demək, cavandan kömək!

***

Babadan hümmət – nəvədən xidmət.

***

Dövlətdə dəvə, övladda nəvə!

***

Ölməz, itməz Xədicə, görər nəvə-nəticə!

***

Uşaq atasından güclüsünü bilməz.

***

Ev bizim, sirr bizim.

***

Evdəki hesab bayıra çıxmaz.

Oğlanı kamal ilə, qızı camal ilə

Qırx dayəsi olan uşaq aciz olar.

***