banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Hekayələr
Əziz Nesin

Hekayə ustaları
Əziz Nesinin satirik hekayə və novellalarından ibarət bu kitabdakı əsərlər XX əsr türk insanının əxlaq və düşüncəsini, sosial durumunu, eləcə də cəmiyyətin saflaşdırılması uğrunda mübarizəsini əks etdirir.

Əziz Nesin

Hekayələr

SİZİN ÖLKƏDƏ EŞŞƏK YOXDURMU

Dişi ağrıyırmış kimi bir əli üzündə, başını sağa-sola yellədə-yellədə içəri girdi. Bir yandan əlini yanağına vurur, bir yandan da:

– Tfu, rüsvayi-cahan olduq… – deyə şikayətlənirdi.

O, əslində, çox nəzakətli bir adamdır. Ona görə də qapıdan girər-girməz salam vermədən belə deyinməsinə çox təəccübləndim.

– Xoş gəlmisiniz, – dedim, – buyurun, əyləşin.

– Rəzil olduq, rəzil…

– Necəsiniz?

– Necə ola bilərəm? Biabır olduq e…

Yəqin, başına bir fəlakət gəlmişdi. Bəlkə də, ailəsinə bir bədbəxtlik üz vermişdi…

– Yerin dibinə girdik, məhv olduq…

– Axı nə üçün? Nə olub?

– Daha nə olacaq! Bir qotur eşşəyi kişiyə iki min beş yüz lirəyə satdılar…

Üzünə diqqətlə baxdım: yoxsa dəli olmuşdu? Araya söz qatmaq üçün bəhanə edərək:

– Qəhvə içirsiniz? – deyə soruşdum.

– Qəhvə-zad yeri deyil. Rüsvay olduq… Bir nalsız, qart eşşəyi iki min beş yüz lirəyə verərlər?

– Heç eşşək satmadığım üçün bu qiymətin artıq-əskik olduğunu deyə bilmərəm.

– Canım, mən də eşşək alıb-satan deyiləm. Amma bir eşşəyin iki min beş yüz lirə olmadığını yaxşı bilirəm.

– Deyəsən, əsəbləriniz pozulub?

– Pozular da… Mənim əsəbim pozulmasın, kiminki pozulsun? Siz eşşəyin bu qədər baha satıldığını görmüsünüzmü?

– İyirmi ildən çox olar ki, heç eşşək görməmişəm.

– Mən sizə eşşəyi görüb-görmədiyinizi yox, onun belə məbləğə satıldığını gördüyünüzü soruşuram.

– Vallah, nə deyim… Ləyaqətli eşşək, bəlkə də, o qiymətə gedə…

– Əşi, eşşək – eşşəkdir. Nə ləyaqətbazlıqdır. O durub nitq söyləməyəcək ki? Üstəlik, həm qotur, həm də qart… Elə baha qiymətə satdılar. Həm də işin ən pis cəhəti odur ki, bunda mənim də iştirakım var.

– Nə danışırsınız?

– Bəli. Elə mən də bunu demək üçün gəlmişəm. Yəqin, bilirsiniz ki, Amerikanın dəvəti üzrə mən İstanbul universitetindən birilliyə oraya ezam edilmiş və xanımımı da özümlə aparmışdım.

– Onu bilirəm.

– Həmin dövrdə Amerikada bir professorla dost olmuşdum. Mənə çox kömək etmiş, böyük yaxşılıqları keçmişdi. Qayıdıb gələndən sonra onunla məktublaşırdıq. O, Türkiyəni sevən, türklərə dost olan bir adamdır. Məktublarının birində antik xalça mütəxəssisi olan bir dostunun öz əsəri üçün tədqiqat aparmaq məqsədilə Türkiyəyə gələcəyini yazır, ona kömək edib-edə bilməyəcəyimi soruşurdu. Mən də tətil vaxtında buraya gələrsə, məmnuniyyətlə ona yoldaşlıq edəcəyimi yazdım. Hindistan və İranda tədqiqat aparandan sonra o, iyul ayında bura gəlib çıxdı. Düşdüyü hoteldən mənə zəng etdi, mən də onun yanına getdim. O, əslən alman olan amerikalı idi. Deyəsən, həm də yəhudi idi. İndiyədək xalça haqqında iki albom, üç kitab nəşr etdirib. Dünyada olan bir neçə qiymətli xalça kolleksiyasının birinə də onun özü sahibmiş. Bura gəlməmişdən əvvəl gəzdiyi yerlərdən dörd böyük çamadan dolusu xalça, heybə və kilim gətirmişdi. O, çamadanlarını açıb buradakı şeyləri mənə göstərdi. Bu şeyləri tapmasından çox məmnun halda bunların hədsiz dərəcədə qiymətli olduğunu söylədi. Onların arasında üç qarış eni, beş-on qarış uzunu olan köhnə xalı parçasını göstərərək onun azı otuz min dollar qiyməti olduğunu, bir iranlı kəndlidən cəmisi bir dollara satın aldığını və bu zaman həmin kəndlinin pulu alarkən xeyli təəccüb etdiyini dedi. Mən bu xalı parçasının nədən bu qədər baha olduğunu soruşdum. “Çünki – dedi, – bunun hər kvadrat santimetrində səksən ilmək var. Bu, bir şah əsərdir”. O, böyük ehtirasla bu məsələ haqqında danışır və dünyada bir kvadrat santimetrdə yüz ilmək olan xalının mövcud olması, dünyanın hansı muzeyindəsə asılması haqqında danışırdı…

Sonra mənə bir keçə göstərdi. “Bunu, – dedi, – əlli sentə aldım. Bunun isə azı beş min dollar qiyməti var”. Mən ondan belə bahalı şeyləri nə yolla bu qədər ucuz ala bildiyini soruşdum. “Qırx ildir ki, bu sahədə çalışıram, – dedi. – Bizim də özümüzə görə üsullarımız var”. O mənə bu üsullar haqqında məlumat verdi. Ağzım açıla qaldı.

Biz sonra onunla Anadolunu gəzməyə çıxdıq. Vilayətləri, qəzaları gəzirdik. O, məscidlərdə qiymətli hesab etdiyi xalıların rəngli fotolarını çəkir, qeydlər edirdi.

Bir neçə adamdan köhnə heybə, xalı, keçə və kilim də satın aldı. Dediyinə görə, burada aldıqları başqa Şərq ölkələrində aldığı şeylərin hamısından qiymətli imiş.

Nəhayət, arxeoloji qazıntılar aparılan bir yerə gəlib çıxdıq. Amerika və alman arxeoloqları bir-birindən beş-on kilometr aralı düşərgələr qurub qazıntı işləri aparırdılar. Onlar yerin altını üstünə çevirmiş, dağları, təpələri qazıq-qazıq etmişdilər. Bir qəsəbə genişliyi olan bu qazıntı ərazisində eramızdan on əsr əvvəldən başlayaraq bu günə qədər bir neçə mədəniyyət yaranıbmış və torpağın altında üst-üstə qalaqlanıbmış. Onlar yerin altında bir neçə şəhər tapmış, oradakı sarayları, qəbirləri üzə çıxarmışdılar. Tarix və arxeologiya ilə maraqlanan çoxlu xarici turist maşını da burada qaynaşırdı. Hər iki-üç kilometrdə beş-on turistə rast gəlmək olurdu. Ətrafdakı kəndlərin sakinləri buraya toplaşır, yer altından tapdıqları saxsı parçalarını bu turistlərə satır, turistlər də bu şeyləri göydə qapışdırırdılar.

Kəndli uşaqları da yolboyu düzülərək qazıntı yerindən tapdıqları halqaları, yazılı daşları, qab-qacaq qırıqlarını turistlərə satırdılar.

Buralara qədər gəlib çıxdığım üçün mən də yadigar bir şey almaq istədim. Təxminən on yaşı olan bir qızın əlində vaza qulpu, yanındakı oğlanın əlində isə adam başına oxşayan mavi rəngli kiçik bir daş vardı. Bu, yəqin, üzük daşı idi.

– Bunlar neçəyədir, bala? – deyə soruşdum.

Qız vazanın qulpu üçün qırx lirə, oğlan isə daş üçün on beş lirə istədi. Bu şeylərin həmin məbləğə dəyib-dəymədiyini bilmədiyimə baxmayaraq:

– Bahadır, – dedim.

Onlar böyük adamlar kimi bu şeylərin heç də baha olmadığını, atalarının bu şeyləri beş metr dərinlikdən tapdığını dedilər. Bu şeyləri almaq istəyirdim ki, amerikalı mütəxəssis onların heç bir tarixi və arxeoloji dəyəri olmadığını, Şərq ölkələrində kəndlilərin Avropa və Amerikadan gələn turistləri aldadıb belə şeyləri satdıqlarını söylədi. Onun dediyinə görə, bu hiyləgər kəndlilər məşhur arxeoloqları belə aldatmağı bacarırdılar. Hətta bir dəfə ölü it leşinin tüklərini qırxaraq onu bir hökmdarın mumiyası adı ilə amerikalı turistə sata bilmişdilər.

Biz kirələdiyimiz maşında gedirdik. Hava çox bürkülü idi. Yol kənarındakı üç qovaq ağacı altındakı su quyusunu görəndə dayandıq. Kölgədə oturub nahar etmək istəyirdik. Orada bir kəndli uzanmışdı. Onun yaxınlığında isə bir eşşək otlayırdı. Biz qoca ilə salamlaşdıq və onunla danışmağa başladıq. Mən onun dediklərini amerikalı üçün tərcümə etdim.

– Buradakı kəndlərdə ən çox nə yetişir?

– Heç bir şey, – deyə kəndli cavab verdi. – Əvvəllər burada əkin-biçinlə məşğul olardılar, taxıl yetişərdi. Amma bu qazıntılar başlayalı 20 ildir ki, hamı tənbəlləşib, daha heç bir şey əkmirlər.

– Eynən başqa yerlərdə də belədir, – amerikalı dedi.

– Bəs bu yerlərin adamları nə ilə dolanırlar? – deyə soruşdum.

– Yerin altından qab-qacaq qırığı, daş-maş çıxardıb bura doluşan əcnəbilərə satırlar.

– Eynən başqa yerlərdə olduğu kimi, – deyə amerikalı təkrar etdi.

– Bizim bu yerlərin adamları yaman xarab olublar. Ölkənin bütün dəfinələrini su qiymətinə əcnəbilərə satdılar. Yerdən çıxan şeylər əsl dəyərinə satılsa idi, on belə Türkiyəni abad etmək olardı. Oğrular bura doluşublar. Torpaq altından çıxan qiymətli antik şeyləri oğurlayıb xarici ölkələrə aparırlar. Bu şeylərin bəzisini özləri qazıb çıxarır, bəzilərini də kəndlilərdən alırlar.

Amerikalı yenə onun sözünü təsdiq etdi. Kəndli sözünə davam edərək:

– Daha, – dedi, – torpağın altından çıxarmağa bir zibil də qalmayıb. Buralarda altı kənd var. Evlərinə getsən, bir həsirdilər, bir Məmmədnəsir. Heç bir şey görə bilməzsən. Nə suqabı, nə səhəng, nə çanaq qalıb.

– Nə üçün?

– Ona görə ki hər şeyi bu turistlərə satırlar. Hər nə varsa adını antik qoyub xırıd edirlər. Adamlar yaman korlanıb. Dünən, əl boyda bir uşaq mənim eşşəyimin boynundakı muncuqları oğurlayıb. O bunları aparıb əvvəl torpağa basdıracaq, sonra da oradan çıxardıb antik adı ilə satacaq. Evlərdəki ərgən qızlar da bicləşiblər. Əllərinə keçən hər daşı məharətlə ovur, onlara cürbəcür şəkillər verib satırlar. Onlar eşşək nalından medallar, köhnə pullar düzəltməyi də bacarırlar.

Amerikalı yenə başqa ölkələrdə də belə olduğunu təsdiqlədi. Mən qoca kəndlidən:

– Bəs sən nə ilə dolanırsan? – deyə soruşdum.

– Mən eşşək alıb-satıram, – dedi.

O bunu deyib quyudan su çəkdi və eşşəyə verdi. Eşşək su içərkən amerikalı birdən yerindən sıçrayıb heyvanın yanına getdi. Mən isə kəndli ilə söhbətimi davam etdirdim.

– Eşşək alıb-satmaq sənə sərf edirmi?

– Şükür Allaha… beş ildir bu işlə dolanıram.

– Məsələn, nə qədər qazanırsan?

– Bu, alıb-satdığım eşşəkdən asılıdır.

– Bir heyvanı nə qədər vaxta sata bilərsən?

– Bunu da bilmək olmaz. Bəzən üç ay, beş ay heyvan satılmır, bəzən də görürsən bir gündə beş eşşək satmısan…

Amerikalı yanıma qayıtdı. Çox həyəcanlı idi.

– Eşşəyin üstündə bir xalı parçası var.

Baxdım. Eşşəyin belində çox köhnə, palçıqlı bir çul vardı.

– Bu çirkli cındırı deyirsiniz?

– Siz nə danışırsınız? Bu, bir xariqədir, şah əsərdir. Siz kəndli ilə söhbət edəndə mən xalını diqqətlə gözdən keçirdim. Onun rəngi də işi kimi çox qiymətlidir. Hər kvadrat santimetrində düz yüz ilmək var. Dünyada buna bənzər bir şey görünməyib.

– Onu almaq istəyirsiniz?

– Əlbəttə! Amma kəndli onu alacağımı bilməməlidir. Mən bunları yaxşı tanıyıram. Duyuq düşüb malının üstünə dünyanın qiymətini qoyurlar. Nə qədər pul versən, gözləri doymaz. Ona görə elə edək ki, o, əsl məqsədimizi başa düşməsin.

Kəndli bizə baxıb:

– Bu kafir nə qırıldadır? – deyə soruşdu.

– Heç, – dedim, – bu yerlərdən xoşu gəldiyini deyir.

– Burada xoşagələn nə var ki? Çılpaq, kirəcli təpələrdir də…

Amerikalı mənə:

– Sizə antik şeyləri ucuz ala bildiyimi demişdim. İndi baxın, yenə bu fəndimi işə salacağam.

– Necə edəcəksiniz?

– Xalının adını belə çəkməyəcək, eşşəyi alacağam. Kəndli, çox ehtimal ki, xalının qiymətini bilmədiyi üçün köhnə çulu da eşşəyin üstündə bizə verəcək. Siz indi ona mənim bu eşşəyi almaq istədiyimi söyləyin!

Mən kəndlidən:

– Sən bu eşşəyi satırsanmı? – deyə soruşdum.

– Hə… satmaq istəyirəm…

– Onu neçəyə satmaq fikrindəsən?

– O baxır alıcısına!

– Biz almaq istəsək…

Kəndli güldü:

– Mənimlə zarafat edirsiniz? Bu qart eşşək sizin kimi bir bəyin nəyinə lazımdır?

– Sən onun fikrini çəkmə… Biz onu almaq istəyirik. Neçəyə verirsən?

– Dedim ki, o baxır alıcısına… Siz alacaqsınız, yoxsa bu kafir?

– O alacaq…

– O nə millətdəndir?

– Amerikalı…

– Hə… özgə deyilmiş… Özümüzünkü sayılır. Bəyim, bu, çox qart şeydir, de ki, bunu almaq ona əl verməz.

Məsələni amerikalıya dedim.

– Lap yaxşı, – dedi, – deməli, eşşəyi ucuz verəcək.

Mən kəndliyə:

– Eşşək qart da olsa, razıdır, – dedim.

– Əşi, bizim üçün ayıb olar. Sonra ölkəsinə gedib “türklər məni aldatdılar” deyər.

Bunu da amerikalıya tərcümə etdim.

– Türk kəndlisi çox saf, düzgün adamlardır, – dedi. – Başqa yerlərdə olsaydı, dərhal satmağa tələsərdilər. İndi ki o bu qədər təmizqəlbli adamdır, mən də eşşəyi onun dediyi qiymətə alacağam.