
Полная версия:
Oğluma nəsihət
1
Kamiran (kamran) – kam alan, arzusuna çatan, xoşbəxt
2
Nafə – ahunun göbəyi. “Müşk” deyilən qara maddə ahunun göbəyində – dəri kisəcikdə yerləşir.
3
Bal – qanad
4
Kafur – ölünü yumaq üçün işlədilən kəskin qoxulu ağ, kristal maddə
5
Natəvan – zəif, gücsüz, taqətsiz
6
Əfsanəyə görə, zülmətdə dirilik suyu tapmış və bu sudan içməklə ölməzliyə qovuşmuş Xızır peyğəmbər və nəfəsi ilə ölüləri diriltməyə qadir Həzrət İsa nəzərdə tutulur.
7
Kölgə yalnız divara düşdükdə aydın görünür, başqa hallarda sürünür. Hədsiz zəifləmiş qocaların divardan tuta-tuta getməsinə işarə olunur.
8
Yəzdan – qədim zərdüştilərdə xeyir allahı
9
Nizami cahanın Tanrı tərəfindən “Kun – Ol!” əmrilə yaradılmasına işarə edir. Onun əzəli qələmi “Lövhi-məhfuz”da kainatın taleyini sözlə yazıb, deməli, hər şeydən öncə sözü yaratmışdır.
10
Yaradıcı şəxsiyyətin canı – bu aləmə yadigar qoyub getdiyi sözündədir, bədəni, cismi, gövdəsi gəldi-gedərdir, tələl (skelet) hökmündədir.
11
Kainatın yaradılışında məqsəd sözdür, onun sonu da sözdən ibarətdir. Əbədi qalan yalnız sözdür.
12
Yalnız həqiqəti axtaranlar və tapanlar böyük söz yaratmağa və bu sözün sayəsində yaşamağa qadirdirlər. Sözü gerçəkliyi pərdələmək vasitəsinə çevirənlərə, bomboş xəyal uydurmaçılarına söz heç vaxt üz göstərmir, yalançıları, saxtakarları yaxına buraxmır.
13
Yaradıcı insanın taleyi yaratdığı sözün dəyərindən asılıdır.
14
Damarları donanlar, bağrı yananlar – bədii və elmi söz yaradıcıları, şairlər və alimlər
15
Söz – Tanrının “Kun – Ol!” əmri. Candakı şah damar – ruh. Kələfin ucu – maddi aləm. Beytin mənası: Tanrı neməti söz kəşf edilməsəydi, ruhu və bu maddi aləmi tapmaq olardımı? Yox!
16
Təbiətin və şəriətin bütün qanunları yalnız bədii və elmi sözün sayəsində kəşf olunub və möhürlənib, təsdiq olunub.
17
Söz qasidi – qələm və dil
18
Poemanın ilk beytindəki hədisin məzmunu yenidən yada salınır: “Ya Cəbrayıl, bu nə qəsddir?”, “Ya Məhəmməd, bu ərşin altındakı Tanrı xəzinəsidir, onun açarı isə şairlərin nitqidir”.
19
Sözün tərəzisini quran ulu hökmdar – Tanrı. Sözün aşiqləri – peyğəmbərlər
20
Ərşin bülbülləri – şairlər
21
İlham məqamında şairlər mələk səviyyəsinə ucalırlar.
22
Şairlik əvəzinə saray məddahlığı edən, eybəcəri gözəl kimi qələmə verən şeirbazların həyasızlığı, sərvət, şöhrət düşkünlüyü ucbatından poeziyanın ləyaqəti ayaqlar altına salınmışdır.
23
Söz pərdəsində ahəng yaratmağı bacaranlar, yəni yaradıcı qüdrətə malik olan şairlər yoxsul həyat keçirsələr də, mənən zəngindirlər, onların özü yerdə, ruhu göydə yaşar.
24
Qələm, kağız götürüb dizi üstündə şeir yazan şairlər şahlardan fərqli olaraq, qılınca və orduya ehtiyac hiss etmədən ürəkləri, ölkələri tutmağa qadirdirlər. Buna görə onlar məğrur və əzəmətlidirlər, heç bir şahın dərgahında baş əyməzlər!
25
Yaradıcı qüdrət hər iki cahanın hökmdarıdır. Onun ömürdən başqa mənəvi ömrü, dünyadan başqa mənəvi dünyası var.
26
Dizinə dirsəklənib başını aşağı dikən sənətkar bu vəziyyəti ilə gərilmiş kamana bənzər. Kamandan çıxan ox şairin dilindən saçılan bədii sözdür ki, mənəvi şikarı ələ gətirir.
27
Yaradıcılıq məqamında böyük əzablar çəkən şair istədiyi sözü tapanda düşdüyü əzabdan qurtulur, öz kaman həlqəsini qırır, dikəlir.
28
Fələyin qulağına həlqə taxmaq onu özünə qul etmək deməkdir. Yalnız yaradıcı qüdrət sahibləri bu işi görməyi bacarır, zamanı özünə təslim edir, fələyi qulağı həlqəli qula çevirə bilirlər.
29
Hoqqabaz fələk hoqqa, oyun çıxardığı halda, yaradıcı qüdrət sahibi onun qarşısına misilsiz söz inciləri çıxarır və buna görə fələyin belini sındırır, ona qalib gəlir.
30
Yaradıcı ilham məqamında sənətkarın ürəyi köks qəfəsini dağıdır, uçur, qanadlanır və sənətkarın dodağından öpmək istəyir. Niyə? Çünki indicə dodaqlarından dürrə, mərcana bənzər sözlər saçılmışdır.
31
Beli kəmərli mərdlər – şairlər
32
Məddah saray şairləri, qarınqulular, ucuz şöhrət və sərvət düşkünləri sözü satmaqla görün nə dərəcədə alçalır, sənətin sikkəsini hörmətdən salırlar.
33
Zülmətə işıq salan ləl – günəş, yaxud poeziya
34
Burada saray şairlərinin aqibətinə işarə olunur. Sultanın qızılı hesabına zərli əba geyən şeirbazlar axırda sultanın qəzəbinə düçar olur, bəzən dəmir çeynəmək, qılınc zərbəsi dadmaq dərəcəsinə gəlib çatırlar. Burada saray şairlərinin boğazına əridilmiş qızıl tökmək dəbinə də işarə var.
35
Nizaminin fikrincə, sultan qəzəbindən qorunmağa yeganə təminat şairin öz nəfsini cilovlamağı bacarmasıdır, o, civə kimi saf, təmiz qalmağı bacarmalıdır. Qədim kimyagərlərin fikrincə, qızıl civəyə doğru can atdığı halda, civə qızıla doğru can atmır. O, müstəqildir, pakdır.
36
Özləri verməyincə hökmdarlardan pul, mükafat, imtiyaz umma!
37
Sənətkarın hörmətini, nüfuzunu ucaldan yalnız öz poeziyasıdır. Yalnız böyük poeziyası sayəsində o, göyün 7-ci qatında yerləşən əfsanəvi Sidr ağacı mövqeyinə yüksələ bilər, cəmiyyətin ən uca qatında mövqe tutan sultanlardan, şahlardan belə yüksək və əzəmətli görünər.
38
Beyt “Şairlər – söz hökmdarıdır” ərəb məsəli üstündə qurulmuşdur.
39
Sən əsrlərin, fələklərin başı üstündən keçib gedə biləcək böyük, qadir, ülvi söz yaratmağa borclusan. Nəfsini cilovla, özünü gəldi-gedər şahlar, sultanlar önündə alçaltma!
40
Burada gündüzdən daha çox gecələr çalışan şairlər şama bənzədilir. Gündüzlər sakit dayanan şamlar yalnız gecələr yaşayır, əriyə-əriyə işıq saçmaqla ayıq-sayıq ömür keçirirlər.
41
Yalnız bədii sözün ləyaqətini uca tutan şairlər Ay kimi işıqlı, Günəş kimi qüdrətli poeziya yarada bilərlər.
42
Düzəliş üçün şeirlərini başqa şairlərin ixtiyarına vermə, onlar sənin min bir əziyyətlə becərdiyin tarlanı tapdaya, inci düzdüyün sapı qıra bilərlər.
43
Nizami öz poeziyasının inqilabi mahiyyətini işıqlandırır: Mən şeiri ümumxalq malı etdim, meyxanədən və saraya xidmət vəzifəsindən qurtardım, sənəti uca bir mövqeyə qaldırdım.
44
Nizami Gəncəvi öz poeziyasının beynəlmiləl mahiyyətinə işarə vurur. Bu poeziya yalnız xirqə (qıldan toxunma, yamaqlı, cındır əba) geyən sufilər, dərvişlər və zahidlər üçün deyil, belinə zünnar (qıldan toxunmuş kəmər) bağlayan xaçpərəstlər, məsihilər üçün də gərəklidir. Nizami poeziyası olan yerdə nə xirqəyə ehtiyac qalır, nə zünnara. Bütün bəşəriyyətə məxsus Nizami sənəti dini atributların hamısından yüksək dayanır.
45
Harut və Marut – Tanrı tərəfindən göndərilmiş iki mələyin adıdır. Hər ikisi Zöhrə xanıma vurulub, onu yoldan çıxarmaq istəyirlər. Tanrının buyruğu ilə Zöhrə planetə çevrilir. Harut ilə Marut isə Babilistanda cəzaya məhkum olunur, dərin bir quyudan başıaşağı asılırlar. Poeziyada Harut, Marut, Babil sehr, əfsun rəmzi kimi işlədilirlər. Nizami ana yurdu Gəncəni Babilistana, öz poeziyasını isə cadugərlərin tilsimini qıran qüdrətə, habelə dan ulduzu Zöhrəyə bənzədir.
46
Bu məntəqənin (Gəncənin) Zöhrəsi (musiqiçi və müğənnilərin hamisi), mənim Zöhrəm tərəziçidir, sözümün dəyərini tərəzidə çəkir. Mizan bürcündə ölçür və görür ki, mənim şeir-sənət dilim ruh aləminin dilidir, ləyaqət və gözəllik meyarıdır.
47
Harutun sehr və tilsimləri yalana, adam aldatmaya əsaslandığı üçün haramdır, mənim sənət cadularım isə həqiqətə, ilhama güvəndiyi üçün zəhmətimlə qazandığım gündəlik duzum, çörəyim qədər halaldır. Mənim halalım hər cür haramı sındırır, batil edir.
48
Fani muncuqlar – qızıl, mülk, varidat yığmaq aludəliyi
49
Mükəddər – kədərlənmiş, qəmlənmiş
50
Çiynimdəki yük – zülmün yükü
51
Günəşə at çapanlar – Tanrıya can atanlar
52
Quş dili ilə danışmaq – mənasız, boş danışmaq
53
Hər kəs gücü çatan işdən yapışmalıdır.
54
Yalnız nadir qəhrəmanlar xalqın qayğısını çəkməyə qadirdirlər. Sirri hər kişi saxlaya bilməz.
55
Abxaz qarəti – 1139-cu ilin sentyabrında Gəncədə baş vermiş fəlakətli zəlzələdən sonra şəhəri dağılmış və viran görən Gürcüstan çarı Gəncəyə hücum edərək yağmalamış, dinc əhalini qarət və əsir etmişdir.
56
Xeyirxahlığın və ağ günün timsalı olan Simurq quşu. Əfsanəyə görə, Elbrus dağının əlçatmaz zirvəsində yaşadığına görə Nizami ədalətin cəmiyyətdə yoxa çıxdığını və qalxıb yalnız Simurq qanadı altına sığındığını bildirir.
57
Əmirlər, sərkərdə və qəhrəmanlar basıldıqda (məğlub edildikdə), ölüm məqamının yaxınlaşdığını hiss edincə vəsiyyətlərində arzu edərdilər ki, məzarlarının üstü həmin qocanın kəsdiyi kərpiclər ilə götürülsün. Bu halda onlar ümid bəsləyirdilər ki, bu sipər (bu kərpiclər) onları himayə edəcək, qəbir əzabından qoruyacaqdır.
58
Misrada yer səthi qalxana, torpaqqazan bel isə qılınca oxşadılıb.
59
Kölələr yük daşıyar – zülmə boyun əyənlər, təslimçilər və fərarilər özlərinə layiq rəzil həyata məhkumdurlar. Mən belələrinə nifrət bəsləyirəm, öz zəhmətimlə dolanıram.
60
Ovçunun elə bir cəld, yavuz sərt və çevik qaçan iti vardı ki, Günəş şüası belə ona çata bilməzdi, buna görə it işıq sürətinə nöqsan tutardı. Burada şair “ahu gereftən” mürəkkəb feilini ustalıqla oynadıb şairanə məcaz yaradır. Həmin feilin ilk mənası ahu tutmaq, digər mənası isə irad tutmaq deməkdir.
61
Arpa – ən kiçik çəki vahidi
62
Dirhəm – çəki vahidi 6 danka bərabərdir: Hər dank 2 karat, hər karat isə 4 arpa çəkisindədir.
63
Köhnə təbiblərin fikrincə, yağlı xörək ziyandır, səfraya gətirib çıxarır.
64
Beytin məzmunu Qurani-şərifin “ət-Təlaq” surəsinin 7-ci ayəsindən gəlmədir: Həyatda, insan varlığında hər bir qəmdən, kədərdən sonra fərəh və şadlıq gəlir.
65
Beytlərdə “yəqin” anlayışı fəlsəfi termin kimi işlədilib. Mənası əqidədə möhkəmlik, sabitqədəmlik, özünə inam və qüdrət deməkdir. Nizami haqqa inamında qətiyyətli olmağa çağırır.
66
Yəqin əhli misilsiz, kamil – onlar, naşı – biz. Yəqin əhli kamil insan simvoludur. Onlar Qurani-şərifin haram elan etdiyi şərabı içdikdə belə halallığı nuş edirlər, bu nemətə bal dadı gətirirlər. Çünki müstəqil şəxsiyyətə malikdirlər və nəyin halal, nəyin haram olduğunu bizdən yaxşı bilirlər.
67
Ahunun belinin dərisi sərt, qaba olduğu halda, qarnının dərisi, xüsusilə göbək ətrafı hamar, incə və yumşaq olur. Şah əlindəki kamanın kirişini o qədər dartdı və sürtdü ki, ceyranın göbəyi kimi yumşaltdı və öz atını (Rəxşini) odlanmış ciyəri kimi qızışdırdı.
68
Kaman dilə gəlib deyir ki: “Bu ceyran yavrusu sənin nəzərinin himayəsində irəliləyir. Kimin cürəti çatar ki, sənin diqqətinə, zirehinə tərəf ox tuşlasın?!
69
Sən çalğıçısan, şahım, məgər razı olarsanmı ki, sənin ceyranını ovlasınlar, dərisindən dəf düzəldib özgələr çalsın?! Yaxud dümbək çalanların əlləri ilə döyəclənsin?!
70
Mənası: Hər kim öz xalqına, bəşəriyyətə sədaqətlə və təmənnasız xidmət etməyi bacarırsa, o, xəzinə sahibi olacaqdır.
71
Alnımdakı yazı məni Kəbədən meyxanəyə atdı. Halalımdan əl çəkib harama qurşandım. Paklıq əlimdən çıxdı, çirkaba batdım, insanlıqdan əl çəkib nəfsə, tamaha uydum.
72
Ulu göylər daim öz qasırğaları, ildırımları və göy gurultuları ilə yatmış insanı ayıltmağa, xəbərdar etməyə çalışır ki, ömürdən sonra da başqa bir mənəvi ömür var. Onu düşün! Öləndə yatmaq eyib deyil. Həyatda yatmaq isə eyibdir. Ayıl! O dünyaya köçmək üçün azuqə yığ, mənəvi ömrünü uzatmaq üçün çarələr tap.
73
Gecə yarı – ömür yarı
74
Antik Romada və Yunanıstanda eyvanları dürlü quş və heyvan rəsmləri ilə bəzərmişlər. Şair həmin adətə işarə vuraraq Həzrət İsa peyğəmbərin dili ilə bildirir ki, bu it vaxtilə o qədər mahir, çevik, qüdrətli şikarçı olub ki, sahibi onun şəklini eyvanına çəkdirib.
75
Dini anlayışa görə, Tanrı 9 fələyi ona görə yaradıb ki, insanların eybinin üstünə pərdə çəksin və mələklər insanın yalnız savab işlərini görsün, günahlarını tam müşahidə etməyə macal tapmasınlar.
76
Həlqə – xalta, köləlik xaltası. Şair deyir ki, bu dar, üzükvarı dünyada hər şey sənin boynuna köləlik xaltası taxmaq, səni nökər, qul görmək istəyir. Əgər özün də bunu istəyirsənsə, deməli, kişi deyilsən, qulsan.
77
Qədim münəccimlərin dediyinə görə, Sürəyya ulduz topası Böyük Köpək bürcünün xaltası mövqeyindədir, daha doğrusu, ikinci birincidə yerləşir. İkinci misra eşşəkdən yalnız yük daşımaq üçün deyil, həm də nəqliyyat vasitəsi kimi istifadə edən İsa peyğəmbəri yada salır. Şair özünün vəsf və ifşa obyekti olan qəhrəmanını – İnsanı xalta gəzdirməməyə, eşşəklik etməməyə çağırır.
78
Yəni Nizaminin dərdini çəkmək sənə qalmayıb.
79
“Nuşiqiya” – “novruzotu” deyilən bitkidən hazırlanmış məlhəm (“Bürhani qatı”)
80
Beytin məzmunu Qurani-şərifin “əl-Ənam” surəsinin 77-ci ayəsindən iqtibas olunub: “O (İbrahim) çıxan Ayı görəndə dedi: “Bu, mənim Tanrımdır!” O batandan sonra isə (İbrahim) dedi: “Mənim Tanrım məni düz yola hidayət etməsə, mən yolunu azmış adamlardan olacağam.
81
Nizamiyə görə, könlü işıqlandıra bilmək – maddi dünyadan əl çəkib mənəvi dünyaya qovuşmaqdır. Ən böyük səadət heç də maddi aləmdə deyil, yalnız ruhun qüdrəti sayəsində qazandığın mənəvi aləmdədir.
82
Ağ, qara lövhə – gündüz, gecə. İnsan öz ömrünün gecəsini, gündüzünü təmizə çıxardıb pak etmək üçün tövbə qılmalı, suçlarının, günahlarının bağışlanmasını sidq ürəkdən ulu Tanrıdan diləməli və tövbəsinə layiq yaşamalıdır. Bu halda göz yaşı tökmək mənən təmizlənməyin rəhnidir və bu göz yaşı ümid gülabıdır. Başqa sözlə desək, sən bağışlanacağına və bundan sonra insan kimi yaşayacağına ümid bəsləyə bilərsən.
83
Nizamiyə görə, ölçü-biçi əsasında yaşamaq özünü nəfsə, tamaha, yırtıcı ehtiraslara təslim etməməyi bacarmaq deməkdir. Yalnız bu dünyada gözəl yaşamaqla, o dünyanı qazana bilərsən.
84
Yəni əmanət pulu son qəpiyinədək xərclədi. Keçmişdə başqalarının heyvanı ilə qarışıq salmamaq üçün mal-qaranı damğalarmışlar. Bununla bağlı ideomatik ifadə yaranmışdır. “Filankəs ovunu elə yedi ki, heç damğa yeri də qalmadı”. Şeyx də əlinə keçən əmanəti ilə bu cür davranır.
85
Burada “hindli” anlayışı “üzüqaralıq”, “Türk” ifadəsi isə “cəsurluq”, “tələbkarlıq”, “öz haqqını tələb edən qüdrət sahibi” ifadələrinin sinonimi kimi işlənmişdir.
86
Rükni qızıl – öz xalisliyi ilə məşhur olan və hökmdar Rükn-əd-Din Deyləmi tərəfindən zərb edilmiş qızıl pul
87
Doğrudan da, dərvişin itaət və ibadətdən başqa nəyi var ki, ala biləsən?!
88
“Mal” anlayışından yalnız “MA” hecası qalıb ki, bu da ərəbcə “yox”, “heç” deməkdir. Sofunun başı halqalı “Mim”dən və kufi “Əlif”dən savayı verməli heç nəyi yoxdur.
89
Fəğfur (baqpur) – Tanrı oğlu. Bu söz Yaxın və Orta Şərqdə Çin imperatorlarının ləqəbi olmuşdur. Burada isə şah mənasındadır. Beytin mənası: Saf qızıl olan dini şeytanlara sofular kimi təslim etmə, ulu şahların bilərziyini it saxlayanların əlində xaltaya, midbərə döndərmə!
90
Qurd dostluğu – feilən düşmənlik
91
Yəni namaz qılanda sən Allahı, peyğəmbəri yox, öz varidatını artırmaq yollarını düşünürsən. Bu cür namaz qılmaq, əslində, bütün namazlarının axırına çıxmağın deməkdir.
92
Həccac Yusif oğlu (661-714) – Ömərilər sülaləsinin xəlifələri adından xilafətin müəyyən vilayətlərini idarə edən görkəmli dövlət xadimi olmuşdur. Xilafət düşmənlərinə qarşı mübarizədə, güman ki, əsl rəqəmləri şişirdən salnaməçilərin dediyinə görə, 130 min adamı edama məhkum etmişdir. Həccacın vəfatı günündə isə Ömərilərin dustaq evlərində onun əmrilə azadlıqdan məhrum edilmiş 15 min kişi və 30 min qadın olmuşdur. Buna görə Yaxın Şərq ədəbiyyatında onu qəddar zülmkar saymaq dəb halına düşmüşdur. Bununla belə, güman etmək olar ki, onun surəti Ömərilərə düşmən kəsilmiş Abbasilər sülaləsinin tarixçiləri tərəfindən təhrif edilmişdir. Qədim salnamələrin birində deyilir: “Namuslu adamlara münasibətində o, yaxşı insan, üsyançılara münasibətində isə qəddar idi. Nəzərə almalıyıq ki, Həccacın hakimiyyət illəri zidd qüvvələrin toqquşduğu, həyəcanlı və mürəkkəb bir dövr olmuşdur.
93
Gecənin qaranlığı hər şeyi gizlətdiyi, sirri batırdığı halda Ay və dan yeri sirr açan sayılır. İşıqda hər şey görünür, gizlinlər, bilməcələr açılır.
94
Köhnəlmiş, sozalmış, qurumuş arxın lili, üfunəti təzə fidanın köklərini yandırıb çürüdə bilər, sən onun kökünə can verəcək yeni arx, yeni bulaq çək ki, qalxıb qanadlansın, qasırğalarla güləşə biləcək əzəmətli çinara çevrilsin!
95
Nizami Gəncəvi burada “özünü dərk edən” hökmdar deyərkən Bəhram şah Ərzincanlını, “ən gözəl öyüdləri” onun qulağına pıçıldamağa qadir “könül vaizi” dedikdə isə özünü nəzərdə tutur.
96
Bəhram şah Ərzincanlıya üz tutan Nizami özünü zəka qılıncına bənzədir və şahdan tələb edir ki, bu qılınc qında qalmasın. Zira bu sənət qılıncı köhnə mücrüdən çıxarılmayıb, Tanrı tərəfindən göndərilmiş ülvi bir töhfədir. Pak nəfəsli ilham, istedad sahiblərindən hökmdarlar gərək heç nəyini əsirgəməsin.
97
Kainatın mənəvi hökmdarları yalnız və yalnız öz nəfsinə qalib gəlməyi bacaranlar, hər cür acgöz və yırtıcı ehtirasları boğub ram edə bilənlərdir ki, göylərin 9-cu qatından yuxarı qalxırdı ərşə, Tanrı mərtəbəsinə yüksəlir və özlərinin ruh aləmində köhlən səyirdirlər.
98
Eşq yalnız o zaman möcüzə səviyyəli gözəlliyə, ülviyyətə çevrilir ki, ürəkdə bəslənir, faş edilmir. Elə ki aşiq və məşuq bu sirri açdı, dilə-dişə saldı, bir gün onları xərabatda bayılmış görürlər. Yəni böyük məhəbbət əvəzinə yataq həyatı, cismani yaxınlıq müşahidə edilir.
99
Həllac – pambıqdarayan və X əsrin məşhur filosof-sufi şairi Mənsurun ləqəbi. Beytin mənası: Məhəbbətin sirr kisəsinin ağzı dinin sapı ilə bağlanıb. Onu bağlı saxlamağı bacarmalısan. Əks halda səni Mənsur Həllacın aqibəti bəklər. Sirri açdığına, “Mən – həqqəm!” deyə haray çəkdiyinə görə boğazına sabunlu ip, kəndir keçirildi.
100
Nə qədər ki səba və Günəşlə vüsal sirrini saxlaya bilir, qönçə salamatdır. Elə ki bu sirri açıb gülə çevrilir, dərhal qanını töküb onu dərir, aparırlar. Nəticə: sirri qorumalısan!
101
Abbas – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər xilafəti (750-1256) onun xələfləri və din tərəfdarları tərəfindən təşkil edilmişdir.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов