Oğluma nəsihət

Oğluma nəsihət
Полная версия:
Oğluma nəsihət
RÜBAILƏR
Ədalət yer üzündə zəfərlərin tacıdır
Ədalət yer üzündə zəfərlərin tacıdır,Zülm – dərd ağacıdır, yalnız şərin tacıdır.Səxavət… pərdəsilə hər cür eybi gizlədir,Xoş tale, bəxtəvərlik – hünərlərin tacıdır.Dünyada ədalətlə zəfər tapmışlar
Dünyada ədalətlə zəfər tapmışlar,Zülm ilə bu dünyada zərər tapmışlar.Hər yerdə paxıllıq hünəri danmışdır,Mərdlər eyb örtüb də, hünər tapmışlar.Gəncliyinə güvənmə, yel əsər, solub gedər
Gəncliyinə güvənmə, yel əsər, solub gedər,Ömrün bircə gecədə payimal olub gedər.Zülm eləmə, anla ki, bircə qarğış fəryadıSəni dünya bağından alaqtək yolub gedər.Etmirsə vəfa, ömrə amansız rüzgar
Etmirsə vəfa, ömrə amansız rüzgar,Sən yaxşılıq ək, ta nə qədər ömrün var.Bir halda ki, heç kimsəyə qalmır dünya,Barı qoruyun, inciməsinlər dostlar.XƏMSƏ
SIRLƏR XƏZINƏSI
Söz qoşmağın fəziləti haqqında
İlk dəfə tərpənəndə sözdən güc aldı qələm,Sözdən doğuldu ilk hərf… şahiddir bütün aləm.9Xəlvət pərdəsini ki qaldırdılar, atdılar,Öncə söz cüvələndi. Sözdən can yaratdılar.Sözdən bir səs, bir nəfəs gəlməmiş… inan mənə:Can girmədi palçıqdan xəlq olunmuş bədənə.O gündən ki, qələmlə kağız çatdı şərəfə,Cahan açdı gözünü, sözü gördü ilk dəfə.Söz olmasa… yerində dünya donardı, sözsüz,Nə qədər söz dedilər, yenə əskilmədi söz.
Ölçülü sözün ölçüsüz sözdən üstünlüyü
Ölçülüb biçilməmiş dağınıq sözlər beləSözsə… zərgər yanında bənzər gövhərə, lələ.Ölçülüb-biçilərsə incə fikir, incə söz,Nə qədər gözəlləşər, olar ürəyincə söz.Kim ki sözə söz qoşub tapar haqqın səsini,Sözlə iki aləmin açar xəzinəsini.Bu xəzinəni yalnız açar tapanlar açar,Yalnız söz ərlərinin dilləridir bu açar.18Sözün tərəzisini quran ulu hökmdar,Sözün aşiqlərini19 sözlə etdi bəxtiyar.Ərşin bülbülləridir20 cahanda söz qoşanlar,Məgər özgələrinə tay tutularmı onlar?Düşüncə atəşilə pərişan olan zaman,Mələklərlə gəzərlər, mənzilləri asiman.21Sözdoğanlar – nur saçan peyğəmbərin kölgəsi,Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi.Mətanət meydanında kimlər tutdu gör səfi,Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi!Şair ilə peyğəmbər – bir nigarın məhrəmi,Peyğəmbərlə şair haqq, qalanlar haqq görkəmi.Şairin süfrəsində şirin xurmalar ki var,Xurma deyil, bəlkə də, ürək parçasıdırlar.Ürəyin dişlərilə qoparılmış söz, fikirTorpağın dimdiyilə cilalanmış incidir.Hikmət qaynağı şeiri hər gün alçaldıb bir az,Sudan da ucuz etdi beş-on nəfər şeirbaz.22Kimin söz pərdəsində ahəngi var, sehri var,Özü yerdə olsa da, ruhu göylərdə yaşar.23Dizi üstə söz yazıb, ölkələri tutan kəsDünyada heç bir kəsin qapısında baş əyməz!24Dizinə dirsəklənib fikrə dalan sənətkar,Sözlə iki cahanın dövlətini qazanar.25Əyilən məğrur başı ayağını salamlar,Dirsəklənər dizinə, kamanlaşar sənətkar.26Öz kaman halqasını qırmaq istəyən şair,Bükülüb açılınca, təb üstündə dikəlir!27Bükülmüş qamətilə sanki həlqə olanlar,Fələyin qulağına bəzən min həlqə taxar.28Bu hoqqabaz fələyin qarşısına sənətkar,Bircə hoqqa yerinə neçə daş-qaş çıxardar.29Söz köhləni qızarkən… sənətkarın ürəyi,Dodağını öpməkçün yırtar köksü, köynəyi.30Şairin ləl dodağı o zaman ki, açılar,Yeddi göyün, Günəşin yaxasını parçalar.Şairin ilham adlı cəsur bir atası var,Dünyaya oğul kimi ər misralar bağışlar.Şair qozbel fələyi qul eyləyər özünə,Qulluqdan azad olar, özü köçsə sözünə.Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,Dilsizlərə dil verər, susmazları susdurar.Hər gözələ can verən incə söz memarıdır,Sən şairə vurul ki, o, söz bəstəkarıdır.Müştəri ulduzumu söz ovsununda şair?Ya Harutun sehrini qırıb pozan Zöhrədir?Yəğmaladı bu kəndi qaçaq-quldur atlılar,Şer adlanan bu dağı alçaqlar alçaltdılar.Ağıl başımdan çıxır. Görün, sözbaz nə qədər…Sözü abırdan salır şeir, söz çeynəyənlər.Mən qanım bahasına yetirdim can meyvəsi,Neçin su qiymətinə satılsın könül səsi?Dad əlindən, ey fələk, söylə, haçaq, bəs haçaq,Beli kəmərli mərdlər31 zülmündən qurtulacaq?Başda gəzdirilməli sənət düşdü ayağa,Aç ayaqdan qandalı, döndər sözü bayrağa!Qızıl üçün, zər üçün sinov gedən həriflərSənətin sikkəsini, görün nəyə veriblər?!32Qızıl sözü qızıla dəyişənlər alçalır,Zülmətə işıq salan ləli33 verir, daş alır.Sənətini bilənlər ən uca dağdan uca…Bu işıqlı zirvəni kimlər alçaltdı bunca?Sultanın qızılından zərli əba geyənlər,Bir gün çörək yerinə dəmir çeynər, daş yeyər.34Fəqət, saf civə kimi zər qəmi çəkməyən kəs,Diri qalar, sultanın qılıncını gəmirməz.35Madam ki, baldır sözün, ucuz satma onu sən,Rəvamı söz şəhdini çibinlərə verəsən?Sənə vəfalı yoxsa, umma hətta vəfanı,Sormasalar, söyləmə hətta xoş bir duanı.36Şəriət elmi səni adlı-sanlı bilməsə,Girişmə şairliyə, uyma yırtıcı nəfsə.Şəriət elmindədir şairin şair gücü,Söz de ki, kəmərindən nur alsın Cövza bürcü.Şerin qaldırar səni, Sidrdə əyləşdirər,Sənə ən uca qatda şahlıq, sultanlıq verər.37Hökmdarlıq şərəfi qazandırar söz sana,“Söz hakimi” demişlər söz yaradan ozana.38Fələklərə ucalan bir söz yaratmayınca,Fələk kimi süst olub oturma bikar, bica.39İsmətli ol əriyib baş əyən şamlar sayaq,Gündüz təvazö əhli, gecələr ayıq-sayıq.40O zaman ki, ilhamın aşıb-daşar, qızışar,Çərxin köhlən atını ram edərsən… yumşalar.Hər şeri bəyənmə sən, yarat elə bir əfsun,Dünyanın şah əsəri sənin qismətin olsun.Lovğalanma, görsən də gövhəri əllərində,Ondan da əlasını ara öz içərində.Qızışma, sözü bir az ehtiyatla bəyən sən,Sən ki uca rütbəli söz yarada bilənsən.Söz yolunun başına bayrağını dikənlər,At çapar, Günəşi – top, Ayı – çövkən eləyər.41Sənətkar duymasa da nəfəsində od, şölə,Azaltmaz sürətini hətta bir nəfəs belə.Təfəkkür meydanında oddur şair ürəyi.Yazığı gəlsə belə, dalda qoyar fələyi.Cəbrayıl qanadını at edib çapar şair,İsrafilin telindən yelpazə yapar şair.Yol vermə ki, tarlanı tapdalasın hər yetən,İnci düzdüyün sapın ucunu göstərmə sən.42Əncirin qol-budağı bomboş qalardı yayda,Ənciryeyən olsaydı bütün quşlar dünyada.Bu şivənin, bu dilin mahir ovçusuyam mən,Dəyər məni görməyə, şairlər xasıyam mən.Hər hücrəyə köçürdüm şeri, şeriyyəti mən,Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.43Birdəfəlik tullayıb zünnar ilə xirqəni,Zahidlər, rahiblər də gəlib tapdılar məni.44İndi mən al-qırmızı bir qönçəyə bənzərəm,Quzey rüzgarlarını durub burda gözlərəm.Aşkarlasam, car çəksəm bakirə sözlərimi,Səs salaram cahana qiyamət suru kimi.Mən söz cadugəriyəm, tazə, köhnə hər nə var,Mənim məftunum olar, mənim heyranım olar!Bütün sehrbazları mat qoyur sehrim mənim!Mələkləri aldadan əfsundu şerim mənim.Gəncəm – Babilim mənim Harutu45 yandırmada,Ən uzaq ulduzu da Zöhrəm nurlandırmada.Zöhrəm söz dəyərini Mizan bürcündə ölçür,Dilim – ruh aləminin lisanıdır, gözüdür.46Duz-çörəyim bilirəm öz cadugər şerimi,Halal sehrim sındırır Harutun hər sehrini.47Ürəyinin şəklidir Nizaminin sözləri,Mənim halal sehrimlə daim canlı, dipdiri!Ümidsiz padşahın bağışlanması dastanı
Adil şah yuxusunda zalım bir soltan gördü,Soruşdu: – Sənə Tanrı hansı cəzanı verdi?Gündüzlər qan tökmüsən, ev yıxıb, zülm etmisən,Gecə hansı əzabı çəkdin əvəzində sən?Zalım cavab verdi ki: – Ömrüm çatarkən sona,Göz gəzdirdim cahana, pənah gətirdim ona.Görüm düşkün çağımda yol göstərən kimim var?Tanrı mərhəmətinə kim məni ulaşdırar?Baxıb gördüm heç kəsin mənə bir şəfqəti yox,Hiddəti, nifrəti çox, lütfü, mərhəməti yox.Söyüd kimi titrədim, dözmədim bu rüzgara,Ürək yara, üz qara, indi gedim mən hara?Axar suya tulladım dörd ucunu kilimin,Təkcə Tanrı lütfünə bağladım öz könlümü.Dedim: “Ey ulu Tanrım, biz acizik, sən qadir,Bu miskin, aciz qulun səndən xəcalətlidir.Suçlarından peşiman zavallıya rəhm elə,Nifrinlər qazanmışam yolundan çıxmaq ilə.
Adil Nuşirəvan ilə vəzirin hekayəti
Ayrılıb rəiyyətdən, səltənətdən, saraydan,Bir gün ov həvəsilə atlandı Nuşirəvan.Bu səfərdə munisi, dostu yalnız vəzirdi,Özgəsini xoşlamır, tək onunla gəzirdi.Ovlaq həndəvərində baxdı, birdən nə gördü:Düşmənin qəlbi kimi boş bir viranə gördü.Gördü ki, bir cüt bayquş civildəşir, uçurlar,Şahın hövsələsitək araları xeyli dar.Vəzirdən soruşdu şah: – Nə qonuşur bu quşlar?Nədir bu həyəcanlı qışqırışlar, təlaşlar?Vəzir cavab verdi ki: – Ey dövrün tacidarı!Öyüd xoşlamış olsan, anladaram əsrarı.Bir toyun sövdasıdır bu dartışma, bu söhbət,Bir kəbin üstündədir bu bazarlıq, məşvərət.Bu quş verib qızını, başlıq umur o quşdan,Gəlin başlığı istər bir az öncə, bu başdan.Deyir: “Bu viran kəndi cehiz verirsən mənə,Bir neçə xərabə də qoymalısan üstünə”.

Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəti
Günlərin bir günündə qanad açdı diləyi,Bir çırağa yetişdi Süleymanın küləyi.Təntənəylə, calalla yön aldı çöl səmtinə,Qaldırdı öz təxtini göyün mina təxtinə.Çöldə bir cütçü gördü, təzələndi nəfəsi,Onda sevinc oyatdı əkinçinin həvəsi.Evindən gətirdiyi ovuc-ovuc məhsulu,Səxavət mədəninə saçmışdı zəhmət oğlu.Dən səpilən guşələr göyərmiş xırda-xırda,Əgər danədən bir neçə sünbül boy atmış orda.Danələrin sirrini əkinçi bir-bir açdı,Süleyman dilə gəldi, sanki quşlar danışdı:– Bir az mərdanə davran, gözü tox ol, ey qoca!Əkdiyini biçib ye, bəsdir, tər tökmə bunca.Quş deyilsən ki… dəni boş yerə çölə saçma,Gəl, mənimlə bu yerdə quş dililə danışma52.
Qarı ilə Sultan Səncərin hekayəti
Bəla çəkmiş bir qadın bağrı qan, gözü yaşlı,Bir gün Sultan Səncərin ətəyindən yapışdı.Dedi: – Ey sultan, səndən görməmişəm yaxşılıq,Fəqət neçə zülümə şahid olmuşam artıq.Kefli bir darğa gəlib alt-üst etdi yerimi,Şillə çəkdi üzümə, yoldu birçəklərimi.Suçum varmı ki, məni öz evimdən çıxartdı?Saçlarımdan yapışdı, sürüyüb çölə atdı.Onun zülümlərindən nəfəs çəkə bilmirəm,Dağlar basıb köksümə bu vəhşilik, bu sitəm.Yaxamdan yapışır ki, de qatilin adını?Filan gecə kim vurdu kənddə filan adamı?Qapımı sındırır ki, söylə, hardadır cani?Belə də zülm olarmı, ey bu yurdun sultanı?Sərxoş, qatil özüykən, qırır qol-qanadımı,Neçin döyüb, incidir ağbirçək bir qadını?O yanda təbil çalıb, xərac yığırlar onlar,Bir yanda bir qadının üstünə şər atanlar.Əl uzadır bu darğa, bir fikirləş, gör, kimə,Sənin ədalətinə, mənim də ismətimə.Mənim yaralı köksüm yanır dağdan, düyündən,Bezmişəm, əl çəkmişəm, inan, ömürdən, gündən.Şəhriyar! Yerdə qoysan bu zülmü, bu əzabı,Səndən sorulacaqdır qiyamətdə hesabı.Adillik eşqindəsən, bəs hanı ədalətin?Haçan sona yetəcək sitəmin, qəbahətin?Qaydadır ki, sultandan xalqa güc, qüvvət gələr,Bəs niyə səndən bizə daim həqarət gələr?Yetim malını yemək ədalətmidir məgər?Hələ də lənətlənir Abxazda qarətçilər55.Dulların əmlakını soyma, çapma, talama!Utan ağ saçlarımdan, dəymə olub-qalana.Sən qul olduğun halda şahlıq sövdasındasan,Canidən şah olarmı, ey haqqı dardan asan?Şah ölkədə hər işi sahmana salsın gərək,Xalqın səadətinə keşikçi olsun gərək.Adil olsa şah əgər, hamı ona baş əyər,Bəslər məhəbbətini bütün canlar, könüllər.Nə hünər göstərmisən taxt başına gələli?Alt-üst etdin, taladın, viran qoydun bu eli.Dağ kimi ucalmışdı bir zaman Türk dövləti,Sarmışdı məmləkəti ədaləti, şəfqəti.Sən yıxdın o şöhrəti, batıb getdi o ad-san,Demək, sən türk deyilsən, yağmaçı bir hindusan.Əllərinlə dağıldı şəhərlərin əsası,Biçinçinin xırmanı, əkinçinin tarlası.Yığ başına ağlını əcəl gəlib yetməmiş,Bir ədalət qəsri tik, əlindən gəlirsə iş.Ədlin çilçıraq kimi işıqlatsın gecəni,Bu gün, sabah, həmişə bəxtiyar etsin səni.Yadda saxla, nə söylər sənə ağbirçək qarı:Qanadlandır, şadlandır yetimləri, dulları.Qapazını geri çək yoxsulların başından,Yoxsa oxlanacaqsan məzlumlar qarğışından.Sən ki ox yağdırırsan hər guşəyə bu qədər,Girəcəyin guşədən bixəbərsən, bixəbər.Cahan qalalarını açan bir açardı şah,Qapılar bağlamağa gəlməmisən, ol agah!Səni şah dikdilər ki, azaldasan cəfanı,Bir könül yaralansa, sən olasan dərmanı.Zəiflərin adəti – nazla sığınmaq sənə,Sənin borcun – onların sığal çəkmək telinə.Qulağını geniş aç, bu möhtac, bu yalavac,Bu ac zavallıların komasına işıq saç.Xorasan ölkəsinin hökmdarı Səncərə,Kar etmədi bu sözlər, düşdü başı cəncələ.Bu dövrdə ədalət ərşə çəkilmiş, inan,Asılmışdır o yalnız Simurqun qanadından.56Daha bu torpaq üstə nəşədən bir əsər yox,Bu göy qübbə altında həyadan bir xəbər yox.Qalx, ey dərdli Nizami, bu dünyanı qucaqla,Ürəklər qana döndü, elə sən də qan ağla.Kərpickəsən qocanın hekayəti
Şam şəhəri tərəfdə qoca bir kişi vardı,Uzaqlaşıb bəşərdən, mələk kimi yaşardı.Toxuyardı özünə otdan, əncərdən köynək,Dolanardı minnətsiz, hər gün kərpic kəsərək.İşdi, əldən düşsəydi əmirlərin sipəri,Deyərdi: – Sipər edin qəbrimə kərpicləri.57Onun kərpiclərindən tikdirsəydi kim məzar,Sanardı rahat yatar, olsa belə günahkar.Bir gün yenə o qoca tərini silə-silə,Əlləşərkən palçıqda, saman ilə, su ilə.Çıxdı böyürdən qəfil gözəl bir dəliqanlı,Xitab etdi qocaya, dili ahlı, amanlı:“Bu nə işdir, görürsən?.. Bu nə düşkünlük, qoca,Yalnız qullar, kölələr dözər zillətə bunca!
Ovçu ilə itin və tülkünün hekayəti
Tez görən, uzaq görən, usta bir ovçu vardı,Gəzib biyabanları, ov yerini tapardı.Bəd bir iti vardı ki, çeviklikdə şir, aslan,Günəş şüalarını ceyran belində tutan.60Kərgədan tük salardı boynunun qüvvəsindən,Çöl eşşəyi dişindən, dağ kəli zərbəsindən.Yolçuluqda ovçunun dostu, arxadaşıydı,Çox işinə yaramış vəfalı yoldaşıydı.Gecə keşik çəkən it gündüz əmrə müntəzir,Görərdin ki, onunçün qida gəzir, yem gəzir.Bir gün aslan ovçunun yox oldu aslan iti,Ovçunun göz yaşları ciyərlərini diddi.Dedi: – Gör miyançısı qəza olan ovlağı!Şir başından üstündür burda itin ayağı.Bildi ki, dərd əlindən qanə dönsə də ürək,Ciyərini dişində tutub tab etmək gərək!Ovçu dözdü, səbrinin misqal boyda arpası61,Bəlkə, bir dirhəm62 qədər xeyir gətirdi azı.Ovçunun qarşısına bir tülkü çıxdı lapdan,Dedi: – Səbr etmək olmaz, sən ey səbrli insan!Eşitdim ki, o eşsiz qüdrət, hünər yolçusu,Dünyadan köçüb gedib… Nə qəm, başın sağ olsun!Bir anda yaxalardı yüz cüyürü, ceyranı,Oldu zirəkliyinin, cəldliyinin qurbanı.Bilirəm, sənin üçün bu dərd hər şeydən betər,Ovladığın qəm-kədər sənə iki ay yetər.Qalx, bu ovdan kabab çək, ver könül ziyafəti,Dərisi dərvişlərin, əti ovçu qisməti.Bilirəm, çox yemisən dadlı, ləzzətli xörək,Bir də yağlı tülkülər əlinə keçməyəcək.