
Полная версия:
Oğluma nəsihət
Firidun şahın ceyran ovu hekayəti
Bir neçə həmdəmilə Firidun səhər-səhər,Saraydan çıxdılar ki, bir az seyr eləsinlər.Bir çəmənə gətirdi onu ovçu duyğusu,Burda bir yavru gördü – gözəl ceyran yavrusu.Qulaqları, gərdəni o qədər zərif, hamar…Gözləri, qılçaları səndən mərhəmət umar.Şah baxdı heyran-heyran, lapdan sıçradı ceyran,Bircə göz qırpımında uzaqlaşdı ovçudan.Ovçunu ovladı ov. Şahın ürəyi uçdu,Bütün marağı, eşqi ovun ardınca qoşdu.Yanan ciyəri kimi Rəxşi od-alov aldı,Ahunun göbəyitək kaman neçin yumşaldı?67Nə at çatır tozuna, nə ox tutur ceyranı,Şimşək sürətli Rəxşin ox sürəti bəs hanı?Oxdan sorur: – Hanı bəs o kin dolu uçuşun?Atdan sorur: – Hanı bəs o ildırım qaçışın?Heç biri kara gəlmir, hər ikisi yorulmuş,Otyeyən bir heyvanın önündə məğlub olmuş.– Məgər elə indicə, ey şah, – dil açdı kaman, –Qarşında deyildimi dilsiz-ağızsız heyvan?Gəzirdi zirehinin himayəsində yazıq,Kimin həddi var ki, de, zirehinə sanca ox?68Böyüklərə xoş gəlməz, bəlkə, dəyər kefinə,Gəlib özgə əl vursa çalğıçının dəfinə.69Ucalan, dağları ara, ey şahım, müdam,Ta ki yüksək durarsan ucaların dağından.İnsanlıq sifətidir hər yaxşılıq, duysanız,Xidmətidir kişiyə şərəf gətirən yalnız.İlkin yaranışdakı əhdə sadiq olmaqdan,Ülvi nə var? Qoy desin hünərli, məğrur insan!Əhdin kəmərinə qoy vəfa əlini hər an,Ta ki verdiyin sözü heç vədə pozmayasan.Keşik çəkən ilanın xəzinədə gözü yox,Çünki başdan-ayağa xidmət kəməridir o.70Kainatın tacıdır xidmət edən kəhkəşan,Hər şey xidmət kəməri bağlamışdır binadan.Hünər riştəsi tutan dilavərlər, qoçaqlar,Belinə öz əlilə xidmət kəməri bağlar.İşıq qaynağıdır mum – bal şanının zinəti,Arıya xidmətilə qazanmış bu dövləti.Sən ki xidmət yolunda kəmərini bağladın,Qalx, ey Nizami, yüksəl, açıqdır qol-qanadın.Meyvəsatanla tülkünün və cibkəsənin hekayəti
Yəməndə meyvə satan bir dükançı yaşardı,Dükanını qoruyan tülkü yavrusu vardı.Təlim-tərbiyə görmüş gözətçiydi bu yavru,Sahibinin malını diqqətlə qoruyurdu.Yüz cür oyun çıxartdı, fənd işlətdi cibkəsən,Əsərlənmədi əsla bala tülkü kələkdən.Fikirləşdi cibkəsən, yumdu gözünü dərhal,Çoxdan yatıbdır guya, yuxusu da şəkər, bal.Tülkü bu qoca qurdu yatmış görüb yumşaldı,Yerə qoydu başını, o da uyğuya daldı.Tülkünü yatmış görüb fürsət tapdı cibkəsən,Çaldı pul kisəsini. Getdi, itdi nəzərdən.Keşikdə duranların qorxuludur yatmağı,Ya başı əldən gedər, ya başından papağı.Uyuyacaq yer deyil dünya, oyan, Nizami!Hər şeyi etməyin çoxdan çatıb məqamı.
Tövbəsini pozan zahidin hekayəti
Məscid əhli bir sofu uydu bir gün şeytana,Məsciddən üz çevirdi, aldı onu meyxana.Mey dilinə dəyincə mey kimi nalə qıldı:– Zavallı canım! – dedi, – özgə nə çarə qaldı?Nəfs ilə həvəs quşu könlümdə axtardı dən,Heyhat, tələ qurdular təsbeh danələrindən.Kəbəm çıxdı əlimdən, Kəbə artıq mənə yad,Ev-eşiyim dəyişdi, dönüb oldu xərabat.71Qara taleyim məni, gör kimlərə tay etdi,Qələndərlik öyrətdi, imanımı zay etdi.Niqab örtdü, yaşındı əqlin gözləri məndən.Xərabatın özü də xarab oldu əlimdən.Bu dünya darlığından qurtula bilsəydim, ah!Ətəyimdən ləkəni bir silə bilsəydim, ah!Qəzadan deyilmi bu? Mən hara, bu “Lat” hara?Mübarək məscid hara, viran xərabat hara?Bir gənc pərdə dalından dinləyərək zahidi,Təmiz, pak nəfəsindən od saçaraq söylədi:– De, qəzadan sənə nə? Sənintək yüz min gəda,Qəzanın nəzərində dəyməz bir arpaya da.Tövbə qapısına gəl, təmizlə günahını,Başqa hədyan söyləmə, seç Tanrı dərgahını!Üzr istəyib, tövbə qıl, keçərlər günahından,Qolu bağlı gedərsən yoxsa ora bir zaman.Çöldə ot otladığın, yatdığın yetər artıq,Bir az da fələklərin yaşıl bağçasına çıx.Ayıltmasa göy səni çəkil, hicra guşəyə,Bir azca azuqə yığ o dünyaya köçməyə.72Qanlı yaşlar tökməyin axı nə mənası var?Çoxdan gəbərib gedib sağlığında yatanlar.Səni yuxu sərsəmi görən “Şəfəq sahibi”,Yayınacaq gözündən, endirəcək niqabı.Fələk köçü yüklədi, qalx, ey Nizami, oyan!Kimdir bu gecə yarı73 ayağını bağlayan?İsa peyğəmbərin hekayəti
İsanın ayaqları yol açıb dünyalara,Gəlib çıxmışdı bir gün balaca bir bazara.Gördü bir çoban iti, canavar kimi nəhəng,Yol üstündə uzanmış cansız, nəfəssiz köpək.Dörd yanını bürümüş adamlar qatar-qatar,Leş yeyən quzğun kimi başına toplaşıblar.Biri dedi: “Çatladar beynimizi bu cəmdək,Yanan çıraq küləkdən uzaq gərək, gen gərək!”Biri dedi: “Rədd edin, görünməsin bu murdar,Gözümüzü kor eylər, könlümüzü dondurar”.Hərə bir hava çaldı: “Tfu!” – “Cəsəd!” – “Əlhəzər!”,Zavallı, miskin leşə min bir cəfa verdilər.Növbə çatdı İsaya, eyibdən vaz keçdi o,İtin üstünlüyünü fikirləşdi, seçdi o.“Naxışları, xalları, – dedi, – aləmdi, məncə,Parlaq, saf dişlərinə nə dürr çatar, nə inci”.74
Nəzər sahibi bir möbidin dastanı
Ağsaçlı qoca möbid, yeri, yurdu Hindistan,Yol keçəndə nə gördü? Bir bostan, bir gülüstan.Ortasında naxışlı imarətlər, qəsrlər,Qucağında çiçəklər əsim-əsim əsərlər.Fələk kimi qan tökən qönçələr beli bağlı,Az ömürlü lalənin başından çıxıb ağlı.Fəvvarədir çəmənin tər süsəni, laləsi.İncə boylu qamışlar – qənd, şəkər piyaləsi.Öz oxuyla yaralı güllər qalxana bənzər,Canının qorxusundan əsir salxım söyüdlər.Bənövşənin saçları öz boynuna bağ olmuş,Nərgizin ətəkləri gümüş axçayla dolmuş.Güllə qucaq-qucağa, nəfəs-nəfəsə lalə,Biri yaqutla süslü, o biri incilərlə.Yazıq hardan bilsin ki, bircə günlük ömrü var,Sabahı düşünmədən bu gün olmuş bəxtiyar.O ağsaçlı ixtiyar seyrə daldı gülzarı,Bir aydan sonra yenə burdan düşdü güzarı.Hanı o güldən əsər, hanı bülbüldən əsər?Burda qarğa qarıldar, burda sağsağan gəzər.Cəhənnəm əvəz etmiş elə bil cənnət yeri,Yəhudi məbədinə köçmüş qəsrin qeysəri.Yaxşılıq elə bil ki, buxarlanıb yoxalmış,Gül qomları yerində tikan qomları qalmış.O xəzan bağçasında qoca ayaq saxladı,Hər şeyə güldüsə də, öz bəxtinə ağladı.– Bu dünyada heç nəyin vəfası yoxmuş, – dedi.– Dərdi çox, çəfası çox, səfası yoxmuş, – dedi.Hər nə ki, baş qaldırır bu torpaqdan, bu sudan,Axırda viran olur, köklü-köməcli viran!Xərabat diyarından yaxşı bir yerimiz yox,Xarab olmaqdan özgə üstün tədbirimiz yox.Rahib haqqın yoluna çevirincə üzünü,Həm Tanrını tanıdı, həm dərk etdi özünü.O sirr gövhərlərinin sərrafı oldu qoca,Gövhərşünas tərəfdə qaldı ömrü boyunca.Sən ey məcusilikdən, müsəlmanlıqdan qafil,Sən qurumuş bulaqsan, damcın da yox, bunu bil.Sən o hindli qocadan geri qalma, kəm olma,Tərk elə bu cahanı, bu heçliyə vurulma!Daim məstsən gül kimi… bu məstlikdən əl çək sən,Papağın, kəmərinlə çoxmu əylənəcəksən?Qalx, gülün kəmərini burax əlindən, burax!Güllər sənin qanınla kəmər bağlayıb ancaq.Papağınla kəmərin bəla kəsilib sənə,Sən onları girov ver eşqin meyxanəsinə.Papaq ucaldar səni, xacə qılar könülə,Kəmər səni qul eylər bu torpağa, bu gilə.Çalış, ağalıq, qulluq qəmindən qurtulasan,Nizamdan Nizamitək, bəlkə, azad olasan.Çəkişən iki filosofun dastanı
Bir mülkə ortaq olan iki həkim çəkişdi,Aradan sözmü keçdi, odmu, alovmu keçdi?Öz nəfsini güdərək hər biri dedi aşkar:– Bir sarayın sahibi yalnız bir sultan olar.Əgər haqq ikiləşsə, onu dinləməz heç kəs,Bir bədənin üstündə iki baş ola bilməz.Bir məclisin başçısı iki Cəmşid olarmı?İki qılınc saxlayan bir qın dünyada varmı?Hər iki filosofun ləngər vurdu qəzəbi,Çalışdı, özü olsun imarətin sahibi.Nifrətə çevrilincə qızmış təəssübləri,Qərara gəldilər ki, boşaltsınlar evləri.Bacaları suvayıb, gecə yola düşdülər,Evi satmaq üstündə dilləşib, didişdilər.Bu işdən vaz keçdilər, seçdilər başqa bir fənd,Bir-birinə verməyə şərbət düzəldək, şərbət.Bacardıqca elmdə görək kim kimi ötür?Kimin şərbətindəki zəhər daha güclüdür?
Xain sofu ilə hacının dastanı
Bir Kəbə mübtəlası hazırlaşdı səfərə,Öyrənib bələd oldu qaydalara, dəblərə.Ehtiyacından artıq bir az qızılı vardı,Öz halal dinarını kisəsində saxlardı.Düşündü: filan sofu əl çəkibdir dünyadan,Tanrı bəndəsidir o, azdır bu cür düz adam.Ürəyimə damıb ki, dəyanət də ondadır,Qoy verim zəri, deyim: əmanət də ondadır.Bu niyyətlə sofuya o baş çəkdi bir gecə,Kisəsini əmanət verdi ona gizlicə.– Yaxşı saxla bu sirri, – tapşırdı dönə-dönə,– Qayıdaram, kisəni yenə verərsən mənə.Xacə səfərə çıxdı, düşdü yolun ağına,Şeyx də sərin qızılı basdı yanan bağrına.Titrəyirdi ürəyi neçə illərdən bəri,Bu qızılın sapsarı şöləsindən ötəri.– İşlərimi bununla düzəldərəm! – söylədi,– Yolunu gözlədiyim xəzinəm əlimdədi.
Zalım padşahla düz danışan kişinin dastanı
Ürəkləri sındıran zülmkar bir şah vardı,Dirəşməkdə, höcətdə Həccacı92 mat qoyardı.Gündüzdən gecəyədək hər pıçıltı, hər xəbər,Onun sarayındaca cəmləşərdi hər səhər.Aytək, güntək itigöz bir xəfiyyəsi vardı,Bağlı qalan işləri ustalıqla açardı.93Sübhtək ikiüzlü, Aytək gecə gəzəndi,Bir gün şahın onündə baş əydi, qüssələndi.
Gənc şahzadə və onun qoca düşmənlərinin hekayəti
Mən bir dastan eşitdim: uzaq Şərq ölkəsindəYaşarmış bir şahzadə, sərvlərtək azadə.Varlıların zülmündən iztirab çəkən diyar,Rüzgar kimi üsyankar, həyəcanlı, biqərar.Təzə şah təzə ruhlu, köhnələr ehkam güdən,Şah özü də qorxarmış oyanan fitnələrdən.Uyumuşdu bir gecə səksəkəli, nigaran,Röyasında bir qoca ona dedi: – Ey cavan!Sən ey tazə doğmuş Ay, köhnə bürcü dağıt, qır,Ey yeni açılan gül, köhnə budağı sındır.Köhnəni məhv elə ki, yeni əlində qalsın,Həyatın da özüntək işıqlı, gözəl olsun.Şahzadə oyanınca verdi bir yeni fərman,İki-üç müxalifi çıxartdırdı aradan.Qanad verdi yeniyə, qələm çəkdi köhnəyə,Təzə şah təzə bir ruh bəxş elədi ölkəyə.Bəli, fəsad əhlinin gərək kəsilsin başı,Andı pozan ordunu ləğv etmək daha yaxşı.Qartımış kötüklərin sən vurmasan boynunu,Sərvlər bəzəyərmi gülşənlərin qoynunu?Bağlamasan kökünə tazə bulağı, arxı,Tufanla güləşərmi çinarın qol-budağı?94Arıtmasan, açmasan gözlərini bulağın,Gözü gülə bilərmi bağrı yanan torpağın?!Özünü dərk edənin öz könül vaizi var,Ən gözəl öyüdləri qulağına pıçıldar.95Ağlını – qılıncını çıxar qınından bir an,Nə vaxtacan onu sən qında saxlayacaqsan?96Gənclik zəka qılıncı, pak, ülvi bir həmnəfəs,Köhnə mücrüdən deyil, o qında qala bilməz.Var-yoxunu bəxş elə, sovqat yolla, pay göndər,Ta ki sənə səxavət, kərəm əhli desinlər.Vardan murad götürmüş varlılar, dövlətlilərYalnız səxa gücünə var-dövlətə yetdilər.Yalnız səxa toxumu verir bəhrə, bərəkət,Qiyamətdə ruzudur kərəm, qüdrət, səxavət.Öz ehsan xəzinəndən, ya rəb, pay göndər mənə,Nizami ki qulundur, fərəc ver işlərinə.Yaralı çocuğun dastanı
Hər şeydən azad olan, şən, qayğısız bir bala,Oynayırdı küçədə iki-üç yaşıdıyla.Ayağını atarkən yazıq bala sürüşdü,Yürüdüyü yoldaca üzüüstə yerə düşdü.Addımlaya bilmədi, özünü şikəst sandı,Sanki təkcə dizi yox, qəlbi də yaralandı.Təngnəfəs yürüdü çocuğun yoldaşları,Əsərlənib, pərt olub, çatılmışdı qaşları.Onu sevən bir dostu sözünü uda-uda,Pıçıldadı astaca: – Ataq, qalsın quyuda.Sirr aşkara çıxmasın Günəş yayılan sayaq,Atasının yanında xəcalətli qalmayaq.Bu yerdə uzaqgörən, sərt bir yavru da vardı,Yaralanmış çocuğa düşmənitək baxardı.Ciddiləşib, üz tutdu öz arxadaşlarına,– Örtmək olmaz bu işi! – dedi yoldaşlarına.Məndən görərlər. Məni düşmən bilirlər ona,Büdrəyənin suçunu yükləyərlər boynuma.
Sirr saxlayan ilə Cəmşidin dastanı
Cəmşidin çox güvənli, yaxın həmdəmi vardı,Gündən nur alan Aytək şahdan işıq alardı.Oğlan şaha mehriban, şah oğlanın məftunu,Bütün saray əhlindən üstün tuturdu onu.Öz xəlvət işlərini ona açardı bircə,Etibarda hamıdan sağlam olan o gəncə.Şaha çox yaxınsa, bir gün o dözməyərək,Uzaqlaşmaq istədi yayından çıxan oxtək.Dəliqanlı cavanın könlündə sirr qatbaqat,Bunları heç bir kəsə aça bilmirdi, heyhat.Gəldi, bir gün nə gördü qonşu, ağbirçək qarı:Sönən lalə yanaqlar onunkundan da sarı.Dedi: – Ey sərvim, sənə əl atdı hansı xəzan?Sən ki şah irmağından su içmiş bir fidansan.Sənin ki qismətindir, sarayda zövqü səfa,Hardandır bu sıxıntı, bu solğunluq, əcəba!Qocaların kədəri yaraşarmı cavana?Yanağının laləsi neçin dönüb reyhana?Sənsən cahan şahının gözdə olan gözdəsi,Gərək sənin üz-gözün şah təki şölə versin.Şahı görməklə gülər, şadlıq edər adamlar,Şaha məhrəm olanlar hamıdan şad, bəxtiyar.Dəliqanlı söylədi: – Xəbərin yox, ay nənə,Nələr yatır sinəmdə – sirlə dolu xəzinə.Od tutdum, külə döndüm səbrimin ucbatından!Səbrim saraltdı məni, səbrim yandırdı, inan!Cəlalıtək böyükdür şahın könül aləmi,Əmanət vermiş mənə sirrini göhvər kimi.Saxladığım sirlərdən alışıb yanır sinəm,Heç birini heç kəsə açıb deyə bilmərəm.Sirri açıb deməsəm, partlayacaq ürəyim,Dilimi dişlərimlə doğrayımmı, neyləyim?Bircə gülüşümü də sizdən qızırqanıram,Sirrin quşu ağzımdan uçub gedər, sanıram.Xilas ola bilməsəm bu sirlər caynağından,Qəlbim qana dönəcək, ömrüm zindana, inan!Hiss edirəm, dözməsəm, atsam sirrin daşını,Tale elə həmin gün yeyəcəkdir başımı.– Saqın! Heç kəsə açma, – dedi qarı, – bunları,Öz sirrinin sirdaşı tək özünsən, bil barı.Heç bir kəsə güvənmə, açıq deyim qoy sənə:Hətta öz kölgəni də yaxın bilmə özünə.Rəvamı qılınc ilə al-qırmızı olasan?Ondansa qızıl kimi kaş saralıb solasan.Eşitmişəm, hər gecə dilə çox yalvarır baş:– Saqın! Açma! Amandır, açma sirrimi, qardaş.Baş saxlamaq istəsən, boşboğazlıq eləmə,Sirrini gündüz kimi tökmə bütün aləmə.Dilini saxlayanlar nə dolaşır, nə çaşır,Hürmək yalnız qudurğan köpəklərə yaraşır.Tez kəsilər uzun dil, unutma bircə an da,Dil ağızda gözəldir, qılınc isə qınında.Rahatlığın rəhnidir bu öyüdün mənası,Dilin ucundan gəlir canın-başın bəlası.İstəsən, ah çəkməsin qanlı ləyəndə başın,Dilini dişinlə kəs, sirri açmaqdan daşın!Dilin şəkər də saçsa, dodaqlarını açma,Bil ki, divar dalında dinləyən var, danışma!Çölə bənövşə kimi yaymasan rayihəni,Kimsə başını kəsməz, yerdən qoparmaz səni.Eyibləri görürkən sən gərək lal olasan.Bir az ağır eşitmək, susmaq vaxtıdır, inan!Yazarkən qələmini qıs, cilovla bir qədər,Bil ki, hər kəlmən üçün hesab istəyəcəklər.Axar su kimi pak ol, nə eşitsən, yuyub keç.Gördüyünü aynatək göstərsən də, dinmə heç.Uzaqgörən kişilər heç vaxt həddini aşmaz,Gecə gördüklərini gündüz kimsəyə açmaz.Bu ulduzlu qübbənin heyranıyam, düzü, mən:Xəbərçilik edibmi heç gündüzə gecədən?Sən də bir az pərdəli qalmaq istəsən əgər,Gecə gördüklərini açıb demə gündüzlər.Gecənin ürəyində neçə xəzinələr var,Min-min işıqlı dürrü qaranlığında saxlar.İldırım kimi odlu ürəklə yaşayanlar,Gördüyünün yanından saymazyana sovuşar.Başını doqquz göydən dışarı çıxaranlar,Dəruni aləminin meydanında at çapar.97Yaxınsa da dillə göz, uzaq biləsən gərək,Necə ki, saç uzaqdır bədəndən çərək-çərək.Eşqin gizli qalması bir möcüzə sayılır,Elə ki üzə çıxdı, xərabatda bayılır.98Sirr düyünü vurarkən din ipliyi seçdilər,Həllacın da ipini bu pambıqdan eşdilər.99Nə qədər ki bağlıdır qönçə rahat, salamat,Dönür qan çanağına açılan kimi, heyhat.100Susmaq səadətinə ağız yetərsə əgər,Başından keçənləri qəlbin dililə söylər.Könlünün kasasından yesən, xoşdu bu nemət,Dilinə dəyən kimi atəş kəsilir fəqət.Ən gözəl natiqliyin adı sükutdur bu gün,Sükut ilə yürümək – sənin zəfər yürüşün.İşıq dolu könüllər sükut etməyi xoşlar,Ağız açmaz, bu haqqı özgəsinə bağışlar.Könüllər dünyasında könül lüğəti gizli,Bu lüğəti şərh edər yalnız ürəyin dili.Ey Nizami, layiqdir qənaət mülkü sənə,Çünki dilin xəsisdir, qəlbin – sonsuz xəzinə.Harun ər-Rəşid ilə dəlləyin dastanı
Xəlifəlik təxtini alırkən ələ Harun,Ucalmışdı bayrağı Abbas101 oğullarının.Öz yataq otağından çıxdı bir gecəyarı,Bir az dincəlsin deyə gəldi hamama sarı.Saçını taraş edən saray bərbəri – usta,Çox dadlı bir xəyala qapılmışdı iş üstə.Dedi: – Ustadlığımdan agahsan, ey xəlifə!Qoy sənə damad olum, xoşbəxt olum bir dəfə.Toy-düyün xəbərini çəkək bu aləmə car,Qızını bu quluna nişanlasan, nə olar?!Bu təklifdən xəlifə öfkələndi bir qədər,Cilovladı qeyzini, susub, dözdü birtəhər.Dedi: “Bəlkə, çaşdırıb onu zəhmim, heybətim,Bəlkə, vurub başına hamamın hərarəti.Ağlını itirib ki, sayıqlayır gəvəzə,Yoxsa dayana bilməz o mənimlə göz-gözə.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.