Читать книгу Dərinlik (Джеймс Роллинс) онлайн бесплатно на Bookz (4-ая страница книги)
bannerbanner
Dərinlik
Dərinlik
Оценить:
Dərinlik

3

Полная версия:

Dərinlik

müqayisə edirdi.

Karen şəkilləri görməyənədək bütün bunları fantaziya adlandırıb şübhə ilə yanaşırdı: dəniz dibindən 20 metr hündürlüyə qalxan ,yuxarısında meydança olan ikipilləli piramidalar. Onları görcək, Karen coşmuşdu. Mayya və

Polineziya sivilizasiyaları arasında əlaqə varmı? Son on ildə

alimlər adaların sahillərindən Tayvana qədər sualtı tikililər tapmağa davam edirdilər. Artıq həqiqəti fantaziyadan, təbiət məhsulunu insan əlinin məhsulundan ayırmaq da çətinləşib.

İndi Rükü adaları zəncirinin balıqçıları arasında belə bir şayiə yayılıb: Okinava Əjdahaları okeandan baş qaldırıblar!

52


Bu həqiqət idi yoxsa yox, amma Karen o piramidaları şəxsən gözdən keçirmək şansını əldən verə bilməzdi. Dərman prepapatlarının və digər lazımi əşyaların daşınması üçün təyin olunan yerli balıqçı Karenə öz xidmətlərini təklif etmişdi. Amma o Karenlə və ya onsuz səhər açılan kimi yola düşməliydi. Məhz buna görə Karen velosipedə atlayıb gizlincə Nahu universitetindən çıxıb, sonra da polislər və hərbçi patrullarla siçan-pişik oynayırdı.

Karen küçə ilə şux addımlarla yeriyir və özü öz yrişindən həzz alırdı. Dənizdən əsn külək onun xurmayı saçlarını qarışdırdı və o üzünə düşən kəkilini yana çəkdi. Əgər polislər onu və Miyukini tutsalar hər ikisinə universitetdən qovulma qorxusu ola bilər. Amma yox, miyukini yəqin saxlayacaqlar.

Onun rəfiqəsi universitetin daha çox nəşr olunan və tələb olunan əməkdaşlarındandır. O öz “arsenal”ında kifayət qədər elmi dərəcələri və mükafatları olan birisi idi. Onun işləri haqda heyranlıq sədaları dünyanın bütün yerlərindən gəlirdi.

O bilgisayartexnologiyaları sahəsindəki tədqiqatlara görə

Nobel mükafatına namizədliyi layiq görülən yegənə ilk qadın olmuşdur. Məhz bu səbəblərə görə,karen Miyukunin onunla bu riskli səyahətə getməsinə mane olmamışdı. Əgər onları tutsaydılar, ən azından Miyukini populyarlığı onların cəzasını yüngülləşdirəcəkdi. Hər halda Karen buna ümud edirdi.

Karen saatına baxdı. Çox ləngimişdilər. Xoşbəxtlikdən zəlzələ zamanı baş verən dağıntılar şəhərin bu hissəsində

özünü o qədər də göstərməmişdi və yol boş idi.

– Deyəsən, vaxtında çata bilməyəcəyik, – deyə Miyuki çiynindəki çantanı və fotoaparatı düzəldərək dedi.

Karen təkistifadəlik “kodak” götürsə də,r əfiqəsi rəqəmli fotoaparat, “Polaroid”, videokamera və hətta cib bilgisayarını da götürməyi təkid etmişdi.

53


Karen Miyukidən çantanı götürüb öz çiyninə asdı.

– Çatırıq, – addımlarını sürətləndirərək inamla cavab verdi. Tezliklə küçənin sonuna çatdılar. Körfəzə çatmaq üçün bir neçə yüz yard keçmək lazım idi. Karen tindən boylandı və

küçənin boş olduğuna əmin olub, yoluna davam etdi. Miyuki də onun arxasınca gedirdi. Getdikcə dənizin ətri daha çox gəlməyə başlayırdı: havadan duz və yosun iyi gəlirdi. Bir qədər sonra onlar körfəzin sahilində yanan işıqları görüb, qaçmağa başladılar.

Küçənin sonuna çatar-çatmaz, əmrverici səs eşidildi:

–Dayan!

Fənərin işıqları Karenin üzünü işıqlandırdı və o gözlərini qamaşdırdı. Qaranlıq içərisində,2 binanın arasında bir kişi göründü.Fənərin şüaları bir az aşağı enəndən sonra, Karen kişinin əynində amerikalı dənizçinin geyimini gördü. O fənəri Miyukinin üzünə istiqamətləndirdi, sonra isə fənər guşəni işıqlandırdı. Daha sonra, qaranlıqdan yenə 2 dənizçi çıxdı.Çox güman ki, onlar mobil hərbi patrullardan idilər.

Birinci dənizçi yaxınlaşaraq soruşdu:

–Siz ingiliscə danışırsınız?

– Bəli, – deyə Karen cavab verdi.

Dənizçi fənərin şüasını yerə yönəldərək yenidən soruşdu:

– Amerikalısız?

Karen hirsli halda üzünü turşutdu. Yaponiyada yaşayanda bu suala cavab verməkdən təngə gəlmişdi.

–Kanadalı, – dedi.

– Mən də kanadalıyam, – deyə başını yelləyərək,digər dənizçi dostlarına patrul etmələrinə davam etmək üçün işarə

etdi. – Mən bazara qayıdıram, – bunlarla isə özüm məşğul olacam.

54


Digər iki dənizçi qadınları başdan-ayağa süzərək, tüfənglərini çiyinlərinə atıb yollarına davam etdilər. Sonda isə

Miyukiyə baxıb pıçıldaşdılar və ucadan qəhqəhə çəkib gülüşdülər.

Karen dişlərini qıcadı. Kobud amerikalı hərbiçilərin ağlına da gəlmirdi ki, bu cür davranış buralarda təhqir sayılırdı.

–Xanım, məgər siz komendant saatı haqqında heç nə

eşitməmisiniz? – deyə dənizçi bildirdi.

– Nə saatı? – deyə Karen özünü bilməzliyə vurdu. Dənizçi yorğun halda nəfəsini dərdi.

– Bu saatda burada olmanız, hələ üstəlik iki qadın üçün, çox təhlükəlidir. Mən sizi evinizə ötürərəm. Siz harda yaşayırsınız?

Karen qaşlarını çataraq nəsə cavab verməyə cəhd etdi.

”İmprovizə zamanıdır”– deyə beynindən belə bir fikir keçdi.

O,üzərində “Times” jurnalının loqotipi və içərisində

Miyukinin kamerası olan çantanı dənizçiyə göstərərək dedi:

– Mən bu nəşriyyatın ştatdan kənar əməkdaşıyam. Daha sonra cibindən Rükü universitetinin vəsiqəsini götürüb onu həmyerlisinə göstərdi. İlk baxışdan vəsiqə sanballı görünsə

də, hərbçi yapon heroqliflərini bilmədiyi üçün onu yoxlaya bilməzdi.

– Budur, yerli hakimiyyət tərəfindən mənə verilən etimadnamə.

Dənizçi əyildi və Kareni vəsiqədəki şəkillə müqayisə

etməyə başladı.

Yaponca bir kəlmə belə oxumağı bacarmayan hərbçi razılıqla başını tərpətdi.

Karen ciddi görünüşünü saxlayaraq vəsiqəni cibinə

qoydu və Miyukini təqdim etdi:

55


– Bu yerli qadın mənə kömək üçün təyin olunub, həm də

fotoqrafı da əvəz edir. Biz Yaponiyadakı adaların vəziyyəti haqda fotoreportaj hazırlayırıq. Bizim gəmi hava işıqlanan kimi Tayvan istiqamətində yola düşəcək, ona görə də biz tələsirik.

Hərbçinin baxışlarında şübhə oxunurdu. O,demək olar ki, Karenin sözlərinə inanmışdı, amma sona qədər yox. Bu dəfə Miyuki onları vəziyyətdən çıxartdı. O, çanyasını açıb oradan rəqəmsal fotoaparatı götürüb ingilis dilində dedi:

– Nə yaxşı ki, biz sizə rast gəldik! Elə indicə miss Karen Qreys deyirdi ki, yerli camaata bu bədbəxt hadisələrdə kömək olan Amerika hərbçilərinin şəklini çəksək, yaxşı olar. – Miyuki Karenə tərəf çöndü və başı ilə dənizçiyə işarə edərək soruşdu.

– Necədir?

Karen Miyukinin bu cür dəyişib rola girməsinə məəttəl qalmışdı. Bir xeyli öskürərək vaxt əldə edəndən sonra yenidən soruşdu:

– Hə, yaxşıdır. “Amerika sülh-məramlılarıınn iş gün-ləri”

məqaləsi üçün. Karen fikirli siması ilə başını yana əyib duruxan hərbçini süzürdü.

– Hə, məhz beləsi bizə lazımdır. Tipik amerikalı.

Miyuki kameranı qaldırıb dənizçiyə tərəf yönəltdi.

–Etiraz etmirsinizsə, sizin şəklinizi jurnalda bütün dünya görəcək. – deyə Karen soruşdu.

– Hə,doğrudan?

Karen gülməyini güclə gizlətdi. O, elə bir amerikalı tanımırdı ki, şöhrətə qarşı laqeyd olsun.

Karen işgüzar görkəm alıb, tam ciddiyyətlə dənizçiyə

müraciət etdi:

56


– Biz sənin bir neçə şəklini müxtəlif formalarda cəkəcəyik. Yəqin ki, onlardan biri yarayacaq. – Amerikalı sülhməramlı…Hə, bu çox maraqlı olacaq!

Miyuki dənizçini müxtəlif formalarda çəkəndən sonra, fo-toaparatı yığışdırdı, onun adını və şəxsi nömrəsini dəftərçəsinə qeyd etdi.

– Biz sizə faksla sənəd göndərəcəyik, siz onu doldurub bizə Nyu-Yorka göndərərsiniz. Ancaq siz bunu mütləq həftə

sonuna qədər etməlisiniz!

–Əlbəttə! – deyə hərbçi böyük həvəslə başını yellətdi.

Karen göyün üzünə baxdı, artıq hava açılırdı. – Miyuki, biz tələsməliyik. Mətbuatın gəmisi istənilən vaxt yola düşə

bilər.

– Mən sizi körpüyə qədər yola sala bilərəm, onsuz da yolum elə o tərəfədi- deyə dənizçi təklif var idi.

– Çox sağ ol, Harri, – deyə Miyuki hərbçiyə adı ilə

müraciə edərək, təşəkkürünü bildirdi. – Bizi 4-cü körpüyədək ötürsəniz, çox yaxşı olar, – deyə Miyuki dənizçiyə gülümsündü, sonra üzünü Karenə çevirərək, gözləri ilə him-Cim elədi. – Gedək, biz gecikməməliyik.

Və onlar dənizçinin müşayiəti altında körpüyə tərəf yollandılar. Hava işıqlandıqca körfəzin suyu pa-rıldayır, qağayıların səsi ətrafa yayılırdı.Liman büsbütün zəl-zələ

nəticəsində qəzaya uğrayan gəmi və qayıqların sınmış

hissələri ilə dolu idi. Bütün bu hissələri suyun altından təmizləmək üçün buraya artıq iri kranlar, ağır texnika və

xüsusi qurğular gətirilmişdir. Liman şəhər üçün mühüm olduğuna görə, onun təmizlənməsi birinci növbədə lazım idi.

Onlar limanın girişinə çatanda günəş artıq göy üzünün Şərq hissəsini işıqlandırırdı. Miyuki və Karen Harriyə

57


təşəkkürünü bildirib onunla mehribancasına vidalaşdılar və o gedəndən sonra cəld körpüyə tərəf tələsdilər.

Təzə tanışlarını , onları izləmədiyindən əmin olmaq üçün Karen arxaya boylandı, amma dənizçinin izi-tozu da yox idi.

Sonra üzünü rəfiqəsinə çevirdi və gülməyini güclə saxlayaraq dedi:

– Ay səni yalançı! İndi mən heç vaxt sənə inana bilməyəcəm! – deyə yapon xanımı bu özünəməxsus tərifdən qıpqırmızı qızararaq dedi. -Yaxşı ki,”Tayms” jurnalına illik abunə olmağım və həmin jurnalın loqosu ilə verilən çanta bizə kömək oldu.

Və hər iki qadın elə qəhqəhə çəkdiləər ki,gözlərindən yaş

gəldi.

Karen 12 yaşlı limana tərəf üz tutdu. Orada,dalğaların üstündə yırğalanan, o qədər də böyük olmayan, təxminən 20

fut ağırlığında ağacdanndüzəldilmiş və içərisində qırmızı xaç cəmiyyətinin yeşikləri olan gəmi dayanmışdı. İki kişi gəmini artıq sahildə saxlayan kəndirləri

– Dayanın! – deyə Karen əlini yelləyərək qışqırdı.

Kişilərdən biri onlara tərəf baxdı və bortda dayanan digər dənizçiyə müraciət etdi. Deyəsən həmin dənizçi elə kapitanın özü idi. Ağsaçlı yapon kapitan sükan çarxını tərk etdi və

qadınları gəminin arxa tərəfində qarşıladı. Onun əynində

“Levis”firmasının cinsi və yağışdan qorunmaq üçün yaşıl plaşı var idi. Əlini uzadaraq kapitan Karen və Miyukiyə gəmiyə qalxmağa kömək etdi.

– Bizi Samo göndərib, – deyə Karen pis bildiyi yaponca dedi:

– Bilirəm, – deyə yapon ingiliscə cavab verdi. Amerikalısınız?

– Kanadalıyam, – deyə düzəliş verdi.

58


– Əşşi, eyni şeydir. Tərpənmək lazımdır. Onsuz da yetərincə ləngidim.

Karen razılıqla başını tərpətdi və çantasını gəminin göyərtəsinə qoydu. Ona və Miyukiyə,yanında bükülmüş balıq toru olan və başdansovma düzəldilmiş skamyada yer göstərdilər. Göyərtənin taxtaları üzərində qurumuş balıq iça-latının iyrənc görüntüsündən və qan iyindən qadınlar az qaldı qaytarsınlar.

Bayaqkı iki matros kəndiri ayırıb göyərtəyə tul-landılar.

Kapitan gəmidəki taxta tikili qarşısında dayanaraq nəsə əmr verdi. Mühərrik işə düşdü,gəminin arxa tərəfində su köpükləndi və gəmi yavaş-yavaş limandan uzaqlaşdı.

Matroslar yerlərini aldılar:biri gəminin arxa tərəfində,digəri bortun sağ hissəsində dayanaraq diqqətlə irəliyə baxdılar.

Sudakı sınmış hissələr gəminin hərəkətini çətinləşdirirdi.

Karen indi başa düşdü ki, , nəyə görə kapitan məhz dan yeri ağaranda yola düşmək istəyirdi. Səhər axını başlaması ilə

bu sular daha qorxulu ola bilərdi.

Körfəzin əks tərəfindəki sahilində ABŞ-ın hərbi-dəniz bazası alışıb-yanırdı. Vaxtilə zəlzələlər zamanı baş verən yanğınlar indi də yeraltı sisternaları alovlandırıb yuxarıya doğru qaldırırdı. Qatı tüstü göyə doğru qalxır, daha hündürdə isə vertolyotlar yanğını söndürmək üçün yerə qum və dəniz suyu səpirdilər. Amma hələ də yanğını tam söndürməyə müvəffəq olmurdular.

Boz rəngli hərbi nəqliyyat təyyarəsi, mühərrikinin qulaqbatıran səsi ilə gəmi üzərindən uçdu. Balıqçı gəmisinin kapitanı onu yumruğu ilə hədələdi. Amerikaliların burada olaması əsasən hərbiçilərin, yerli sakinlərin hiddətinə səbəb olurdu. Hələ 1974-cü ildə bu torpağın ada sakinlərinə

59


qaytarılması haqda sazış bağlanmasına baxmayaraq, hələ də

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner