
Полная версия:
Dərinlik
Cefri bu iki qrup arasında hiss olunan gərginliyə məhəl qoymadan, Günəşin möhtəşəm görüntüsündən zövq alırdı.
Bu an o bir səs eşitdi:
– Çox gözəldir, deyilmi?
Cefri üzünü çevirdi və yenidən, artıq ikinci dəfə, prezident Bişopu gördü.
– Cənab prezident! – Cefri eynəyini çıxarmaq istəyirdi ki, prezident ona mane oldu.
– Lazım deyil, çıxarmayın. Seyrinizə davam edin. Belə bir gözəlliyi yəqin ki, bir də iyirmi ildən sonra görə biləcəyik.
– Bəli, cənab.
Hər ikisi göyə baxmağa davam etdilər. Prezident elə göyə
baxa-baxa dedi:
– Çin inanclarına görə, Günəş tutulması həyatda baş verən əsas dəyişikliklər müjdəçisidir – ya yaxşıya doğru, ya da əksinə.
– Əminəm ki, yaxşıya doğru dəyişər, həm də hər iki xalq üçün, – deyə Cefri dilləndi.
Prezident Bişop əlini Cefrinin çiyninə qoyaraq dedi:
– Ax, budur gənclik optimizmi! Siz vitse-prezidentlə söh-bətləşsəniz, yaxşı olar. Siz onunla həyat sevgisini paylaşa bilərsiniz və o da sizinlə həyata real baxışlarını, – deyə öz zarafatından məmnun olub, istehza ilə gülümsündü.
Cefri bu sözlərin mənasını başa düşdü. Vitse-prezident Lorens Neyfin kommunizmin son istinadgahlarından biri ilə
əlaqələrin hansı tərzdə qurulmasına dair xüsusi fikirləri var idi. Lorens Neyf aşkarda Bişopun diplomatik vasitələrin köməyilə Çinlə aralarında olan qarışıqlığı həll etmək niyyətini dəstəklədi. Lakin buna baxmayaraq, o özünü teleka-20
meralardan uzaq tutaraq, daha aqressiv mübarizəyə üstünlük verirdi.
– Siz hökmən bu ziddiyətləri aradan qaldırmağı baca-racaqsınız, mənim buna heç şübhəm yoxdur, – Cefri dedi.
–Yenə də sizin optimizminiz.
Dövlət katibi jestlərlə prezidenti səslədi və otağa keçməsini rica etdi. Prezident yenidən əlini Cefrinin çiyninə
qoyub, gülümsünərək dedi:
– Deyəsən, yenidən Amerika-Çin münasibətlərini yoluna qoymaq məqamı yetişib.
Prezident sözünü ağzında tamamlamışdır ki, möhkəm titrəyiş hiss olundu. Hələ də əli Cefrinin çiynində olan prezident onu sıxdı. Hər ikisi ayaqda möhkəm dayanmağa çalışdılar.
– Zəlzələ! – deyə Cefri qışqırdı.
Ətrafda pəncərələrin şüşələri qırıldı. Cefri şüşə
qırıntılarından qorunmaq üçün özünü ovucları ilə tutdu.
Quberniya valisinin bütün pəncərələri eyni anda qırılıb yerə
töküldü. Pəncərənin yanında duran bir neçə adam bu şüşə
qırıntılarından yaralanaraq, qan içində yerdə uzanmışdılar.
Cefri kömək məqsədilə irəli atılmaq istəsə də, prezidenti tək buraxa bilmədi. Digər tərəfdə ola Çin nümayəndələri sığınacaq məqsədilə evin içərisinə atıldılar.
Cefri ayaqları altında dəhşətli uğultu hiss etdi. Dövlət katibi bir qrup məxfi agentin əhatəsində izdihamı yararaq irəli addımlayırdı. Nəhayət, prezidentin yanına çataraq, onun əlindən yapışdı və dedi:
– Tez ol, Den, bir nömrəli borta qayıtmaq lazımdır! Bu ada yerlə-yeksan olmamış, mən sənin təhlükısiz bir yerdə
olmağını istəyirəm! Prezident onun əlini itələdi.
21
– Yox, mən bacarmaram.... – lakin sözünü sona çatdıra bilmədi. Haradasa, cənub tərəfdə möhkəm partlayış səsi eşidildi.
Cefri birinci olaraq dedi:
– Cənab prezident, siz getməlisiniz!
Prezident Bişopun üzərində gərginlik və təşviş hiss olunurdu. Cefri bu insanın Vyetnamda qulluq etdiyini bilirdi və bilirdi ki, onu yolundan döndərmək o qədər də asan deyil.
Sən bacarmalısan! Sənin özünü riskə atmağa haqqın yoxdur, Den!
Nəhayət, prezident razılaşdı.
– Yaxşı, gedək – deyə razılaşdı. Amma mən özümü qorxaq kimi hiss edirəm.
Prezident iki cangüdənin əhatəsində çıxış qapısına tərəf addımladı, dövlət katibi isə Cefriyə baxıb dedi:
– İndi limuzini gətirəcəklər. Sən prezidentin yanında qal və nəzarət et ki, o mütləq təyyarəyə minsin.
– Bəs..... bəs siz?
– Mən çalışacam ki, nümayəndələrimizdən bacardığım qədər toplayıb aeroporta çatdırım. Getməmişdən əvvəl Elliot Cefriyə sərt baxışlarla baxıb əlavə etdi: – Nəzarət et ki, vaxtında qalxsın və prezident burada tələyə düşməsin. Bizi gözləməyin.
Cefri razılıq etdi və çıxışa doğru tələsdi.
Prezidentə çatan Cefri, onun dodaqaltı nə isə öz-özünə
danışdığını gördü.
Deyəsən, çinlilər haqlıydırlar.
22
III
Və sonra
Sakit Okean qurşağı vaxtı ilə 18:45
San Fransisko, Kaliforniya
Gecə yaxınlaşırdı. Dorin Makklaud əyri-üyrü asfalt ilə
Rusiya təpələrinə doğru istiqamətlənir. Dorin sağ qalanardan eşidib ki, xilasetmə dəstəsinin könüllüləri orada bir düşərgə
dü-zəldiblər.
Dorin son dərəcə ac və susuz idi və hava da get-gedə so-yuyurdu. Nəhayət ki, yeraltı təkanlar sakitləşdi, lakin onlar artıq öz işini görmüşdülər.
Belə ki, San-Fransisko tamamilə dağılmışdı.
Dorinin ayaqları yorğunluqdan əsirdi. Dorin arxaya boylandı və okean sahilindəki o gözəl şəhərin yerlə-yeksan olduğunu gördü. Bu mənzərə duman tüstüsündə alovlanan şəfəq şölələrini sanki cəhənnəm təsvirinə bənzədirdi. Şəhər elə bil üstündən nəhəng çəkiclə vurulmuş kimi görünürdi.
Təcili yardım maşınları gəlməkdə davam edirdi, ancaq xilas etməyə daha adam qalmamışdı. Salamat qalan binaları barmaqla saymaq olardı. Dorin qarşısına çıxan meyitləri gör-dükcə nitqi tutulurdu. Dorin özü də yaralanmışdı və
başından qan axırdı, lakin yaranın ağrısından daha çox ətrafdakı insanların dağılmıç evləri qarşısında dayanmaları onun ürəyini ağrıdırdı. Bütün bu insanların baxışları demək olar ki, eyni idi – ölü və boş.
Növbəti təpənin başında bir parıltı göründü. Bu yanğın alovu deyildi. Bu düz işıq Dorinin qəlbində sönmüş olan ümidi, sanki bərpa etmiş oldu. Bu, yəqin ki, xilasetmə
23
düşərgəsi idi! O, addımlarını yeyinləşdirərək, sürətini bir az da artırdı.
Nəhayət, Dorin işıq gələn tərəfə çatdı. Təsərrüfat dü-kanının qarşısında xeyli kişi toplanmışdı. Orada olan ye-şiklərin içərisindən fənərləri götürüb, bir-birlərinə payladılar.
Bu fənərlər qaranlıq vaxtı onlara çox lazım olacaqdı.
Dorin bir az daha toplaşanlara yaxınlaşdı. Bəlkə ona da bir fənər verəcəklər deyə öz-özünə düşündü.
Dorin iki kişinin ona tərəf baxdığını görüb, kömək is-təmək məqsədilə onlara yaxınlaşmaq istədi. Lakin bu baxışlar ona xoş gəlmədi. O, ayaq saxladı və qəribə bir şey onun nəzərini cəlb etdi. Bütün kişilərin geyimləri eyni idi. Daha diqqətlə baxdıqda geyimlərin üzərində belə bir yazı oxudu:
“Kaliforniya bələdiyyə həbsxanası, məhkum”. Onlar gülümsünərək Dorinə baxırdılar.
Dorin üzünü çevirib tələsik oradan uzaqlaşmaq istədi, lakin cinayətkarlardan biri ilə toqquşdu. Dorin onu itələmək istədi, ancaq cani onun üzərinə bir şillə vurdu və Dorin yerə
yıxıldı. Digər məhkumlar da ona yaxınlaşdı.
– Yox, yox – büzüşmüş halda inildəyərək dedi.
Buraxın onu, vaxtımlız yoxdur – deyə cinayətkar lardan biri kobudcasına səsələndi. Milli qvardiya gəlməmiş, bu zəhrimara qalməş şəhərdən canımızı qurtarmalıyıq.
Dorin bu qorxulu insanların getdiyini görüb bir qədər arxayınlaşdı və elə bu arxayınlıqdan da möhkəm hönkürüb ağlamağa başladı.
Dorin başını qaldırıb onu xilas edən məhkuma təşəkkürünü bildirmək istəyirdi ki, üzünə tərəf istiqamət almış tapança lüləyini gördü.
– Daha çox patron götürün, qaz balonları da yaddan çıxmasın! – deyə kişi digər məhkumlara əmr etdi.
24
Daha sonra heç qadının üzünə baxmayıb tətiyi çəkdi.
Dorinin bədəni atəşdən bir kənara atıldı, bütün dünya gözündə qaraldı və yox oldu.
Sakit Okean qurşağı vaxtı ilə 20:15, yerli vaxtla 18:15
Alleut adaları, Alyaska
Gecə idi. Baş verən Cimmi Pamatuku okean sularına atılmışdı. O, ağacdan düzəldilmiş bütdən möhkəm yapıçaraq suyun üzərində durmağa çalışırdı.
Hələ suya düşməmişdən bir neçə saat əvvəl Cimi ağacdan düzəldilmiş bütü balta vasitəsilə bərkidilmiş
yerindən ayırıb suya atmışdı. İngilis turistləri isə Port-Roys istiqamətinə qaçırdılar, baxmayaraq ki, Cimmi onların ölümə
doğru getdiklərini xəbərdarlıq edirdi. Onlar düşdükləri təlaşdan heç nə eşitmirdilər.
Tək qalan Cimmi özünü suya atıb, əvvəlcədən suya atdığı bütdən yapışır. Sıldırım qaya üzərində yalnız nanuk qalmışdır. O, qayanın üstündə ora- Bura var-gəl edərək nə
edəcəyini bilmirdi. Cimmi onu xilas etmək üçün heç nə edə
bilmirdi. Hələ bir özü sağ-salamat qala bilsəydi!
Çox böyük çətinlikə bütün üstünə oturdu və əlləri ilə
avar çəkməyə başladı. O irəlidə salamat qalmış adalara doğru istiqamətlənmişdir.
Birdən möcüzə baş verdi. Qəfildən Cimmi Nanukun hürməyini eşitdi. Bu doğrudan da Nanuk idi. O, arxaya baxdı və ona doğru üzən iti gördü.
Hə Nanuk, gəl oğlum! – deyə Cimmi qışqırdı. Cimminin soyuqdan göyərmiş dodaqlarında gülüş əmələ gəldi.
Lakin birdən o, itin üzən qəribə bir şey gördü. Aman Tanrım! Bu ki, balinadır!
25
Cimmini ürəyi sıxıldı. O, əlini itə doğru uzatsa da, artıq gec idi. Cimmi dostunun xilas olması üçün əcdadlarının Tanrısına dua etməyə başladı.
Birdən it suda yoxa çıxdı və okean suları qırmızı rəngə
boyandı. Bu görüntü Cimmiyə çox pis təsir etdi. O an balina da oradan uzaqlaşdı.
Bir azdan göyün üzündə qeyri-təbii qırmızı içıq göründü.
Cimmi üzünü göyə qaldırdı. Bu işıq xüsusi xilasetmə
katerindən atılan siqnal atəşi idi. Cimmi əlini havada yellədərək qışqırdı:
– Kömək edin!
Qayıqdan fit səsi eşidildi. Onu görmüşdülər. Sonra qayıq tərəfdən meqafondan çıxan bir səs gəldi:
Biz sizi görürük! Tərpənməyin, olduğunuz yerdə qalın!
Əlini aşağı yendirərərk, daha rahat oturdu və arxayınçılıqdan dərin nəfəs aldı. Lakin birdən o, yanında hansısa bir varlıq olduğunu hiss etdi. Düz yanında qara uzun üzgəc göründü. Cimmi astaca ayaqlarını sudan çıxartdı.
Sonra suyun üzərində daha bir neçə üzgəc göründü. Bir sıra balina öz qurbanı, yəni Cimminin ətrafında fırlanaraq üzürdülər. Cimmi başa düşdü ki, qayıq onu xilas edə bilməyəcək. Balinalardan biri ağac bütə toxunaraq, Cimmini su-ya saldı.
Cimmi yavaş-yavaş dərinliyə qərq olurdu. Kəskin soyuq ucbatından o heç bir şey hiss etmirdi. Gözlərini açanda kölgə
şəklində ətrafında nəhəng balinaları gördü. O, tərpənməməyə
çalışırdı, lakin ağciyərləri elə bil od içində yanırdı və yavaş-yavaş suyun üzünə qalxmağa başladı. Başını sudan çıxarıb dərindən nəfəs aldı.
Xilasetmə qayığı tam sürətlə ona doğru üzürdü. Yəqin ki, komanda üzvləri nə baş verdiyini görürdü.
26
Cimmi gözlərini yumdu. onlar çox uzaqda idilər. Bu an onu ayağı elə bil sıxıldı. O, ağrı hiss etmirdi, sadəcə güclü təzyiq vardı. Ağrını və iti dişləri hiss etmirdi, çünki tamamilə
donmuşdur. Qayıq yaxınlaşsa da artıq gec idi, qədim tanrılar Cimmini okeanın dərinliklərinə doğru aparırdılar.
***
Sakit Okean qurşağı vaxtı ilə 22:56, (yerli vaxtla 18:15)
“Boinq-747-200B”
Hündürlük – 30.000 fut, istiqamət – Quam adalarından.
Təyyarə göyərtəsinin 1 nömrəli konfras zalında olan Hessmayer, prezidentin dünyada baş verən fövqaladə vəziyyətə münasibətini izləyirdi. Uzun stol ətrafında yüksək vəzifəli dövlət məmurları və həmçinin baş məsləhətçilər də
toplaşmışdılar.
– Tom, qısaca, zəlzələnin miqyası barədə bizə məlumat ver!
Dövlət katibi yaralanmış əli sarıqlı halda prezidentin sağ tərəfində əyləşmişdi. Cefri hiss elədi ki, ağrıkəsicinin təsirindən Eliotun gözləri axır, lakin həmişəki kimi enerjili və
qıvraq görünür. O, salamat olan digər əli ilə bilgisayarı yandırdı və məlumatlar olan səhifəyə daxil oldu.
– Hələ bu barədə danışmaq bir az tezdir, amma demək olar ki, sakit Okean ətrafındakı bütün regionlara zərər dəyib.
Cə-nub hissədən, yeni Zenlandiyadan, Şimaldan, Alyaskadan, həmçinin Çin və Yaponiyadan, Mərkəzi və Cənubi Ame-27
rikanın qərb sahillərindən də məlumatlar gəlməkdə davam edirdi.
– Bəs ABŞ? Oradan bir xəbər varmı?
Tomun üzü qaraldı.
– Oradan gələn xəbərlər dəhşətlidir. San-Fransiskoda hələ
də yeraltı təkanlar baş verməkdə davam edir, Los-An-jeles od içindədir. – Dövlət katibi qarşıda olan kağızlardan bi-rinə
baxdı. Orada olan məlumatı oxumaq istəməsə də, bunu etməliydi. – Aleut adaları tamamilə yox olub.
Zalda həyəcanlı səslər eşidildi.
– Məgər bu mümkündürmü? – prezident soruşdu.
– Bu peyklərdən gələn məlumatlarda təsdiq olunur –
deyə Tom yavaşca cavab verdi. – Biz nəhayət Havay adalarından da məlumat almağa başlamışıq. – Dövlət katibi bir topa sənədin içərisindən daha bir kağız çıxartdı. – Birinci təkandan 40 dəqiqə sonra sunami adalara ziyan vurub, Honalulu indiyə qədər su altındadır, Vaukikidəki otellər isə
tamamilə dağılıb.
Dünyada baş verən fəlakətləri eşitdikcə, prezidentin rəngi qaçır, üz cizgiləri dəyişirdi. Prezident Bişop indiyə
qədər belə əzabkeş, qoca görünməmişdi.
– Nə qədər insan cəsədi, nə qədər itki! – prezidentin bu sözləri güclə eşidildi. Tomun son məlumatı Siete yaxınlığında baş verən vulkan və bu vulkanın nəticəsində ətraf ərazilərin lava altında qalması idi.
– Alov dairəsi, – deyə Cefri öz-özünə dedi.
– Nə dediniz, cənab Hessmayer? – prezident soruşdu.
Cefri bütün baxışların ona yönəldiyini gördü.
– Sakit Okean ətrafındakı regionlar, ta qədim zamanlardan “Alov dairəsi” adını daşıyır – deyə həyəcanlı halda dili dolaşa-dolaşa cavab verdi. – Bu, həmin zonanın 28
yüksək geoloji aktivliyi ilə əlaqədardır və aktivlik özünü zəlzələlərdə, vulkan püskürmələri və sunamilərdə göstərir.
Prezident təsdiq mənasında başını tərpədib, Toma müraciət etdi:
– Bütün bunların birdən-birə başvermə səbəbi nədir?
Geoloji partlayışın səbəbi nə oldu?
– Bunu biz hələ bu tezliklə ayırd edə bilməyəcəyik. Hələlik isə biz ölkəmizi bu xarabalıqdan təmizləməliyik. Vitse-prezidentin sərəncamı ilə birləşmiş qərargahın komitə
rəhbərləri və hökumət birgə iclas üçün toplanıblar. Fövqaladə
hallar üzrə agentlik tam şəkildə səfərbər olub və bizim tə-limatları gözləyir.
– Onda iş başına, – prezident danışmağa başladı, lakin sözünü bitirə bilmədi. Təyyarə qəfil silkələndi və məmurlar oturacaqlarından yıxıldı. Amma prezident yerində möhkəm oturmağı bacardı.
– Lənət şeytana, bu nədir? – deyə Eliot qışqırdı. Suala cavab olaraq ekipaj komandirinin səsi gəldi.
Narahatlığa görə üzr istəyirəm, qəfildən burulğana düşdük. Ola bilər ki, yaxın dəqiqələrdə uçuş o qədər də sakit keç-məsin. Zəhmət olmasa təhlükəsizlik kəmərlərini bağlayın.
Cefri komandirin səsində əsl həqiqəti gizlətmə cəhdi hiss etdi. Deyəsən bunu tək o deyil, prezident də hiss etmişdi. O, gözlərini qıyaraq, dövlət katibinə baxdı.
– İndi hər şeyi araşdıraram, – Eliot kəmərini açıb dedi.
Dayan – deyə prezident onu saxladı. Sən yaralısan. Qoy Cefri ilə cangüdənlərdən biri araşdırsın nə olduğunu.
– Əlbəttə, – deyə Cefri cəld kəməri açıb ayağa qalxdı.
Cangüdənlə birlikdə pilot kabinəsinə tərəf getdilər. Kabinəyə
tərəf gedərkən, Cefri ilüminatorda işıq partlayışı gördü.
29
– Bu nədir? – heyrətlə dedi. Bu an təyyarə yana tərəf əyildi.
Cefrinin başı möhkəm zərbə ilə arakəsməyə dəydi və o yerə yıxıldı. Pilot kabinəsinin qapısı arxasından ağılasığmaz iniltilər eşidilirdi: kimsə əmr edir, kim isə qorxusundan çığırırdı. Cefri özünü durmağa məcbur etdi və ilüminatora tərəf yaxınlaşdı.
Aman Tanrım!
***
Sakit Okean qurşağı vaxtı ilə 23:18 (yerli vaxtla 18:15)
Komanda məntəqəsi BBC, hərbi-hava bazası Endryus,
Merilend ştatı.
Dispetçer növbəsinin serjantı Miç Klemens qırmızı telefonun dəstəyini götürüb, mühafizə xəttinin rəisi ilə əlaqə
istədi. Bu baza hər zaman yüksək hazırlıq vəziyyətində
olduğuna görə, onu o dəqiqə calaşdırdılar.
– Bəli? – deyə dəstəyin o tərəfində səs eşidildi.
– Ser, bizim problemimiz var.
– Nə problem?
Miç Klemensi qorxudan tər basmışdı. O, ekrana baxıb şərti olaraq “VC-25A” adlandırılan nöqtənin harada yer-ləşdiyinə baxırdı. Adətən bu nöqtə həmişə gur sarı işıqla yanırdı. Amma indi bu işıq qırmızı idi.
Növbəti dəfə dispetçer şöbəsinin serjantı danışanda artıq səsi əsirdi.
– Ser, biz bir nömrəli bortu itirdik.
30
1
Natilius
24 iyul 1535 dəqiqə. Ueyk adalarına 75 mil cənub qərbə doğru, Okeaniya
Cek Kirkland günəş tutulmasını izləməyi qaçırmışdır.
İndi onun üzdüyü yerdə günəş yox idi, yalnız zülmət var idi. Yeganə işıq mənbəyi kimi, tək yerli sualtı aparatın bu-run hissəsində iki güclü ksenon lampa quraşdırılmışdır. Onun yeni oyuncağı olan “Natilius 2000” dərinliyə enmə üzrə birinci sınağını keçirdi. Səkkiz futluq titan körpüsü olan bu kiçik sualtı qayıq nəhəng torpedanı xatırladırdı. Gəminin aşağı hissəsində gücləndirilmiş batareya və elektrik sürətləndirici bloku yerləşirdi.
Gəminin burun hissəsində yerləşən projektorları okean zülmətini yüz fut uzunluğunda işıqlandıra bilirdi. Cek düyməyə basaraq işığı bir tərəfdən, o biri tərəfə yönəldirdi. O, gözlərini qıyaraq, dərinliyi ölçən cihaza baxdı. Cihaz 1500 futluq dərinliyi göstərirdi. Çox güman ki, dənizin dibinə az qalmışdır. Bunu hətta, xüsusui dərinliyi göstərən düymənin artan civiltisi də təsdiq edirdi.
Cekin çiyinləri və başı şəffaf kalpakın içində olduğu üçün, ətrafda baş verənləri yaxşı görə bilirdi. Bir çoxları üçün bu gəminin kabinası geniş olsa da, 6 futdan artıq boyu olan Cek üçün bura darısqal idi. Bu darısqallıq ona idman avtomobili ilə idarəetməni xatırlatdı. Fərq yalnız onda idi ki, buradakı idarəetmə ayaqlarla baş verirdi.
Yerdəki iki pedal nəinki sürəti kontrol etmək üçün, hətta bu pedallar dörd gücləndiricinin hər birini bir at gücü qədər idarə edirdi. Bu, pilota hər 3 istiqamətdə müxtəlif manevrlər 31
etməyə imkan verirdi. Cek pedallardan birini yavaş-yavaş
buraxdı və gəmi astaca sola doğru əyildi. Nəhayət, çox zül-mətli qaranlıqdan okean dibi göründü.
Cek sürəti azaltdı və qayıq yavaş-yavaş əsl möcüzələr aləminə – qeyri-adi vahəyə daxil oldu.
Okeanın dərinliyində olan gözəl mənzərə Ceki valeh etmişdir. Cürbəcür balıqların o tərəf bu tərfə cəld hərəkətlərini izləyən Cek uşaqlığını xatırladı. Gənclik illərini Tennesi ştatının səhillərində keçirən Cek, elə o zamanlardan okeana vurulmuşdur. Onu okeanın sonsuz maviliyi və dəyişkən əhval-ruhiyyəsi cəlb etmişdir.
– Bu, inanılmazdır! – deyə Cek özü-özünə pıçıldadı.
Okean suları onu təəcübləndirməkdə davam edirdi.
Bu dediyinə cavab olaraq, qulağında olan qulaqcıqlardan bir səs canlandı:
– Cek, hər şey qaydasındadır?
O, öz içində deyindi: “hətta 1500 fut dərinlikdə belə tək qalmağa imkan vermirlər!”
– Hə, Liza, qaydasındadır, sadəcə sualtı mənzərədən zövq alıram.
– Qayıq necədir, sözünə baxır?
– Lap yaxşı, nöqsansız. Sən ötürücülərin məlumatını ala bilərsənmi? – deyə Cek xəbər almaq istədi və əli ilə qu-lağındakı qulaqcıqları yoxladı.
Doktor Liza Kamminqs sualtı gəmilərdə işlər zamanı insan orqanizminə fizioloji təsirin tədqiqi sahəsində ABŞ-da Milli Elmlər fondu tərəfindən qrant almışdı.
Hə, indi baxarıq. Nəfəs, hərarət, kabinadaxili təzyiq, kis-lorodun ötürülməsi… Bütün ötürücülər hər bir şeyin qaydasında olduğunu göstərir. Bəs sənin işlərin necədir? Seysmik aktivliyin hansısa əlamətləri varmı?
32
Yox, sakitlikdir.
Hələ “Natilius” suya enməmişdən 2 saat əvvəl geoloq Çarli Mollier Cekə seysmoloqların okean dərinliyindəki dağ
silsilələri ətrafında harmonik titrəyişin olacağı barədə məlumat vermişdi. Bu xoşagəlməz hadisənin baş verməməsi üçün, Cekə geriyə qayıtmağı tövsiyyə etmişdi.
– Gedək, bizimlə birgə Günəş tutulmasını izləyərsən. Bu çox maraqlı olacaq. Sualtı qayıqla isə sabah da üzə bilərsən.
Cek
razılaşmadı.
Günəş
tutulması
onu
maraq-
landırmırdı. Əgər təkanlar güclənsəydi, suyun üzünə qalxmağa vaxt tapa bilərdi. Uzunmüddətli suyaenmə zamanı qəribə seysmik siqnallar yox oldu və qulaqcıqdan gələn Çarlinin səsi daha aydın eşidilməyə başladı.
Cek çənəsinin yanındakı mikrofonu yoxlayıb dedi:
– Ey, yuxarıdakılar, siz hələ də narahat olmağa davam edirsiz?
Qısa fasilədən sonra mikrofondan həvəssiz bir cavab gəldi.
– Bəli.
– Çox sağ ol, Liza. Mən əlaqəni kəsirəm. Bir az da olsa özümlə baş-başa qalmaq istəyirəm.
Bu sözləri deyib, qulaqcıqları qulağından çıxartdı.
Kiçik də olsa, bu, onun üçün qələbə idi. Digər ötü-rücülər kabinədə baş verənlər haqda yuxarıya məlumat göndərəcək, amma onun özü haqda məlumat almaq imkansız olacaq. Sualtı qayıqda olduğu zaman, ən çox qiymətləndirdiyi, yuxarıdakı dünyadan təcrid olunmağı və rahatlıq hissi tapması idi.
Tənhalıq. Sakitlik. Rahatlıq. Okean dərinliklərinə qərq olan Cek hiss edirdi ki, keçmiş öz hökmünü itirir və daha onu izləyə bilməz.
33
Sualtı qayığın dinamiklərindən sualtı dünyanın qəribə
səsləri eşidilirdi: sanki xırıltılı səslərdən ibarət dəhşətli xor, ciyilti, uğultu. Bu sualtı dünya yer planetinin sakinlıri üçün yad, hətta öldürücü idi. Zülmət, dəhşətli təziq, toksik sular.
Lakin bütün bunlara baxmayaraq, həyat burada da özünəməxsus surətdə yol açmışdır. Buradakı həyat gücünü Günəş
işığından deyil, sualtı qeyzerlərin isti dəliklərdən çıxan zəhərli hidrogen-sulfiddən alırdı. Dəliklərdən çıxan bu tüstü siqaret çəkən adamı xatırladırdı.
Elə bu vaxt sualtı qayıq həmin qeyzerlərdən birinin üstündən keçirdi. Bu 30 metr hündürlüyündə olan konus formalı bacanı xatırladırdı. Qayığın arxa tərəfindəki vintlərin fırlanmasından əmələ gələn ağ bakteriyalar qeyri-adi cəldliklə
hərəkət edirdilər. Bu mikroorqanizmlər ümumilikdə mühərrikin funksiyalarını yerinə yetirən və hidrogen-sulfidin ema-lını gücləndirən həyatın var olduğunu göstərirdi.
Cek geniş qövs ilə tüstülənən dəliyi üzüb keçdi. Gös-təricilərdə xarici hərarət dərhal yüksəldi. Dəliklərin içərisindəki hərarət isə 4000C-yə çata bilərdi. Bu isə sualtı qayığın yanıb kül olması demək idi.
– Cek! – deyə qulaqcıqdan doktorun təlaşlı səsi eşidildi.
Görünür, Liza cihazların yüksək hərarət göstərməsini göstərməsini görüb narahat olmuşdur. – Nə baş verir?
– Narahat olma, sadəcə, sualtı qeyzerlərdir. – Cek pedala basaraq, qayığın istiqamətini dəyişdi. Bu sualtı mənzərədən həz olsa da, onu daha vacib işlər gözləyirdi.
Son illər ərzində Cek və onun komandası “Faton” xilasetmə gəmisində yerləşmiş və II Dünya Müharibəsində batan
“Kayo-Maru” adlı Yaponiya yük gəmisinin qalıqlarını axtar-maqla məşğul idilər.
34
Bildirilirdi ki, “Kayo-Maru” gəmisi hərbi qənimət olaraq külli miqdarda qızıl, külçələr aparırmış. O illərin metereoloji və gəmiçilik xəritələrini diqqətlə öyrənən Cek axtarışlarını Sakit Okean regionunun mərkəzində yerləşən dağ silsilələri rayo-nundakı 10 kvadrata qədər olan dəniz mili ətrafında aparırdı. Bu çox riskli iş idi və hətta axtarışlardan bir il keçməsinə baxmayaraq, büsbət bir nəticə əldə olunmamışdır.
Lakin dünənki günə qədər. Çünki dünən cihazlardan biri Okean dibində hansısa qəribə kölgənin varlığı barədə siqnallar vermişdir və indi Cek o kölgəyə doğru irəliləyirdi.
O, bilgisayarın ekranına baxdı. Gələn siqnallar orada əks olunurdu. Kölgə sualtı qayıqdan təxminən 100 yard məsafədə
idi. Cihazlar Okean dibinin hər kvadrat futunu dəqiqliklə göstərirdi.
Yaşıl duman içərisindən qayalar görsəndi. Cek vaxtında pedala basaraq maneəni dəf etdi. Okean həyatının görüntüləri yavaş-yavaş seyrəlməyə başladı. Çox güman ki, sualtı vahə
geridə qalmışdır. İrəlidə isə cansız səhra görünürdü. Sualtı qayığı hərəkətə gətirən qurğu Okean dibində kiçik qasırğa yaradaraq, suyu lilləndiridi. “Elə bil tozlu yol ilə gedirsən” – de-yə Cek öz-özünə fikirləşdi.
Yolunun üstündə yenə bir qayaya rast gəldi. Bu dafa Cek gəmini saxladı və ballastın bir hissəsini ataraq, maneəni onun üzərindən keçərək dəf etmək istədi. Elə bu an yüngül bir su axını sualtı qayığı alıb, irəliyə doğru apardı
– Lənət şeytana! – deyinərək, qayığı yuxarıya doğru isti-qamətləndirmək istədi.
Bu zaman qulaqcıqda Lizanın səsi eşidildi: – Cek, nə
olub? Yoxsa yenə də qeyzer üzərindən keçirsən?
– Yox, heç nə başa düşə bilmirəm, lənət şeytana!
35
Nəhayət, qayıq qayanın üzərindən keçdi və Cek qayanın o tərəfində olanları gördü.
– Nə baş verir, Cek? – Lizanın səsində bir qorxu var idi. –
sən yaxşısan?
Qayanın o tərəfindən yeni “sualtı səhra” açıldı, ancaq bu əvvəldə görünən o gözəl vahə deyildi.