Читать книгу Dərinlik (Джеймс Роллинс) онлайн бесплатно на Bookz (3-ая страница книги)
bannerbanner
Dərinlik
Dərinlik
Оценить:
Dərinlik

3

Полная версия:

Dərinlik

İçərisindən ərinmiş lava tökülən və soyuyanda qaralan parlaq çatlar dənizin dibini ikiyə bölürdü. Su axını qayığı irəliyə doğru aparmaqda davam edirdi. Hidrofonun4 dinamiklərindən eşidilən uğultu səsi kəsilmirdi.

– Aman Tanrım....

– Cek, nə tapdın? Hərarət sürətlə artır! – Cek cihazlara baxmasa da, hərarətin artdığını bilirdi. Hər nəfəs aldıqca, qayığın kabinində istiliyin artdığını hiss edirdi.

Bu, yeni vulkanik çatdır.

– Qulaqcıqda ikinci səs eşidildi. Bu geoloq Çarli idi.

– Ehtiyatlı ol, Cek! – Mən əvvəlki kimi zəif seysmik siqnallar alıram. Orada, aşağıda hər şey fikirləşdiyin qədər sakit deyil.

– Mən hələlik qayıtmaq fikrində deyiləm.

– Sən risk etməməlisən.... Ancaq Cek qısa bir məlumatla onun sözünü kəsdi.

– Mən “Kayo-Maru”nu tapdım.

– Nə?

– Gəmi buradadır.... ancaq.... mən hələ bilmirəm o burada nə qədər qalacaq.

Qayıq sualtı silsilədən keçdiyi zaman, Cek diqqətlə ətrafına baxdı. Onun qarşısında, cəhənnəm vadisinə oxşar bir yerdə, çoxdan batan hərbi gəminin ikiyə bölünmüş gövdəsi 4 səs dalğalarını qəbul etmək üçün aparat

36


canlandı. Yaşıl duman içərisindən gəminin illüminatorları və

yan tərəfdə yapon ieroqlifləri ilə yazılan “Kayo-Maru” yazısı görsəndi. Bu yazı tərcümədə “yaz küləyi” mənasını verirdi.

Batmış gəminin qalıqları ətrafında ərimiş daşların sel ki-mi axını və vulkanın ağzından çıxan ərgin və odlu maye gölməçə əmələ gətirərək, cəhənnəm qaranlığında yanan tünd qırmızı alovu xatırladırdı. Cek gəmini gövdəsinin əyilərək od-lu gölməçədə əriməsinə tamaşa edirdi.

– “Kayu-Maru” düz cəhənnəmin ortasında yerləşir. Indi bir az da yaxınlaşacam – deyə Cek məlumat verdi.

Liza yenidən müdaxilə etdi, lakin onun səsində əmretmə

hiss olunurdu.

– Cek!

Amma Cekin xasiyyətinə yaxşı bələd olan Liza, bir qədər pauzadan sonra aşağı səs tonu ilə cekdən xahiş etdi:

– Cek, xahiş edirəm, daxili hərarətin dərəcəsinə fikir ver.

Titan istiyə davamlı metal və gəminin gövdəsi, əsasən də birləşmə nöqtələrində, ola bilər ki…

Narahat olma, bilirəm və lazım olmadıqca risk etməyəcəyəm. Cek hər iki pedalı eyni vaxtda basdı və qayıq yuxarı qalxdıqca qayadan uzaqlaşdı. Sualtı qayıq batmış gəmi qalıqlarına yaxınlaşdıqca hərarət daha da yüksəlirdi: 230, 370, 430…

Ceki həyəcandan tər basdı. Əgər gəminin gövdəsindəki bitişiklərdən ən azı biri aralansaydı, onun ölümü bir neçə

saniyənin içərisində baş verərdi. O, gəmini bir az da yuxarıya doğru istiqamətləndirdi və hərarət 370 düşdü. Təhlükəni at-latan Cek, batmış gəminin qalıqlarına yaxınlaşırdı. Sürəti azaldaraq, “Kayu-Maru”nun ətrafında bir neçə dəfə dövrə

vurdu, sonra gəmini diqqətlə nəzərdən keçirməyə başladı. O, açıq-aydın gəminin dal tərəfinin əsas hissədən 50 metr 37


kənarda ayrılıb düşdüyünü görürdü və elə həmin yerdə də

böyük yeşiklər var idi. Neçə illər suyun altında qaldığına görə

yeşiklər tamamilə qaralmışdı.

Cek gözlərini qıyaraq dağılmış yeşiklərdən birini daha diqqətlə nəızərdən keçirməyə çalışdı. Bu an Lizanın səsi eşidildi:

– Cek, nə görürsən?

– Lənət şeytana, o qədər də cəzbedici deyil.

– Bəs daha dəqiq?

– Daha dəqiqini bilmirəm. Bircə onu bilirəm ki, bu ekspedisiya üçün mən öz gəmimi və əmlakımı girov qoymuşam. Və bütün bunlardan sonra əliboş qayıtmaq......

– Mən başa düşürəm səni, amma bütün dünya sərvətləri belə, sənin həyatına dəyməz.

Girov qoyduğu bu əmlak Cekə irsən atasından qalmışdır.

Onun atası uzunsürən mədəaltı vəzin xərçəngi xəstəliyindən vəfat etmişdir. Vaxtılə Cek böyük borc ucbatından Tennesi ştatının universitetindəki təhsilini ya-rımçıq qoymuş və hərbi xidmətə getmişdir.

Əlbəttə ki, o vaxt Cek, ona irsən qalan əmlakı satıb, təhsilini davam etdirə bilərdi, amma o, bunu etməmişdir. Bu torpaq onun ata-babasına məxsus olduğu üçün çox qiymətli və dəyərli idi. Cekin anası isə, o hələ uşaq ikən, atasından da əvvəl vəfat etmişdi. Ovaxtkı illər onun yaddaşında qırıq-qırıq xatirələr şəklində qalmışdır və divardan asılan rəsmlər bu xatirələri unutmağa qoymurdu.

Əlbəttə ki, Cek bütün bu xatirələrdən ayrılmaq istəməzdi.

Lakin hal-hazırki ekspedisiya üçün bütün əmlakını ev ilə birlikdə hansısa banka girov qoymuşdur. Məhz bunun sayəsində də, “Nautilus” sualtı gəmisini icarəyə götürə bilmişdi.

38


Cek ürəyini dərinliyində ümid bəsləyirdi ki, “Kayu-Ma-ru”da tapılan xəzinə, ona nəinki borcları qaytarmağa, hətta ömrünün qalan hissəsini də xəzinə axtarışına sərf etməyə imkan verəcək. Ancaq bu o vaxt mümkün ola bilərdi ki, gəmidəki yükün həqiqətən də xəzinə olması aşkara çıxarılaydı.

Cek ürəyinin səsinə qulaq asıb, hər iki pedalı birdən basdı. Sualtı qayıq yavaş-yavaş “Kayu-Maru”un qırılan hissəsinə yaxınlaşmağa başladı. Hərarət yenidən qalxmağa başladı. 400, 450, 500.... Cek artıq hərarət ölçənə belə baxmırdı.

– Cek, cihazlar.....

– Bilirəm. Narahat olma, sadəcə bir balaca da yaxınlaşmaq istədim.

– Onda heç olmasa biosensora qoşul ki,gəmidəki göstəriciləri mən də izləyə bilim.

Cek alnındakı təri silib, dərindən nəfəs aldı, həyəcan dolu situasiyanın içində belə, zarafatından qalmayıb? Lizaya cavab verdi:

– Necə deyirsən, anacan. – Sensoru birləşdirib, yenidən soruşdu.

– Hə, indi necə, razı qaldın?

– Hədsiz. Əsas odur ki, intihardan uzaq olasan.

Lizanın bu zarafatyana sözlərində Cek bir narahatlıq hiss etdi.

– Ümid edirəm ki, mən qayıdana qədər soyuducudakı pi-vələri içib qurtarmazsınız?

– Çalışarıq.

Cek idarəetdiyi gəmini “Kayu-Maru”nun arxa tərəfinə

istiqamətləndirdi və onu batmış gəminin arxa tərəfində yerləşən anbarın qarşısında saxladı. “Nautilus” “Kayu-maru”un yanında balaca böcəyə oxşayırdı. Hətta burada həyat özünə

yer tapmışdır. Batmış gəminin paslanmış gövdəsi sualtı qa-39


yaları xatırladırdı. Bura bir çox molyuskalar və mərcanların sığınacaq yerinə çevrilmişdir.

Cek gəmini döndərdi və gözucu hərarət ölçən cihaza baxdı. Şükürlər olsun ki, hərarət yavaş-yavaş nor-mallaşırdı.

”Kayu-Maru”nun digər tərəfində isə, sanki cəhənnəm odunu xatırladan qırmızı işıq görünürdü.

Sualtı kostyum formasında olan Cek tamamilə tərlə-mişdir, amma bu onu narahat etmirdi. “Nai-tulus”u dön-dərərək, o projektorların işığını düz batmış gəminin anbarına tərəf çevirdi.

Elə bu vaxt ağzında düz Cekə baxan iki böyük göz peyda oldu.

– Lənət şeytana, bu nədir?

Elə bu vaxt, o qeyri-adi məxluq gəmiyə hücum etdi.

Uzun, elastik, gümüşü bədəni olan bu dəniz ilanı, ağzını iri açıb burularaq, düz gəminin şəffaf günbəzinə doğru şığıdı.

Cek qorxu içində nəfəsini dərdi və qorunmaq üçün idarəedici lingdən yapışdı. Ancaq bu dəfə həyəcan ona mane oldu. Son anda azı 70 fut çəkisi olan bu uzun dəniz ilanı elə sürətlə gəminin yanından ötdü ki, hətta gəmi öz oxu ətrafında fırlanmağa başladı.

Cek qaranlıqda üzüb keçən bu qeyri-adi dəniz məx-luqunu baxışları ilə yola saldı. O, həqiqətən möhkəm qorx-muşdur.

– Lənət şeytana! – deyə cek fırlanan gəmini dayan-dırmağa cəhd etdi – indi hansı axmaq deyə bilər ki, nəhəng sualtı divlər mövcud deyil.

Bu an qulaqcıqda Lizanın səsi eşidildi:

– Nə div?

– Heç, burada bir uzun oğlanla tanış oldum. Balıq-kəmər.

40


– Aman Tanrım, Cek, sənin nəbzin iki dəfə artıb.

Söhbətə üçüncü həmsöhbət olan, doktor Robert Bonoçek dəniz biologiyası üzrə mütəxəssis qoşuldu.

– Balıq-kəmər? – deyə doktor yenidən soruşdu. – Sən əminsən?

Bəli, həm də çox böyük nüsxəsi idi, hardasa 20 metr olardı.

– Şəklini çəkə bildin?

Cek qızardı, həmin an keçirdiyi qorxu hissi yadına düşdü. O, fikirləşdi ki, ABŞ-ın keçmiş zabiti olaraq qeyri-adi sualtı nəhəngin peyda olmasına bu cür reaksiya verməməliydi.

Cek yenidən tərləmiş alnını sildi.

– Yox, çatmadım.

– Biabırçılıq, – deyə bioloq dilləndi. – Bu balıq növü haqda necə də az məlumat var! Heç kəsin ağlına gəlməzdi ki, onlar bu cür dərinlikdə yaşaya bilərlər.

O, “Kayu-Maru”nun qalıqları içərisində yuva qurduğu-na görə, 100 faiz buranın sakinidir.

Cek qarşısındakı zülməti ksenon projektorlarla işıqlandıraraq, gəmini irəliyə doğru istiqamətləndirdi və yavaş-yavaş

“Naitulusu” kəmər formal balığın məskunlaşdığı açıq anbara saldı.

– Cek.... – deyə qulaqcıqda geoloq Çarlinin səsi eşidildi və elə həmin an da səs kəsildi.

“Kayu-Maru”un qalın arakəsmə divarı əlaqəyə mane olurdu. Hətta güclü dərinlik radioötürücüləri belə, üçdüymlü dəmir baryerin öhdəsindən gələ bilmirdi. Cek mikrofona toxunaraq dedi:

– Bir də təkrar et.

Cavab gəlmədi, yalnız radiodakı xışıltı səsləri eşidilirdi.

41


Anbarın dərinliyində nə isə zəif parıltı var idi cə Cek ayağını pedalda çəkərək, gəminin burnunu bir qədər aşağı endirdi. İndi ksenon projektorlar anbarın döşəməsini işıqlandırırdı.

Cek gördüyünə inanmadı. Görünür balıq-kəmər təlaş

içində öz sığınacağını tərk edən vaxt, quyruğu ilə yerdəki yeşiklərə toxunaraq, onları aşırmış və içindəkiləri tökmüşdü.

Və indi projektorların işığı altında qızıllar Günəşdən də gur parıldayırdı.

Öz uğuruna inanmayan Cek, “Naitulusu”n manipulyatorlarını hərəkətə gətirən idarə mexanizminin arxasına keçdi və gəmini bir az da irəliyə istiqamətləndirdi. Bu mexanizmi təcrübədən keçirmək üçün, onun kifayət qədər vaxtı var idi. İdarə pultunu tərpədərək, o manipulyatoru bütün uzunu – 15 fut boyu dartıb çıxardaraq, qızıl külçə to-pasına yaxınlaşdırdı. Daha sonra onlardan birini ma-nipulyatorun caynaqları vasitəsilə tutub, onu gəmi pro-jektorlarının işığına yaxınlaşdırdı.

Qızıl!

Artıq heç bir şübhə qalımamışdır, həqiqətən də gördüyü qızıl idi.

Cek yavaş-yavaş gəmini anbardan çıxardı və artıq o fikrində qızılların oradan çıxarılması barədə ssenari qururdu.

–– Yəqin ki, hava balonları burada işə yaramayacaq. Çox güman ki, iri tutumlu əşyanın içərisinə qızıl külçələri yükləyib suyun üzünə çıxarmaq lazım olacaq.

Nəhayət, sualtı qayıq anbardan açıq okeana çıxdı və elə

həmin dəqiqə qulaqcıqda Çarlinin təlaşlı qışqırtısı eşidildi.

– Canını qurtar, Cek! Tez ol! Canını qurtar ordan!

– Nə baş verdi? – deyə Cek qışqırdı və sonra hərarət göstəricisinə baxıb dəhşətə gəldi.

42


Hərarət az qala 10 dəfə artmış və o, tapdığı qızıllara aludə olub, bu haqda tamam unutmuşdu.

– Lənət şeytana! – deyə Cek özünü itirmiş halda donquldandı.

– Seysmik aktivliyi göstərən cihazlar həddi keçir – deyə

Çarli həyəcanla bildirdi.

– Siqnallar “Naitulus”un dayandığı yerdın gəlir! Gəmi düz vulkanın püskürəcəyi yerdə dayanıb!

Vaxtılə keçdiyi hərbi bacarıqlar onu hərəkətə gətirdi.

Keçmiş bir “dəniz aslanı” olaraq, o, müxtəlif növ situasiyaları ayırd etməyi öyrənmişdi: nə vaxt əmrdən boyun qaçırmaq və

nə vaxt əmri yerinə yetirmək. Hal-hazırda isə məhz ikincini etməliydi. O, sualtı qayığı maksimal surətdə yuxarıya doğru istiqamətləndirirdi. Bir az əvvəl çönüb ayrıldığı yerdə nə baş

verdiyini görəndə onu soyuq tər basdı.

Lənət şeytana!

“Kayu-Maru”nun ön hissəsi artıq yarıya qədər lava gö-lündə ərimişdi, lakin ən dəhşətlisi bu hissədə Okean dibinin necə görsənməsi idi. O elə indicə partlayacaq şişmiş suluğu xatırladırdı. Cek gəminin tarazlığını saxlaması olan yükün qalanını da atdı və hər iki pedala basaraq gəminin bur-nunun yuxarıya doğru istiqamətləndirdi. “Naitulus”un elektrik mühərrikləri uğuldadı.

– Lənət şeytana! Lənət şeytana! – deyərək, Cek sanki şey-tanla mübarizə aparırdı.

– Cek, nə olub, nə baş verir?

– Cihazlar sıradan çıxıb!

Hidrofonun dinamiklərindən vahiməli uğultu eşidildi, sanki sualtı dağların üzərində göy gurultusu baş verdi. Sonra sualtı qayıq dalğa zərbəsinə yaxalandı və onu başdan-ayağa 43


titrətdi. Cek çevrilib aşağıda nə baş verdiyinə baxmaq istə-yərkən, başı günbəzə dəydi.

Düz sualtı qayığın altında vulkan partlamışdı və dənizin dibi içərisindən fəvvarə kimi fışqıran qızmış maqma ilə, yanmış yaranı xatırladırdı. Gəmi elə sürətlə yuxarıya doğru hərəkət edirdi ki, ətraflndakı su qaynayırdı. “Naitulus” ətrafda olan su qabarcıqları ilə sanki bomdarduman edilirdi. Cek gə-mi üzərində kontrolu bərpa etmək üçün cəhd göstərirdi, amma gəmi sözə baxmır və xaotik hərəkətlərlə, yaranan su axınında öz oxu ətrafında fırlanırdı. Birdən Cek ağzında olan tamı hiss etdi. O, “Fathom”la əlaqəni bərpa etmək istədi, lakin qulaqlıqda yalnız xışıltı var idi.

Uğursuz halda idarəetmə cihazları ilə mübarizə aparan Cek, həyəcanla fikirləşirdi. Nə olursa olsun, bu vulkanik axından canını qurtarmalıydı.

Bu an o, gənc “dəniz aslan”larına təcrübəli təlimatçılar tərəfindən verilən əmri yadına saldı: gələn axının qarşısını almaq üçün, onunla olan mübarizəni dayandırmaq lazımdır.

Indi o ayağını sağ pedaldan çəkib, yalnız sol pedala sıxırdı. Və bundan başqa gəminin fırlanmasını dayandırmaq əvəzinə, onu daha da gücləndirirdi. Fırlanma o dərəcədə gücləndi ki, tezliklə mərkəzdən qaçma qüvvəsi onu kreslodan ataraq, kabinənin divarına sürüklədi. Amma buna baxmayaraq, cek hələ də pedalı basmağa davam edirdi.

– Hə, hə! – deyə həyəcanla pıçıldayırdı.

Nəhəng qabarcıqlardan biri xüsusui qüvvə ilə “Nai-tiulus”u alt hissəsindən vuraraq, yuxarıya doğru istiqamətləndirdi. Sualtı qayıq sapand daşı kimi vulkan axınının içindən sıçrayıb çıxdı.

Elə ki, “Naitulus”un hərəkəti bir qədər azaldı, Cek yenidən pilot kreslosuna əyləşərək, gəminin üfüqi istiqamətdə

44


fırlanmasının qarşısını aldı. Başını qaldıraraq, qalın su təbəqəsi arasından tutqun günəş işığını gördü.

Qulaqlıqdakı xışıltı kəsildi və Lizanın səsi eşidildi:

– Cek, cavab ver! Eşidirsən bizi?

O, fırlanma zamanı yerə düşən mikrafonu bərkitdi və

xırıltılı səslə cavab verdi:

– Hə, hər şey qaydasındadır.

– Cek, sən hardasan?

Lizanın rahatlanmış səsi ona bir içim sərin su kimi xoş təsir bağışladı.

Cek dərinlikölçənə baxdı. 220 fut! O, inana bilmirdi ki, gəmi 1000 futdan yuxarı məsafəni bu cür tez qət edə bilib.

Əgər kabinanın hermetikliyi və onun içə-risindəki kompres-sorların daimi təzyiqi eyni atmosferada saxlaması olmasaydı, kesson xəstəliyi onu çoxdan öldürmüşdü.

Təxminən 3 dəqiqə sonra suyun üzündə olacam.

Cek üzünü turçudaraq kompasa baxdı. Kompasın oxu dayanmadan fırlanırdı. Cek nə qədər əlləşdisə, kompası düzəldə bilmədi. Onda Cek mənasız cəhdlərdən əl çəkib, mikrofona dedi:

– Mənim kompasım işləmədiyinə görə, harada yerləşdiyimi bilmirəm. Amma suyun üzünə çıxan kimi, mayakı yandıracam ki, yerimi biləsiniz.

– Özün necəsən? Zədə almamısan ki?

Bir az sıyrılmışam və əzilmişəm – amma ümumiyyətlə

normadayam. əlaqəyə çarli girdi.

Altında vulkan partlayan adam üçün, səsin o qədər də

pis gəlmir. Bəxtim gətirib ha! Necə də həmin vaxt yanında olmaq istəyərdim.

Cek gülümsündü. Yeni sualtı vulkanın doğulmasının şa-hidi olmaq, hər bir geoloqun saf arzusudur.

45


Cek əlini zərbədən şişmiş başına qoyub, ağrıdan üzünü turşudaraq dedi:

İnan Çarli, mən də özümdən çox, burada sənin olmağını istərdim.

– Bəs “Kayu-Maru” nə oldu? – deyə digər müsahib ümidli bir səslə soruşdu:

Cek təəccübləndi. Bu tarixçi, xəritəşenas, öz gəmi kitab-xanasını nadir hallarda tərk edən professor Corc Kleyn idi.

Ani çökən ümidsizlik ucbatından, Cek iniltili səslə dedi:

– Çox heyif, dok. Atrıq “Kayu-Maru” və qızıllar yoxdur.

Corc bir qədər susdu və sonra məyus halda bildirdi:

– Nə etmək olar, onsuz da biz “Kayu-Maru”nun yükü haqda dəqiq informasiyaya malik deyildik. Yaponlar tez-tez qızıl daşınmasını gizlətmək üçün, gəmi sənədərini saxtalaş-dırırdılar.

– Yox, məlumat dəqiq idi – deyə Cek Okean dibindəki qızıl külçələri yadına salıb, tutqun halda cavab verdi.

Mikrafonda yenidən Çarli idi.

– Ey Cek, deyəsən zəlzələ tək səni titrətməyib. Dünyanın hər yerindən məlumatlar gəlir: zəlzələlər, vulkan püskürmələri bütün sakit Okeanı bürüyüb – bir sahildən o birinə.

Cek alnını qırışdırdı. O vaxtdan bəri, o bütün dünya in-sanlarını, sualtı dünyaya dəyişmiş və onu planetin digər hissəsində olan həyat narahat etmirdi. Zəlzələ onu yalnız itirilmiş qızıllara və ola bilərdi ki, gəmiyə görə narahat edə bilərdi.

– Əlaqəni kəsirəm, – deyə Cek ağır nəfəslə dedi: – Bir dəqiqə sonra suyun üzündə olacam.

Suyun rəngi yavaş-yavaş açılırdı və tezliklə “Naitulus”un günbəzi sudan çıxdı. Dərin zülmət qaranlığından sonra, Günəş işığı cekə pis təsir etdi və o, gözlərini qıydı. Qərbə doğ-ru 46


dəniz dalğalanır və tüstüləyir, cənub-şərqə doğru isə qara nöqtə görünürdü. Bu görünən qara nöqtə “Fathom”idi.

Cek məlumat göndərmək üçün qəza düyməsini basdı, mayakı işə saldı və kresloya söykənib gözləməyə başladı. Bir neçə dəqiqədən sonra, onun diqqətini düz “Naitulus”un üzərində parlayan bi işıq cəlb etdi. Cek kreslodan dikəldi və

pultu əlinə götürərək, hər iki manipulyatoru sudan çıxardı.

Cek polad qısqacların sıxıldığını görüb, ah çəkdi:

– Ola bilməz!..

Qayığın “mexaniki əlləri”ndə sıxılıb qalmış iki böyük külçə, hamar səthindən dəniz suyu axaraq, görsəndi. Cek vul-kandan bir neçə saniyə əvvəl anbardan götürdüyü bu külçələr barədə tamamilə unutmuşdur. Gəmi yuxarıya qalxan zaman, Okean suları külçələri palçıqdan təmizlənmiş və xoş-bəxtlikdən hidravlik qısqaclardan qopara bilməmişdir.

Cek sevincək fit çaldı.

– Həyat axarıyla gedir!

Yenidən xəttə Corcun səsi eşidildi.

– Cek, biz göndərdiyin siqnalı aşkar etdik.

– Əla! – deyə sevincək cavab verdi. – Mənim gəlişimə, çalışın soyuq şampan olsun.

– Hm.... Yaxşı – deyə Corc açıq-aydın heyrətlə cavab verdi – Mənə elə gəlir ki, sən bu barədə bilməlisən, indicə

“Globalstar” adlı sputnik kanalı ilə əlaqəyə girmişik.

Cek sanki reallığa qayıdıb, alnını qarışdırdı və soruşdu:

– Kimdir, Daha dəqiq de!

– Admiral Mark Xyuston.

Onun donanma xidmətindəki keçmiş komandiri! Elə bil Ceki günəşin kələfi vurdu.

– Nə? Ni.... Niyə?

47


Həyəcandan hətta kəkələməyə başladı. O, ümid edirdi ki, həyatı boyu bu adamın adını eşitməyəcək. Axı, o keçmiş həyatı geridə qoymuşdur!

Admiral bizə koordinantları verdi və əmr etdi ki, buradan 400 mil o tərəfdə irəliləyək.

– Nə əmr etdi, – deyə cek hirsindən yumruğunu sıxdı –

Ona de ki, əmrləri başına dəysin.

Indi isə Corc onun sözünü kəsdi:

– Cek, təyyarə qəzası baş verib. Xilasedici işlər aparılır.

Cek dodağını dişlədi. Adətən belə hallarda VMS-in şəxsi gəmilərə, həmçinin elə “Fathom”a da əmr vermək ixtiyarı var idi. Özü də bütün gəmiçilik siyahılarında bu gəmi xilasedici kimi qeydiyyatdan keçmişdi. Amma buna baxmayaraq, Cekin əl ləri hələ də əsirdi.

Onun yaddaşında keçmişdə baş verən hadisələr canlandı.

Cek Floridanın günəş şüaları altında parıldayan “Atlantis”

kosmik gəmisinə necə heyrətlə baxdığını və bu gəmidə uçan ilk “dəniz aslanı” olacağını fəxrlə fikirləşirdi. Lakin bu xoş fikirlər digər tutqun fikirlərlə sıxışdırılır: od, yanğın, dəhşətli ağrı, əlcəkli əlin ona sarı uzanması, qışqırıqlar, sürüşmə, aş-ma.... və sonsuzluğa uçurum.

İndi “Naitulus”da Cekə elə gəlirdi ki, o düşməyə davam edir.

Əlacsız halda başını yelləyərək, o nəinki cavab verə

bilmir, hətta nəfəs belə almırdı.

– Cek, dənizə düşən təyyarə… Bu, bir nömrəli bortdur.


48


2

OKİNAVA ƏJDAHALARI

25 İYUL, 6.30

Naxa, Okinava adası, Yaponiya


Zibil qutusunun yanında ikiqat əyilən Karen Qreys hərbi patruldan gizlənirdi. Elə təzəcə gizlənmişdi ki, əllərində

fənər olan iki hərbi geyimli şəxsin dalana döndüyunü gördü.

Onlardan biri dayandı və siqaret çəkməyə başladı. Nəfəsini belə saxlayaraq, Karen onu görməsinlər deyə səssizcə dua edirdi. Alışqan işığında hərbiçilərdən birinin paltarının qolunda “HDQ ABŞ” nişanəsini gördü.

Dünənki zəlzələdən sonra Yaponiyanın bütün pre-fekturalarında, Okinava adalarının ən cənub hissələrini də

bura daxil etsək, hərbi vəziyyət elan edilmişdi.Prefekturanın əsas şəhəri olan Naxa və onun şəhərətrafı əyalətləri də

soyğunçularla dolmuşdu. Yerli hakimiyyət hökm sürən xaosla bacarmadığına görə, Amerika hərbi bazalarına, ya-rıyadək dağıdılmış şəhərin bərpası üçün kömək məqsədilə

müraciət etmişdi. ABŞ isə bu müraciətə əsasən sübh tezdən qürub çağına qədər komendant saatı müəyyənləşdirmişdi. Və

indi Karen bu qaydanı pozanlardan sayılırdı, çünki Günəşin çıxmasına bir saat qalırdı.

“Gedin, çıxın gedin!” – deyə ürəyində hərbçiləri tələsdirirdi. Birdən, sanki onu eşidirmiş kimi, onlardan biri fənərlə dalanı işıqlandırdı. Karen duruxaraq gözlərini yumdu.

O qorxurdu ki, kiçicik bir hərəkəti ilə hərbçilərin diqqətini cəlb edə bilər. Tamamilə tünd geyimdə olmasına baxmayaraq, xurmayı saçlarını gizlətməyi unutmuşdu və bu, onu narahat 49


edirdi. Lakin heç nə baş vermədi, xəta sovuşdu. Hərbçilərin uzaqlaşan addımlarının səsi eşidildi. Karen zibil qutusunun arxasından boylanaraq, gözlərini açdı və rahatlıqla nəfəsini dərdi.

Elə bu an qaranlıqdan həyəcanlı bir pıçıltı eşidildi.

– Nə oldu? Getdilər?

Karen ayağa qalxdı.

– Hə, az qalmışdı ki, yaxalanaq.

– Bunu etməməliydik. – deyə, dizi üstə kolların arasından sürünərək çıxan Karenin rəfiqəsi dedi.

Karen, Miyuki Nakonaya ayağa qalxmağa kömək etdi. Bu yapon xanım isə elə hey dodaqaltı deyinir, ingiliscə don-quldanırdı. Əlbəttə ki, ingilis dili onun ikinci dili sayılırdı.

Çünki, Yapon Universitetindəki professorluq vəzifəsini atandan sonra, Miyuki ABŞ-a köçmüş və iki il Paloaltoda internet xidmətləri göstərən firmada işləyərkən, ingilis dilini mükəmməl öyrənmişdi. Lakin, indi bu zərif yapon mü-əlliməsi zibilliklər içərisindən çıxan zaman, heç də normal görünmürdü. Çünki o, hər zaman təmiz, ağappaq ütülənmiş xalatı ilə Rükü Universitetinin bilgisayar laboratoriyasında iş başında olan xanım olub. Bu səhər isə hər şey tamamilə başqa cür idi.

Miyukinin əynində tünd qırmızı köynək və qara cins şalvar var idi. O, çiyninə yapışan zibili nifrət hissi ilə qırağa tullayaraq dedi:

– Əgər sən mənim ən yaxın rəfiqəm olmasaydın…

– Bilirəm, – deyə Karen onun sözünü kəsdi. – bilirəm…

bağışla. Miyuki, axı mən səni özümlə çağırmamışdım, – deyə, Karen üzünü çevirərək əlavə etdi.

50


– Mən imkan verə bilməzdim ki, gecə vaxtı şəhərdə tək gəzəsən. Birdən sən hansısa əclaflara rast gələrdin. Bu, çox qorxulu ola bilərdi.

Karen razılaşaraq başını tərpətdi. Son cümlələr tamamilə

ədalətli idi.

Naxo şəhərinin hər tərəfindən siqnal səsləri eşidilir, müvəqqəti quraşdırılmış xilasedici düşərgələrin pro-jektorlarının şüaları ziqzaqvari hərəkətlərlə göy üzünü işıqlandırır, komendant saatının olmasına baxmayaraq, hər tərəfdən qış-qırıq və atəş səsləri eşidilirdi.

Karen şəhərdə bu cür qarmaqarışıq vəziyyətin hökm sürməsini heç gözləmirdi.

Miyuki isə onların necə təhlükəli situasiyaya düşmələri barədə elə hey deyinirdi.

– Kim bilir, bizi orada kim gözləyir? Bəlkə insan alveri ilə

məşğul olanlardı? Bəlkə narkotik daşıyıcılarıdı?

– O sadəcə yerli balıqçıdır. Samo ona zamindir.

– Sən hansısa başdanxarab süpürgəçinin sözünə ina-Nırsan?

Karen üzünü turşutdu. Miyukunin bu mızıl-danmaları hətta koala ayısını belə özündən çıxara bilərdi.

– Samo başdan xarab deyil, tamamilə normaldır. Əgər o, balıqçının bizi ora aparıb, Əjdahaları göstərəcəyini de-disə, deməli, belə də olacaq. Bir də ki, məndə bax bu var, – deyə

Karen gödəkçəsini qaldırıb rəfiqəsinə tapançanı nü-mayiş

etdirdi. 38 kalibrdi, avtomatikdir və tamamilə do-ludur.

Miyukini gözləri təəccübdən bərəldi.

– Yaponiyaya tapança aparmaq? Bu ki, qeyri-qanunidir!

Sən onu hardan....

51


– İndiki zamanda gənc qız özünü qorumağı bacarmalıdır,

– deyə Karen onun sözünü kəsdi və tindən başını çıxarıb kü-çəyə boylandı.

– Yol boşdur! – deyə xəbər verdi.

Miyuki bir əli ilə rəfiqəsinin çiynindən tutub onun arxasıyca irəlilədi.

– Gedək!

Karen irəlidə gedərkən,eyni zamanda həm qorxu həm də

həyəcan keçirirdi. O başını qaldırıb göyə baxdı:havanın işıqlanmasına bir saat qalırdı,demək ki,vaxt az idi.

Komendant saatı. Amma yox, o bu təyinolunmuş görüşü buraxmaq istəmirdi. Bu cür imkan insana həyatında bir dəfə

verilir. Üç il əvvəl o Britaniya Kolumbiyasından Yaponiyaya, Rükü universitetindəki qədim Polineziya sakinlərinin miqrasiyası yollarına dair doktorluq disertasiyasını bitirmək üçün gəlmişdir. Bu iş üçün ma-teriallar toplayarkən, 1991-ci ildə universitetin professoru Masaaki Kimuranın Okinava adası sahilində tapdığı iki sualtı piramidanın – Okinava əjdahaları haqda hekayəsini eşitmişdi. Professor tapdığı bu qurğuları Mərkəzi Amerikadakı Mayya piramidaları ilə

bannerbanner