Mətni 1919-cu ilin payızında Paris sülh konfransının iştirakçıları arasında ingilis və fransız dillərində yayılmış bu sənəd Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan Cümhuriyyəti nümayəndə heyəti üzvlərinin kollektiv əməyinin bəhrəsidir. Lakin onun əsasında Əlimərdan bəyin bir neçə ay əvvəl İstanbulda tərtib etdiyi «Azərbaycan Cümhuriyyətinin təşəkkülü» adlı memorandum dayanırdı. Paris sülh konfransı Ali Şurasında Azərbaycanın müstəqilliyinin de-fakto tanınmasında «Tələblər» mühüm rol oynamışdı.
все жанры