
Полная версия:
Cins və xarakter
Mütləq kişilikdən onun tam yoxluğuna, yəni onun mütləq qadınlıqla üst-üstə düşdüyü nöqtəyə qədər olan bütün orta pillələr ayrıca götürülmüş hər bir hüceyrənin sonsuz sayda müxtəlif cinsi xarakteristikaları kimi nəzərə çarpır. Bu fərqlilik şkalasını bir-birilə real şəkildə birləş-miş substansiyalar kimi təsəvvür etmək və yaxud böyük molekullardakı sonsuz sayda çox müxtəlif növ atomlar şəklində vahid protoplazmanı qəbul etmək – bu məsələ-nin həllində hər cür fərziyyələr irəli sürməkdən çəkinmək daha yaxşı olardı. Birinci fərziyyə fiziloji baxımdan tətbi-qə yararlı deyil – onda onun forması fizioloji cəhətdən ey-ni qalsa da, hər bir kişi və qadın bədən hərəkəti üçün onu müəyyən edən şəraitdə ikilik zəruri olardı. İkinci fərziyyə isə daha çox kifayət qədər uğur əldə etməmiş irsiyyət nə-zəriyyələrini xatırladır. Onların hər ikisi, bəlkə də, eyni də-rəcədə həqiqətdən uzaqdır.
Bizim dövrdə hətta təxmini də olsa, təcrübə əsasında bunu sübut etmək imkansızdır ki, götürülmüş hüceyrənin kişiliyi və qadınlığı nədən ibarətdir, hər bir Q hüceyrəsi-nin K hüceyrəsindən histoloji, molekulyar-fiziki, yaxud kimyəvi fərqi nə qədərdir. Biz gələcək tədqiqatların nəti-cələri barədə öncədən qərar vermədən (onlar, yəqin ki, bioloji hadisələri fizika və kimyadan spesifik olaraq çıxar-mağın mümkünsüzlüyünü qəbul edəcəklər) nəinki hü-ceyrələrin məcmusu kimi götürülmüş bütün orqanizmdə, həm də hüceyrələrin özlərində cinsi çaların müxtəlif güc-də olması barədə fikrimizi müdafiə etmək haqqına sahi-bik. Qadınaoxşar kişilər daha çox qadın dərisinə sahib olurlar, onların kişilik orqanlarının hüceyrələri zəif bölün-mə qabiliyyəti ilə seçilirlər və bunun birbaşa nişanəsi də makroskopik cinsi əlamətlərin zəif inkişafıdır və sair və i.a.
Cinsi əlamətlərin bölgüsünü də eynilə cinsi xarakte-ristikanın makroskopik ifadəsinin müxtəlif dərəcələri üz-rə aparmaq lazımdır. Onların təyinatı başlıca olaraq digər cinsə erotik təsirin qüvvəsi ilə əlaqəlidir (ən azından bu heyvanlar aləmində belədir). Con Qenterin hamılıqca qə-bul olunmuş nomenklaturasından kənara çıxmamaq üçün mən kişi və qadın rüşeym vəzini (testis, epididymis, ova-rium, epoophoron) ilk əsas cinsi əlamətlər adlandırıram. Rüşeym vəzilərinin daxili çıxışları (toxum kanatçıqları, to-xum qovuqcuqları, tubauterus, təcrübə göstərir ki, öz cin-si əlamətlərinə görə bəzən rüşeym vəzilərindən xeyli fərq-lənirlər) birinci dərəcəlidir. Nəhayət, “xarici cinsi əlamət-lər” gəlir ki, doğuş zamanı insanın cinsiyyəti onlara görə müəyyən olunur və hətta bəlli şəkildə onun taleyi həll olunur (görürük ki, çox vaxt da düzgün həll olunmur). Yerdə qalan digər cinsi əlamətləri birləşdirən ümumi cə-hət isə ondan ibarətdir ki, onlara cinsi əlaqə məqsədləri üçün bilavasitə gərək yoxdur. İkinci dərəcəli cinsi əlamət-lərə isə hər şeydən öncə onları aid edə bilərik ki, onlar za-hirən cinsi yetkinlik dövründə üzə çıxır və demək olar ki, etibarlı şəkildə müəyyən olunmuş fikir belədir ki, rüşeym vəzilərinin qana ifraz etdiyi müəyyən maddə olmadan in-kişaf edə bilmirlər (kişilərdə saqqal, qadınlarda saç, döşün inkişafı, səsin dəyişilməsi və s.)
Nəzəri əsaslardan daha çox praktiki əsaslara istinad edərək xarici təzahürlərə və hərəkətlərə görə bilinən kişi-lərdə əzələ qüvvəsi və iradə möhkəmliyi kimi anadangəl-mə xüsusiyyətləri üçüncü dərəcəli əlamətlər adlandıraq. Nəhayət, elə buraya adət, vərdiş və ya məşğuliyyət sayə-sində təsadüfi qazanılmış – kişilərdə siqaret çəkmək, içki içmək, qadınlarda əl işləri kimi cinsi əlamətlər əlavə oluna bilər. Bu sonuncular həmçinin, bəzən digər cinsə özünün erotik təsirini göstərə bilir və elə bu da onu göstərir ki, on-lar düşünüldüyündən daha tez-tez asanlıqla üçüncü dərə-cəli əlamətlərə çevrilir, bəzən isə daha dərinə gedərək bi-rinci dərəcəli əsas cinsi əlamətlərlə əlaqəyə girirlər. Təsni-fatın özü cinsi əlamətlərin belə sahmanını öncədən qərar-laşdırmır, ruhi xüsusiyyətlərin cismani xüsusiyyətlərə nis-bətən ilkin olub-olmadığını, yaxud sonuncular tərəfindən şərtləndirildiyini və hadisələrin uzun səbəb zənciri yolu ilə onlardan alınıb-alınmadığını müəyyənləşdirmir. O əksər hallarda yalnız digər cinsə cəlbedici təsirin gücünü, cinsi əlamətlərin gözə çarpıldığı zamanı, digər cinsin gözləri önündə nümayiş etdirdiyi aydınlığı göstərir.
“İkinci dərəcəli əlamətlər” barədə danışarkən biz ar-tıq rüşeym hüceyrələrinin orqanizmin ümumi dövranına daxil etdiyi ifrazata işarə etmişdik. Həm bu ifrazatın təsi-rini, həm də süni surətdə kastrasiya ilə yaradılmış yoxlu-ğunu hər şeydən öncə məhz ikinci dərəcəli cinsi əlamətlə-rin inkişafı ya da geriləməsi üzərində öyrənmişlər. Daxili ifrazat isə bədənin bütün hüceyrələrinə şəksiz təsir göstə-rir. Nəinki bədənin ikinci dərəcəli cinsi əlamətlərə malik hissələrində, həm də bütün bədəndə kişiləşmə dövrünə doğru baş verən dəyişikliklər bunu sübut edir. Eynilə bu-nun kimi hər hansı bir vəzinin ifrazatını da öncədən yal-nız orqanizmin bütün toxumalarına bərabər yayılmış ola-raq təsəvvür etmək lazımdır.
Rüşeym vəzilərinin daxili ifrazatı fərdin cinsiyyətinin tamamlanması deməkdir. Buna görə də hər bir hüceyrə üçün ilkin cinsi xarakteristikanı qəbul etmək, sonra isə ona keyfiyyətcə təyin olunmuş tamamilə hazır masculinum yaxud femininum yaranması üçün tamamlayıcı əlavə şərt kimi bəlli ölçüdə rüşeym vəzilərinin ifrazatı əlavə olunma-lıdır.
Rüşeym vəzisi yalnız elə bir orqandır ki, cinsi əlamət onda hər şeydən daha parlaq şəkildə özünü büruzə verir; bu əlaməti onun morfoloji birliyində daha asan görmək olur.
Eynilə bunun kimi razılaşmaq lazımdır ki, orqaniz-min həm cins, növ, həm də ailə xüsusiyyətləri rüşeym və-zilərində hər şeydən daha yaxşı təmsil olunur. Digər tə-rəfdən, Stenstrup tamamilə haqlı olaraq təsdiq edə bilərdi ki, cinsiyyət orqanizmin spesifik “cinsi hissələrində” cəm-ləşməyib onun hər yerinə yayılmışdır. Eləcə də Neheli de Vris, Oskar Qertviq və digərləri bu məsələdə çox şeyə ay-dınlıq gətirən bir nəzəriyyəni inkişaf etdirmiş və vacib də-lillərlə əsaslandırmışlar. Bu nəzəriyyəyə görə çoxhücey-rəli orqanizmin hər bir hüceyrəsi növə aid bütün xüsusiy-yətlərin daşıyıcısıdır, bu sonuncular isə xüsusi qüvvə ilə rüşeym hüceyrələrində cəmləşmişdir. Vaxt gələcək bu nə-zəriyyə ehtimal ki, bütün tədqiqatçılar üçün öz-özlüyün-də anlaşılan olacaq. Xüsusilə bu faktı diqqətə alsaq ki, hər bir canlı varlıq onda şırımların yaranması və bölünmə sa-yəsində bir hüceyrədən yaranır.
Adı çəkilmiş tədqiqatçılar topladıqları və sonradan is-tənilən bir hissədən orqanizmin bərpası sahəsində aparıl-mış saysız-hesabsız təcrübələrlə və müxtəlif növ qonoloji toxumalarda kimyəvi fərqliliyin müəyyənləşdirilməsi ilə əlavə olunmuş çoxlu faktlar əsasında çoxalma üçün bilava-sitə əhəmiyyət daşımayan spesifik növ xüsusiyyətlərinin məcmusu olan idioplazmanın mövcudluğunu tamamilə ədalətli olaraq qəbul etdilər. Burada həmçinin iki fərqli ar-renoplazma və teliplazma anlayışları da yaradıla bilər və yaradılmalıdır. Onlarda hər bir idioplazma cinsi cəhətdən fərqlənən varlıqlarda üzə çıxır, ancaq artıq əvvəllər söylən-miş müddəaların əsasında empirik reallığın var olduğu sərhədlər kimi yalnız ideal hallar nəzərdə tutulur.
Gerçək olaraq mövcud olan protoplazma ideal arren-oplazmadan get-gedə daha çox uzaqlaşaraq (real yaxud təsəvvür olunan) neytral nöqtədən (hermaphroditismus verus) ən son həddədək teliplazmaya yaxınlaşan protop-lazmaya keçir. Bütün bunlar yalnız bütün yuxarıda deyi-lənlərin ardıcıl nəticəsidir. Ancaq mən xahiş edirəm ki, yeni terminologiyaya görə məni bağışlayasınız. Məqsə-dim heç də oxucunun gözündə mövzunun yeniliyini yük-səltmək deyildir.
Ayrıca götürülmüş hər bir orqana və hətta ayrıca gö-türülmüş hər bir hüceyrəyə arrenoplazma və teliplazma arasındakı hər hansı bir nöqtəyə yerləşdirilmiş cinsi əla-mətlər verilməsi və buna görə də hər bir sadə hissənin ən başlanğıcdan cinsi mənada müəyyən formada səciyyələn-məsi barədə müddəanı çox asanlıqla aşağıdakı faktdan müəyyən etmək olar: hətta eyni bir orqanizmdəki müxtə-lif hüceyrələr cinsi xarakteristika ilə heç də həmişə bəra-bər səciyyələnmir. Bir bədənin bütün hüceyrələrində K və Q heç də bərabər miqdarda deyil, onların arrenoplazmaya və teliplazmaya yaxınlığı eyni deyil. Eyni bir bədənin hü-ceyrələri bu qütblərin arasında yerləşən sıfır nöqtəsinin hətta müxtəlif tərəflərində yerləşə bilir. Əgər biz daim ki-şilik və qadınlıq demək yerinə, onlar üçün fərqli işarələr-dən istifadə etsək, əlbəttə hər cür məkrli gizli niyyətsiz ki-şi başlanğıcı müsbət, qadın başlanğıcı isə mənfi qəbul et-sək, onda yuxarıda göstərilmiş müddəanı belə ifadə edə bilərik: eyni bir orqanizmin müxtəlif hüceyrələrinin seksu-allığı nəinki müxtəlif mütləq qiymətli, həm də müxtəlif işarəlidir (yəni + və ya -). Məsələn, kosa saqqallı və zəif əzə-ləli kifayət qədər yaxşı inkişaf etmiş masculmalara yaxud döşü az inkişaf etmiş demək olar ki, tipik femininalara rast gəlmək olur. Digər tərəfdən uzun saqqallı tamamilə qadın kimi kişilər və qeyri-normal qısa saçlı gözə kifayət qədər dəyən üz tükünə sahib, lakin iri gözəl döşlü geniş çanaqlı qadınlar da olur. Qadın budlu və kişi baldırlı, sol budu qadın sağ budu kişi olan insanlar da tanıyırdım. Ümumiy-yətlə, bədənin hər iki tərəfinin simmetrikliyi yalnız çox seyrək müşahidə olunur, əksər hallarda isə sol və sağ his-sələrdə cinsi xarakteristikanın, cinsi əlamətlərin təzahür dərəcəsinin müxtəlifliyi özünü büruzə verir, məsələn saq-qalın bitişində burada daima saysız-hesabsız asimmetriya müşahidə olunur.
Artıq deyildiyi kimi, oxşarlıqdakı çatışmazlıqları (cin-si xarakteristikanın mütləq oxşarlığı isə heç vaxt olmur) çətin ki, daxili ifrazatın qeyri-bərabərliyi ilə izah etmək mümkün olsun. Patoloji xarakterli olmayan bütün hallar-da qan orqanlara, doğrudur, eyni kütlədə olmasa da, heç olmasa eyni tərkibdə daxil olmalıdır. Ancaq elə miqdarda və elə keyfiyyətdə olmalıdır ki, orqanizmin qorunma şərt-lərinə uyğun olsun.
Əgər baxılan hər bir hüceyrənin ibtidai, embrional in-kişafın ilk addımlarından başlayaraq sabit və çox rənga-rəng cinsi xarakteristikasını bütün bu variyasiyaların sə-bəbi hesab etməsək, onda ayrıca götürülmüş hər bir fərdi cinsi baxımdan onun rüşeym vəzilərinin cinsiyyət tipinə nisbi yaxınlığını göstərməklə tamamilə təsvir etmək olar-dı. Onda məsələ həqiqətdə olduğundan daha sadə həll olunmuş olardı. Lakin cinsi əlamətlər bütün orqanizmə təsəvvür olunan eyni kütlədə yayılmamışdır, ona görə də bir hüceyrəyə verilən tərif qalan digərlərini xarakterizə et-mir. Eyni bir varlığın müxtəlif hüceyrələri və orqanları arasında cinsi xarakteristikadakı əhəmiyyətli kənarlaşma-lar az-az baş versə belə, ayrıca götürülmüş hər bir hüceyrə üçün bu xarakteristikanın spesifikliyini ümumi hal hesab etmək lazımdır. Bu halda müəyyən etmək olar ki, hətta ay-rı-ayrı hüceyrələrin deyil, ayrı-ayrı orqanların əhəmiyyətli müxtəlifliyinə nisbətən bütün bədənin cinsi xarakteris-tikasının tam yekrəngliyinə yaxınlaşmalar çox az-az olur. Maksimum dəyişilmə imkanları hələ hər bir hal üçün təd-qiqat yolu ilə müəyyən edilməlidir.
Əgər hələ Aristotel tərəfindən söylənilmiş və əksər həkim və zooloqlar tərəfindən dəstəklənən məşhur fikrə görə heyvanın axtalanması onu heç bir istisnasız əks cinsə çevirə bilərsə, misal üçün dişinin eo ipsosunun axtalan-ması onu tamamilə erkəyə çevirə bilərsə, o zaman hər hü-ceyrənin rüşeym vəzilərindən asılı olmayan ilkin əsaslı cinsi əlamətlərinin mövcudluğu məsələsi yenidən müba-hisəli olardı. Lakin Zellheym və Foqesin ən yeni eksperi-mental tədqiqləri göstərdi ki, qadından tamamilə fərqlə-nən axta tipi mövcuddur, erkəyin axtalanması heç də onun dişiyə çevrilməsi ilə eyni deyildir. Doğrudur, bu yöndə geniş radikal nəticələrdən qaçmaq lazımdır. O da istisna deyil ki, əks cinsin gizli qalan rüşeym vəzi birinci rüşeym vəzisinin aradan qaldırılmasından yaxud atrofiyasından sonra cinsi cəhətdən müəyyən ölçüdə dəyişkən orqanizmi sarır. Klimakteriya dövründə orqanizmdə qadın cinsiyyət orqanlarının başqalaşmasında ikinci dərəcəli cinsi əlamət-lərin – “nənə”də saqqalın, qoca cüyürlərin alnında kiçik qozaların, qoca toyuqlarda “xoruz lələklərinin” və i.a. mü-şahidə olunması kimi çoxsaylı və bir qədər cəsarətli izahı olan hallar mövcuddur. Bunula belə, daha yaşlı orqanların deqradasiyası, onların əməliyyat yolu ilə aradan qaldırıl-ması olmadan da oxşar dəyişikliklər baş verir. Tamamilə normal inkişaf kimi bunları Cymothoa, Anilocra, Nerocila cinsinin nümayəndələrində, balıq parazitlərində, Cymot-hoe alcimeda qrupuna aid asellus aquaticuslarda (dəniz ulağı) müəyyən etmək olar. Bu heyvanlar tamamilə xüsusi cinsdən olan hermafroditlərdir. Onlarda eyni zamanda fəaliyyət göstərə bilməsələr də, daim və eyni zamanda həm kişi, həm də qadın rşeym vəziləri olur. Onlarda həm də protandriyanın bir növü müşahidə olunur – hər bir fərd əvvəlcə erkək, sonra isə dişi kimi fəaliyyət göstərir. Özü-nün kişi fəaliyyəti dövründə onların inkişaf etmiş maya-lanma orqanları olur, qadın keçid yolları və mayalanma orqanları inkişaf edib açıldıqda isə bunlar atılır. Lakin tamamilə bunun oxşarı olan hallar insanlarda da rast gəli-nir. Cinsi psixopatologiyada barəsində danışılan yaşlılar-da, yetişkin kişi və qadınlarda müşahidə olunan “evirato” və efleminato” adlanan qəribə hallar bunu sübut edir. Kişi rüşeym vəzinin kəsilməsi halında isə erkəyin dişiyə çevrilə bilməsi imkanını heç cür inkar etmək olmaz. Buna bax-mayaraq, faktların göstərilmiş rabitəsi ümumi və zəruri ola bilməz, ona görə ki, axtalanma fərdi məcburən əks cinsin nümayəndəsinə çevirmir. Bu onu sübut edir ki, arreno-plazma və teliplazma hüceyrələrinin bütün orqanizmdə ilkin olaraq mövcud olduğu qəbul edilməlidir.
Hər bir hüceyrədə ilkin cinsiyyət əlamətlərinin möv-cudluğu və təkcə rüşeym vəzilərinin ifrazının yetərli ol-madığı (təyinedici cinsi əlamət kimi) daha sonra qadın cinsindən olan heyvana köçürülmüş kişi rüşeym vəziləri-nin tamamilə dölsüz olması ilə sübut olunur. Doğrudur, bu təcrübələrin daha ciddi sübut olunması üçün kəsilib gö-türülmüş xayalar qohumluq etibarı ilə mümkün qədər da-ha yaxın qadın fərdə, məsələn axtalanmış erkəyin bacısına calanmalıdır. Hər yerdə olduğu kimi burada da ona fikir vermək lazımdır ki, təcrübədən birmənalı nəticə alınması üçün şərait mümkün qədər təmiz izolə olunsun. Maca-rıstanın Xrobaka klinikasında aparılmış təcrübələr onu göstərdi ki, tamamilə təsadüfi seçilmiş iki erkəyin xayala-rının dəyişdirilməsi sonuncuların atrofiyasına səbəb olur, həm də ikinci dərəcəli cinsi əlamətlər labüd olaraq məhv olur (məsələn, süd vəziləri). Ancaq onun təbii vəziyyətin-dən rüşeym vəzisinin çıxarılıb elə həmin heyvanın istəni-lən yerinə daxil edilməsi (belə ki, onun öz toxuması saxla-nılır) ideal halda sanki heç bir şey çıxarılmayıbmış kimi ikinci dərəcəli əlamətlərin inkişafına mane olmur. Eyni cinsdən olan axtalanmış fərdlərə vəzi köçürülməsindəki uğursuzluq başlıca olaraq ailə qohumluğunun yetərli qə-dər yaxın olmaması ilə izah olunur: burada idioplazmatik məqam birinci yerə qoyulmalıdır.
Bu hallar qan köçürmə (transfusio) ilə bağlı təcrübə-ləri xatırladır. Əməli cərrahlıq qaydasına görə itirilmiş qan başqa fərdin qanı ilə əvəz edilərkən hər iki fərd nəinki eyni növdən və qohum ailədən, həm də eyni cinsdən olmaldır. Orqan köçürmə təcrübələri ilə (transplantatio) analogiya gözə çarpır. Əgər burada müdafiə olunan baxışlar təcrübə ilə təsdiqlənsə, onda cərrahlar xörək duzu daxil etməklə qalmayıb, həm də transfuziya etdikləri üçün qanı köçürü-lən heyvanların qohumluq etibarı ilə bir-birinə kifayət qə-dər yaxın olmasına da diqqət yetirməlidirlər. Bir sual ca-vabsız qalır: belə olan halda mümkün qədər yaxın kişilik, yaxud qadınlıq dərəcəsinə malik varlıqların qanından isti-fadə olunması tələbi ifrat ola bilərmi?
Transfuziya zamanı müşahidə olunan şərtlər qan kü-rəciklərinin xüsusi cinsi əlamətlərə sahib olmasını sübut etdiyi kimi kişi rüşeym vəzilərinin dişiyə və ya əksinə qa-dın rüşeym vəzilərinin erkəyə köçürülməsindəki (trans-plantasiyasındakı) tam uğursuzluq da onu göstərir ki, yu-xarıda qeyd olunduğu kimi daxili ifrazat yalnız ona uy-ğun arrenoplazmaya və teliplazmaya təsir göstərir.
Bununla bağlı orqanoterapevtik müalicə üsullarını da yada salmaq lazımdır. Əgər mümkün qədər zədələnmə-miş bütöv rüşeym vəzilərinin digər cinsdən olan fərdlərə köçürülməsi heç bir nəticə vermirsə, onda yuxarıda söylə-nənlərdən, məsələn, yumurtalıqdan götürülərək erkəyin qanına daxil edilən hissəciklərin nə üçün ona yalnız ziyan vura biləcəyi aydın olur. Lakin digər tərəfdən orqanote-rapiya prinsipinə qarşı edilən çoxsaylı etirazlar məhz müx-təlif növ orqanik preparatlar tam təsirsiz olduğu üçün qüv-vədən düşür. İdioplazma haqqında təlim kimi çox vacib bir bioloji prinsipə qarşı diqqətsizlik ucbatından həkimlər, orqanoterapiya nümayəndələri, bəlkə də, öz laqeydliklə-rindən çoxlu düzgün müalicə hallarını əldən qaçırmışlar.
Bölünmə imkanını itirmiş toxuma və hüceyrələrə də spesifik növ xarakteri aid edən idioplazma haqqında təlim hələ hər yerdə qəbul olunmamışdır.
Hər halda hər kəs bu fikirlə razılaşmalıdır ki, rüşeym vəzilərində növ əlamətləri cəmləşmişdir və rüşeym vəzi-lərindən alınmış preparatlar üçün mümkün qədər az cin-siyyət fərqi zəruridir, lakin metodun özü sadəcə tonik ef-fektdən daha qiymətli bir şey verməyə can atır. Rüşeym vəzilərinin köçürülməsi və onların ekstraktının başqa fərd-lərə vurulması ilə paralel təcrübələr aşağıdakı halda, yəqin ki, çox faydalı olardı: məsələn, xoruzun elə özündən ya da digər qohum fərddən çıxarılmış və onun ayaqlarının arası-na qoyulmuş – köçürülmüş kişi xayasının təsirini xayadan hazırlanmış ekstraktın digər axtalanmış xoruza introven inyeksiyasının təsiri ilə müqayisə edərkən (həm də eks-traktlar qohum fərdlərdən götürülmək şərti ilə), bəlkə də, belə təcrübələr orqanik preparatların hazırlanması və miq-darı, eləcə də inyeksiyaların sayı ilə əlaqədar zəngin elmi açıqlamalar vermiş olardı. Rüşeym vəzilərinin daxili ifra-zatlarının hüceyrə maddəsi ilə kimyəvi cəhətdən birləşib-birləşmədiyini yaxud onların təsirinin kütlədən asılı olma-dan yalnız dağıdıcı olduğunu nəzəri cəhətdən müəyyən etmək də həmçinin arzu olunandır. Sonuncu müddəa bu vaxta qədər aparılmış tədqiqatlar əsasında hələ ki, müəy-yən oluna biməz. Daxili ifrazatın son cinsi xarakterin for-malaşmasına təsiri üzərində aparılan araşdırmanın hədləri ona görə gətirilib ki, bizim qəbul etdiyimiz anadangəlmə, ümumiyyətlə, hər bir hüceyrə üçün fərqli, lakin əvvəlcə-dən müəyyən edilmiş cinsi xarakteristika haqqında müd-dəanı etirazlardan qoruyaq. Əgər çox böyük hallarda eyni bir orqanizmin müxtəlif hüceyrə və toxumaları üçün bu xarakteristikaların dərəcəsini fərqləndirmək olmasa da, hər halda böyük amplitudların mümkünlüyünü göstərən istisnalar mövcuddur. Eynilə bunun kimi ayrı-ayrı yumur-ta hüceyrələr və spermatazoidlər nəinki müxtəlif orqa-nizmlərdə, eləcə də eyni bir fərdin follikullarında və toxu-munda eyni bir vaxtda, daha çox da müxtəlif vaxtlarda fərqli kişilik, yaxud qadınlıq nümayiş etdirirlər. Məsələn, onların toxum telləri müxtəlif quruluşda və müxtəlif hərə-kətlilikdə olur. Əlbəttə, bu vaxta qədər biz bu fərqliliklər barədə çox az bilirdik, çünki heç kəs bu hadisələri həmin nöqteyi-nəzərdən araşdırmamışdır.
Fövqəladə dərəcədə maraqlıdır ki, amfibiyaların nü-vələrində spermatogenezin normal inkişaf pillələri ilə ya-naşı tamamilə düzgün və yaxşı inkişaf etmiş yumurtalara da rast gəlinmişdir. Bu fakt da müxtəlif alimlər tərəfindən dəfələrlə tədqiq olunmuşdur. Fərz edək ki, bu tapıntının şərhi mübahisə doğurur: yumurtaların olması daha son-ralar şərtsiz müəyyən olunsa da, toxum kanalcıqlarında yalnız normadan çox böyük hüceyrələrin mövcudluğu-nun möhkəm müəyyən olunduğu etiraf edilir. Hər bir hal-da göstərilən amfibiyaların arasında çox tez-tez hermafro-ditlərə rast gəlinir. Bu fakt isə bir orqanizmdə arrenoplaz-ma və teliplazmanın bircinsliyini qəbul edərkən ehtiyatlı olmağın zəruriliyini sübut edir. O fakt da belə tələskənlik kateqoriyasına aiddir ki, insan fərdi doğularkən onda kişi cinsiyyət orqanının olması sayəsində (qısa, epispadik, hi-pospadik, hətta ikitərəfli kriptorx olsa da) oğlan sayılır və ona heç düşünmədən belə baxılır, baxmayaraq ki, bədənin digər hissələrində, məsələn beyin cəhətdən götürüldükdə o arrenoplazmadan daha çox teliplazmaya yaxın olur. Bu-rada isə hələ doğuş zamanı cinsiyyətin incə dərəcələrini fərqləndirməyi də öyrənməli idik.
Bir bədənin bütün hüceyrələri üçün eyniliyi təcrübi yolla təsəvvürü imkansız ilkin cinsi xarakteristikaların mövcudluğuna dair məşhur əminliyi də bir az uzun in-duksiya və deduksiyaların nəticəsi saymaq olar. Hər bir hüceyrə, hər bir hüceyrə kompleksi, hər bir orqan arren-oplazma ilə teliplazma arasında onun yerini təyin edən müəyyən bir göstəriciyə sahibdir. Xülasə, əksər hallarda əgər çox böyük dəqiqlik tələb olunmursa, bütün bədən üçün bir əlamət yetərlidir. Lakin əgər ayrıca götürülmüş hər bir halda belə səthi təsvirlə kifayətlənmək fikri ciddi-dirsə, onda bu yalnız nəzəriyyədə faciəli səhvlərə, prakti-kada isə ağır xətalara gətirib çıxara bilər.
Elə ilkin cinsi xarakteristikanın müxtəlif pillələri də-yişkən (ayrı-ayrı fərdlərdə həm kəmiyyətcə, həm də key-fiyyətcə) daxili ifrazatla birlikdə aralıq cinsi formaların mövcudluğunu şərtləndirir.
Arrenoplazma və teliplazma saysız-hesabsız keçidləri ilə “daxili ifrazatla” birlikdə bundan əvvəlki fəsildə müs-təsna olaraq məşğul olduğumuz mikroskopik fərqləri ya-radan mikroskopik amillərdir.
Alınmış nəticələrin doğruluğunu qəbul etsək, bütün tək-tək orqanların quruluş və funksiyalarında K və Q tip-ləri arasındakı müxtəlif toxuma və orqanlarda arrenop-lazma və teliplazmanı bir-birindən fərqləndirən formada fərqləri öyrənmək üçün bütöv bir anatomik, fizioloji və histoloji tədqiqatların zəruriliyini də qəbul etməliyik. Bu vaxta qədər əldə etdiyimiz orta rəqəmlər müasir statistiki çətin ki qane etsin. Onların elmi dəyəri həddən ziyadə az-dır. Məsələn, əgər beyindəki cinsi fərqlərə dair aparılmış bütün tədqiqlər belə əhəmiyyətsiz nəticələr əldə edibsə, bu onunla izah olunur ki, heç vaxt tipik təzahürləri axtar-mamış, metrik şəhadətnamə yaxud meyidə səthi baxışla bu və ya digər cinsə aid olması haqda göstərişlərlə kifa-yətlənmiş, hər bir İvan və ya Mariyanı kişilik yaxud qa-dınlığın tam dəyərli nümayəndəsi hesab etmişlər. Əgər psixoloji məlumatlarla kifayətlənməmişiksə, onda ən azın-dan bədənin qalan hissəsinin quruluşuna dair kişiliyin və qadınlığın müəyyən edilməsi üçün əhəmiyyət daşıyan faktları (məsələn, böyük təpələrin məsafəsini) müəyyən etməli idik, çünki müxtəlif hissələrin cinsi xarakteristika-larının harmoniyası ayrı-ayrı orqanlar arasındakı böyük sıçrayışlardan daha tez-tez rast gəlinəndir.
Elə həmin səhvlərin mənbəyi – tipik fərdlər yerinə aralıq cinsi formaların düşünülməmiş qoyuluşu bununla belə digər tədqiqatlarda da aradan qaldırılmamışdır. Bu laqeydlik əhəmiyyətli və isbatedici nəticələrin əldə edil-məsini uzun müddətə ləngidə bilər. Məsələn, hətta çox sayda oğlan doğulmasının səbəblərini müşahidə edən hər kəs bu müddəaları nəzərdən qaçırmamalıdır. Etinasızlıq cinsiyyətin təyin olunması probleminin tədqiqi ilə məşğul olanlara özünü xüsusilə hiss etdirəcək. Nə qədər ki o özünün tədqiq obyekti olan hər bir varlığın K və Q arasın-dakı vəziyyətini (yerini) müəyyən etməyib onun fərziy-yələrinə, hətta metodlarına etimad göstərməkdən çəkinil-məlidir. Əgər o xarici əlamətlərə görə aralıq cinsi forma-ları indi edildiyi kimi kişi və qadın doğuşları sırasına aid edərsə, o zaman elə hallarla üzləşər ki, onun özünün əley-hinə şahidlik edər. O, gerçəkdə mövcud olmayan halları zidd instansiyalar kimi nəzərdən keçirəcək. İdeal kişi və ideal qadın olmadan tədqiqatçı gerçəkliyə tətbiq edə bilə-cəyi möhkəm miqyasdan məhrumdur, kor kimi naməlum səthi mühakimələrin qaranlığında dolaşır. Məsələn, bir rotatoria növünün (Hydatinasenta) cinsiyyətini təcrübi yolla təyin etməyə nail olmuş Mona cəmi 3-5% yayınma halı qeydə almışdır. Aşağı temperaturda dişilərin doğulu-şu adi bir şeydir, ancaq yenə də dişilərin göstərilən faizi özünü büruzə verir. Yüksək temperaturda qaydanın əksi-nə eyni sayda dişi doğulurdu. Etiraf etmək lazımdır ki, bunlar aralıq cinsi formalar, yüksək temperaturda arren-oid erkəklər və aşağı temperaturda teliid dişilər idi. Bura-da problem daha mürəkkəb şəkildə özünü göstərir. Məsə-lən, hələ insanları demirəm, öküzlərdə nəticələrin faizi çə-tin ki o qədər yüksək olsun, buna görə də burada aralıq cinsi formaların törətdiyi yayınmaların düzgün izahı da-ha çətindir.
İnkişafın morfologiya, fiziologiya və mexanikasına oxşar olaraq cinsiyyət tiplərinin müqayisəli patologiyası da həmçinin çox arzuolunandır. Aydındır ki, orada oldu-ğu kimi burada da statistikadan məlum nəticələri çıxar-maq olar. Əgər statistika məlum xəstəliyin daha tez-tez “kişilərdə” deyil, “qadınlarda” olduğunu göstərirsə, onda özümüzdə cəsarət tapıb aşağıdakı müddəanı qəbul etmə-liyik: bu teliplazmaya məxsus, ona “idiopatik” bir xəstə-likdir. Məsələn, qalxanabənzər vəzinin fəaliyyətinin da-yanması ilə yaranan selikli axıntı – Q xəstəliyidir, xayanın hidroposu təbiətcə K xəstəliyidir.