banner banner banner
Sis və gecə
Sis və gecə
Оценить:
Рейтинг: 0

Полная версия:

Sis və gecə

скачать книгу бесплатно


– Sizi cəzalandırmaq istədilər hərhalda, – Mustafa deyir.-İlk dəfə

saxlanılanda Fəxrini niyə buraxdılar ki?

– Edəcək heç nə yox idi, – deyirəm, – Sorğuda mən də vardım.

Fəxri Minə itməzdən üç gün əvvəl Antaliyaya gedib. Bütün həftə ailəsinin yanında qalıb. Şahidlər var, atası da polkovnikmiş, keçən il ölüb.

– Polkovnik idisə, şef, polkovnik əvvəl oğlunu tərbiyə etməli idi. O şərəfsizin sizə atəş açdığı silah belə ordu malıdır.

– Ciddisən? – deyə dönüb soruşuram.

–Bəli,-deyir Mustafa-Atasının zabit vaxtından qalma “Kırıkkale” tapançası.

Ağlım qarışdı. Təşkilat suiqəsddə öz silahlarından yox, təqaüdçü bir polkovnikin “Kırıkkale” tapançasından istifadə

edir! Qəribədir!

– Bəs o birinin istifadə etdiyi silah?

– Sizə atəş açdıqları silahı hələ tapa bilməmişik. Amma güllələri araşdıran ekspertlər əsgərlərin istifadə etdiyi “Kolt” markalı tapança olduğunu deyirlər.

Simitçi gözlərimin önünə gəlir. Əlində ağır bir silah, bəlkə də elə “Kolt” idi, tapançanı iki əli ilə tuturdu. Silah titrə-yəndə, müvazinəti pozulmasın deyə ayaqlarını açaraq taraz-lığını saxlayıb elə atəş açırdı.

– Yəni o da polkovnikin silahıdır? – deyə soruşuram.

– Ola bilər, İsmət bəy araşdırır.

Demək, İsmət bəy araşdırır. Əmim Minə ilə olan münasibətimi sezib deyəsən. Hadisəyə əl qoyub. Bəlkə bu oğlanı da alıb yanına. Yox, canım, o, həmişə tək çalışır. Nə də olsa bir ailədənik.

Ətlə dırnağı ayırmaq mümkün deyil.

– İsmət bəy bunları sizə niyə danışmayıb ki?-Mustafa da şüb-hələnməyə başlayıb. Yoxsa bu uşaq göründüyündən də ağıl-lıdır?

26

– Yaxşılaşmağımı gözləyir, yəqin.

Cavabımı dinləyəndən sonra gözucu məni süzür.

– Bu işi bizmi görəcəyik, şef?

– Sənin qulağına nəsə çatıb? -deyə soruşuram. Səs tonum sərt deyil, amma güclüdür.

– Tam olaraq bilmirəm, amma işə siyasi polisin sahib çıxacağını eşitdim.

İş yaxşıca budaqlanıb-şaxələnməmiş gərək əmiylə danışım bunu. Qoy görək, tələsməyək, əvvəl nələr baş verdiyini öyrənmək lazımdır.

– Bu səlahiyyət məsələsidir, demək – gülümsünürəm. Rahatlığım Mustafanın şübhələrini yüngülləşdirir. Amma üzündə bir narahatlıq var. Panqaltıdan Qurtuluşa girərkən anlayıram səbəbini.

– Şef, – sanki yalvaran bir səslə deyir. – Evə qayıdanda mənimlə

geri qayıtdığınızı deyin heç olmasa.

– Yaxşı, sən narahat olma.

Avtomobilimiz Qurtuluş prospektinin tıxacında bir müddət güc-bəla ilə irəlilədikdən sonra sağa dönən küçəyə yö-nəlir. Küçədən xeyli aşağıya, Feriköy qəbiristanlığına qədər eni-rik. Qəbiristanlığa paralel uzanan tənha küçəyə gəlib çatanda:

– Mən burda enəcəyəm, – deyirəm, – Ev bir az qabaqdadır onsuz da.

– İstəsəniz gözləyim sizi, – son bir ümidlə deyir, – Hava çox pisdir, ola bilər ki, maşın tapmayasınız.

Tək qalmağa ehtiyacım var, o yanımda ikən yaxşı düşünə bilmirəm.

– Sağ ol Mustafa, mən başımın çarəsinə baxaram.

Narahatlığı artır.

– Nə vaxt qayıdarsınız?

27

– Bir neçə saat sonra evdəyəm. Fəxri ilə təşkilat yoldaşlarının şəxsi işlərini unutma.Bir tərslik olsa “mənə zəng elə”-avtomobildən enərkən deyirəm.

– Olar, zəng edərəm, – deyir Mustafa. – Nə olar, özünüzə diqqət yetirin.

Bu diləyində səmimidir, çünki mənə bir şey olsa öz başının da ağrıyacağını çox yaxşı bilir.

– Narahat olma, Mustafa, acı badımcanı qarğalar yeməz, – deyirəm. -Xoş gəldin!

– Görüşərik, şef, – mən qapını bağlayanda sağollaşır.

28

Dördüncü fəsil

Qar dənələriylə qarışıq güclü bir külək sürüməyə çalışır məni. Yüngülcə ağaran yerlərdə ayaq izlərim qalır. Tənha küçə

qarın altında olduğundan daha da yalqız görünür. Titrəyirəm.

Möhkəm-möhkəm paltoma bürünürəm.Yəqin başım gicəllənir.

Önümdəki paslı elektrik dirəyinə söykənib bir az da olsa nəfəsimi dərmək istəyirəm. Üşüməm artır; istirahət fikrimi dəyişirəm, bir neçə metrdən sonra onsuz da Minənin evinin olduğu dar dalanın başlanğıcında olacağam. Özümü yenidən küləyə təslim edirəm. Dar dalanın girəcəyinə gəlib çatmışam artıq, baş dön-məmi və əsməmi unutduran o görünüşlə qarşılaşıram; Minənin yaşadığı mənzilin qarşısında bir qız arxası mənə sarı, qapının açılmasını gözləyir.Əynində Minənin mavi gödəkçəsi var. Mustafa haqlı idi, bura heç gəlməməliydim. Yaxşı deyiləm. İşə bax, günün günorta çağı qarabasmalarım tutub. Amma qəribədir, Minənin qarabasması itmir. Ona doğru gedirəm. Başında qara bir şlyapa var, üstəlik Minənin belə bir şlyapasının olub olmadığını da xatırlamıram. Bunun nə əhəmiyyəti var, artıq əməlli başlı korşalan yaddaşım ona ancaq bu cür şlyapanı yaraşdıra bilərdi. Amma həmişə ona "Sənə qara çox yaraşır" demirdim mi?Aramızda on-on beş addım ya olar, ya olmaz…

Günlərdir narahatlıq içində qıvrıla -qıvrıla həsrətini çəkdiyim gənc qızın, bu dar dalanda rast gəldiyim xəyalına incitməkdən qorxarcasına yaxınlaşıram. Boynu içəri doğru çəkir, ayaqlarını yavaş – yavaş tərpədir. Üşüyür deyəsən.

Çox üşüyürdü Minə, onunla keçirdiyim gecələrdə meh-riban bir pişik kimi qoynuma qısılardı. Yaxınlaşanda baxıram ki, əlində qara bir paket var, sanki bazarlıqdan qayıdır. Paketi tutan əlcəksiz əlini görürəm, soyuqdan qıpqırmızı olub. Necə

29

də gerçəkmiş kimi görünür! Çiyininə yüngülcə toxunsam, hər zamanki kimi dönüb xəfifcə gülümsəyərmi mənə görəsən? İnsan bu qədər detallı xəyal görə bilərmi? Niyə də yox? CENTO

kursları üçün İngiltərəyə gedəndə, ictimai psixologiya mövzusunda mühazirə verən qadın professor beynin gizli güclərindən danışmışdı bizə.

Deyəsən, nəzərdə tutduğu belə bir duyğu idi. Xoş bir yanılmadır bu. Xəyalımla aramızda bir neçə metrlik bir məsafə

qalmışkən, qulaqlarıma metal səsi gəlir. Bu, qapını açan mexa-nizmin çıxardığı səsdir. Daha əvvəllər kim bilir neçə dəfə zəngi basıb, səbirsizliklə bu səsin qapını açmasını gözləmişdim. Gənc qız açılan dəmir qapını əliylə itələyərək içəriyə süzülür. Qapı bağlanmadan mən də gedib çatmalıyam. Sürətlənirəm, qəfil ayağım sürüşür, güclə özümü saxlayıram. Qapı bağlanacaq bir neçə saniyəyə, özümü bir təhər çatdırıb tuturam soyuq dəmirdən. Nəsə naməlum bir ürpərti hiss edirəm, amma bu qarabas-manı itirməməliyəm; mən də içəri girirəm. Gənc qız binanın işığını yandırıb yuxarı çıxır. Qəribədir, axı qarabasmaların işıq nəyinə lazımdır?! Bəlkə, bu həqiqətən də elə Minədir? Ümidlə

təkrarlayıram öz-özümə, ola bilər? Bəlkə yenə o dəliliklərindən birini etmək istəyib, heç kimin tanımadığı bir yoldaşının yanına gedib. Belə bir məsuliyyətsizlik edərmi?

“Kaş ki, belə olaydı” – deyə düşünərək, mən də pilləkənləri çıxmağa başlayıram. Bir az sürətlənsəm, onu tutacağam.

Səbəbini bilmədiyim bir ürkəklik mane olur mənə. Yenə də aramızdakı məsafə gedərək qısalır. Gənc qız üçüncü mərtəbədə, ev sahibi Madamın mənzilinin qarşısında dayanır, qapını döyür.

Niyə yuxarı, öz evinə çıxmadı, bu evin qapısında dayandı. Ge-cikdirdiyi kirayəni ödəyəcək, ya da hər zamankı kimi onlar üçün də nəsə alıb marketdən. Minənın, üzünü hələ görə bilmirəm. O da dönüb mənə baxmır, halbuki ayaq səslərimi eşit-30

məməyi qeyri-mümkündür. Ona xeyli yaxınlaşıram, amma qəribədir ki, aramızdakı məsafə qısaldıqca sanki bir az əvvəlki hə-yəcanım itir. İçimdən getdikcə güclənən bir səs “Bu qız Minə

ola bilməz” – deyir. Artıq arxasında dayanmışam, əlimlə yavaşca gödəkçəsinə toxunub, "Minə" deyə səslənirəm. Dönüb mənə

baxır, bir an Minənin üzünü görən kimi oluram, amma sonra Madamın əqli qüsurlu qızı Mariyanın boşluqda yellənən baxışlarıyla qarşılaşıram.

– Demək Minə zənn etdiyim sən idin, – deyirəm.

Qız ciddi-ciddi üzümə baxır, sonra əlini dodaqlarına apararaq:

–Şşt yatır, – deyir.

– Kim yatır? – deyə soruşuram.

Dodaqlarına apardığı əliylə aşağını göstərir, baxıram, bir şey görə bilmirəm. Gülümsəyir, əlindəki paketi açaraq içindən bez bir körpə kuklası çıxarır.

– Bax, Florisdir, – deyərək mənə uzadır. Mən nə edəcəyimi bilmədən kuklanı alanda evin qapısı açılır, əlil arabasında Madam Eleninin narahat üzü görünür. Qadın məni görəndə bir balaca rahatlayır.

– Ah Sədat bəy, siz idiniz? Mən də kimdir Mariya ilə danışan deyə narahat oldum.

Hər zamanki kimi ağ saçlarını arxada topalamışdı. Qırışlarla dolu üzündə dərin bir mətanət oxunur, ancaq gözlərində na-rahatlıqla dolu bir parıltı var. Aydındır ki, son günlərdə baş verənlər onu əməlli başlı çaşdırıb.

– Salam, necəsiniz, Madam?

– Təşəkkür edirəm, çoxdandır görünmürsünüz.

Uzun müddət gəlməməyim diqqətini çəkib, qəzetlərdəki suiqəsd xəbərində adım keçmədiyi üçün nələr olduğunu da bilmir… Yaxşı ki, bilmir.

31

– İşlərim vardı, – deyirəm. – Bir istinaq üçün İstanbuldan kənara çıxmışdım.

– Minə üçünmü?

– Demək olar ki, hə…

Madamın marağı get gedə artır.

– İçəri buyurun, zəhmət deyilsə? -deyib qapını göstərir.

Qısa bir tərəddüddən sonra təklifi qəbul edirəm, bəlkə yeni nə-sə öyrənə bilərəm. Mariya qapının ağzında durub hələ də.

Əlimdəki kuklanı ona uzadıram. Səssizcə götürür.

– Gəlsənə, quzum, – deyir Madam Eleni. Səsi şəfqət doludur.

Mariya anasının sözündən sonra içəri girir. Madam xaç çevir-dikdən sonra pıçıldıyır:

– Tanrı kömək eləsin, bunun da tez – tez ağlı başından çıxır.

Mariyaya baxıram, qalın kirpiklərinin altındakı iki iri zeytun dənəsi kimi quru gözləri mənasız bir şəkildə işıldayır. Diqqətlə

baxanda, onun Minədən daha uzun, daha boylu-buxunlu olduğunu görürəm. Niyə onu Minəyə bənzədirəm? Xəstəliyin təsirindən bu detalları qaçırmışam deyəsən. Yaxşı, bəs əynindəki gödəkçə? O Minəninki deyil? Dar dəhlizdən keçəndə soruşuram:

– Qızınızı Minəyə bənzətdim, – deyirəm, – Arxadan gördüm, gö-dəkçəni.

Ağrıyla gülümsəyir qadın,

– İki ay əvvəl idi, Maryia iki ayağını bir başmağa dirədi ki, bəs mütləq Minənin gödəkçəsindən istəyirəm. “Minə gənc qızdır, eyni gödəkçədən almağınız yaxşı olmaz” – deyərək başını qat-dım. Amma bir gün onun yanında “Mən sənin gödəkçəndən istəyirəm”-dedi. Qorxduğum kimi olmadı.Minə də “gedib alaq” – dedi. Bilirsiniz, çox istiqanlı idi. Çox yaxşı qız idi, çox....

Madamı dinləyə – dinləyə sol tərəfdə qapısı açıq bir otağa gözüm sataşır; kənarları qar kimi ağappaq mələfələri olan geniş

32

bir yataq ilə tam qarşımdakı divarda qara lövhənin üstündə

qırmızı və yaşıl rənglərlə bəzənmiş bir ikona var otaqda.

Salona keçəndə dəhliz birdən birə genişlənir. Burada gu-rultuyla yanan dəmirdən bir soba var. Sobanın üstündəki çay-danda qaynayan cökənin qoxusu bütün evi bürüyüb …

–Bu il qış şiddətli oldu, – Madam deyir.

– Bəli, – deyə cavab verirəm, – Yenə qar yağır.

–Tanrı kasıb-kusubun köməyi olsun, – deyir, – Kömür də od qiy-mətinədir.

Salona girəndə, hər zamankı kimi muzey duyğusuna qapılıram. Sanki bu daş evdə zaman dayanmışdı, içindəki insanlar da uzun illər əvvəlki həyat tərzi ilə yaşayırdılar. Yoxsa, köhnə əşyaları qorumaq, dəyişikliyə getməmək azlıqlara məxsus bir müdafiə üslubudur? Yox canım, yalnız azlıqlara məxsus bir mövqe deyil bu. Yaşlı insanlar ümumiyyətlə belə davranırlar. Və hər əşyanın bir xatirəsi olur adətən. Atmağa qıymaz-lar. Gözlərim divarlarda, taxtaları çürümüş çərçivələr içində, artıq xeyli saralmış şəkillərə zillənir. Zərli metal çərçivəsi olan bir şəkildə lopa bığlı bir adam ilə Madamın gəncliyi yan-yana dayanıb. O, Madamın iki il əvvəl ölən əri Müsyö Koço idi; orta boylu, yaraşıqlı bir kişi. Pəncərənin qarşısında tarixi ötən əsrin əvvəllərinə aid qoz ağacından düzəldilən dolabdaki kristal qə-dəhlər köhnə ziyafətlərin bulanıq parıltısını əks etdirməyi hələ

də inadla davam etdirirlər. Dolabın yanındakı divarda gümüş

çərçivəli böyük bir ayna, artıq bir çox kimsənin baş çəkmədiyi bu evdə, tilsimli görünüşünə yeni similar əlavə etmək üçün ümidlə yeni qonaqların gəlməyini gözləyir. Salonda günümüzü xatırladan tək cihaz sol küncdəki kiçik televizordur. Televizorun arxasındakı divarda, tavana yaxın bir yerdə maral başı asılıb. Bu, rəhmətlik Koçonun mahir bir ovçu olduğunun nişa-nəsidir. Madam bu maral başının hekayəsini eyni sözlərlə də

33