скачать книгу бесплатно
Məlikə maraqla bizi dinləyir.
–Üstündən Polşa istehsalı avtomat çıxıb. Bu sənə atəş açdığı silah deyil.
Silahı tapa bilməyiblər, vecimə də deyil. Əsas mənim üçün əhəmiyyətli olan Minədir, ona nə oldu? Fəxri öldü, yoldaşını da vurublarsa Minəni necə tapacağam? Əmimdən açıqca soruşsam,bilirəm, heç cavab da verməyəcək. Onsuz da ki, Məlikə də başımın üstündən heç ayrılmır, əmimi bir az daha yaxı-na çağırmalıyam. Ayağa durmaq istəyirəm.
Bacarmıram. Sağ çiynim sarıqlıdır, sol əlimin üstündə
isə damarıma bərkidilmiş nazik bir boru var. Başımı qaldıranda borunun o biri ucundakı plastik qan torbasını görürəm. Torbanın içindəki tünd qırmızı maye yavaş-yavaş damarlarma axır yəqin…Amma qan sanki heç azalmırmış kimi durğundur, hətta rəngi tündləşərək elə torbanın içində qalıb. Birdən qulaqlarım cingildəməyə başlayır. Qan tutmasıdırmı? Yox, canım! Mən qan görməyə alışmışam. Bəs onda niyə başım gicəllənir?
Əmimin üzü qaralır. "-Həkim! Təcili həkim çağırın!" -de-yə yalvaran həyat yoldaşımın səsi gedərək uzaqlaşır. Gözlərimi yumuram. İldırım bəy qarşımda dayanıb bığaltı qımışıb mənə
siqaret uzadır.
– Kimi gözləyirsən?– siqareti alanda soruşuram.
– Səncə,kimi gözləyə bilərəm burada? -deyə ətrafa boylanaraq istehza ilə cavab verir.
Mən də yan-yörəmə baxıram, yaşadığım binanın önündə durduğumuzu anlayıram.
– Bura mənim evimdir, – deyə çaşqınlıqla dillənirəm.
– Mən də səni gözləyirdim elə.
–Yaxşı, bəs sən ölməmişdin?– deyə soruşuram.
13
Yanıma yaxınlaşır, bir sirr verirmiş kimi pıçıltıyla danışır:
– Bir tapşırıqla gəlmişəm.
–Tapşırıqla? – Ağlıma gələn şeyə sevinirəm, -Yoxsa qatillərini…?
–Qatillərimi tapmaq sizin işinizdir, – sözümü yarıda kəsir – Mən sənin üçün gəlmişəm.
– Mənim üçün?
– Bəli, bir imtahandan keçəcəksən. Mən də imtahanın rəhbəri təyin edilmişəm.
Anlaya bilmirəm, səfeh – səfeh suallar verirəm:
– İldırım bəy, sən ölmədinmi?"
– Düzdür, mən ölmüşəm, – deyir, sonra acı bir təbəssümlə əlavə
edir: -Amma ölümün məni vəzifəmdən alacağını düşünürsənsə, yanılırsan.
Anlamaq istəyirmişcəsinə bir qədər onu süzürəm:
–Yaxşı, necə imtahandır bu?
– Necə bir imtahan olduğunu deyə bilmərəm. Sənə öyrədilən-ləri tətbiq eləsən, bacarmamaq üçün heç bir səbəb yoxdur. İllər öncə mən də Panamada buna bənzər bir imtahandan keçmişdim. Əminəm, sən də bacaracaqsan.
Gülümsəyir. Mən də ona gülümsünürəm. Heç də ölmüş
birinə bənzəmir.
–Birlikdə bir səfərə çıxacağıq.Bu səfər ərzində səhv etmək olmaz..
Lap köhnə günlərdə olduğu kimi, bir anda özümü hadisənin içində təsəvvür edirəm. Sanki İldırım bəy heç ölməyib.
Elə bil ki, birlikdə böyük bir əməliyyata hazırlaşırıq. İllərin verdiyi alışqanlıqla özümdən əmin danışıram.
– Oldu, mən hazıram
–Onda başlayaq,-deyir, başı ilə bir neçə metr irəlidəki avto-mobilimi göstərir, – Maşına gedək.
14
Maşına yaxınlaşırıq. Açarı çıxarıb qapını açıram. İçəri girəndə İldırım bəyin artıq yanımda oturduğunu görürəm. Hey-rətləndiyimi görəndə,
– Burax bu səfehliyi, – deyə gülümsünür, -Haydı, maşını işə sal.
Açarı burub heç çətinlik çəkmədən mühərriki işə salıram. Üzünə baxıram, amma bir şey soruşmuram. Yeni vəziyyətə alışmaq lazımdır.Ayağımı muftadan çəkib qaza basıram, avtomobil hərəkət edir. Binanın həyətindən çıxırıq.Beynimdə içinə düşdü-yüm bu qəribə imtahanın ipuclarını axtararkən:
– Qızı tapdın?– İldırım bəy qəfildən soruşur.
Dönürəm, göz-gözə gəlirik. Günahlandırır, yoxsa haqlı sayır, anlamaq çətindir. Başımı çevirib yola baxıram.
– Mən öldükdən sonra başladı bu əlaqə? – deyə təzədən soruşur.
Səsində qınaq yoxdur, alçaltma da…Dərdləşmək istəyən bir dostun səmimiyyətini hiss edirəm.Yenə də təmkinli davranı-ram.İldırım bəyin evlilik, uşaq, eşq kimi mövzuları çox önəm-səmədiyini bilirəm.Əksinə, peşəmizdən daha vacib ola biləcək romantik münasibətlərin işimizə maneə törətməsindən qorxardı. Buna görə də, qadınlarla bağlılıqdan yox, güvənməkdən doğan müvəqqəti münasibətlər qurmağın tərəfdarı idi.
– Haradan bilirsən?
– Unutmusan, biz hər şeyi bilirik, bilməliyik. Bildikdən sonra isə
həll etmək çox asandır.
Dərs verən bir müəllimi təqlid edirmiş kimi istehzalı bir tonla danışır.Gərilirəm. Amma özümə hakim olmalıyam. Mühiti yumşaltmaq istəyirəm. Onunkuna yaxın istehza ilə:
– Mövzu, “kəşfiyyat və əks-kəşfiyyat”dır, – deyirəm, sonra bir az ciddiləşib soruşuram. – Allah eşqinə, kimdən eşitmisən Minə
haqqında?
–Heç kimdən, özüm araşdırdım."
15
-Yaxşı, oldu, daha “Sən ölməmisənmi?” – deyə soruşmayacağa-m. Amma heç olmasa, niyə araşdırdığını de!
– Sən qatillərimi axtarmaqdan əl çəkincə, düşündüm ki, bunun üçün yaxşı bir səbəbin olmalıdır. Söhbətin bura çatacağını təxmin etməliydim. Bir müddət susuram. O sözlərini davam etdirir:
–Səni günahlandırdığımı düşünmə, qatillərimi tapmağa məcbur deyilsən. Araşdırmağımın səbəbi yalnız maraqdır.
Özümü toparlayıram.
– Qatilin tapıldığını bilmirsənmi? O terrorçu …
–Etmə Sedat! Heç olmasa, bunu etmə. Az əvvəl “qatillərini tapmaq üçünmü gəldin” deyə soruşan sən deyildin? "
–Mən sözgəlişi…
– Ayıbdır, Sedat. Öz ağlını da, mənimkini də təhqir edirsən.
Danışdıqca daha çox batdığımı hiss edirəm, çarxı dəyiş-dirib avtomobilə sürət verirəm. İldırım da susur.Yolun kənarındakı nəhəng elan lövhələrində bir cins firmasının reklamları.
var. Yarıçılpaq, cazibədar, qumral bir qız göbəkdən aşağı bədəninin bütün əzalarını büruzə verən bir mavi cins şalvar geyinib, xumarlı baxışlarla bizə gülümsünür. Lövhənin qarşısından keçərkən İldırım abi soruşur.
– Qız səni rahat edirdi. Deyil mi?"
Dərhal etiraz edirəm:
– Xeyr, düşündüyün kimi deyil. Onu sevdim.
–Mən də onu deyirəm.Qız ayaqlarını yerdən kəsdi, çoxdan unutduğun bir dünyaya apardı səni…“Halbuki mən öldüm"
deməsini gözləyirəm,demir. Sözlərinin ağırlığından xilas olmaq üçün soruşuram:
– Yoxsa imtahan bununla əlaqədardır?
– Ola bilər. Qəti bir şey deyə bilmərəm.
16
-Əslində əmimə danışacaqdım hər şeyi, -deyərək səhvimi qəbul edirmiş kimi görünürəm.
–Məsləhət bilmirəm, – deyir, – Səni anlamazlar. Ərizə işindən bəri, güvəniləsi biri deyilsən.
Belə bir cavabı heç gözləmirəm. Nə etmək istəyir bu adam?
– Sən nə düşünürsən? Bu əlaqə səhv idi?
– Səhv olduğunu bilsəydin, bunu etməyəcəkdin?"
– Bəlkə…Məncə edərdin. Aşiq olmusan. Sənin yaşında eşq çox təhlükəlidir.
– Yaşla nə əlaqəsi var bunun?
– Çox əlaqəsi var. Amma indi bunu danışmağın vaxtı deyil.
– Həmişə qırıq-qırıq danışırsan. Açıq danış, yardım et.
–Mənə güvənmə. Təkbaşınasan, nə etməlisənsə, özün edəcəksən.
Artıq danışmaq istəmədiyini demək istəyirmiş kimi, başını çevirib yola baxır.Amma sonra yenidən mənə sarı dönür:
– Sənə edə biləcəyim tək kömək odur ki, diqqətli olmağı tap-şırım.Diqqətli ol.""Diqqətli ol!" Bu iki söz cingildəyir qulaqlarımda. İldırım bəy, bu xəbərdarlığı harda gəldi etməz, əməliyyat əsnasında, əməliyyata girəcəyimiz anlarda belə deyərdi.
Mənə işarə verir? Bəlkə yanılıram, bəlkə elə-belə dedi. Amma imtahanda uğursuz olmaqdansa,səhv etməyi üstün tuturam."Diqqətli ol." Bu sözü hər eşidəndə istər – istəməz əlimi silaha aparıram. Bu dəfə o cür eləmirəm, ətrafıma nəzar salmaqla kifayətlənirəm. Şübhə oyandıracaq heç nə yoxdur.
Getdiyimiz yol az sonra dərin bir döngə ilə ana yola bağlanacaq.Yol sakitdir, bir az irəlidə, yolun burulduğu yerdə, səkidə bir adam dayanıb. Tam seçə bilmirəm, deyəsən qarşısında səyyar bir dəzgah var. Bir az yaxınlaşınca onun simitçi olduğunu anlayıram. Simitçidirmi? Amma bu yoldan elə də piyada keçmir axı! Maşındakılara satır?Diqqətlə süzürəm onu… Onu 17
daha əvvəl buralarda heç görməmişdim. Kənddən yeni gələn çərçilərə oxşayır. Əmin olmalıyam. İldırıma sarı dönürəm.Məni izlədiyini görürəm. İmtahan tapşırığıdır axı, gözlərimi qırpma-ğımdan nəfəs almağıma qədər heç bir hərəkətimi oğurlamaq istəmir. Kömək etmək istəyən baxışlarıma "Sual vermə!" deyi-rəmmiş kimi başını yelləyib qarşılıq verir.
“Hərəkətləri çox sürətldir, məndən yardım istəyərək vaxt itirmə” – demək istəyir yoxsa? Maşını yavaşladıram. Silahımı qoburdan çıxarmaq çətin olmur. Lüləyə patron tapança tutan sağ əlimi aşağıya qucağıma endirirəm. Simitçiylə aramızdakı məsafə qısalır. Onun bizə baxdığını görürəm. Bir az həyə-canlıdır, ya nədir? Birdən baxışlarını yolun qarşısına çevirir.
Sanki o da bir işarə izindədir. Baxdığı tərəfə dönürəm, Fəxriylə
göz-gözə gəlirik. Fəxrinin üzü gərgindir, sağ əlini cibindən çıxardır, tabançanı görürəm. Qaza basıb qaçmağa çalışsam, çox gec olacaq. Arxa tərəfdən isə çox yaxşı hədəf ola bilərəm. Yavaşca əyləcə basıram. Fəxri mənə sarı nişan almağa çalışır. Ondan tez davranmalıyam. Silahımı ona sarı yönəldirəm. Amma hələ tətiyi çəkməmiş atəş səsi eşidilir. Sonra mənim silahım atəş
açır. Fəxrinin atəş aça bilmədən yıxıldığını görürəm. Eyni anda qarnımda bir istilik hiss edirəm. Simitçiyə doğru sürətlə dönər-kən, avtomobilin sağ şüşəsini deşib keçən güllələrin səsini eşidirəm. Adam neçə metr irəlidə, iki əliylə tutduğu tapançasından mənə atəş açır. Əllərinin titrədiyini görürəm. Allahdan təcrübəli biri kimi yox, yoxsa indiyə kimi çoxdan torpaq şöbə müdiri vəzifəsinə götürmüşdü məni.
Avtomobilin küncündə, sanki məni gizləyə bilirmiş kimi sükanın arxasına doğru sığınıb ona qarşılıq verməyə çalışıram.
Lakin diksinərək əlimin sözə baxmadığını duyuram. Sağ çiy-nimi ağrı bürüyüb. Onun nişançılığı haqqında erkən fikir bildir-mişəm deyəsən. Atəş aça bilməsəm işim bitdi. Silahı sol əlimə
18
keçirirəm. Necə gəldi atəş açmağa başlayıram. Ən az onun kimi əldən kəməm. Amma işə yarayır. Düşmənim çatışmanın gər-ginliyinə dayana bilməyib qaçmağa başlayır. Qaçanda dəzgaha dəyir, simitlər səpələnməyə başlayır. Səndələyir, az qalır yıxıl-sın, amma yıxılmır, yenidən qamətini düzəldir. Tapançanı qaldırıram, nişan almağa çalışıram, amma birdən onun boyu uzanmağa başlayır.
Bir neçə saniyə içində, hər bir addımı neçə metri keçəcək kimi böyüdüyünü görürəm. Az öncə dəzgahdan düşən bir simit adamın arxasına düşür. Ona yaxınlaşdıqca simit də böyüyür. Yanına gələndə simitin üzərinə atlayır, tək təkərli bir velo-siped kimi sürüb sürətlə uzaqlaşır.
– Özünü itirdin? – deyə soruşur İldırım. Onu tamamilə unutmuşdum.
– Sən də gördün?
– Ürəyin getməsin. – deyir.
– Harada idin?
– Burdaydım, yanında.
– Səni vurmadı?
– Güldürmə məni, ruhları vurmaq olmur.
– Haqlısan, – gülümsünərək deyirəm. Gülümsəmək belə incidir məni. Pis haldayam yəqin.