banner banner banner
Fərdi effektiv sürətli oxu
Fərdi effektiv sürətli oxu
Оценить:
Рейтинг: 0

Полная версия:

Fərdi effektiv sürətli oxu

скачать книгу бесплатно

Fərdi effektiv sürətli oxu
Toğrul Türkkan

Reha Oğuz Türkkan

Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.

İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.

Reha Oğuz Türkkan

Toğrul Türkkan

Türk Gələcək Tədqiqatlar Vəqfinin fəxri rəhbəri olan Ord. Prof. Dr. Reha Oğuz Türkkan Nyu York, Kolumbiya və CCNY universitetlərinin keçmiş təhsil işçisidir. 1960-1969-cu illərdə Amerikada 124 təhsil mərkəzi (UNİTEQ) yaradıb (bunlardan beşində sürətli oxuma kursları açıb). Rəhbəri olduğu “Learning foundations” vəqfinə ABŞ tərəfindən dörd əyalətin təhsil üsullarını yeniləmə tapşırığı verilib. 1970-ci illərdə “Learning Materials Publishing” nəşriyyat evinə rəhbərlik edib.

Son yüz ilin ən önəmli psixoloqlarından olan tanınmış elm adamı prof. Skinner (Harvard universiteti) və prof. Crouder ilə (UCLA) birlikdə “Suallarla proqramlı öyrənmə”

metodunu təkmilləşdirmiş, bu yeni metodun üç yaradıcısından biri olaraq ABŞ-dakı təhsildəki xidmətlərinə görə “Who’s Who” ensiklopediyasında yer alıb. ABŞ tərəfindən 4

əyalətin təhsil planlanması və Sunrise Açıq Universitetinin tərkibində təhsil texnologiyası məsləhətçisi vəzifəsini daşıyıb.

124 məktəb (4-ü sürətli oxuma və kompüter üzrə) açıb. Eyni istiqamətdə Türkiyədə Yaykur Açıköğretim Universitetini yaradıb. 1975-1976-cı illərdə Milli Təhsil Nazir-liyinin Yaykur Açık Universitetlərinin qurucusu və idarəçisi vəzifələrini həyata keçirib.

1976-cı ildə NASA-ya məsləhətçi olaraq Hindistandakı peykli təhsil çalışmalarını incə-ləyib.

ABŞ-da olduğu müddətdə “Psixologiyanın iş dünyasında nailiyyətə təsiri və tətbiqi, razısalma psixologiyası və satış texnikaları” mövzularında iş dünyasına aid təlimlər verib, müxtəlif şirkət və qurumlarda məsləhətçi və Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərib.

1970-ci illərdə Türkiyədə sürətli oxuma adı ilə “Speed reading” texnikasını tanı-dıb, 1976-80-ci illərdə Milli Təhsil Nazirliyi, daha sonra isə Mədəniyyət və Daxili İşlər nazirliklərinin rəhbər işçilərinə, Boğaziçi Universitetinin təhsil işçilərinə və bir neçə firmalara kurs və seminarlar keçib. Sonralar isə xalqa açıq seminarlar verməyə başlayıb. “Çox sürətli oxuma” mövzusundakı Türkiyədəki ilk kitabını 1985-ci ildə yazıb.

1987-ci ildən etibarən yaradıcısı olduğu Türk Gələcək Tədqiqatlar Vəqfi daxilində əksər firmalara, ictimai təşkilatlara, məktəblərə və kurslara təhsil verib, xalqa açıq seminarlar təşkil edib. Yetişdirdiyi təlimçilər (Mustafa Ruşen, Muhsin Kadıoğlu, Toğrul Türkkan və başqaları) sürətli oxuma mövzusunu bütün Türkiyəyə yayıblar.

Toğrul Türkkan

Orta təhsilini Kadıköy Anadolu Liseyində, ali təhsilini Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsində tamamlayıb. 1966-cı ildən etibarən Türk Gələcək Tədqiqat Vəqfi daxilində sürətli oxuma təlimləri verməkdədir. 2000-ci ildə Reha Oğuz Türkkanla birlikdə

“dörd mərhələli effektiv sürətli oxuma sistemi”ni təkmilləşdirib. Kompüter dəstəyi ilə

sürətli oxuma təhsil proqramı kursunun səmərəsini böyük nisbətdə artmasını təmin edib.

2002-ci ildə HızlıOku.Pro kompüter məşq proqramını hazırlayıb.

Müxtəlif jurnal və kitablarda nəşr olunmuş məqalə, esse və hekayələri var.

1

Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlışəkildə yükəliş dövrünə qədəm qoydu.

İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş topluluqlarinformasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətlioxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətlioxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.

2

Fərdİ effektİv

sürətlİ oxu

3

Önsöz

Bu kitaba 20 illik təcrübə və kurs səriştəsinin məhsulu demək, hər halda çox da yanlış olmaz.

60-cı illərdə professor Reha Oğuz Türkkanın Amerikada öyrəndiyi və o illərdə açdığı “Suallarla proqramlı öyrənmə” məktəblərində tədris etdiyi “Sürətli oxu” ilə Türkiyə 1987-ci ildə tanış oldu. Türk 2000 Vəqfi və 2003-cü ildən etibarən də ALGE nəzdində o vaxtdan bu günə fərdlərə, özəl firmalara, məktəblərə, ictimai qurum və təşkilatlara qədər bir çox kurs, seminar təşkil edildi.

2000-ci ildə kitabın iki müəllifi sürətli oxuma ilə effektiv oxuma texnikalarının bir araya gətirilməsilə EffektivSürətli Oxuma sistemini inkişaf etdirdilər. Bu proses sürətli oxudan daha yaxşı, əhatəli oxuma/öyrənmə metodu olan bir sistemin tədrisinə əsaslanır.

Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.

İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş

topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.

4

* * *

Mütaliə əsnasında göz mətn üzərində soldan sağa doğru hərəkət edir; müəyyən yerlərdə dayanır; bu fasilələrdə eynən fotoaparat kimi gördüyü kəlmələrin şəklini çəkib beynə göndərir; beyin də daha öncədən öyrənmiş olduğu bu simvolları çözür, bir araya gətirir və fikri aydınlaşdırır.

Sürətli oxu kursu keçməmiş şəxs kəlmə-kəlmə oxuyur, özlüyündə səsləndirir, gözü mətn üzərində yavaş sürüşür və uzun fasilələr edir. Bu səbəbdən dolayı normal insanın oxu sürəti “tısbağa sürəti”ndə qalır.

Ləng oxucu inkişaf edən və sürətlə dəyişən informasiya əsrinə ayaq uydurmaqda çətinlik çəkir. Sürətli oxuma metodu müxtəlif göz gimnastikası vasitələri, gözün focus-lama tutumunu artırma, görmə arealını genişləndirmə tə-məlinə arxalanır. Beləcə, müəyyən məşq müddətindən sonra oxucuların oxu sürəti 200-300 faizə qədər yüksələ bilir.

Uzun adı “4 Mərhələli Effektiv Sürətli Oxuma Sistemi” olan, ESO proqramı oxucuların informasiyaya daha sürətli, effektiv şəkildə çatmalarını və məhsuldar oxuma vərdişinə sahib olmalarını təmin etmək üçün yaradılmış, nəzəri-praktiki əsaslı oxuma/öyrənmə sistemidir.

Effektiv Sürətli Oxuma sistemi daha sürətli, effektiv, çevik və məhsuldar oxuma vərdişi yaradan kompleks sistemdir. Proqram 15-20 gün ərzində müəyyən çalışma pe-riodu halında tətbiq edilir.

20 günlük bu çalışma nəticəsində əvvəlkinə nəzərən orta hesabla 2,5 dəfə sürətli oxuyan, oxuduqlarını daha yaxşı qavrayan və daha uzun müddətə yadında saxlaya bilən oxucu halına gələcəksiz.

5

Niyə sadəcə sürətli oxu deyil, “Effektiv Sürətli Oxuma Sistemi”?

Çünki Effektiv Sürətli Oxuma Sistemi sadəcə göz sürətini artıran bəsit məşqlərdən ibarət üsul deyil. Sürətli oxuma texnikaları Effektiv Sürətli Oxuma Sisteminin sadəcə bir hissəsini təşkil edir.

* * *

Effektiv Sürətli Oxuma Sisteminə bir neçə cümlə ilə

bu şəkildə xülasə vermək olar. Verdiyimiz ipuclarından sonra əsas məsələyə keçmək olar. Kitab vasitəsilə addım-addım irəliləyəcəyik. Sistem 20 günlük çalışma proqramı olaraq hazırlanıb. Hər gün nizamlı şəkildə məşqinizi davam etdirməyə diqqət göstərin. 20 gündə 20 saat ayıraca-ğınız bu metod həyatınıza minlərlə saat əlavə zaman qa-zandıracaq.

Reha Oğuz Türkkan

Toğrul Türkkan

6

Təşəkkürlər

Türkiyədə 15 ildən artıqdır tədris etdiyimiz “Sürətli Oxuma Kursları”nı və 2000-ci ildə müasir oxuma/öyrənmə

metodu kimi inkişaf etdirilən “Effektiv Sürətli Oxuma Sistemi”ni və sistemin kitabını ərsəyə gətirmək uzun və yorucu əməyin nəticəsində gerçəkləşdirildi. Bu çətin prosesdə

istənilən məsələdə dəstəyini bizdən əsirgəməyən, başda Əmrə Şahinər olmaqla, Sərdar Süvariərol, Alpar Cəng Aslan, Barış Nargiləçi və tövsiyə, eləcə də məsləhətləriylə bizə

çox köməyi toxunan Tunc Çəlik və Yaşar Atilla İlmana şük-ran borcluyuq.

Reha Oğuz Türkkan

Toğrul Türkkan

7

BİRİNCİ FƏSİL

BAŞLANĞIC SÜRƏT VƏ

ANLAMA TƏYİNATI

8

9

Effektiv Sürətli Oxuma Sistemini öyrənməyə başlamazdan öncə sürətinizi və qavrama səviyyənizi təyin etmək üçün iki dəfə yoxlama mütaliəsi edəcəyik. Beləcə, iyirmi günlük tədris kursunun sonunda yetişdiyiniz sürət və qavrama səviyyəniz ilə başlanğıcdakı vəziyyətinizi müqayisə

edə biləcəksiniz.

Bir deyil, iki mətn oxuyacağıq. Çünki insanın təkcə

bir oxu sürəti yoxdur. Oxucu önünə gələn hər mətni eyni sürətlə oxumur.

Oxuma sürəti oxunan mətnin xüsusiyyəti – yəni çətinlik/asanlıq dərəcəsiylə və oxucunun mövzuya duyduğu maraqla yaxından əlaqəlidir. Normal oxucu maraqlandığı, məsələn, futbol haqqında, bir yazını dəqiqədə 200 kəlmə

sürətlə oxuduğu halda fəlsəfi məqalədə sürəti 100 kəlməyə

(və təbii ki, qavrama səviyyəsi də) düşür. Bu səbəbdən dolayı biri asan, digəri qarmaşıq olmaqla iki fərqli mətn oxuyacaqsınız. Bu iki mətnin oxunmasının orta sürəti sizin Effektiv Sürətli Oxuma Sistemi tədrisinə başlamazdan öncəki sürət və qavrama nəticənizlə qarşılaşdırılacaq.

“Vərdiş” mətnini önünüzə qoyun. Mətni vaxtı ölç-məklə normalda oxuduğunuz sürətlə oxuyun. Məqsəd sadəcə başlanğıc səviyyənizi təyin etməkdir. Mütaliəni bitirdikdə nə qədər vaxtda oxuduğunuzu qeyd edin (məsələn 150 saniyə).

10

Vərdiş

Vərdiş psixologiyada çox az düşünmə tələb edən, ya da heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və doğuşdan olmayıb, öyrənilən bir davranış kimi səciyyələndirilir. Vərdiş qidalanmaq və yatmaqdan, düşünmək və reaksiya göstərməyə qədər hər fəaliyyətin parçasını təşkil edə bilir. Gücləndirmə, reaksiyaya səbəb olan xəbərdarlığın hər ortaya çıxmasında reaksiyanın və ya davranışın təkrarlanmasını təmin edir. Hər təkrarla davranış da-ha da avtomatikləşir. Beyin şüursuz olaraq hərəkəti yönlən-dirir. Şəxs düşünmədən komandanı yerinə yetirir. Düşünmədən qalstukunu bağlayır, ayaqqabısının iplərini ilikləyir və sair.

Paralel olaraq bəzi vərdişlər, xüsusən də coşğunun yer aldığı anlarda bircə təcrübə ilə də meydana gələ bilər.

Bu mövzu ilə bağlı köklü araşdırmalar aparan filosof və

psixoloq Uilyam Ceymsin “Psixologiyanın prinsipləri”

(1890, Principles of Psychology) adlı kitabında apardığı araşdırmadan görünür ki, vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına da səbəb olurlar. Şəxs alışmış olduğu vəziyyətin əksi olan hərəkəti etməkdə çətinlik çəkir. İki barmaqla yazı maşınında yazmağı öyrənən bir insanın on barmaqla yazması bu maşından heç istifadə etməmiş birindən daha çətindir.

Arzuedilməz vərdişlərdən azad olmanın ümumilikdə

4 üsulu var:

11

1. Əvvəlki reaksiyanın yerinə yenisinin qoyulması –

məsələn, dözülməz şəkər yemə istəyinin qarşısını almaq üçün konfet əvəzinə meyvə yemək, ya da effektsiz, yavaş

oxuma vərdişinin yerinə sürətli oxunu qoymaq.

2. Bezginlik, yaxud xoş olmayan digər reaksiya yara-nana qədər o davranışı təkrarlamaq – məsələn, siqaret alu-dəçiliyinin yerini siqaretdən iyrənmənin alması məqsədiylə

ürəyi bulanana qədər həmin şəxsi siqaret çəkməyə vadar etmək.

3. Fərdi reaksiyanı doğuran xəbərdaredicidən tədric etmək məqsədilə mühit dəyişdirmək, ya da o davranışı doğuran simulyatoru yavaş-yavaş həyata keçirmək – məsələn, yetkin insandakı uşaqlıqdan qalma it qorxusunu ona bir küçük verərək yenmək;

4. Cəzalandırmaq; Bu sonuncu üsul bəlkə də ən az effektiv olanıdır.

Saatınıza baxın. Neçə saniyədə bitirdiyinizi qeyd edin.

Bu mətnin söz sayını göstərən 283-ü sərf etdiyiniz saniyə sayına bölüb, 60-a vurun. Məsələn, 90 saniyəyə bitirmisinizsə, aparacağınız əməliyyat:

(283/90)x60 =189.

Ümumiləşdirmə lazım olarsa (söz sayı / bitirmə müddəti)x 60 hesablamasının sonu mətnləri dəqiqədə neçə kəlmə sürətiylə oxuduğunuzu göstərir.

İndisə mətn haqqındakı aşağıdakı sualları cavablayın: 1. Psixoloqlar vərdişə necə tərif verirlər (bir cümlə ilə

yazın)?

...............................................................................

...............................................................................

12

2. Mətndə avtomatik vərdişlərə hansı misallar göstərilib?