banner banner banner
Haydi
Haydi
Оценить:
Рейтинг: 0

Полная версия:

Haydi

скачать книгу бесплатно

– Yatağına get və gözlərini yum, – qoca baba dilləndi. – Gecən xeyrə qalsın!

Haydi pilləkənlə çardağa çıxdı. Qızcığaz özünə samandan döşək düzəltsə də, üstünə örtməyə yorğanı yox idi. Babası aşağıdan ona bir xaral[2 - Xaral – iri torba (kisə)] gətirdi.

– Bu yerlərdə pərqu[3 - Pərqu – yumşaq və nazik quş tükü] yorğan-döşək yoxdur, – baba dedi.

– Mən pərqu yorğan-döşək istəmirəm ki! – qızcığaz cavab verdi. Sonra yatağına uzandı, xarala bürünüb gözlərini yumdu və dərhal şirin yuxuya getdi…

3. Qartopu, Təkə və dəcəl Tьrk

Haydi səhər tezdən fit səsinə oyandı. Gözlərini açanda çardağın girdə pəncərəsindən üzünə günəşin qızılı şüaları düşdü. Gün işığı içərini sapsarı rəngə boyamışdı. Uşaq ətrafına nəzər saldı, əvvəl harada olduğunu anlaya bilmədi. Sonra bayırdan keçi mələrtisi eşitdi. Elə o an hər şeyi xatırladı: qoca baba, onun koması, Keçi Peter və keçilər – Qucuğazla Ayıcığaz. Hə, bir də şamağacılarının budaqları arasında uğuldayan küləklə saman qoxusu…

Haydi çoban oğlanın səsini eşidib yataqdan sıçradı, cəld geyinib pilləkənlərlə aşağı düşdü. Peter bir sürü keçi ilə komanın qarşısında dayanmışdı. Qucuğazla Ayıcığazı sürüyə qatmağa gəlmişdi.

– Sən də otlağa getmək istəyirsən? – qoca baba soruşdu.

Haydi bunu eşidib çox sevindi, çəpiş kimi hoppanıb-düşdü, qaçıb keçilərin arasına qarışdı.

Qoca baba:

– Dayan! Əvvəlcə əl-üzünü yu, saçlarını dara, yoxsa günəş səndən qorxub buludların arxasına çəkilər, – dedi.

Haydi su ilə dolu ləyəndə üzünü, əllərini çuğundur kimi qızaranadək yudu. Saçlarını daradı. Sonra da:

– Artıq günəş məndən qorxmayacaq! – deyə sevinclə qışqırdı.

Keçi Peter güldü:

– Elə isə tələs, heyvanlar acdır, onları otlağa aparmaq vaxtıdır, – dedi.

Qoca baba Peterin heybəsinə iri parça çörək və pendir qoydu, sonra oğlana balaca bir kasa da verib dedi:

– Qucuğazı sağıb südünü Haydiyə verərsən, içər. Uşağa göz-qulaq ol, ac-susuz qalmasın, qayadan aşağı yuvarlanmasın!

Keçi Peter onun söylədiklərinə əməl edəcəyinə söz verdi. Uşaqlar dağa dırmanmağa başladılar. Haydi keçilərlə birlikdə ora-bura qaçır, Peter də tez-tez «Haydi, haradasan?» deyə səslənərək onu gözdən qoymamağa çalışırdı.

Bir az sonra Haydi yaylaqdakı rəngarəng çiçəkləri görüb sevinclə qışqırdı: «Ah, nə gözəldirlər!» Sonra isə novruzçiçəyinin, buxurkolunun ətrini içinə çəkdi, ləçəklərini sığalladı. Peter, axır ki, qayalıqların ətəyindəki ən yaxşı otlaq yerini tapdı. Oğlan Haydiyə yaylağın kənarındakı sıldırım qayaları göstərib qoca babanın xəbərdarlığını qızın yadına saldı:

– Baba demişdi ki, qayalığa yaxınlaşmaq olmaz!

Amma Haydi heç nədən qorxmurdu. Odur ki oğlanın sözlərinə bir o qədər də əhəmiyyət vermədi. Qızcığaz sıx otların üstündə oturub çiçəklərin ətrini içinə çəkirdi. Birdən o, başını qaldırıb qayalara baxdı; sanki bu iri daş parçalarının gözü, qaşı, ağzı, burnu vardı, onlar köhnə tanışları kimi Haydini salamlayırdılar.

Haydi qollarını, ayaqlarını oxşayan sərin küləyi hiss elədi. Qızcığaz indi qımıldanmadan çəmənlikdə oturmuşdu; bu günəcən özünü heç vaxt belə rahat, xoşbəxt hiss eləməmişdi!

Haydi ətrafdakı mənzərəyə tamaşa etdiyi vaxt Keçi Peter çəmənlikdə uzanıb yuxuya getmişdi. Birdən qızcığazın başının üstündən qaqqıltı səsi gəldi. Haydi çox qorxdu, başını yuxarı qaldıranda səmada qanadlarını iki yana açmış iri bir quş gördü.

– Peter, oyan! – deyə qışqırdı. – Bax gör nə böyük quşdur!

Peter gözlərini qıyıb yuxarı baxdı:

– Hə, nə olsun? – deyə mızıldandı.

– Bu hansı quşdur? – Haydi soruşdu.

– Yırtıcı quşdur, – Peter əsnəyərək dedi.

– Bəs hara uçdu?

– Öz yuvasına!

– Yuvası haradadır ki?

– Bütün yırtıcı quşlar bax orada, ən yuxarıda özlərinə yuva qururlar.

Peter bunu deyib əli ilə dağın zirvəsini göstərdi. Sonra da ayağa qalxıb keçilərə baxmağa getdi. Keçilərdən bəziləri gözünə dəymədiyindən barmaqlarını ağzına aparıb astadan fit çaldı. Keçilər dərhal qaçıb gəldilər və oğlanın ətrafında hoppanıb-düşməyə başladılar. Haydi də onların arasına qarışaraq atılıb-düşürdü. Sonra üzünü Peterə tutub dedi:

– Bütün keçiləri tanımaq istəyirəm.

Heyvanlardan birinin buynuzundan yapışıb dilləndi:

– Deyəsən, ən nadinc keçi budur.

– Düz tapdın! – Peter dedi. – Adı Türkdür, həmişə o biri keçilərə sataşır, onları buynuzlayır. Bircə Təkədən qorxur. Çünki Təkənin buynuzları çox itidir.

Haydi Təkəni tutmaq istəsə də, bacarmadı: bu iribuynuz keçi çox cəld idi, qaçaraq uzaqlaşdı.

Birdən uşaqların qulağına həzin mələrti səsi gəldi.

Keçi Peter:

– Bu, Qartopudur, – deyərək yerdə yatan qar kimi ağappaq çəpişi göstərdi.

Haydi çəpişin yanına qaçdı, onu qucağına götürdü:

– Yazıq Qartopu nədənsə qorxub, deyəsən…

– Ola bilər, – Peter dedi. – Dünəndən anasından ayrı düşüb. Ana keçini satdılar.

Haydi:

– Zavallı çəpiş! – deyərək heyvanı nəvazişlə sığallamağa başladı. – Bəs nənəsi, ya da babası var? – deyə soruşdu.

– Yoxdur, – Keçi Peter bunu deyib çomağını havada atıb-tutdu.

– Eybi yox, mən buradayam, – Haydi çəpişin qulağına pıçıldadı. – Nə vaxt istəsən, yanıma gələ bilərsən, eşitdin?

Haydiyə elə gəldi ki, çəpiş onu başa düşdü, hətta başını tərpədərək sözlərini anladığını təsdiqlədi. Qız Qartopunu yerə qoydu. Çəpiş ürkək-ürkək Haydiyə baxdı, sonra qaçıb keçilərin arasına qarışdı.

Haydi sevinclə öz-özünə dedi:

– Deyəsən, Qartopuya bir az da olsa, təsəlli verə bildim.

Həmin vaxt Peter heybəsini yerə qoyub içindəkiləri çıxararaq otun üstünə düzmüşdü. Sonra Qucuğazı sağdı və Haydiyə bir kasa dolusu süd verdi. Qoca baba Haydi üçün o qədər çox çörək və pendir qoymuşdu ki, qız hamısını yeyib qurtara bilməzdi. Odur ki həm çörəkdən, həm də pendirdən bir parça kəsib Peterə verdi. Oğlanın üzü güldü, Haydiyə «sağ ol» deyib toqqasının altını bərkitdi.

Yaylaqda vaxt sürətlə keçdi; indiyə kimi Haydinin həyatında bu qədər tez keçib-gedən gün olmamışdı. Qız səssiz-səmirsiz çəmənlikdə oturub günəşin dağların arxasına çəkilməsinə tamaşa eləyirdi. Elə bu vaxt qayalıqlar parıldamağa və ətrafa qığılcım saçmağa başladı. Haydi cəld ayağa qalxıb təşvişlə qışqırdı:

– Peter, yanğın, yanğın! Dağlar yanır! Şamağacılarını od tutub! Yazıq yırtıcı quş! O da yanıb külə dönəcək! Peter, ora bax! Səma da alışıb-yanır!

Çəmənliyə uzanmış Peter yerindən qımıldanmadan dedi:

– Hər gün belə olur. Bu, yanğın-filan deyil.

– Bəs nədir?

– Günəş dağlara «Gecəniz xeyrə qalsın!» deyir.

Haydi «alov» un qayalardan çəkilməsini, dağların yenidən bomboz rəng almasını çaşqınlıqla seyr elədi.

– Sabah da belə olacaq? – deyə soruşdu.

Keçi Peter başı ilə təsdiqlədi. Sonra da soruşdu:

– Mənimlə yenə yaylağa gələrsən?

Haydi sevinclə:

– Lap hər gün gələrəm! – dedi.

4. Keзi Peter və onun kor nənəsi

Haydi Peter və keçilərlə birlikdə bütün yay boyunca qayalıqların ətəyindəki ən gözəl otlaqlarda dolaşdı. Günün altında gəzməkdən rəngi qaralmışdı, təmiz dağ havası isə qızın bədənini möhkəmləndirib gücləndirmişdi. Özünü əvvəllər olmadığı qədər sevincli və xoşbəxt hiss eləyirdi. Payız gəlib, havalar soyumağa, güclü küləklər əsməyə başlayanda Haydi artıq örüşə getməyib qoca babanın yanında qaldı. Babası küləyin qızcığazı yamacdan aşağı atmasından qorxurdu. Haydi və Keçi Peter artıq birlikdə vaxt keçirə bilmədikləri üçün məyus olmuşdular. Keçi Peter «Haydi yanımda olmayanda darıxıram» deyə şikayətlənirdi.

Amma qoca baba soyuq günlərdə dağda balaca uşaqları hansı təhlükələrin gözlədiyini yaxşı bilirdi, odur ki Haydini heç yerə buraxmırdı. Çox keçmədi ki, Haydi qoca babanın yanında da özünə məşğuliyyət tapdı. Alm-Öhi taxtadan müxtəlif əşyalar düzəldərkən qızcığaz oturub maraqla ona tamaşa edirdi: qaşıqlar, kasalar, stullar, üçayaqlı kətillər, skamyalar, keçilər üçün yem qabları…

Haydi hətta keçi südündən pendir hazırlamağı da öyrənmişdi. Qoca baba ona süzmə pendirdən kiçicik toplar düzəltməyə icazə verirdi. Güclü payız küləkləri əsməyə başlayanda Haydi komadan bayıra çıxır, şamağacılarının arasındakı qəribə uğultuya qulaq asırdı.

Sonra payızı qış əvəz elədi. Komanın damı ağappaq qarla örtüldü. Artıq Qucuğazla Ayıcığaz da örüşə getmir, ağılda[4 - Ağıl – içərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer] qalırdılar. İndi Haydinin ən yaxın dostları bu iki keçi idi. Qoca baba Haydiyə ağılı təmizləməyə, keçiləri yemləməyə, onların tüklərini daramağa icazə vermişdi. Qucuğazla Ayıcığaz bu müddətdə Haydiyə elə öyrəşdilər ki, artıq onun ovcundan da duz yalamağa başladılar. Bayırda güclü şaxta var idi, amma komada yanan ocaq içərini od kimi isti saxlayırdı. Haydi ilə babası uzun qış gecələrində ocağın başında otururdular. Bu yaşlı kişi nəvəsinə qayalıqların sirrindən, möcüzəsindən, orada bitən bitkilərin qəribə xüsusiyyətlərindən, dağda yaşayan heyvanlardan maraqlı əhvalatlar danışırdı.

Bayırda qar örtüyü çox qalın olmayanda Peter Haydigilə qonaq gəlirdi. Oğlan qışda keçi otarmır, hər gün yamacın ətəyində, Dörfli kəndindəki məktəbə gedirdi. Haydi məktəbin necə yer olduğunu bilmirdi. Odur ki Peter ocağın başında qızındıqdan sonra onu sual atəşinə tuturdu. Peter də qıza həvəslə cavab verir, məktəbdə gördüklərindən danışırdı.

Sonra qoca baba masanın üstünə çörək, kərə yağı, qaxac ət qoyurdu. Peter burada doyunca yemək yeyə bildiyi üçün sevinirdi, çünki öz evlərində yemək qıt idi. Hər dəfə qapıdan çıxanda üzünü Haydiyə tutub:

– Bəs sən bizə nə vaxt gələcəksən? – deyə soruşurdu. – Gəlsən, nənəm çox sevinər.

Haydi də babasından hər gün soruşurdu:

– Qoca baba, Petergilə nə vaxt gedə bilərəm?

Qoca baba hər dəfə:

– Havalar düzəlsin, gedərsən, – deyirdi.

Amma havalar düzəlmirdi ki, düzəlmirdi. Qoca babanın koması qarın içində itib-batmışdı.

Nəhayət, Haydinin Petergilə qonaq gedəcəyi gün gəlib çatdı. Yerdəki qarın şaxtadan buz bağladığı günəşli bir gündə qoca baba ağıldan kirşəsini[5 - Kirşə – altı hamar iki paralel xizək üzərinə bərkidilmiş minik və ya yük arabası] çıxardı. Əvvəl özü kirşəyə mindi, sonra qalın şərfə bürüdüyü qızı qucağında oturtdu. Kirşə yamacla üzüaşağı sürüşməyə başladı və düz Petergilin evinin qarşısında dayandı. Qoca baba Haydini kirşədən endirdi, şərfi açdı:

– Hə, gəlib çatdıq, – dedi. – Qapını döy və içəri gir. Axşam hava qaralmamış yamacı dırmaşmağa başlayarsan.

Haydi qapını açıb içəri girəndə həyəcandan ürəyi bərk-bərk döyünməyə başladı. Bu köhnə, balaca ev qoca babanın komasından daha darısqal və yoxsul idi. Haydi nənəni gördü, o, kətildə oturub dərin fikrə dalmışdı.

– Sabahın xeyir, nənə! Bu mənəm, Haydi! – qız dilləndi.

Nənə əllərini uşağa sarı uzadıb dedi:

– Haydi, yaxına gəl, səni görüm.

Haydi nənəyə yaxınlaşıb birdən-birə soruşdu:

– Məni necə görə bilərsən? Axı Keçi Peter demişdi ki, sənin gözlərin görmür!

Nənə:

– Səni əllərimlə hiss edə bilərəm, – dedi və Haydinin yanaqlarını sığallamağa başladı. Sonra da həyəcanla qızına tərəf səsləndi:

– Bricit, bura tələs! Haydi bizə qonaq gəlib!

Keçi Peterin anası qıza yaxınlaşıb onu başdan-ayağa süzdü.

– Baban sənə yaxşı baxır, yanaqların qıpqırmızıdır, – qadın dedi.

– Uşaqdan nigaran qalmışdım, – nənə dilləndi. – Qoca kişi evinə heç kimi buraxmır, özü də heç kəsin qapısını açmır, ona görə də Haydiyə belə yaxşı baxacağı ağlıma gəlməzdi. İnanmaq olmur ki, Alm-Öhi özü uşağı bizə gətirib! Məncə, bu lap möcüzədir!

Haydi nənəyə qoca babadan, onun komasından, keçilərindən həyəcanla danışır, nənə də asta-asta başını tərpədirdi. Lap axırda isə öz-özünə mızıldandı:

– Yaxşı ki o qocanın yanında uşağın güzəranı pis keçmir.

Bu vaxt külək pəncərənin taxta qapaqlarını möhkəm taqqıldatmağa başladı. Haydi bərk qorxdu. Nənə onu sakitləşdirmək üçün dedi:

– Qorxma, külək qəfil güclənəndə belə olur. Daxmamız çox köhnəlib, təmir eləməyə adamımız yoxdur. Hərdən gecələr külək az qalır damı uçursun, divarlar silkələnməyə başlayır, qorxudan gözümüzə yuxu getmir.

– Peter evi təmir edə bilməz? – Haydi soruşdu.

– Peterin əl qabiliyyəti yoxdur, – nənə şikayətlənməyə başladı. – Məktəbdə də yaxşı oxumur. Hələ yaxşı ki keçilərin öhdəsindən gələ bilir. Əlindən bircə bu iş gəlir. Yəqin, ömürboyu elə keçi otaran Peter olaraq da qalacaq.

– Bu ki çox yaxşıdır! – Haydi dilləndi. – Mən özüm də yayı səbirsizliklə gözləyirəm. Yay gələn kimi yenə Peterlə yaylağa gedəcəyəm.

Günortadan sonra vaxt bir göz qırpımında gəlib-keçdi. Haydi nənənin onun gəlişinə çox sevindiyini başa düşmüşdü.

Hava qaralmağa başlayanda qız nənə ilə sağollaşdı: