“Atamın ruhu” Azərbaycan türk varlığının təməl daşlarından olan ailədən, ata-anaya tapınmaq səviyyəsində olan ənənəvi bağlılıqdan bəhs edir. Ata həyatdan gedir, sanki dünya silkələnir, dağ yerindən oynayır və bir çox məsələlərə baxışlar da dəyişilir.
Əsərdə müəllif atasının son günlərini, psixoloji dəqiqliklə və bütün övladların gözüylə baxaraq qələmə almışdır.
Ata ruhu əsərdə həm övladları, nəsli toplayan, bağlayan, ənənəvi mənəvi dəyərlərdən qopmağa qoymayan real bir güc və eyni zamanda insanı insan edən ilahi enerji, bərki çətin olan ədəbiyyat havasıdır.
Bədən ölür, amma ruh ölmür. Ruhun və Tanrının mövcudluğunun təsdiqinə şübhə yoxdur. Əsərdə bu həqiqət müşahidə və bədii yolla təsdiqini tapır.
все жанры