banner banner banner
Məktəb lətifələri
Məktəb lətifələri
Оценить:
Рейтинг: 0

Полная версия:

Məktəb lətifələri

скачать книгу бесплатно

Məktəb lətifələri
Xalq yaradıcılığı (Folklor)

Müasir Azərbaycan ədəbiyyatı
Bu toplunun qəhrəmanları məktəblilər olsa da, kitabdakı lətifələri oxuyan böyüklər, xüsusilə gənc valideynlər övladlarını daha yaxşı tanımaq, nəticədə onlarla daha düzgün münasibət qurmaq imkanı qazanacaqlar.

MƏKTƏB LƏTİFƏLƏRİ

***

Müəllim:

– Uşaqlar, muzeydə sizin ən çox xoşunuza gələn nə oldu?

– Kamalın pilləkəndən aşmağı.

***

– Sən niyə kitabı ancaq yarıya qədər oxumusan? – deyə kitabxanaçı oğlandan soruşur.

– Siz bunu nədən bildiniz?

– Kitabın ikinci yarısı təmizdir!

***

– Sən niyə kitabı ancaq yarıya qədər oxumusan? – deyə kitabxanaçı oğlandan soruşur.

– Siz bunu nədən bildiniz?

– Kitabın ikinci yarısı təmizdir!

***

Məktəbdə ilk dərs günüdür. Müəllim birinci sinfə müraciət edir:

– Uşaqlar, siz məktəbə gəlmisiniz. Burada sakit oturmaq lazımdır. Bir söz soruşmaq istəsəniz, əlinizi qaldırın.

Uşaqlardan biri əlini qaldırır.

– Nəsə soruşmaq istəyirsən, oğlum?

– Yox, sadəcə sistemin necə işlədiyini yoxlayıram.

***

Yoxlama yazı dərsidir. Müəllim şagirdləri diqqətlə izləyir. Vaxtaşırı kiminsə köçürdüyünü hiss edib sinifdən çıxarır. Bu zaman sinfə dərs hissə müdiri baş çəkir.

– Belə… Yoxlama yazırıq? Yəqin, köçürmək həvəskarı olanlar çoxdur, hə?

Müəllim cavab verir:

– Yox, həvəskarlar artıq qapı arxasındadırlar. Burada yalnız professionallar qalıb.

***

Tarix dərsində müəllim şagirddən soruşur:

– De görüm, yer üzərində ilk insan kim olub?

– Adəm.

– Bəs Allah ona hansı dəhşətli fəlakəti göndərib?

– Həvvanı.

***

Tarix dərsində müəllim şagirddən soruşur:

– De görüm, Yuli Sezar nə vaxt ölüb?

– Ölüb? Mən heç onun xəstə olduğunu bilmirdim!

***

Müəllim:

– Uşaqlar, deməliyəm ki, riyaziyyatdan vəziyyətiniz ağırdır. 90 faiziniz yekun yoxlama imtahanını verə bilməyəcək.

Uşaqlardan biri:

– Bizim sinifdə heç bu qədər şagird yoxdur!

***

Qoca müəllim ölür və cəhənnəmə düşür. Bir həftə keçir. Cəhənnəmin baş nəzarətçisi ona yaxınlaşır:

– Bizi bağışlayın, səhvə yol vermişik. Siz cənnətə düşməliydiniz.

– Yox, lazım deyil, mənim üçün bura da xoşdur, – deyə müəllim cavab verir. – Məktəbdən sonra mənə cəhənnəm də cənnət kimi görünür.

***

Gənc valideynlər balaca Muradı məktəbə yola salırlar. Yeni forma, ütülü köynək, çiçək dəstəsi… Ata-ana onun qayıtmasını səbirsizliklə gözləyir. Nəhayət, Murad məktəbdən gəlir. Çantasını atıb deyir:

– Siz heç mənə bu həngamənin on bir il çəkəcəyini deməmişdiniz!

***

Balaca oğlan televizorda yüngül atletika üzrə çempionata baxan atasına yaxınlaşıb soruşur:

– Ata, bu əmilər nə üçün qaçırlar?

– Ona görə qaçırlar ki, onlardan birinci gələnə priz verəcəklər.

– Bəs onda qalanları niyə qaçırlar?

***

– Oğlum, sən «iki»lərini nə vaxt düzəldəcəksən?

– Ata, mən hər gün bunu etməyə çalışıram. Amma müəllim jurnalı bir an belə nəzarətsiz qoymur.

***

– Ana, olar, mən kinoya gedim?

– Bəs dərslərin?

– Kinodan sonra hazırlayaram.

– Kinodan sonra gec olar.

– Oxumaq, ana, heç vaxt gec deyil!

***

– Oğlum, sən «iki»ni düzəltmisən?

– Hə, ata.

– Göstər, görüm… Belə də düzəltmək olar?! Ver bura, özüm düzəldərəm!

***

Müəllim:

– Uşaqlar, sizcə, ideal məktəb necə olmalıdır?

– Qapıları həmişə bağlı, müəllim!

***

– Oğlum, bu gün məktəbdə nə oldu?

– Müəllim dedi ki, mən riyaziyyatdan heç nə bilmirəm və gündəliyimə nə isə bir rəqəm yazdı.

***

Biologiya dərsində şagirdlərdən biri deyir:

– Timsahın uzunluğu başından quyruğuna qədər 5 metrdir, quyruğundan başına qədər isə 7 metrdir.

– Əvvəl fikirləş, sonra danış, – deyə müəllim onun sözünü kəsir. – Belə şey ola bilər?

– Olar, – deyə şagird cavab verir. ‒ Məsələn, bazar ertəsindən çərşənbəyə qədər 2 gündür, çərşənbədən bazar ertəsinə qədər – 5 gün!

***

Ata oğlundan soruşur:

– Sizə nə tapşırıblar?

– Heç nə.

– Heyif! Deməli, yenə qabları yumalı olacağam.

***

Ata oğlundan soruşur:

– Məktəbdə işlərin necə gedir?

– Əla! 5-ci siniflə saziş bir il də uzadıldı.

***

– Əhməd, sən niyə dəqiqəbaşı saata baxırsan?

– Müəllim, çox qorxuram ki, zəng vurular və bu dəhşətli dərəcədə maraqlı dərs yarıda qalar.

***

Müəllim Nicatdan soruşur:

– Sən niyə dərsə gecikmisən?

– Məktəbə gələrkən yolda mənə quldurlar hücum etdilər və soydular.

– Doğrudan?! Bəs səndən nə aldılar?

– Ev tapşırıqlarını yazdığım dəftəri.

***

– Ay oğlan, niyə ağlayırsan?

– Revmatizmə görə.