banner banner banner
Məktəb lətifələri
Məktəb lətifələri
Оценить:
Рейтинг: 0

Полная версия:

Məktəb lətifələri

скачать книгу бесплатно

– Beş.

– Bəs dörd üstəgəl üç?

– Yeddi.

– Bəs yeddi üstəgəl dörd?

– Bilmirəm, biz on birə hələ çatmamışıq.

***

Müəllim Sevincə “Qarğa və tülkü” təmsilini oxumağı tapşırdı, sonra isə sual verdi:

– Hansı sənin daha çox ürəyincədir – qarğa, yoxsa tülkü?

– Ən çox ürəyimcə olanı pendirdir… – deyə Sevinc cavab verdi.

***

Müəllim:

– Vaqif, sənin keçən ad günündə neçə yaşın var idi?

Vaqif:

– Səkkiz.

Müəllim:

– Bəs sənin gələn ad günündə neçə yaşın olacaq?

Vaqif:

– On.

Müəllim:

– Gündəliyini bura ver, Vaqif, “iki” alırsan!

Vaqif:

– Niyə, müəllim, bu gün mənim elə ad günümdür də!

***

Müəllim:

– Anar, əgər sən bu cür oxumağa davam etsən, sənin atanın saçları tezliklə ağaracaq.

Anar:

– Atam buna çox sevinər, axı indi o, tamamilə keçəldir!

***

– Kamal, transformator necə işləyir?

– Bax belə: z-z-z-mmm-z-z-z-mmm.

***

Riyaziyyat dərsində müəllimə Vidadiyə sual verir:

– Tutaq ki, sən şalvarının sağ cibində üç manat tapdın, sol cibində isə iki…

– Deməli, mən başqasının şalvarını geyinmişəm! – deyə Vidadi tez cavab verdi.

***

– Könül, sən ev tapşırığını niyə yerinə yetirməmisən?

– Siz demişdiniz ki, bayram günləri ev tapşırıqları verilmir. Mənim isə dünən ad günüm idi!

***

Müəllim:

– İnsanda hansı dişlər ən sonda çıxır?

Şagird:

– Düşünürəm ki, süni dişlər.

***

– Aslan, fərz edək ki, sənin on manatın var. Sən atandan daha on manat istədin. İndi sənin cəmi neçə manatın olacaq?

– On manat, Sevda müəllimə.

– Çox pis, Aslan! Sənin riyaziyyatdan heç xəbərin yoxdur.

– Sizin isə, Sevda müəllimə, mənim atamdan heç xəbəriniz yoxdur!

***

İki dost rastlaşır:

– Salam, qanın niyə qaradır?

– Eh, dünən qızılbalıq tutmuşdum, bir arzumu yerinə yetirəcəyinə söz verdi.

– Bəs sən nə xahiş etdin?

– Kamranın notbukundan.

– Elə isə sevin də, onun notbuku əladır ki!

– Deməli, sən də bilmirsən ki, Kamran onu dünən eyvandan yerə salıb.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)