скачать книгу бесплатно
– Saat neçədir?
– 6-nın yarısı.
– Daha de ki, üçdür dəə…
***
İki şagird imtahana gedir. İmtahan qurtarandan sonra biri digərindən soruşur:
– Necə yazdın?
– Boş vərəq verdim. Bəs sən?
– Mən də heç nə yazmadım, boş vərəq verdim.
– Eee, onda elə biləcəklər ki, bir-birimizdən köçürmüşük.
***
– Bilirsən, dünən məni zooparka pulsuz buraxdılar.
– Burda qəribə nə var ki? Qəribə orasıdır ki, səni oradan çıxmağa qoyublar.
***
Akvariuma baxan oğul qəzet oxuyan atasından soruşur:
– Ata, balıqlar nəfəs alır?
– Bilmirəm, oğlum.
– Ata, balıqlar gülür?
– Bilmirəm, oğlum.
– Ata, balıqlar danışır?
– Bilmirəm, oğlum.
– Ata, səni narahat etmirəm ki?
– Yox, oğlum, soruş ki, öyrənəsən.
***
– Oğlum, sən niyə daha kamançanı çalmırsan? Axı mən sənə kamança çalmağın üçün hər gün iki manat verirəm.
– Atacan, yuxarıdakı qonşumuz da mənə hər gün üç manat verir ki, kamança çalmayım.
***
Üçüncü dərsin ortasında içəriyə başı bintlə sarınmış şagird daxil olur.
– Yaxşı, bu dəfə nə baş verib?
– Mən beşinci mərtəbədən yıxılmışam.
– Belə de! Özü də düz iki dərs uçmusan, eləmi?
***
– İradə, mənə beş dənə ev heyvanı saya bilərsən?
– Üç pişik və iki it.
***
Uşaq deyir:
– Ata, bu gecə yuxuda gördüm ki, sən mənə balaca şokolad almısan.
Ata:
– Çox yaxşı, oğlum, özünü yaxşı aparıb sözümə baxsan, bu gecə yuxunda sənə lap böyük şokolad alacağam.
***
Ata oğluna:
– Sən o gün mənə söz vermədin ki, yaxşı oxuyacaqsan?
Oğul:
– Verdim, ata.
Ata:
– Bəs mən söz vermədim ki, oxumasan, səni yaxşıca kötəkləyəcəyəm?
Oğul:
– Verdin, atacan. Amma mən sözümün üstündə durmadım. Sən də durma.
***
– Anacan, sən bilirsən, mən müəllimimi nə qədər çox istəyirəm?
– Bilirəm, bilirəm.
– Elə bax ona görə də mən bu il sinifdə qaldım. Bildim ki, ondan ayrılsam, çox darıxacağam.
***
Müəllim Rasimin sağ əlini yuxarı qaldırıb deyir:
– Rasim, bu sinifdə mənə bundan çirkli əl göstər, sənə “afərin” deyim.
Rasim dərhal sol əlini qaldırıb deyir:
– Müəllim, indi “afərin” deyin.
***
Müəllim:
– Fərid, elə bir heyvan adı deyə bilərsən ki, indi mövcud olmasın?
– Bəli! Fondik!
– Bu hansı heyvandır?
– Bizim pişiyimizin adı idi. Keçən həftə maşının altında qalıb öldü.
***
İki müəllim kimin sinfinin daha tənbəl olmasıyla bağlı mübahisə edirdi. Onlardan biri öz şagirdlərini yığdı və dedi:
– Ən tənbəl olan – bir addım irəli!
Hamı irəli addım atdı.
Bunu görən ikinci müəllim öz sinfinə üz tutdu:
– Ən tənbəl olan – bir addım irəli!
Hamı yerində qaldı.
– Təkrar edirəm, ən tənbəl olan – bir addım irəli!
Yenə heç kəs tərpənmədi.
– Eşitmirsiniz məni, ən tənbəl kimdirsə – irəli bir addım atsın!
Bu yerdə oğlanlardan biri yoldaşına dedi:
– Bəlkə, çıxaq irəli?
– Dəli olmusan, elə uzağa getmək olar?!
***
– Domrul, əgər bir ət tikəsini yarıya bölsək, nə alınar?
– İki tikə.
– Bəs onları da yarıya bölsək?
– Dörd tikə.
– Yenə bölsək?
– Qiymə.
***
Müəllim şagirddən soruşur:
– Şahin, de görüm, alma yığımı üçün ən əlverişli zaman nə vaxtdır?
– İt zəncirlə bağlı olanda!
***
Müəllim çətin bir sualla sinfə müraciət edir və heç vaxt əl qaldırmayan Kamilin hamıdan qabaq əl qaldırdığını görüb təəccüblənir.
– Buyur, Kamil, sualın cavabını ver görək.
Kamil ayağa qalxıb deyir:
– Müəllim, Rizvana deyin də, məni çimdikləyir.
***
Murada hovuzla bağlı bir məsələ qurmaq tapşırdılar. Məsələdə 90 və 40 rəqəmləri olmalı idi. Murad bir qədər fikirləşib dedi:
– Doxsan nəfər hovuza girdi, qırxı çıxdı.
***
Şagirdlərdən biri müəllimə deyir:
– Atam dedi ki, biz meymundan törəmişik.
– Otur! Sizin ailənizin tarixçəsi məni maraqlandırmır!
***
– Məryəm, iki üstəgəl üç neçə edir?