banner banner banner
Brilyant məsələsi
Brilyant məsələsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Brilyant məsələsi

скачать книгу бесплатно

Brilyant məsələsi
Cəmşid Əmirov

Milli ədəbiyyat #20
Azərbaycan ədəbiyyatında detektiv janrın banisi kimi tanınan Cəmşid Əmirov əlinizdə tutduğunuz bu kitabla yanaşı “Qara volqa”, “Şəhər yatarkən”, “Sahil əməliyyatı” əsərlərinin, “İstintaq davam edir” filminin ssenari müəllifidir.

Cəmşid Əmirov 1962-ci ildə qələmə aldığı “Brilyant məsələsi” povestinin baş qəhrəmanlarını – qumarbaz Yədullanı və Zerkola Klaranı (Klara Yusifzadə, red.) əsərə real həyatdan gətirib. Povest boyunca oxucu bu mənfi obrazlarla, kapitan İsayevin timsalında onlara qarşı mübarizə aparan, aman vermədən onları təqib edən personajların başına gələnlərə şahidlik edirlər və bu müddətdə nə zaman baş verdiyini hiss etmədən gözlərini açarkən özlərini qarışıq cinayət hadisələrinin düz ortasında tapırlar. Əsərlərində dolğun həyat cizgilərinə önəmli yer ayıran yazıçının “Brilyant məsələsi”ndə də DTK (Dövlət Təhlükəsizlik Komitəsi; rusca КГБ, red.) sistemində çalışan yaxın dostlarının köməkliyi ilə (Cəmşid Əmirovun atası – Çingiz Əmirov Ədliyyə polkovniki idi, red.) arxivlərdə qorunan real istintaq materiallarına, habelə, təcridxanalardakı məhbusların ifadələrinə istinad etdiyini görmək mümkündür.

Povestin kulminasiyalarına doğru Yədullanın sovet milisi tərəfindən ifşa olunmasından bəhs edən fəsillər maraqlı səhnələrdən biridir. Qumarbazın sonrakı taleyi necə olacaq? O, həbsdən qaçıb canını qurtara biləcəkmi? Mənzil oğurluğu ilə Klaranın əlaqəsi varmı? Ev sahibəsinin telefon danışıqları nə üçün dinlənilirdi? İttiham olunan şəxsin günahsız olduğu sübuta yetiriləcəkmi? Oxucular bütün suallara əsəri oxuyarkən cavab tapa biləcəklər.

C Ə M Ş İ D Ə M İ R O V

BRİLYANT

MƏSƏLƏSİ

POVEST

1

YUMŞAQ VAQONDA

əhər yenicə açılmışdı. Şərqdə, sanki mavi göylə

S də

nizin birləşdiyi yerdən yavaş-yavaş boylanmağa başlayan isti yaz günəşini qocaman Xəzərin yaşım-tıl-göy sularını xüsusi bir gözəlliklə işıqlandırırdı. Günəş

mis kimi qızarmış dairəvi bir lövhəyə, ləpəsiz dəniz isə

gümüş pul kimi parıldayan ucsuz-bucaqsız bir səhraya bənzəyirdi.

Bir dəqiqə bundan əvvəl Ələt stansiyasına gələn 59

nömrəli Astara-Bakı qatarı Xəzər sahili boyuncu salınmış

dəmir yolu ilə irəliləyərək neft şəhərinə yaxınlaşırdı.

Yumşaq vaqonun bələdçisi pəncərədən boylanıb günəşi ayna kimi özündə əks etdirən dənizə ötəri nəzər saldı, sonra birinci kupeyə yaxınlaşdı, yumruğu ilə qapını döyərək, sərnişinləri yuxudan oyatdı:

– Yoldaş sərnişinlər, qalxın, Bakıya az qalıb. Tez olun, yorğan-döşəyi təhvil verin.

Bələdçi daha burada dayanmayıb, ikinci kupenin qapısına tərəf getdi, o biri sərnişinləri də oyatmağa tələsdi.

Tez oyanmağa öyrəşməyən sərnişinlərdən bəziləri narazılıq edərək, dəmiryol qaydalarından şikayətləndilər.

Digərləri əl-üzlərini yumaq üçün kupedən dəhlizə çıxdılar. Başqaları isə yavaş-yavaş şeylərini yığışdırıb sahmana salmağa başladılar.

Yeddinci kupedə də şikayətlənən vardı. Bu, ucaboylu, arıqbədənli, gözlərinə eynək taxmış bir kişi idi. Onun daz başı, quş dimdiyinə oxşayan nazik və uzun burnu, çoxdan bəri dəllək üzü görməyən qırmızı saqqalı, qədim qoçular kimi uzun, burma bığları və sarımsaq yeməkdən saralmış çürük xırda dişləri vardı. O, yuxudan doymadığı 2

üçün deyinə-deyinə döşəkağını və balışüzünü büküb yol bələdçisinə təhvil verdi, döşəklə balışı bürmələyib, yuxarı taxçaya qoydu. Başqa sərnişinlər kimi o da əl-üzünü yumaq üçün dəsmalını çiyninə atdı, diş fırçasını və sabunu-nu götürüb bayıra çıxdı. Lakin tezliklə geri qayıtdı. Özünə bəraət qazandırmaq istəyən adamlar kimi and içən tərzdə yol yoldaşlarına dedi:

– Əlüzyuyanın qarşısında adam çoxdur. Mənim də

yamanca xasiyyətim var, kəmhövsələyəm, növbəyə durmağı sevmirəm, sonra yuyunaram.

Eynəkli kişi sərnişinlərin ona əhəmiyyət vermədiklə-rini görüb çamadanını açdı, paltarlarının arasından na-rıncı cildli qəşəng bir kitab çıxartdı. Kişi kitabı açaraq özünü pəncərəyə tərəf verdi. Bir papiros yandırıb dama-ğına aldı və arxasını yol yoldaşlarına çevirib mızıldaya-mızıldaya kitabı böyük maraqla oxumağa başladı.

Kupenin digər sərnişinləri – ortaboylu, qarabəniz ki-şi, başına ağ haşiyəli kəlağayı örtən qız və həddindən ziyadə kök qadın əl-üzlərini yuduqdan sonra şirin-şirin söhbət edirdilər.

Bu zaman dəhlizdən keçən sarışınsaçlı bir qız kupenin qapısını açdı. O, ağ milis forması geymişdi. Çiyinlərinə də milis leytenantı paqonları taxmışdı. Qız ədəblə salam verib, sərnişinlərə ötəri nəzər saldı. Qarabəniz kişiyə

bir az artıq diqqət yetirdi. Sonra hamıya müraciətlə soruşdu:

– Bağışlayın, saat neçədir?

Hamının əvəzinə qarabəniz kişi cavab verdi:

– Altıya on dəqiqə… xeyr səhv edirəm, on iki dəqiqə

qalıb.

3

– Çox sağ olun. Yatıb yuxuya qalmışam, – deyə sarışınsaçlı qız qapını örtdü.

– Xeyir ola, görəsən, bu milis zabiti nə üçün gəlmişdi?

– deyə eynəkli kişi heç kimə müraciət etmədən soruşdu.

– Yəqin vaqonda oğurluq-zad olub, indi oğrunu axtarırlar, – deyə dolu qadın eynəkli kişinin sualına cavab verdi.

– O öz vəzifəsini yerinə yetirir.

Eynəkli kişi milis işçilərindən şikayətləndi:

– Məgər vəzifəni bu cür yerinə yetirirlər? Bu qız nə

bilir ki biz kimik? Bəlkə elə gecə siz yatanda vaqonda oğurluğu mən eləmişəm? Axı, nə üçün bu milis leytenantı kupemizi yaxşı yoxlamadı. Qapını açıb içəri girməsi ilə çıxıb getməsi bir oldu. Milis belə işləyəndə, əlbəttə, oğru tapılmaz, xuliqan tutulmaz, əliəyri adamlar da istədiklərini edərlər.

Bu an qarabəniz kişinin dodaqaltı istehza ilə gülüm-sədiyindən heç kim xəbər tutmadı.

Eynəkli kişi bununla kifayətlənmədi, ürəyi dolu adamlar kimi yenə də milis işçiləri və oğrular haqqında söhbəti davam etdirdi:

– Bu andıra qalmış Astara yolu yaman korlanıb. Dələ-duzların əlindən tərpənmək olmur. Bilmirəm, milis zabitləri nə ilə məşğuldular. Elə ortada yeyib qıraqda gəzməyi bilirlər. Havayı yerə maaş alırlar. İki həftə bundan əvvəl mən Astaraya gedəndə vaqonumuzda bir hadisə baş verdi. Gecə kimsə bir kolxozçunun xurcununu oğurladı. Bir haray qopdu ki, gəl görəsən.

– Nə oldu, xurcun tapılmadı? – deyə dolu qadın soruşdu.

4

– Yox əşi. Haradan tapılacaq. Milisə xəbər verdik, gəlib sorğu-sual etdilər. Bayaq bura gələn milis leytenantı kimi başdansovdu o yan-bu yanı axtardılar, bir-iki nəfəri dindirdilər, uzun-uzadı protokol yazdılar, kiminin də-də-nənəsinin nə dərdlə öldüklərini də soruşdular. Ancaq heç bir şey çıxmadı. Oğru tapılmadı – deyə kişi sanki elə

bu dəqiqə onun da şeylərini oğurlayacaqlarmış kimi bərk-bərk çamadanının dəstəyindən yapışdı.

Dolu qadın onun sözünü təsdiq etdi:

– Siz düz buyurursunuz, qardaş, milis yaxşı işləmir.

Bir ay bundan əvvəl qonşumuzun evini yarmışdılar. Milis işçilərini çağırdılar. Onlar nə qədər çalışdılarsa da heç bir şey edə bilmədilər. Çox adam dindirdilər, iz axtaran it gətirdilər, qonşularla söhbət etdilər. Ancaq onlar oğurlanan mallar əvəzinə bilirsiniz nə tapdılar?

– Nə – deyə kişi soruşdu.

– Oğrunun barmaq izlərini.

– Bəs oğrunun özü?

– Rəhmətliyin oğlu, nə qoyub nə axtarırsınız? İndiki zamanda oğurlanan mal, arabadan düşən qovun-qarpız kimidir. Düşdü, deməli, sənin deyil…

Özünə həmsöhbət tapan eynəkli kişi sevindi. Yenə

milis orqanlarını pisləməyə cəhd etdi:

– Bilirsiniz, milis nə üçün pis işləyir?

– Nə üçün?

– Çünki onlar təcrübəsizdirlər. Adam gərək öz sənətinin, öz ixtisasının mahir ustası olsun. Milislər isə hələ

yaxşını pisdən ayıra bilmirlər. Çox zaman əliəyriləri bir tərəfdə qoyub, düz adamlardan yapışırlar. Bəli, bəli, təəc-cüblənməyin. Buna görə heç də təsadüfi deyildir ki, bir 5

çox cinayət işləri aylarla süründürülür, iş uzanır, qovluqlar kağızla dolur, cinayət işi açılmamış qalır.

Eynəkli kişi yol yoldaşlarının etiraz etmədən onu din-lədiklərini görüb sözünə davam etdi:

– Bacı, mən bu yaşadək çox kitab oxumuşam. Qabaqlar Amerikada Nat Pinkerton adlı məşhur bir xəfiyyə yaşayırdı. Bütün dünyada onun kimi bacarıqlı, bilikli xəfiyyə yox imiş. Çətinliyə düşən hər kəs Pinkertonun yanına gəlirmiş. O da böyük ustalıqla hər hansı bir cinayətin üstünü açırmış. Buna görə də hamı onu çox sevirdi.

– Yəni oğrular da onu sevirdilər? – deyə bu söhbəti diqqətlə dinləyən qarabəniz kişi istehza ilə soruşdu.

Eynəkli kişi qarabəniz kişinin sözlərindəki istehzanı hiss etmədi. Ciddi cavab verdi:

– Xeyir, Pinkerton oğruların, quldurların, yolkəsən-lərin düşməni idi.

Elə bu zaman qapı yenidən açıldı. Sarışınsaçlı milis leytenantı heç kimə müraciət etmədən gülə-gülə soruşdu:

– Bağışlayın, oxumağa bir şeyiniz yoxdur? Bekarçılıqdan darıxıram.

– Xeyir, yoxdur, – deyə eynəkli kişi hamının əvəzinə

cavab verdi. Bu zaman qarabəniz kişi xoş təbəssümlə gülümsündü. Milis leytenantı çıxıb gedəndən sonra eynəkli kişi sözünə davam etdi.

– Mən hələ ingilis xəfiyyəsi Şerlok Holmsu demirəm.

Nat Pinkerton kimi Şerlok Holms da böyük mütəxəssis imiş. Adama baxan kimi onun xasiyyətini, sənətini, cinayətkar olub-olmadığını müəyyən edə bilirmiş. İndi belə-ləri tapılmaz.

Bayaqdan bəri heç bir söz demədən bütün bu söhbəti diqqətlə dinləyən qarabəniz kişi yerindən qalxaraq pəncə-6

rəyə yaxınlaşdı. Qatarın qabağında tez-tez görünən rabitə

şalbanlarına, sonra Xəzərin mavi sularına ötəri nəzər saldı. Birdən geri dönüb eynəkli kişiyə etiraz etdi:

– Nə üçün tapılmaz, əmi can? Tapılar, həm də çox tapılar. O, eynəkli kişinin etiraz etmək istədiyini görüb on-un danışmasına imkan vermədi. Dərhal əlavə etdi:

– Mən isə elə zənn edirəm ki, milis orqanlarında təcrübəli və bilikli zabitlər çoxdur. Onlar gecə və gündüz yorulmaq bilmədən işləyirlər. Bizim həyatımızı, əmlakımızı, dinc əməyimizi, ictimai asayişi göz bəbəyi kimi qoruyurlar.

– Sözdə, yaxud işdə? – deyə eynəkli kişi soruşdu.

– İşdə, əmican, işdə.

Eynəkli kişi yenə danışmaq istədi. Ancaq qarabəniz kişi bu dəfə də onun sözünü yarımçıq qoydu.

– Görürəm, siz etiraz etmək, yenə də Pinkertonu, Şerlok Holmsu misal gətirmək, milis işçilərini pisləmək istəyirsiniz. Ancaq mən demək istəyirəm ki, siz milis orqanlarının işi ilə yaxından tanış deyilsiniz. Ona görə də onların qüvvə və bacarığına inanmırsınız. Özünüz də birdəfəlik qət etmisiniz ki, milis orqanları pis işləyir. Hər yerdə

də bunu təkrar edirsiniz. Halbuki milis işçiləri cəmiyyəti-mizə zidd olan bəzi tüfeyli ünsürlərlə ölüm-dirim müba-rizəsi aparırlar. Dinc həyatımızı qorumaq uğrunda həyat-larını belə əsirgəmirlər. Milis orqanlarında da ilk nəzərdə

adamın sənətini, xasiyyətini, düz adam olub-olmamasını asanlıqla təyin edə bilən zabitlər vardır. Bağışlayın, mən demək istəyirəm ki, nəinki vardır, həm də çoxdur.

– Siz bunu nə ilə sübut edə bilərsiniz? – deyə eynəkli kişi soruşdu.

7

Qarabəniz kişi onu ötərgi nəzərdən keçirib güclə se-zilə biləcək istehza ilə gülümsündü, pencəyinin cibindən

“Kazbek” qutusunu çıxararaq bir papiros götürdü. Sonra papirosunu yandırıb eynəkli kişiyə müraciət etdi:

– Mən sizi birinci dəfədir ki, görürəm, elə deyilmi?

– Bəli, elədir ki, var.

– İcazə versəniz haqqınızda bəzi şeylər deyə bilərəm.

Eynəkli kişi etinasızlıqla çiyinlərini çəkib dedi:

– Eh, siz mənim haqqımda nə deyə bilərsiniz? Allaha şükür nə Şerlok Holmssunuz, nə də ki, milis işçisi.

– Bunun əhəmiyyəti yoxdur. Mən sizin xasiyyətinizin üç-dörd cəhətini təyin edə bilərəm.

– Məsələn, hansı cəhətlərini?

– Hər şeydən əvvəl onu deyə bilərəm ki, siz tez-tez araq içirsiniz.