banner banner banner
Brilyant məsələsi
Brilyant məsələsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Brilyant məsələsi

скачать книгу бесплатно

28

– Əzizim, bəs dost dosta nə gündə lazım olar? Əgər sən belə bir yol bilirsənsə, məni də başa sal, xəcalətli qal-maram.

– Xəcalətli düşmənin olsun. Yaxşısı budur ki, mənim bir sualıma cavab ver.

– Buyur, qoy sualın iki olsun.

– Yadındadırmı, Ağəli, iki il bundan əvvəl sən bizi Qubanın Nüğədi kəndindəki bir alma bağına qonaq aparmışdın.

– Bəli, çox yaxşı yadımdadır.

– O zaman sən dedin ki, həmin bağ bizə ulu babala-rımızdan qalıb, eləmi?

– Bəli, demişdim.

– İndi de görüm, bağ doğrudanda sizindir?

– Əlbəttə, bizimdir. Bağ babamdan qalıb. Atamın idi.

İndi anamın adına keçirmək istəyirik. Bunları niyə soru-şursan?

– Elə belə maraqlanıram.

– Doğrusu, mən bu başı bəlalı bağı satmaq istəyirəm.

Azı beş min verərlər. Mən o pulu xərcləyib bir sənət öyrənmək istəyirəm.

– Adə, sənin başına at təpib? Adam da bağ satar?

Axmaqlama, de görüm ildə bağınız nə qədər alma verir?

– Ağaclara yaxşı qulluq edəndə beş-altı ton, etməyən-də üç-dörd ton.

– Yaxşı, bəs siz almaları nə edirsiniz?

– Bir hissəsini yeyirik, bir qədərini quruduruq. Qalanını isə satmaq üçün kooperativ ticarəti idarəsinə veririk.

– Soruşmaq ayıb olmasın, kiloqramını neçəyə verirsiniz?

29

– Doğrusunu bilmək istəsən, mən bu işə qarışmıram.

Ancaq evdə ucundan-qulağından eşitmişəm ki, anam hər il payızda həmin ticarət idarəsi ilə müqavilə bağlayır. Gah almanın kiloqramını 30 qəpikdən, gah da 35 qəpikdən təhvil verir.

– Daha bir sualım var. De görüm bu il necə, bağın almalarını təhvil vermisiniz?

– Xeyr, bu ayın axırında gəlib aparacaqlar. Müqavi-lədə göstərilmişdir ki, almaları onların özləri dərməli və

yeşiklərə yığıb aparmalıdırlar. Anam elə bu gün-sabah Qubaya getmək istəyir.

– Hə, bax indi gəldik əsl mətləb üstünə. Əgər sən adam olmaq, insan kimi dolanmaq istəyirsənsə, həmin almaları kooperativ ticarət idarəsinə satmamalısan. Kasıb-lıqdan çıxmaq üçün bu sənin əsl qurtuluş yolundur, həqiqi qazanc yolundur.

– Heç nə başa düşmürəm. Belə mənə açıq de ey, almaları nə üçün satmayım?

Həsən istehza ilə gülümsünüb dedi:

– Çünki sizin alma bağınızda çoxlu mal-dövlət basdı-rılıb.

– Mal-dövlət? Nə deyirsən, Həsən! Səni qara basmır ki?

– Xeyr, qardaş, mən hələ huşumu itirməmişəm.

– Bəlkə… bəlkə keflisən. Ona görə də hətərən-pətərən danışırsan?

– Ağlını başına yığ, Ağəli! Mən sərxoş deyiləm. Sən özün yaxşı bilirsən ki, mən heç bir zaman sərxoş olmu-ram, şərab mənə təsir etmir. Mənə inan. Bağınızda həqiqətən çoxlu mal-dövlət basdırılmışdır. Orada böyük bir dəfinə vardır.

30

Sevincindən özünə yer tapa bilməyən Ağəlinin üzü güldü. Təəccüblə soruşdu:

– Bəs belə isə nə üçün indiyədək susurdun? Nə üçün bağımızda dəfinə olmasını mənə demirdin?

Həsənin üzündəki istehzalı təbəssüm hələ də yox olmamışdı. O, gülə-gülə dedi:

– Mən belə hesab edirəm ki, sən bunu bilirsən. Restoranda xərclədiyin pulları da həmin dəfinədən götürürsən.

Ağəlinin gözləri yağlı ətə baxan pişik gözləri kimi parıldadı. Onun səbri tükəndi. Tələsik dedi:

– Həsən, qadan alım, bəs onda nə üçün biz burada oturmuşuq.

Tez ol dur, maşın tap, Qubaya gedək. Bağımızdakı dəfinəni çıxardaq. Yarısı sənin, yarısı mənim.

– Sağ ol, dostum, mənə sənin bir qəpiyin də lazım deyil. Öz mal-dövlətim mənə bəsdir. Dəfinənin yerini isə

mən sənə sabah deyərəm.

– Sabah nə üçün, elə indi de, qurtarsın getsin.

– Çünki mən görürəm ki, sən xam adamsan. Dəfinənin yerini sənə indi desəm, gecə ilə başına adam yığıb ba-ğa hücum çəkəcəksən. Hər yanı qazıyıb alma ağaclarının kötüklərini açacaqsan, onları qurudacaqsan.

– Vallah, Həsən, and içirəm, heç nə etmərəm, sabaha qədər gözləsəm ürəyim partlar.

– Yaxşı, Ağəli, indi bu saat mən sənə dəfinənin harada basdırıldığını deyərəm. Ancaq sözümü kəsmə, dedik-lərimə diqqətlə qulaq as, yadında möhkəm saxla. Bil və

agah ol. Dünyada iki cür adamlar olur: ağıllılar və axmaqlar. Ağıllılar mənim kimi olurlar. Alver edib çoxlu pul qa-zanırlar. Axmaqlar isə sənin kimi qəpik-quruş əldə etmək 31

üçün özlərini ora-bura vurur, ayda yetmiş-səksən manata işə girməyə çalışırlar.

– Yəni deyirsən mən də gedim alver edim?

– Alver edəndə nə olar.

– Bazarda durub tuman-köynək satmaqdan nə çıxar?

– Kim sənə deyir ki, gedib bazarda tuman-köynək sa-tasan.

– Bəs sən hansı alverdən danışırsan?

– Mən, Ağəli, hər dəfə azı on min manat gəlir verən alver haqqında danışıram.

– O necə alverdir, qardaş?

– O dəfinə alveridir, Ağəli, dəfinə. Allah sənə böyük bir dövlət verib, sən isə ondan istifadə etməyi bacarmır-san? Bəli. Sənin dəfinənin bir ucu Nüğədi kəndindəki al-ma bağında, ikinci ucu isə Sverdlovsk, Çelyabinsk və

Çkalov şəhərlərindədir, başa düşdün?

– Dostluğumuz haqqı heç nə anlamıram. Bayaq deyirdin ki, dəfinə bağdadır, indi isə Sverdlovskidən, Çel-yabinskdən dəm vurursan.

Bilirsən, Ağəli, sənin alma bağın mənim əlimdə olsaydı, indi milyonerdim. Ağıllı adamlar sizin kimi hərəkət etmirlər. Onlar bağdan yığdıqları almanın kiloq-ramını otuz qəpiyə kooperativ ticarət idarəsinə satmırlar.

Onlar bağda, dərinliyi üç-dörd metr olan zirzəmi qazıyır-lar. Ora saman döşəyirlər. Almaları payızda dərib səliqə

ilə buraya yığırlar, qışa kimi saxlayırlar. Dekabr-yanvar aylarında isə kiloqramına 40 qəpik verib, təyyarə ilə Ural şəhərlərindən birinə daşıyırlar. Ayrı-ayrılıqda kiloqramını üç manat 50 qəpiyə, bir yerdən isə üç manatdan satıb ciblərini pulla doldururlar. Hər il azı on min manat təmiz qazanc əldə edirlər. Onda anladın ay axmaq, yoxsa…

32

Ağəli yerindən qalxıb dostunun boynunu qucaqladı, bir neçə dəfə üz-gözündən öpdü. Fındıqça çalıb oynadı.

Sonra dedi:

– Sağ ol, dostum, çox sağ ol. Sən ölümü yerdən götür-dün. Məni o dünyadan qaytardın. Adam etdin, dəfinənin yerini göstərdin. Mən bütün ömürboyu sənə minnətdar olacağam. Sən məni bir o qədər də axmaq sayma. İnan-dırıram ki, sənin layiqli şagirdin olacağam. Bağı bir az da genişləndirəcəyəm. Yeni alma ağacları əkdirəcəyəm.

– Baxaq görək, Ağəli, axırı necə olacaq?

– Arxayın ol, dostum. Görərsən analar necə oğullar doğub. Ancaq sən mənə özün haqqında heç nə demədin, sənin də alma bağın var?

– Xeyir əşi, mənim alma bağım olsaydı, özümü dünyada ən xoşbəxt adam sayardım. Mən alma-armudu kol-xozlardan satın alıram. Hərdən bir imkan düşəndə Mərdəkandan Moskvaya gül də aparıram. Şüvələn bağlarında gülün birini üç qəpiyə almaq olar. Moskvada isə biri ot-uz-qırx qəpiyə göydə fırlanır.

Dostlar səmimi görüşüb ayrıldılar. Ağəli dərhal qızğın fəaliyyətə başladı, anası ilə Qubaya getdi. Kooperativ ticarət idarəsi ilə müqaviləni pozdu. Gözəl bir anbar tik-dirib bağın almalarını səliqə ilə ora yığdı. Tanış tapıb kolxozçu olduğu haqqında arayış düzəltdi. Yanvar ayında bir-iki ton da yandan alma alıb, özünü verdi Maqnito-qorsk şəhərinə. Almaları üst-üstə kiloqramını üç manatdan satıb, yol xərcini çıxmaqla birdən-birə on iki min manat təmiz qazanc əldə etdi.

Beləliklə “haqqın yolunu tapan” Ağəli hər il qışda Ural şəhərlərindən birinə səyahət edir, sonra bir dəfə ya Novosibirsk, ya da Omsk şəhərlərinə gül aparır, ilin qalan 33

aylarını isə eyş-işrətdə keçirirdi. Adətən, hər dəfə Sibir şəhərlərinə gül səyahətindən sonra, yəni may aylarında Ağəli bir-iki ay Kislovodsk şəhərində istirahət edir, daha doğrusu qumar oynayıb Bakıya qayıdırdı.

QUMAR MƏCLİSİ

İndi də belə idi. Özünü günəşli Azərbaycanın ən xoşbəxt adamlarından biri sayan Ağəli Möhtacov Kislovodsk şəhərində təzə tanış olduğu sarışın bir qızla dağda yerləşən “Xram Vozduxa” restoranında oturub kef edirdi.

Ağəlinin dərdi-qəmi yox idi. Bu günlər Ağəlini hərdən az-çox düşündürən bir şey vardısa, o da qızıl alveri üstündə Həsənin məsuliyyətə cəlb olunması idi. Ancaq Bakıdan şad bir xəbərin gəlməsi müvəqqəti olaraq Həsənin unudulmasına səbəb olmuşdu. Bəli, bu günlər Ağəlinin bəxti bərk gətirmişdi. Tanışlarından biri birinci pul-şey lo-toreyasının cədvəlini Bakıdan Ağəliyə gön-dərmiş, o da cədvəli yoxlayarkən “Volqa” avtomobili udduğunu aşkar etmişdi. Bu münasibətlə Ağəli üç gün-üç gecə Kislovodsk şəhərinin mərkəzindəki “Çayka” restoranında ziyafət təşkil etdi. Araq-çaxır sel kimi axırdı. Dördüncü gün isə Ağəli vaxtını təzə tanış olduğu Lyudmila adlı qıza sərf etmək qərarına gəldi. Dağın başında “Xram Vozduxa” restoranında kef edən Ağəli naharı tez başa çatdırmaq, yaşıllıqlar içərisində qərq olmuş dağda Lyudmila ilə gəzmək istəyirdi. Buna görə də Ağəli xörəkpaylayan qadını çağırıb haqq-hesab istədi. Qadın gülə-gülə dedi:

– Cavan oğlan, təəssüf ki, mən sizdən pul ala bilməyəcəyəm.

– O nə üçün?

34

– Çünki, yediyinizin pulu verilib, özü də artıqlaması ilə.

– Kim? Stolun pulunu kim verib?

– Üzr istəyirəm, cavan oğlan. Onu mən sizə deyə bilməyəcəyəm.

Ağəli ötəri salona nəzər salıb, heç yerdə tanış adam görmədi. Təəccüblə xörəkpaylayan qadına baxdı. Bu zaman lap küncdəki stolun arxasında iki nəfər qafqazlı gəncin oturduğunu gördü. Onlar diqqətlə Ağəliyə baxır, gü-lürdülər. Ağəli Bakı qumarbazlarından “Qızılbarmaq” ləqəbi daşıyan və daim heç bir səbəb olmadan gülən Rantiki dərhal tanıdı. Ağəli sevincindən nə edəcəyini bilmədi.

Meşəli dağda gəzmək də, Lyudmila da yaddan çıxdı. Axı, keçən il Ağəli elə burada, Kislovoskda “Qızılbarmaq Ran-tikdən” iki min manat pul udmuşdu. Ağəli o zaman ali-cənablıq etmişdi. O, Rantikin şərəfinə “Çayka” restoranında böyük ziyafət təşkil etmiş, Bakıya qayıtmaq üçün yumşaq vaqonda ona bilet almış və cibinə yüz manat pul qoymuşdu.

Ağəli dərhal stola yaxınlaşıb, Rantikin əlini sıxdı:

– Xoş gəlmisən, Rantik, nə xoş görüşdür?

– Mən də çox şadam, çox şadam, Ağəli.

– Keçən il iyul ayında görüşmüşdük. İndi isə iyulun əvvəlidir. Deməli, bir ildir ki, ayrılmışıq. Belədir?

– Belədir, dostum, belədir.

– Tanış ol, Ağəli, bu kişi mənim dostumdur, özü də

canlara dəyən oğlandır, – deyə Rantik Yədullanı Ağəliyə

təqdim etdi.

Az sonra Ağəli Lyudmilanı da stola dəvət etdi. Yenidən kef məclisi düzəldi. Bu zaman Rantik üzünü döndərib xörəkpaylayan qadına göz vurdu. O da on şərab bu-35

tulkasını gətirib stolun üstündə qatar düzdü. Butulkala-rın heç birinin üstündə şərabın adı yoxdu. Rantik çaxırı badələrə doldurub dedi:

– Görüşümüz uğurlu olsun!

O dəqiqə stolun ətrafındakılar öz badələrini boşalt-dılar. Ağəli çaxırı böyük məmnuniyyətlə, ləzzət ala-ala iç-di. Onun sevincinin həddi-hüdudu yox idi. O, Rantikə

müraciət etdi.

– Bura bax, dostum, bu ki xalis “kəmşirin”dir.

– Bəli, dostum, düz tapmısan.

– Bəs bayaq mən xörəkpaylayandan “Kəmşirin” istədim. O dedi ki, bizdə belə şərab olmur. Gör sizin burada nə qədər hörmətiniz var ki, sizin üçün “kəmşirin” də gəti-rirlər.