banner banner banner
Brilyant məsələsi
Brilyant məsələsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Brilyant məsələsi

скачать книгу бесплатно

– Eh, bayaqdan mən də düşünürəm ki, bu kişi nə deyəcək. Bunu təyin etməkdən asan nə var? Dünən axşam mən xörək yeyəndə araq içdim. Bunu hamı gördü. Belə

şeyi mənim qoca nənəm də təyin edə bilər də, – deyə eynəkli kişi qəh-qəh çəkib güldü.

Qarabəniz kişi eynəkli kişinin etirazını qulaqardına vuraraq dedi:

– Xeyr, əmi can, elə deyil, dünən axşam mən sizin araq içdiyinizi görməsəydim də bunu asanlıqla təyin edə

bilərdim. İş orasındadır ki, sizin burnunuz və yanaqla-rınız araq içənlərə xas olan tərzdə qırmızımtıl-badımcanı rəngə çalır.

– Yaxşı, qoy siz deyən olsun. Bəs sonra?

– Sonra sizə baxarkən ilk nəzərdə demək olar ki, mədəniz xəstədir, sarımsağı çox yeyirsiniz, hərdən böyrəklə-8

rinizdən şikayətlənirsiniz, yanılmıramsa, uzun müddət-dir hesabdar vəzifəsində çalışırsınız, həm də subaysınız.

Eynəkli kişinin bayaqkı istehzalı baxışından əsər-əlamət qalmadı. O təəccübləndi. Lakin yenə də etiraz etmək istədi.

– Bütün bunlar doğrudur. Ancaq mən inanmıram ki, siz bunları ilk nəzərdən təyin etdiniz. Yəqin siz məni tanıyırsınız.

– Xeyir, inanın ki, qabaqlar mən heç yerdə sizə rast gəlməmişəm. Nə adınızı, nə də familyanızı bilirəm.

– Əgər belədirsə, onda izah edin görək, siz bunları necə təyin etdiniz?

– Bundan asan nə var? Belə şeyləri təyin etmək üçün yaxşı müşahidəçi və diqqətli olmaq lazımdır. Bayaq danı-şarkən mən sizin dilinizi gördüm. Dilinizin üstündə ağ ləkələr var. Bu onu göstərir ki, mədəniz xəstədir, gözlərini-zin altının şiş olması isə böyrəklərinizin xəstə olduğunu sübut edir.

– Heç bilmirdim, – deyə eynəkli kişi ayağa qalxıb kupenin qapısına vurulmuş aynaya yaxınlaşdı. Dilini çıxardıb diqqətlə baxdı. Şad bir xəbər almış adamlar kimi sevinə-sevinə qadına müraciət etdi:

– Doğru deyir, həqiqətən, dilimin üstündə ağ ləkələr var. Gözlərimin altı da şişdir.

– Sonra qarabəniz kişiyə tərəf dönüb soruşdu:

– Yəqin siz həkimsiniz, ona görə də xəstəliyimi təyin edə bildiniz, eləmi?

– Xeyir, siz səhv edirsiniz. Mən həkim deyiləm, xüsusi tibbi təhsilim də yoxdur. Ancaq mən qətiyyətlə deyə bilərəm ki, bizim kupedə həkim var, baxın, əsl həkim qarşı-mızda oturandır, – deyib qızı göstərdi.

9

– Düz tapmısınız, qardaş, – deyə bayaqdan bəri sakit oturub söhbətə qarışmayan qız sanki həkim olmaq qəbahət imiş kimi rəng verib rəng aldı. Sonra soruşdu:

– Siz bunu necə bildiniz?

– Bunu sonra deyərəm. İndi isə icazə verin bu əmi Leyla ilə söhbətimizi qurtaraq, – deyə qarabəniz kişi yenə

də eynəkli kişiyə müraciət etdi: – İndi gəlin sizin subaylı-ğınız haqqında danışaq. Xahiş edirəm pencəyinizə diqqət yetirin. Yuxarıdan ikinci düymə ağ sapla tikilmişdir. Pen-cəyinizin rəngi isə qaradır, yəqin düymə qopduqdan sonra siz onu özünüz tikmisiniz. Belə məsələlərdə kişilər çox zaman səliqəsiz olurlar. Əgər siz evli olsaydınız…

– Aydındır, qardaş, – deyə qarabəniz kişi ilə fəxr etməyə başlayan eynəkli kişi hörmətlə soruşdu: – deyin görək bəs hesabdar olmağımı haradan bildiniz?

– Bayaq siz oxuduğunuz kitabın səhifələrini vərəqlər-kən, mən sizə baxdım. Gördüm ki, siz kitabın səhifələrini qəribə bir tərzdə, hesabdarlar çötkəyə salan kimi vərəqlə-yirsiniz. Sonra mən sağ əlinizə diqqətlə baxıb barmaqları-nızın iç tərəfinin qabar olduğunu gördüm. O saat sizin uzun müddət hesabdar vəzifəsində çalışdığınızı müəyyən etdim.

– Afərin, qardaş, daha mənim sizə sözüm yoxdur.

Atam-atam, mən təslim.

– Nə tez təslim oldunuz? – deyə həkim qız dilləndi. –

Qoy indi də mənim həkim olduğumu necə təyin etdiyini desin.

– Bu da çətin iş deyil, bacı. Sağ əlinizin barmaqları yoda batmışdır. Bu sizin tibb işçisi olduğunuzu sübut ed-ir. Divardan asılmış jaketinizin cibindən isə statoskopun ucu görünür. Bu onu göstərir ki, siz felşer deyil, həkimsi-10

niz. Çünki, statoskopla xəstələrə yalnız həkimlər qulaq asırlar.

– Bəs, bu bacı haqqında nə deyə bilərsiniz? – deyə eynəkli kişi yanındakı dolu qadını göstərdi.

– Ümumiyyətlə, çox şey. Ancaq bacı icazə versə, mən onun bir sirrini açaram.

– Maraqlıdır. Deyin görək, mənim nə sirrim var?

– Siz, üç faizli istiqrazla min manat pul udmusunuz.

Belə zənn edirəm ki, indi pul almaq üçün Bakıya gedirsiniz.

– Tamamilə düzdür, qardaş, qınamasaydınız deyərdim ki, yəqin siz falçısınız.

– Falçılıq fırıldaqçıların işidir, bacı. Burada isə heç bir çətin iş yoxdur. Mən bunu sizə diqqət yetirməklə öyrənə

bildim. Cibinizdə “Kommunist” qəzeti görünür. Qəzetdə

üç faizli istiqrazın uduş cədvəli dərc olunmuşdur. Bayaq siz bir neçə dəfə həmin cədvələ baxıb sevinə-sevinə gül-dünüz. Mən də ötərgi cədvələ baxdım. Min manat udmuş

istiqraz nömrəsinin altından qırmızı karandaşla cızdığını gördüm. Buradan belə nəticəyə gəldim ki, siz istiqrazla pul udmusunuz. Əgər siz istəyirsinizsə, mən sizə istiqraz vərəqəsinin nömrəsini də deyə bilərəm. Biletin nömrəsi 01226, seriyası isə 19-dur.

– Dayanın, bir yoxlayım, – deyə qadın ayağa qalxdı.

jaketinin cibindən qəzeti çıxardıb istiqraz vərəqəsinin nömrəsini yoxladı, sonra əlavə etdi:

– Əcəb yaxşı hafizəniz var. Pulu mən udmuşam, dü-nəndən bəri neçə dəfə qəzetə baxmışam. Ancaq istiqraz vərəqəsinin nömrəsini əzbərləyə bilməmişəm. Siz isə bir baxışda bunu yadda saxladınız. Afərin!

11

– Mən bunu sadəcə olaraq vərdiş etmişəm. Hər şeyi yadımda saxlamağa, diqqətli olmağa alışmışam. Mən belə

hesab edirəm ki, adam yaxşı müşahidəçi və diqqətli olsa, həm də ən kiçik şeyləri yadda saxlamağa çalışsa, başqaları haqqında çox şeyi müəyyən edə bilər, – deyə qarabəniz kişi ayağa qalxdı. Pəncərəyə yaxınlaşdı. Qatarın hələ də

Ələt stansiyasında dayandığını görüb əlavə etdi:

– Dostlar, Bakıya hələ üç saat yolumuz qalıb. Əgər istəyirsinizsə mən sizə milis orqanlarının işinə dair bir hadisə danışa bilərəm. Bu hadisəni mənə qonşuluğumuzda yaşayan bir milis mayoru danışmışdır. O, Bakı şəhər milis idarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir.

Hamı ucadan dedi:

– Buyurun, danışın.

12

BİRİNCİ FƏSİL

CİBGİR RANTİK

Adi günlərdən birində axşamçağı Hüsü Hacıyev küçəsindəki Mərkəzi univermağa son moda ilə geyinmiş qarabəniz bir gənc gəldi. Gəncin qara bostondan kostyumu, yaxası açıq ağ köynəyi, burnu uzun qara ayaqqabısı vardı. Başına həsir şlyapa qoymuşdu. Üzünü təmiz qırxdır-mış, qaşlarını aldırmışdı, dırnaqlarını manikür etdirmiş-di. Müxtəlif rəngli qalstukuna qızıl sancaq vurmuş, döşü-nə idman çempionlarına məxsus medal taxmışdı.

Gənc bir şey almaq istəyən adamlar kimi mağazanın şöbələrini bir-bir gəzdi. Hazır paltar satılan şöbədə adamların növbəyə durduğunu görüb sevindi. Ağzındakı siqa-reti yerə atıb, ayağıyla tapdaladı. Dərhal özünü adamların arasına verdi.

Bir neçə dəqiqə keçdi. Birdən hazır paltar satılan yerdə hay-küy qopdu. Bir kişi mağazaya təzə gəlmiş bu gəncin qolundan möhkəm tutaraq onu növbədən dartıb çıxartdı. Ucadan dilləndi:

– Axmağın biri axmaq, heç bir vid-fasonundan, geyimindən utanmırsan? Xalq alın təri ilə qazandığı pula özü 13

üçün paltar almağa gəlib, sənsə cibimə girib oğurluq edirsən? Məgər ölkə dərəbəylikdir?

Gənc onun əlindən qurtarmağa çalışaraq dedi:

– Ay əmi, sənin başın xarab olub, nədir? Mən də kostyum almağa gəlmişəm. Bax gör, heç mən cibgirə oxşayı-ram. Ayıb deyilmi? Mən mühəndisəm, özü də boks üzrə

çempionam. Sən məni təhqir edirsən. Qolumu burax, yoxsa şikayət edərəm. Böhtan üstündə səni məsuliyyətə cəlb edərlər.

Deyəsən, kişi gəncin sözlərinə inandı. Onun qolunu buraxaraq təəccüblə soruşdu:

– Bəs mənim pullarımı kim cibimdən çıxartdı?

– Mən nə bilim, axtar, oğrunu tap.

Kişi nəyi isə fikirləşib təzədən gəncin qolundan tutdu. Gənc hirsləndi:

– Sənə deyirəm qolumu burax, yoxsa peşman olarsan, – deyə qolunu dartıb kişinin əlindən çıxartdı. Aradan çıxıb getmək istədi. Ancaq mümkün olmadı. Hay-küy qopdu. Buraya gələn drujinaçılar gənci tutub univerma-ğın birinci mərtəbəsində yerləşən ştaba gətirdilər.

Bu gənc cibgir Qrant Nalbandyan idi. Dostları arasında “Qızılbarmaq Rantik” ləqəbi ilə tanınan Nalbandyan həyatında ilk dəfə belə ələ keçdi.

Rantik mağazada kişinin cibinə girən zaman bilmədi ki, onu diqqətlə izləyən, bütün hərəkətlərinə göz qoyan vardı. Bu, üz-gözündən dələduzluq yağan ortaboylu, çənəsi çapıq, üzü bir az çopur kişiydi. Bu kişinin otuz beş-otuz altı yaşı olardı. Cinayətkarlar aləmində “tapança Yədulla” ləqəbi ilə məşhurdu. Bu da səbəbsiz deyildi. O

həmişə cibində tapança gəzdirər, çox zaman lazım olsa 14

da, olmasa da silahını işə salıb hay-küy qaldırar, əlaltılarını qorxudardı.

Cavan olmasına baxmayaraq Yədulla indiyədək üst-üstdə otuz doqquz il iş almışdı. Axırıncı dəfə Yədulla adam soymaq üstündə məsuliyyətə cəlb edilmiş, üç il bundan əvvəl amnistiya nəticəsində həbsdən azad olunmuşdu. Yədulla əmək-islah koloniyasını tərk edərkən koloniya rəisinə söz vermişdi ki, cinayətkarlığın daşını birdəfəlik atacaq və namuslu həyata qayıdacaq.

Ancaq Yədulla öz əməllərindən əl çəkən adamlardan deyildi. Bakıya qayıtdıqdan və gözdən pərdə asmaq üçün bir mədəndə müvəqqəti işə girdikdən sonra Yədulla bir qədər “ağıllı” tərpənməyi, daha ələ keçməmək üçün hiylə

işlətməyi qərara aldı. Demək olar ki, Yədulla öz qərarına bacarıqla əməl etdi. O, cinayət işlərində şəxsən iştirak etmədi. Yədulla inanılmış, dəfələrlə sınaqdan çıxarılmış əliəyri adamları ətrafına topladı. Onları ölümlə hədələyərək özünə tabe etdi. Yalnız bundan sonra Yədulla müxtəlif cinayət planları tərtib etməyə, bu planları həyata keçirmək üçün adamlar ayırmağa başladı. Bu cinayətlərdən əl-də edilən gəlirin çoxu Yədullaya çatırdı. Çox zaman bu cinayətlər işləyənlər milis orqanlarının məharəti nəticəsində ifşa olunurdu. Lakin onların heç biri istintaq zamanı Yədullanın adını çəkmir, bütün təqsirləri öz üzərlərinə

götürürdülər.

Rantik Yədullanın dəstəsində deyildi. O, ayrıca,

“Zorba Səftər” ləqəbi daşıyan bir dostu ilə “işləyirdi”. Yədulla Rantikin mahir cibgir olduğunu əlaltılarından öyrənmişdi. Buna görə də o, Rantiki öz dəstəsinə cəlb etmək istəyirdi. Həmin gün Yədulla məhz elə buna görə Rantikin arxasına düşərək onu izləmiş və Mərkəzi univermağa 15

gəlmişdi. O, Rantikin tutulduğunu görcək dərhal mağazanı tərk etdi. Əvvəlcə Yədulla dava salıb aranı qarışdırmaq və beləliklə də Rantikin aradan çıxıb qaçması üçün şərait yaratmaq istədi. Lakin bunun mümkün olmadığını görüb yavaş-yavaş mağazanı tərk etdi. Hüsü Hacıyev küçəsi ilə

beşmərtəbə binaya tərəf addımlayarkən Rantiki həbsdən qurtarmaq, sonra da özünə tabe etmək üçün planlar qur-mağa başladı.

Yədulla çox fikirləşdikdən sonra şahidləri nəyin bahasına olursa-olsun satın almaq, pulu oğurlanan kişinin pulunu qaytarmaq və ona hədə-qorxu gələrək, məhkəmədə ifadəsini dəyişdirməyə məcbur etməyi qərara aldı.

Yədulla öz planını həyata keçirmək üçün saysız-hesabsız məşuqələrindən biri olan Klaragilə gəldi. Məsələni ona danışıb dedi:

– Gərək mənə bu işdə kömək edəsən. Dediyim cibgir Rantiki mütləq qurtarmaq lazımdır. O mənim xoşuma gəlib. Şahidlərin və pulu oğurlanan kişinin kim olduqla-rını və harada yaşadıqlarını öyrən. Gözdən pərdə asmaq üçün özünü Rantikin nişanlısı kimi qələmə ver. Puldan qorxma. Nə qədər lazım olsa xərclə. Sənə beş gün vaxt verirəm.

Rantiki cibgirlik yoluna gətirib çıxardan yalançılığı və gop edib özünü öyməsi olmuşdu. Rantik lap uşaq yaşlarından yalan danışmağa adət etmişdi. O, gözlərini açıb anasının hər addımda qonşulara yalan satdığını, tez-tez tanışlarını, qohum-qardaşlarını aldatdığını görmüşdü.

Rantikin atası da arvadından geri qalan deyildi. O da arvadı kimi yalançı və lovğa idi. Kişi tez-tez Rantikin yanında utanıb çəkinmədən yalan satır, evdə soğan-çörək yeyib, bayırda toyuq-plovdan dəm vurur, böyük vəzifəli 16

şəxslərlə oturub-durduğundan, onlarla dostluq etdiyindən danışırdı. Rantikin atası çox zaman tanışları yanında öyünmək üçün yalandan rəhbər işçilərə telefonla zəng vurub, onların kefini soruşur, bu və ya başqa məsələ haqqında məsləhətləşir, bundan həzz alırdı. Rantik də tezliklə həm məhəllədə, həm də məktəbdə yalançı və gopçu kimi tanındı. Yoldaşları Rantikin gopçu olduğunu, nəfəsi-nin yalanla gedib-gəldiyini bildiklərindən onu tez-tez ələ

salırdılar.

Bir gün Rantik məktəbdən evə gələrkən bir tanış oğlana rast gəldi. Rantik bilirdi ki, bu oğlan oğrudur. Nədənsə oğurluqdan, cibgirlikdən söz düşdü. Adəti üzrə

Rantik yenə gop etdi:

– Eh, cibə girməkdən asan nə var. Bu, su içmək kimi asan bir şeydir. Mən özüm də elə cibgirəm.

Yoldaşı Rantiki ələ salıb dedi:

– Ay Rantik, öz aramızdır, yenə məni xamlamaq istəyirsən. Sən hara, cibgirlik hara?

Rantik, yalan danışmadığına and içdi. Yoldaşı isə de-di:

– Mən sənə inanmıram. Əgər sən, doğrudan da, cibə

girməyi bacarırsansa, nə üçün pulsuz olursan? Ondan-bundan qəpik-quruş borc alırsan? İnanmıram.

– Kilsə haqqı düz deyirəm, – deyə Rantik and içdi.

– Sübut elə.

– Nə təhər sübut edim?

– Mənim yanımda cibə gir, baxaq görək, düz deyirsən, ya yalan.

Dilindən bəlaya düşən Rantik qorxdu. Zarafata salıb işdən əl çəkməyə çalışdı. Ancaq yalançını evinə qədər 17

qovmağı qət edən tanışı ondan əl çəkmədi. Rantik əlacsız qalıb cibə girməyi qərara aldı.