banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

Sən-Kler sevincindən qışqırdı və şaqqanaq çəkərək dizlərini qatlayıb yerə çökdü. O, qrafinyanın əlindən yapışdı, onu öpüşlərə və göz yaşlarına qərq etdi. Matildanı təəccüb bürüdü və əvvəlcə belə başa düşdü ki, Sən-Klerə nəsə oldu. Sən-Kler yalnız bu sözləri deyə bildi: “Məni bağışlayın, bağışlayın məni!” Nəhayət, ayağa qalxdı. O, sevinc içərisində idi. Sən-Kler bu an Matildanın vaxtilə ona ilk dəfə “Mən sizi sevirəm!” – dediyi andakından da xoşbəxt idi.

O dedi:

– Mən dünyanın ən səfeh və ən günahkar adamıyam, – dedi. – İki gün idi ki, sizdən şübhələnirdim. Şübhələrimi aydınlaşdırmaq üçün sizdən heç bir şey soruşa bilmirdim.

– Məndən şübhələnirdiniz? Axı nədə?

– Ah! Mən bədbəxtəm!.. Mənə demişdilər ki, siz Masinini nə vaxtsa əvvəllər sevmisiniz… həm də…

– Masini! – qrafinya qəhqəhə ilə gülməyə başladı və sonra ciddi görkəm aldı. – Oqüst, mənim haqqımda belə şübhədə olmaq və həmin şübhələri məndən gizlətmək üçün, doğrusu, nə qədər səfeh və ikiüzlü olmaq lazım imiş?!

Onun gözündən bir damla yaş diyirləndi.

– Yalvarıram, məni bağışlayın.

– Sizi necə bağışlamaya bilərəm, əziz dostum?.. Ancaq hər şeydən əvvəl qoy sizə and içim ki…

– Ah! Mən sizə inanıram, inanıram sizə… mənə heç nə deməyin.

– Ancaq, Allah xatirinə, deyin görək, siz bu boş, mənasız düşüncələrinizdə nəyə əsaslanırdınız?

– Heç nəyə… Bu axmaq başımdan savayı heç nəyə… Bir də bu etrüsk vazasına… Görürsünüz, mən elə bilirdim ki, bunu sizə Masini vermişdir…

Qrafinya təəccüb içində əlini əlinə vurdu və qəhqəhə ilə dedi:

– Mənim etrüsk vazam! Mənim etrüsk vazam!

Sən-Kler də özünü gülməkdən saxlaya bilmədi, amma bununla belə, onun yanaqlarından iri göz yaşları axıb süzülürdü. O, Matildanı qucaqladı və ona dedi:

– Məni bağışlamayınca sizi buraxmayacağam.

– Sizi bağışlayıram, səfehin biri səfeh! – deyərək Matilda onu nəvazişlə öpdü. – Bu gün mən xoşbəxtəm! Bax, birinci dəfədir ki, sizi ağlayan görürəm. Heç ağlıma gəlməzdi ki, siz ağlaya bilərsiniz.

Sonra Sən-Klerin qolları arasından çıxaraq etrüsk vazasını qapdı və döşəməyə çırpıb çilik-çilik elədi. (Bu misilsiz və nadir bir vaza idi. Üzərində üç rənglə Larit ilə Santorun döyüş səhnəsi[39 - Larit ilə Santorun döyüş səhnəsi – qədim yunan mifologiyasında deyilir: Kentavrlar yarı adam, yarı at olan əsatiri varlıqlardır. Laptiflər sülaləsinin hökmdarı Pirifoyun toyuna dəvət olunmuşlar. Şərabdan məst olan kentavr Evriton gəlinin namusuna təcavüz etmək istəyir. İki tayfa arasında müharibə başlayır. Qəzəblənmiş Pirifoy Evritonu cəzalandırır və toydan qovur. Larit ilə Santor da bu döyüşdə iştirak edən əfsanəvi varlıqlardır.] təsvir edilmişdi.)

Sən-Kler bir neçə saat ən xoşbəxt və həm də pərt adam vəziyyətində qaldı.

***

– Hə, nə oldu? – deyə Rokantən Tortonilər[40 - Tortonilər kafesi – Parisdə “İtalyan bulvarı”nda kafe.] ailəsinə məxsus qəhvəxanada rast gəldiyi polkovnik Bojedən soruşdu. – Mənə danışdığın əhvalat doğrudur?

– Bəli, bu, həqiqətən belədir, mənim əzizim, – polkovnik qəmgin halda cavab verdi.

– Danışın görüm, bu hadisənin axırı necə qurtardı?

– Ah, necə olacaq! Sən-Kler mənə dedi ki, o, əvvəlcə səhv edibmiş və yalnız Temin birinci atəş açandan sonra ondan üzr istəmək niyyətindəymiş. Mənim onunla razılaşmaqdan başqa çarəm qalmadı. Temin püşk atmaq istəyirdi. Sən-Kler təkid etmişdi ki, birinci Temin atəş açsın, o da atdı. Mən Sən-Klerin bircə dəfə öz yerində fırlandığını və həmin dəqiqə də palıd ağacı kimi yerə sərildiyini öz gözlərimlə gördüm. Onun yerə düşməyi ilə ölməyi bir oldu. Mən ölümcül yaralanan əsgərlər arasında ölməmişdən əvvəl öz yerlərində belə fırlanmalarını dəfələrlə görmüşəm.

Rokantən dedi:

– Bu, çox qeyri-adi ölümdür. Bəs sonra, Temin nə etdi?

– Belə hadisə vaxtı başqaları nə edir, o da elə… O, tapançasını məyus halda yerə tulladı, elə güclə tulladı ki, tətiyi sındı. Bu, Manton fabrikinin[41 - Manton fabriki – XIX əsrin birinci yarısında Manton şəhərində (İngiltərə, Retlend qraflığı) silah zavodu; burada istehsal olunan silahlar ən yaxşılardan hesab olunurdu.]


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)