banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

– Salam, qardaş.

– Evin yaxınlığından keçirdim, gəldim sənə və əmiqızı Pepaya baş çəkim. Bu gün hey ayaq döymüşük, ancaq yorğunluqdan şikayətlənməyə dəyməz, çünki ovumuz uğurlu olub. Jianetto Sanpyeronun əl-ayağını elə bir az bundan əvvəl bağladıq.

– Allaha çox şükür! – Cüzeppa sevindiyindən az qaldı bağırsın. – Keçən həftə o, bizim bir sağmal keçimizi oğurlamışdı.

Bu sözlər Qambanın ürəyindən oldu.

– Yazıq neyləsin? – Mateo söhbətə qarışdı, – görünür ac olub.

– Şir kimi vuruşurdu. – Zabit pərt halda sözünə davam etdi. – Mənim voltijerlərimdən birini vurub öldürdü. Hələ bununla da ürəyi soyumadı, üstəlik, kaporal Şardonun qolunu sındırdı. Ancaq bu elə böyük bədbəxtlik deyil, axı o, fransız idi. Sonra o, elə yerdə gizlənmişdi ki, inan, onu cin də tapa bilməzdi. Əgər əziz qardaşoğlu balaca Fortünato olmasaydı, biz onu tapa bilməyəcəkdik.

– Fortünato! – Mateo qışqırdı.

– For-tü-na-to… – Cüzeppa da səslədi.

– Hə, dediyim bu Jianetto bax, oradakı ot tayasının içində gizlənmişdi, ancaq hörmətli qardaşoğlum bicliklə onu mənə nişan verdi. Mən bunu onun kaporal dayısına da deyəcəyəm ki, xidmətinə görə ona hədiyyə göndərsin. Hə, bir də, sənin də, onun da, (arvada işarə etdi) hər ikinizin adı müsyö baş vəkilə göndərəcəyim izahata düşəcəkdir.

Mateo lap astadan:

– Bədbəxtlik! – dedi.

Onlar artıq dəstənin yaxınlığında idilər. Jianetto xərəyin üstündə uzanmışdı, dəstə də yola düşməyə hazır idi. Jianetto Mateonun Qambanın yanınca gəldiyini gördükdə çox qəribə bir tərzdə gülümsədi, sonra evin qapısına tərəf çevrildi, evin astanasına tüpürərək dedi:

– Satqının evi!

Yalnız ölümünü gözünün qabağına alan adam cürət edib Falkoneyə satqın deyə bilərdi. Belə təhqirin əvəzi ən azı karlı bir şillə ola bilərdi. Mateo bərk sarsılmışdı. O, əllərilə başını tutdu, başqa heç bir hərəkət etmədi.

Atasının gəldiyini görən Fortünato evə girmişdi. Az sonra o, əlində süd dolu kasa, yenidən göründü. Gözlərini yuxarı qaldırmadan süd kasasını Jianettoya tərəf uzatdı.

– Rədd ol yanımdan! – məhbus dəhşətli səslə bağırdı. Sonra isə voltijerlərdən birinə tərəf çevrilərək dedi:

– Mənə bir az su ver içim, dost.

Əsgər böyründən asdığı mehtərəsini əlinə aldı və quldur bir az bundan əvvəl ona güllə atan adamın verdiyi suyu içdi. Bundan sonra o xahiş etdi ki, əllərini arxasında yox, sinəsində çarpazlayıb bağlasınlar.

– Kefim istədiyi kimi yatmaq istəyirəm, – dedi.

Onun istəyini məmnuniyyətlə yerinə yetirdilər. Bundan sonra zabit yola düşmək üçün işarə verdi. Bayaqdan bəri sakitcə dayanıb ona cavab verməyən Mateo ilə vidalaşdı və cəld addımlarla düzənliyə tərəf uzanıb gedən cığıra düşdü.

Mateo kəlmə kəsənə qədər təxminən on dəqiqə keçdi. Onun matı-qutu qurumuşdu. Uşaq həyəcanla gah anasına, gah da tüfənginə söykənib qəzəbini içəridə boğa-boğa onu diqqətlə süzən atasına baxırdı.

Nəhayət, Mateo sakit, ancaq onu tanıyan hər kəsə bəlli vahiməli səslə dedi:

– Yaxşı başlayırsan!

Gözləri yaşla dolmuş uşaq özünü atasının ayaqlarına atmaq üçün irəliləyərək qışqırdı:

– Ata!

Mateo onun üstünə bağırdı:

– Mənə yaxın gəlmə!

Uşaq dayandı, atasına bir neçə addım qalmış yerində heykəl kimi dondu və hönkür-hönkür ağladı:

Cüzeppa uşağa yaxınlaşdı. O, Fortünatonun köynəyinin altından çıxan saatın zəncirini görmüşdü.

– Bu saatı sənə kim verib? – deyə ciddi tərzdə soruşdu.

– Serjant əmi.

Falkone saatı qamarladı və onu var gücü ilə daşa çırpıb xıncım-xıncım elədi.

– Arvad, – Mateo üzünü Cüzeppaya tərəf çevirib soruşdu: – Bu uşaq məndəndir?

Cüzeppanın mis rənginə çalan sifəti körüyə atılmış pul kimi qızardı.

– Mateo, sən nə danışırsan?! Kiminlə danışdığını başa düşürsənmi?

– Yaxşı! Onda bil və agah ol ki, bu, bizim nəsildə satqınlıq eləyən ilk uşaqdır.

Fortünatonun hönkürtüsü və hıçqırığı getdikcə güclənirdi. Falkone isə gözünü ona zilləyib heykəl kimi dayanmışdı. Nəhayət, o, əlindəki tüfəngin qundağını yerə vurdu, sonra onu çiyninə atdı, makiyə tərəf gedən yola düşdü və Fortünatoya sarı qışqırdı ki, onun ardınca gəlsin. Uşaq itaət etdi.

Cüzeppa Mateonun dalınca qaçdı və onun əlindən tutdu. Şəvə kimi qara gözlərini ərinin gözlərinə zilləyərək, onun qəlbindən keçəni oxuyurmuş kimi titrək səslə:

– Bu sənin oğlundur! – dedi.

– Burax məni! – deyə Mateo cavab verdi. – Mən onun atasıyam.

Cüzeppa oğlunu qucaqlayıb öpdü və ağlaya-ağlaya qayıdıb daxmaya girdi. O, müqəddəs Məryəmin şəkli qarşısında diz çökərək bərkdən yalvarmağa başladı…

Bu zaman Falkone vadiyə uzanan cığırla irəliləyirdi. O, təxminən iki yüz addım aralandıqdan sonra kiçik bir yarğanın üstündə dayandı və tullanıb yarğana düşdü. Tüfəngin qundağı ilə torpağın bərkliyini-boşluğunu yoxladı və nəm torpağın asanlıqla qazılacağını öz-özlüyündə yəqinləşdirdi. Qəlbindəki niyyət üçün elə buranın əlverişli olduğunu düşündü.

– Fortünato, get, o böyük daşın yanında dayan.

Atası ona nə dedisə, uşaq əməl etdi, sonra daşın dibində diz çökdü.

– Dua et!

– Ata, ata! Məni öldürmə!

– Dua et! – Mateo dəhşətli səslə bağırdı.

Uşaq dili topuq vura-vura və hönkürə-hönkürə müqəddəs kitabın “Ata” və “İnanc” fəsillərini əzbərdən söyləməyə başladı.

Mateo uşağın dediyi hər cümlənin axırında “amin!” deyirdi.

– Bildiyinin hamısı elə budur?

– Ata, “Məryəm ana”nı da bilirəm, həmin bu duanı mənə xalam öyrədib.

– Çox uzundur, ancaq eybi yoxdur, onu da oxu!

Uşaq duanı axıra kimi oxudu. Onun səsi getdikcə öləziyirdi.

– Qurtardın?

– Ah, ata! Rəhm elə! Məni bağışla! Bir daha belə eləmərəm! Kapral əmidən xahiş edərəm ki, Jianettonu bağışlasın!

O, yenə nəsə deyirdi. Mateo tüfəngini doldurdu, onu üzünə qaldırıb tuşladı və dedi:

– Qoy Allah özü sənin günahını bağışlasın!

Uşaq atasının dizlərini qucaqlamaqdan, günahının bağışlanması üçün yalvarmaqdan ötrü ayağa qalxmağa cəhd etdi, ancaq artıq gec idi. Mateo tətiyi çəkdi, Fortünato yerindəcə qaldı.

Uşağın cəsədinə gözünün ucu ilə baxmayan Mateo oğlunu basdırmaq üçün bel dalınca evə tərəf yollandı. Bir neçə addım atmışdı ki, qan-tər içində ona tərəf qaçan Cüzeppa ilə rastlaşdı.

Arvad bağırdı:

– Sən nə iş tutdun?

– Ədalətli iş.

– Uşaq hanı?

– Yarğanda. İndi qayıdıb basdıracağam. O, xristian kimi öldü. Mən onun ruhuna dua oxutduracağam. Kürəkənim Tyodoro Byanşiyə xəbər göndərmək lazımdır ki, köçüb gəlsin və bundan sonra bizimlə yaşasın.

İSTEHKAMIN ALINMASI

Neçə il bundan əvvəl Yunanıstanda qızdırmadan ölən dostlarımdan biri şəxsən özünün iştirak etdiyi ilk döyüş əməliyyatından mənə bir əhvalat danışmışdı. Onun hekayəsi məni elə valeh eləmişdi ki, vaxt tapan kimi həmin əhvalatı olduğu kimi qələmə aldım. Hekayə belədir.

Mən öz alayıma sentyabr ayında, gecə vaxtı gəlib çatdım. Polkovniki düşərgədə tapdım. Məni əvvəlcə çox könülsüz qarşıladı, ancaq general B-nin zəmanət məktubunu oxuyandan sonra səsinin ahəngi dəyişdi və mənə bir neçə ürəkaçan söz dedi.

O, məni kəşfiyyatdan yenicə qayıtmış kapitana təqdim etdi. Bu kapitan (onu sonralar lap yaxından tanımaq mənə müyəssər olmadı) hündürboylu, qarabuğdayı, sərt xasiyyətli, eybəcər sifətli bir adam idi. Əvvəllər adi, sıravi əsgər olmuş, sonralar çiynindəki rütbəni və döşündəki xaç nişanını döyüş meydanında qazanmışdı. Onun xırıltılı və zərif səsi nəhəng bədəni ilə qətiyyən uyuşmurdu. Deyilənlərə görə, İena döyüşündə bir tərəfdən dəyib o biri tərəfdən çıxan güllə onun səsini bu hala salmışdı.

Fontenblo hərbi məktəbini qurtardığımı bilən kimi onun sifətinin ifadəsi dəyişdi. Dedi:

– Mənim leytenantım dünən həlak oldu…

Mən onun: “Onu siz əvəz etməlisiniz, siz isə bunu etmək iqtidarında deyilsiniz” demək istədiyini dərhal başa düşdüm. Dilimin ucuna kobud bir söz gəldi, ancaq hövsələmi basıb özümü saxladım.

Bizim düşərgədən iki top gülləsi məsafəsində yerləşən Şövörino[5 - Şövörino – Merime rus kəndlərindən olan Şevardinonun adını təhrif olunmuş formada verir. Borodino vuruşunda (1812) Şevardino istehkamı qızğın vuruşlarda gah bu, gah da digər tərəfin əlinə keçirdi, belə ki, bu istehkam rus ordularının bütün istiqamətlərdə möhkəmlənməsi üçün əsas mövqe olmuşdur.] istehkamının arxasında iri, narıncı ay doğmuşdu; həmişə doğduğu kimi. Ancaq bu gecə o mənə təsəvvürəgəlməz dərəcədə böyük görünürdü. İstehkam ayın haləsində bir neçə anlığa qara rübəndə büründü. O, püskürmə zamanı vulkanın konusşəkilli kraterini xatırladırdı.

Mənim yanımda dayanan bir nəfər yaşlı əsgər ayın rənginə diqqət yetirərək dedi:

– Gör nə qırmızıdır! Bu o deməkdir ki, bu məşhur istehkam bizə baha başa gələcək!

Mən həmişə mövhumatçı olmuşam və əsgərin bu falçılığı belə bir anda məni xüsusilə təşvişə saldı. Mən uzandım, ancaq yata bilmədim. Qalxdım və bir müddət Şövörino kəndinin hüdudlarındakı təpəlikləri ağuşuna alan nəhəng, ucu-bucağı görünməyən tonqal sırasına tamaşa etməyə başladım.

Gecənin sazağı iliyimə işləyəndə gəlib tonqalın yanında uzandım, əsgər şinelimi səliqə ilə üstümə çəkdim və dan yeri sökülənə qədər yatmaq niyyətilə gözlərimi yumdum. Yuxum ərşə çəkilmişdi. İlan vuran yatdı, mən yatmadım. Bu boyda düzəngaha yığışmış minlərlə adamın içərisində bir nəfər dost-tanış olmadığını öz-özümə fikirləşdim. Əgər yaralansaydım, xəstəxanaya, savadsız, kütbeyin həkimlərin əlinə düşəcəkdim. Cərrahiyyə əməliyyatları haqqında nə eşitmişdimsə, hamısı bütün təfərrüatı ilə gəlib gözlərimin qabağında dayandı. Ürəyim tez-tez, həyəcanla döyündü. Döş cibimdəki yaylığımı və pul kisəsini sipər kimi cəld sinəmin üstünə qoydum. Yorğunluq məni əldən salmışdı; hər an, hər dəqiqə ötdükcə bədənimin ağrıları yavaş-yavaş sakitləşir, sonra nədənsə beynimdə nəhs fikir yenidən təkidlə baş qaldırır və yerimə qor doldururdu. Nəhayət, yorğunluq öz işini gördü. Sübh tezdən qalxma işarəsi veriləndə mən daş kimi yatmışdım.

Biz sıraya düzləndik, adlar oxundu, sonra tüfəngləri baş-başa çatdıq. Bütün bunlar bir günü də sakit keçirəcəyimizdən xəbər verirdi.

Saat üçə yaxın adyutant[6 - Adyutant – hərbi rütbə (praporşik).] xüsusi əmrlə gəldi. Silahlarımızı yenidən götürməli olduq, atıcılarımız çölə səpələndilər və hər kəs öz yerini tutdu; biz də yavaş-yavaş onların ardınca getdik və iyirmi dəqiqə keçəndən sonra rusların bütün ön dəstələrinin arxaya çəkildiklərini və istehkama girdiklərini gördük.

Bir topçu dəstəsi gəlib bizim sağ tərəfimizdə, digəri isə sol tərəfimizdə yerləşdi; hər ikisi də güclü dəstə idi. Onlar düşmən üzərinə sıx atəş açmağa başladılar, qarşı tərəf də var gücü ilə cavab zərbəsi endirdi və çox keçmədi ki, Şövörino istehkamı qatı tüstü-duman içində görünməz oldu. Çala-çuxur bir yer bizi rusların atəşindən mühafizə edirdi. Nadir hallarda üstümüzə gələn düşmən qumbaraları (ruslar, əsasən, bizim topçularımızı nişan alırdılar) ya başımızın üstündən sovuşub keçir, ya da ki, yaxınlıqda düşüb partlayaraq toz-torpağı, xırda daş-kəsəyi üstümüzə sıçradırdı.

Hücuma keçmək əmri verilən kimi kapitanım mənə elə mənalı baxdı ki, istər-istəməz əlimi iki-üç dəfə təzəcə düzəltdiyim bığıma çəkdim. Açığını deyim ki, mən qorxmurdum və istəmirdim ki, kimsə mənim qorxduğumu ağlına gətirsin. Bu qumbaralar isə əksinə, məni dəyanətimi daha da möhkəmləndirməyə sövq edirdi. Hiss edirdim ki, üstümü almış təhlükə sovuşub. Məni öz şəxsi inamım valeh etmişdi və kefim də elə kök idi ki, Parisdə, madam B.-nin Provans küçəsindəki salonunda Şövörino istehkamının alınması barədə necə həvəslə danışacağımı düşünürdüm.

Polkovnik bizim alayın qarşısından keçdi. O, mənə müraciətlə dedi:

– Hə, sizin üçün bu, ilk döyüş olduğundan, deməli, möhkəm vuruşmalısınız.

Otuz addımlıq məsafədə partlayan qumbaranın zərbindən qoluma sıçrayan toz-torpağı çırpıb təmizləyərək əsl cəngavər görkəmilə gülümsədim.

Deyəsən, qumbaralarının hədəfə dəymədiyini rusların özləri də hiss etdilər. Çünki onlar qumbaraları minomyot mərmilərilə əvəz etdilər. Bunlar da, yəqin ki, yerləşdiyimiz xəndəkdə bizi tuta bilərdi. Lap yekə bir qəlpə mənim papağımı başımdan aldı və yanımdakı adama dəyib öldürdü.

– Təbrik, edirəm! – Papağımı yerdən təzəcə qaldırmışdım ki, kapitan mənə müraciətlə dedi. – Siz bütün günü rahat ola bilərsiniz, payınızı aldınız!

Məhkəmə salonunda olduğu kimi, döyüş meydanında da özünü doğruldan “heç ola bilməz ki, güllə eyni yerə iki dəfə dəysin” aksiomunun nə demək olduğunu yaxşı başa düşürdüm. Mən papağımı yenidən başıma qoydum, təşəxxüslə, özümü sındırmadan cavab verdim:

– Yanındakıları, heç olmasa, bir nəfər salamlamalıdır, yoxsa yox?

Bu sarsaq zarafat, görünür, lap yerinə düşdü.

– Sizi təbrik edirəm, – kapitan mənə müraciətlə yenidən sözə başladı, – daha sizə ölüm yoxdur və bu axşam bölüyə siz komandanlıq edəcəksiniz, çünki əlimin içi kimi bilirəm ki, indi mənim növbəm çatıbdır. Hər dəfə mən yaralananda yanımdakı zabit güllədən ölür. – O, astadan, demək olar ki, utana-utana əlavə etdi: – Nədənsə onların adları həmişə “P” hərfilə başlayırdı.

Özümü ağıllı, təmkinli apardım, mənim yerimə kim olsaydı, belə hərəkət edərdi. Kim olsaydı, peyğəmbərcəsinə deyilmiş bu sözlərdən mənim kimi heyrətlənərdi. Hərbi xidmətdə təzə adam olduğum üçün öz hisslərimi hələ heç kimlə bölüşə bilməzdim və heç kimə etibar da edə bilməzdim. Buna görə də həmişə soyuqqanlı, təmkinli görünməyə çalışmalı idim.

Yarım saatdan sonra rusların atəşi nəzərə çarpacaq dərəcədə zəiflədi. Belə olduqda biz istehkama doğru irəliləmək üçün sığındığımız yerdən çıxdıq.

Bizim alay üç bölükdən ibarət idi. İkinci bölüyə istehkama arxadan hücum etmək əmri verilmişdi. Qalan iki bölük isə qarşıdan hücum etməli idi. Mən üçüncü bölükdə idim.

Sığındığımız divarın arxasından çıxarkən gülləbarana düşdük və bu, bizim bölükdə cüzi miqdarda itkiyə səbəb oldu. Güllələrin vıyıltısı məni heyrətləndirirdi. Başımı tez-tez arxaya çevirir və beləliklə, güllə vıyıltılarına alışmış, belə səsləri adi səs kimi qarşılayan yoldaşlarımın zarafatlarına qoşulurdum.

Öz-özümə dedim: “Ümumiyyətlə götürsək, döyüş o qədər də təhlükəli şey deyil”.

Biz düşməni qabağımıza qatıb sürətlə irəliləyirdik, atıcılar isə ardımızca gəlirdilər. Birdən ruslar üç dəfə “Urra!” çəkdilər, bu səslər apaydın eşidilirdi. Sonra rusların səsləri kəsildi və onlar atəşi dayandırdılar.

Kapitan:

– Bu sakitlik nəsə mənim ürəyimcə deyil, – dedi. – Bundan yaxşı şey gözləmək olmaz.

Mənə elə gəldi ki, bizimkilər bir az çox haray-həşir qoparırlar və istər-istəməz onların hay-küyünü düşmən tərəfin sakitliyilə müqayisə etdim.

Biz tez bir zamanda gəlib istehkamın hüdudlarına çatdıq. İstehkamın ətrafına çəpər kimi düzülmüş ağaclar dağılmış, bizim atdığımız qumbaralar torpağı qazıq-qazıq eləmişdi. İndiyə kimi də hər addımda qışqıran əsgərlər bu dəfə gözlənildiyindən daha da bərk: “Yaşasın İmperator!” – deyə qışqıraraq, xarabalıqlara tərəf döyüşə atıldılar.

Yuxarı baxdım… Gördüyüm bu səhnəni heç vaxt unutmayacağam… Qalın tüstü qatı havaya qalxmışdı və istehkamın üstündə iyirmi metr hündürlükdə asılmış talvarı xatırladırdı. Yaşılımtıl rəngə çalan tüstü-dumanın içərisində, yarıdağılmış çəpərin arxasında rusların qumbara atanları tüfəngləri əllərində yuxarı qalxmış vəziyyətdə, heykəl kimi yerlərində qalmışdılar. Sanki mən həmin əsgərləri – sol gözü ilə bizə baxan, sağ gözünü isə üstümüzə tuşladığı tüfəngin arxasında gizlədən döyüşçüləri indinin özündə yenə görürəm. Bizdən bir neçə addım aralıda, mazğalların[7 - Mazğal – qala divarlarında, istehkamlarda atışmaq üçün qoyulmuş dəlik (red.).] birindəki döyüşçü topun yanında, uzun taxtaya sarınmış fitili əlində tutmuş vəziyyətdə yıxılıb qalmışdı.