banner banner banner
Seçilmiş əsərləri
Seçilmiş əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Seçilmiş əsərləri

скачать книгу бесплатно

– Bala, nə bilim, elə bu qalmaqal lap başımızı qatdı. Qoydu ki, görək nə qayırırıq? Neylək, bu gün qatıq ye, sabah inşallah, əlbəttə sənə aş bişirərəm.

İzzət bir qədər çörək və qatıq gətirib, qoydu oğlunun qabağına. Oğlan başladı yeməyə. Ər və övrət durdular namaza.

Məhəmmədhəsən əmi namazı övrətindən tez qurtarıb, gəldi oturdu oğlunun yanında və başladı onun kefini və halını soruşmağı. Oğlan başını aşağı salıb, ancaq yeməyə məşğul idi. Məhəmmədhəsən əmi oğlandan cavab almayıb genə soruşurdu.

– Bala, şəhərdə nə var, nə yox?

Əhməd deyəsən istədi bir söz desin, amma çünki ordları dolu idi xörəknən, mümkün eliyə bilmədi cavab versin. İzzət namazdan qurtarıb üzünü tutdu ərinə səmt və tərhnən[22 - Acıqla, kəskin] ona başladı nəsihət eləməyi ki, uşağa əziyyət verməsin.

Məhəmmədhəsən əmi nəsihəti qəbul edib, çəkildi kənara və təsbehi götürüb başladı çevirməyi. Çevirə-çevirə alçaqdan bir dua vird eləyirdi. İzzət durdu ayağa və yavaş-yavaş çadirşəbini atıb kürsünün üstə, bir neçə sulanmış çörək də gətirib qoydu ortalığa və ərini çağırdı ki, yavıq çəkilib çörək yesin. Məhəmmədhəsən əmi genə övrətinin sözünə baxıb, çəkildi dəstərxanın başına. Əhməd qatığı yeyib, qabı lap təmizləmişdi. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın qatığa. Əhməd başladı hırıldamağa. Məhəmmədhəsən əmi özü də oğluna baxıb başladı gülməyi. Amma İzzət üzünü turşudub yapışdı məzəmmətin ucundan:

– Ay yazıq, səndə ar-namus harda idi? Mən sənin yerinə olsam, ağlaram ey, nəinki hırıldaram!

– Axı mənə niyə deyirsən, oğluna de da. Mən gülürəm, ya o gülür?

– Niyə, oğluma niyə deyirəm? Sən sabah yox, biri gün ziyarətə gedirsən, ya oğlun gedir? Oğlumun nə vecinə?! Sən gərək fikrə qalasan ki, yoldaşların çıxıb gedib kərbəlayı olacaqlar, amma sən arvad kimi oturacaqsan evdə.

– İnşallah, mən də gedərəm. Mən onlardan kəm deyiləm ki, mən qalım, onlar getsinlər.

İzzət dinmədi, başını saldı aşağı və başladı yeməyə. Əhməd yorğunluq cəhətə oturduğu yerdə yıxıldı yan üstə, atası ona diqqət tutdu ki, çörək ortalıqda olan vaxt adam yatmaz. Əhməd qulaq asmadı.

Məhəmmədhəsən əmi və övrəti çörək üstə idilər. Birdən Əhməd üzüquylu yıxılıb başladı ağlamağı.

– Bala, niyə ağlıyırsan? – Atası bu cür soruşdu.

Əhməd bir cavab verməyib ovunmadı. İzzət Əhmədin yanına sürüşüb, əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə.

– Bala, Əhməd, niyə ağlıyırsan?

Əhməd ağlaya-ağlaya bu cür cavab verdi:

– Mənim eşşəyimi… Vay, vay, vay!.. Mənim eşşəyimi! Mənim eşşəyimi! Mənim eşşəyimi!.. E.. e.. e… Mənim eşşəyimi!..

İzzət genə başını əyib, oğlunu başladı dilə tutmağa.

– Bala, ağlama, ağlama, bala… Eşşək yiyəsinin atası tünbətün düşsün! Niyə eşşəyi verirdi ki, indiyə kimi eşşək çöldə-bacada qaleydi.

– E… e… e… mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi!

İzzət lap hirslənib, üzünü tutdu Məhəmmədhəsən əmiyə səmt və çığıra-çığıra başladı:

– Dur axı get, dur get gör axı eşşək necə oldu? Eşşək gəlməsə, mənim balam yuxu yuxuluyacaq? Dur get gör axı eşşək necə oldu? Gör o Ömər oğlu Ömər eşşəyi neylədi?

– Mən indi hara gedim?

– Sən indi cəhənnəmə get, gora get! Hara gedəcəksən? Get gör bəlkə o köpək gəlib, oturub evində? Bəlkə eşşəyi gətirib? Kim bilsin gətirib ötürüb həyətlərinə. Yəni olar deyirsən elə millətdilər ki, xalqın malını gətirib genə sahibinə tuşralar?[23 - Tapşıralar]


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)