
Полная версия:
Xatirələrim
Onu da xatırladaq ki, Bahadır Qayıbov respublika tibb elmi sahəsində fəal çalışan xadimlərdən biri olub. 1987-ci ildə Birinci Tiflis Gimnaziyasını əla bitirən Bahadır Xarkov universitetinin tibb fakültəsini də qırmızı diplomla qurtarmış, üç il Xarkovda və sonralar ömrünün sonuna kimi Bakıda epidemiya, vəba həkimi işləyib. 1936-cı ildə Sovet Azərbaycanının on beş illik yubileyində ona "Əmək qəhrəmanı" adı verilib. Respublikanın Əməkdar həkimi Bahadır Qayıbov 1949-cu ildə yetmiş bir yaşında Bakıda vəfat edib.
9
Mehemmed Əfəndi Müftizadə (Vidadov) – Keçən əsrin ikinci yarısında Tiflisdə Zaqafqaziya müsəlmanlarının müftisi (sünnilərdə baş ruhani rütbəsi, din alimi – Ş.H.) vəzifəsində çalışmışdır. O, XVIII əsrin görkəmli şairi Molla Vəli Vidadinin nəvəsidir. 1867-1868-ci illərdə Şamaxıya gəlmiş, Seyid Əzim Şirvani ilə görüşmüşdür. Şair ona yazdığı “Məhəmməd əfəndi Müftiyə” (64 misralıq, S.Ə.Şirvani, əsərləri, 1969-cu il, səh. 244–245) qəsidəsini təqdim etmişdir.
Məhəmməd əfəndinin atası Osman əfəndi (Molla Vəli Vidadinin oğlu Ş.H.) uzun müddət məktəbdarlıq və müftilik etmişdir. Firidun bəy Köçərli yazır ki, Molla Vəli Vidadinin oğlu mərhum Osman əfəndi alim və fazil bir şəxs olmuşdur. Şair Mustafa ağa Arif Şıxlinski 1826-cı ildə Qafqaz canişini Aleksey Petroviç Yermalov tərəfindən Kazana sürgün olur. Həmin illərdə Şıxlı qəriyyəsindən mindən çox kəndli üsyan edib hökumətə vergi vermək-dən boyun qaçırır. Dekabristlər üsyanının təsiri-qorxusu ilə vahiməyə düşən canişin Yermolov mayor Mustafa ağa Arifi üsyanın başçısı adı ilə sürgün edir. Sürgündə olanda Osman əfəndi nəzmlə məktub yazıb rica edir ki, oğlu Əliağanın təhsilində göz olsun, onu məktəbi buraxmağa qoymasın.
Şair Mustafa Ağa Arifin oğlu Əliağa sonralar məşhur Muğan alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yazdığı “Müxəmməs”ində (Axundov, əsərləri I cild, səhifə 344) belə xatırlayır:
Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa!Aşiqlərinə məbəd olub deyrü-kəlisa!Məndən sənə vəsf istədi şıxlı Əli ağa,Dedim səni vəsf etməyə manəndi-Məsiha,Ruhulqüdüs imdadı gərək nitqi-Məsiha.Bəzi tədqiqatçılar Mirzə Fətəli Axundov "Müxəmməs" ində adı çəkilən Əliağanı general-leytenant Əliağa Şıxlınski hesab edir. Bu fakt tamamilə səhvdir. Çünki Ə.Şıxlinski 1863-cü ildə anadan olub. Hələ anadan olmayan Əliağa Şıxlınski Mirzə Fətəli ilə necə görüşə bilərdi?
10
Nikolay Qriqoryeviç Stoletov (1834–1912) Rus inafanteriya (piyada) generalı. Məşhur fizika alimi A. Q. Stoletovun qardaşı. Krosnovodsk şəhərinin əsasını qoymuş, Amudərya elmi-ekspedisiyasına rəhbərlik etmişdir. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində Şipka müdafiəsinə komandanlıq etmişdir.
11
Qori Seminariyası – kənd məktəbləri üçün müəllimlər hazırlayan Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası ilk dəfə 1876-cı ilin sentyabrında açılıb. Həmin il rus, erməni, gürcü şöbələri fəaliyyətə başlamışdır. 1879-cu ildə isə Azərbaycan şöbəsi açılmışdır. 1918-ci ildə Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qazaxa köçürülən seminariya sentyabrın 17-də fəaliyyətə başlamışdır.
12
Kadet korpusu – İnqilabdan əvvəl çar Rusiyasında zadənganlara məxsus qapalı hərbi orta məktəb. Dvoryan uşaqları yeddi-səkkiz yaşında buraya qəbul edilirdi.
13
Uluğbəy Məhəmməd Təraqay (1394–1449) – Orta Asiyada elm və dövlət xadimi. İstilaçı Şərq hökmdarı Teymurləngin nəvəsi, 1409-cu ildə Səmərqənd hakimi, "Zici Uluqbəy astronomik əsəri" nin müəllifidir.
14
Harun-ər-Rəşid – Abbasilər sülaləsinin hökmran olduğu dövrdə 786-809-cu illərdə hökmranlıq etmiş ərəb xəlifəsidir. "Əlif Leyla" ("Minbir gecə") ərəb nağılında idealizə edilərək bacarıqlı, ədalətli bir hökmdar kimi təsvir olunmuşdur. Əslində isə o, 808-809-cu illərdə Qaradağda, Lənkəranda və Muğan düzənliyində ərəb işğalçılarına qarşı mübarizəyə qalxmış xürrəmilər hərəkatını yatırmaq üçün ən vəhşi və qəddar metodlardan istifadə etmiş və üsyançılardan əsir tutulanları dərhal öldürmək haqqında əmr vermişdir. Harun-ər-Rəşi-din dövründə ərəb xəlifələrinin yerli əhaliyə qarşı zülmkarlığı daha da artmışdır.
15
Aksel Vilhelmoviç Qadolin (1828–1892) – Peterburq Elmlər Akademiyasının akademiki, artilleriya generalı. Artilleriyada top lülələrinin bərkidilməsi nəzəriyyəsini hazırlamışdır.
16
NikolayAleksandroviç Zabudski (1853–1892). Rus artilleriya alimi, general-leytenant.
17
Aleksey Nikolayeviç Kuropatkin (1848–1925). Hərbi xadim, piyada general-adyutantı, 1877-1878-ci illərdə Rus-Türk müharibəsi zamanı özünü cə-sur bir zabit kimi göstərmiş general. M. D. Skobelevin qərargah rəisi olmuşdur. 1904-1905-ci illərdə Rus-Yapon Müharibəsi zamanı Mancuriya ordusunun komandanı olmuşdur. Uzaq Şərqin hərbi qüvvələrinə komandanlıq etmişdir. Özünü iradəsiz və yaramaz hərbi komandir kimi göstərmişdir. 1905-ci ildə rus ordusunun Muq-den ətrafındakı məğlubiyyətindən sonra bu vəzifədən çıxarılmışdır. Birinci Dünya müharibəsində Şimal cəbhəsinə komandirlik etmiş, 1916-cı ildə Türküstan ordusunun komandiri olmuş və yerli əhali arasındakı inqilabi hərakatı yatırmağa rəhbərlik etmişdir. 1917-ci ildə həbs edilmiş və Petroqrada göndərilmişdir. Müvəqqəti hökumət tərəfindən azadlığa buraxıl-dıqdan sonra Pskov quberniyasında yaşamışdır.
18
Mixail Dmitriyeviç Skobelev (1843–1882). Rus ordusunun piyada generalı. Baş qərargah Akademiyasını bitirib. Orta Asiya hərbi ekspedisiyalarında fəal iştirak edib. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində qoşun komandanı olub. Şəxsi hünərilə xüsusi hörmət və şöhrət qazanıb.
19
Mixail İvanoviç Draqornirov (1830–1905). Rus hərbi nəzəriyyəçisi, piyada generalı, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində diviziya komandiri olmuşdur. 1879-cu ildən Akademiya Baş Qərargahının rəisi olmuş, sonra isə Kiyev hərbi dairəsinə komandanlıq etmişdir. Ordunun təlim-tərbiyə məsələlərində Suvorovun davamçısıdır.
20
Sezar Antonoviç Kyüi (1835–1918). Mühəndis-general. Hərbi Mühəndislik Akademiyasının və Baş Qərargah Akademiyasının istehkam işləri üzrə müəllimi, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsinin iştirakçısı olmuşdur. Səhra və uzunmüddətli istehkam işləri üzrə bir neçə əsərin müəllifidir. Həm də bəstəkar və musiqi tənqidçisi kimi məşhurlaşmışdır.
21
Feyerverger – alman dilində Feşeq – od və işçi sözlərinin birləşməsindən əmələ gəlib. Rus və bir neçə xarici orduda kiçik komandir rütbəsi olub. Kiçik artilleriya hissəsində piyada unter zabitinə bərabərdir. Bu rütbə Rusiyada XVIII əsrdən ta 1917-ci ilə qədər davam edib.
22
Yunker – XIX əsrin birinci yarısından etibarən rus ordusuna könüllü daxil olan və zabit hissəsində qulluq edən gənc zadəgan rütbəsi.
23
1895-cİ ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim briqadaya keçdi… – həmin cavan zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavadbəy Məmmədağa oğlu Şıxlinski olub.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов