banner banner banner
Orion – 51
Orion – 51
Оценить:
Рейтинг: 0

Полная версия:

Orion – 51

скачать книгу бесплатно


– Hellenasın ideal bir dövlət olduğunu düşünürsünüz?

– Anlamadım sizi.

– O zaman cavab üçün bir qədər fikirləşin.

– Əslində, hə, ideal bir dövlət saymaq olar.

Xidmətçinin bu cür bir sual verməyi Lefterisi çaşdırmışdı. Ya da düşünürdü ki, bu sual yersiz sualdır.

– Mən belə düşünmürəm. İdeal dövləti həmişə ordusuz dövlət kimi xəyal etmişəm. Lakin bir ölkəmizə bax, guya kapitalizmi rədd etdik, nə

dəyişdi? Bu yalnız sözdə baş vermiş bir şeydir. Həqiqətdə isə sistem elə

həminki sistemdir. Aclar və şikəstlər, Yorinin o tayından həsrətlə bizə baxıb, burada yaşamağın şirin xəyalını qururlar. Həmin o yaşamaq ki, buranın vətəndaşlarının özləri heç bu şirinliyi duymurlar. Hələ də sosial bərabərlik şüarının kölgəsində dincələn burjuaziyanın qarnını doyururuq. Hamımız ayrı-ayrılıqda köləyik…

Lefterisin çaşqınlığı ciddiyyətə çevrilmişdi. O, qarşısında oturan bu gənc qızın, niyə bu şeylər barəsində danışdığına bir məna verə bilmirdi.

Nəhayət, cavab verməli olduğunu hiss edib dedi:

– Bilirsinizmi, bütün bunlar sizin və mənim yox, siyasətçilərin söhbət mövzusu olmalıdır.

– Üçüncü dünya müharibəsi, bəşəriyyəti yeni çağa keçirmədi, onu əksinə barbarlığın ən pik həddinə yetişdirdi. Hellenasda ancaq zabitlər və

məmurlar yaxşı yaşayırlar. Həkimlər, müəllimlər və polislər isə yorulublar.

Onlara qalsa, bütün səlahiyyətlərindən və məsuliyyətlərndən imtina edib, özlərini Hentasın sularına atarlar. Məncə, bütün bunlardan danışmaq üçün siyasətçi olmağa gərək yoxdur. Müharibə bizə onu da sübut etdi ki, gərək ən aşağı təbəqənin insanı belə siyasətçi olsun…

– Düşünürəm ki, Hellenas heç də sizin sadaladığınız kimi bir yer deyil. Ən bəsit örnək, artıq ABŞ, Çin, Rusiya deyilən ölkələr mövcud deyillər. Ərəblər isə layiq olduqları yoxsulluğu çəkməlidirlər. Neft ehtiyyatları onları yer üzündə yaşayan ən ləyaqətsiz adamlara çevirmişdi, lakin yenə

də, nə də olmasa balansı saxlaya bilirdilər. Hələ ibadət evlərindən əldə etdikləri turistik gəlirləri demirəm. Sizin xəbəriniz varmı, Finlandiyada bir kənd var ki, valdeynlər öz uşaqları ilə qidalanırlar?

– Hellenası ayaqda saxlayan, düşünürsünüz ki, Avropa kultudur? Bu gün əsgərlər olmasa, nə kult qalar, nə də ki, etnik təfəkkür, elə bura da dönüb olar Şimal ölkələri kimi. Düşünürəm ki, əsl intibahı keçən də, məhz 30

elə həmin xalqlardır. Müharibədən qalib çıxan da biz yox, əslində, həmin ac fransız, ingilis, rus, ərəb və amerikanlardır. Biz isə kapitalizmin çökü-şündən doğan, mahiyyətcə elə kapitalist prinsipləri tərəmmüm edən yeni ideyaların yaranmağına zəmin yaratdıq. Bədbəxtlik isə burasındadır ki, öl-kə olaraq bunu dərk etmirik. Adnos Vlahosun “Kapitalizmə haradan hücum etməli?”, kitabını oxumusunuz? Orada bir cümlə var, çox xoşum gəlir.

Deyir: “Kapitalizm özünə düşmən olan bütün sistemlər və onların ideyala-rından qorxmaq əvəzinə, onları pul sayəsində əks arqumentlər və ittihamlarla zənginləşdirir, çeşidə salır, daha sonra isə solçuların və kommunist-lərin bazarına çıxarırdı”.

Bununla ikinci dəfə Lefterisin təəccübünə səbəb olan növbəti hadisə

baş vermişdi. Atasının adını bu yerdə eşitmək ona elə təsir bağışlamışdı ki, heyrətdən az qala ağlını itirəcəkdi.

– Artıq düşünməyə başlayıram ki, siz də onlardansınız. – deyə, Lefteris qeyri-ixtiyari cavab verdi.

– Kimlərdən danışırsınız?

Bu suala cavab verməyən Lefteris, qayğılı tərzdə başını aşağı salıb fikirə getdi. Daha sonra, Uzo şüşəsini götürüb qapağını açdı və qədəhinə

boşaltdı. Təklif üçün şüşəni yenidən Veronikaya uzatsa da, o, bu dəfə də

bundan imtina etdi.

– Adınızın Veronika olmağı da maraqlıdır, Adnos Vlahosdan sitat gətirməyiniz də. Belə başa düşürəm ki, siz məni yaxşı tanıyırsınız. – Lefteris acı gülümsəmə ilə qarşılıq verdi.

– Adnos Vlahos, atamın yaxın dostlarından olub. Bədbəxt adam idi.

Əsərləri ölümündən sonra məşhurlaşdı.

– Veronika barəsində heç bir bəhanəniz yoxdur, amma görürəm.

– Adımın içki adı ilə nə əlaqəsi ola bilər, axı başa düşmürəm. – dedi və

gülümsədi.

– 51! – deyə, qəfil qışqırdı Lefteris.

Xidmətçi qız çaşqın halda dayanıb, qarşısındakı adama baxırdı. Qəfil d

illəndi:

– Bu qədər tez sərxoş olacağınız maraq doğurucudur.

– Bilirsinizmi, mən onunla söhbət edəndə, o mənə, “Veronikanın Saçları”-nı göstərmişdi. Bundan başqa, kiçik it (cannis minor) və Buğa (Taurus) ilə də tanış edib məni.

– Çox gözəl. Mənim ən sevdiyim bürc isə Oriondur. Uşaq vaxtı ona baxmasam, onunla sağollaşmasam yatmazdım.

– Orion, hə, Orion, bəli!

– Ovçu…

– Hə, onun oxu da var, kamanı da. Hətta məncə, qılıncı da var!

– Elədir. Kaş o öz oxuyla dünyanın ədalətsizliyini nişan alardı.

– Lənət şeytana, siz axı nə boş-boş çərənləyirsiniz?! Gedin buradan!

Veronika soyuqqanlı tərzdə ayağa qalxıb, masadan uzaqlaşdı.

Lefteris titrək dodaqlarını əsəbdən bir yerdə saxlaya bilmirdi.

“Fahişə!” – deyə bağırdı arxasıyca və ayağa qalxıb, onun getdiyi tərəfə, barın arxasına keçdi. Onu burada tapmayıb, mətbəxə girdi, lakin o, burada da yox idi. Lefteris bu vaxt ikrahdoğurucu qəh-qəhə ilə gülüb qışqırdı:

“hara gizləndin?!”

Hər yeri ələk-vələk edib, nəhayət, qan-tər içində yerində dayanmalı oldu. Elektrik qığılcımlarının səsini eşidib, başını yuxarıdakı tabloya tərəf qaldırdı. “Bellatriksdə görüşənədək!” – deyə, bir cümlə yazılmışdı qırmızı işıqlarla tabloda. Absurd gülümsəmə ilə gülüb, başını yellədi və mətbəxdən çıxıb, birbaşa qapıya tərəf yollanırdı ki, yadına düşdü ki, çamadanını yaddan çıxarıb. Masaya yaxınlaşıb, onu oradan götürdü və bu yerdə ağlına bir fikir də gəldi. Uzo şüşəsini də özü ilə aparacaqdı! Şüşəni götürüb, yenidən onun üzərindəki ada baxmaq istəyəndə, təəccübdən yerində qurudu.

Şüşənin adı “Coma Berenices” yox, “Uzo 51” idi. Bu yerdə o divanə hərəkətlərlə yerində vurnuxur, nəfəsini tez-tez alıb-verirdi. Şüşəni bara tərəf to-lazlayandan sonra, içəridən qaça-qaça, cavan bir oğlan gəlib, onun qarşısında dayandı.

– Ağlınızı itirmisiniz, ya nədir?! Dərhal çıxın çölə, nə qədər ki, polis çağırmamışam!

Heyrətdən çənəsi əyilən Lefteris, qəh-qəhə ilə güldüyü vaxt, birdən gerisində, digər masalarda oturan insanların narazı nəzərləri ilə qarşılaşanda, artıq təəccüblənməməli olduğunu dərk etdi. Bayaqdan bəri boş olan kafedə birdən-birə adamlar peyda olmuşdu. O, soyuqqanlı bir instonasiya ilə astadan dedi:

– Bilirəm ki, siz həqiqi adamlar deyilsiniz, amma ki, qoy olsun…

Bundan sonra əlindəki uzo şüşəsini qaldırıb başına çəkdi və masala-rın birində, cavan bir oğlanla qarşı-qarşıya əyləşən qıza yaxınlaşıb, onun çiyninə, daha sonra isə başına toxundu. Elə bundan sonra da içəridə səs-32

küy qopdu və qızın yanındakı oğlan onu elə oradaca vurub yerə sərdi.

Xidmətçi oğlan Lefterisi sürüyüb, kafedən bir qədər aralı, bir ağacın altına söykədi. Bayğın bir şəkildə yerdə uzanıqlı qalan Lefteris, uzun müddət özünə gələ bilmədi.

Demitri evə qayıtdıqdan sonra Sofianın ənənəvi suallarına cavab verməli olmuşdu. Yalandan demişdi ki, evdən ona görə gizlin çıxıb ki, onun bezdirici suallarına həmin vaxt yox, elə indi, yəni sonradan cavab verməli olsun. Ümumən götürsək, bu ailədə elə bir gün olmurdu ki, həmin gün söz-söhbətsiz ötüşsün.

Sofia dayanmadan deyinir, uşaqların ehtiyacları barəsində uzun-uzadı danışır, ərinin baxımsızlığından şikayət edirdi. Otuz dörd yaşı olmağına baxmayaraq, olduqca yaşlanmış görünürdü. Hətta üzündə cuzi qırışlar da görünürdü. Ailədəki uşaqlar məktəbə getmir, xüsusi müəllimlər tərəfindən öyrədilirdi. Demitrinin təqaüdə çıxmağına hələ dörd ildən bir qədər az vaxt qalmağına baxmayaraq, Sofia indidən ona yeni iş tapmağı tövsiyyə

edirdi. Onun bu qatı xarakteri, ərinin xarakterinə qismən, müsbət mənada təsir etmişdi. Məsələn, əvvəllər içki məclislərindən yığışmayan, danışığını bilməyən, zəhlətökən ədəbaz zabit, sonda dönüb olmuşdu üzüyola və fağır bir ata. Ailədəki uşaqların ikisi qüsurlu idi. Oğlanlarından biri anadan-gəlmə əlil və tək qızları isə lal idi. Uşaqlardan sağlam olan, ailənin son beşi-yinin isə mütəmadi diş ağrıları olurdu ki, bu da öz növbəsində

Demitri üçün əlavə xərc idi. O, Sofiaya başa sala bilmirdi ki, uşağın dişinin ağrı-mağı yaşla əlaqəlidir, buna görə addımbaşı həkimə getmək lazım deyil. Demitri Lefterislə görüşü haqqında təbii ki, Sofiaya heç nə

danışmazdı. Birincisi ona görə ki, Lefterisin gəlişi də əlavə xərclər demək idi. Digər mə-qam isə onun mübahisəli keçmişi idi. Demitri güclə bərpa etdiyi nüfuzunu yenidən itirmək istəmirdi. Lakin onu da hiss edirdi ki, bu adam əvvəl-axır gəlib, bu evə çıxacaq və Sofia onunla qarşılaşacaq. Buna görə də, hətta onun ağlına evə mühafizəçi tutmaq fikri də gəlmişdi.

Lakin bu fikri icra etməyə macal tapmamışdı ki, Lefteris elə hadisənin səhəri günü, sübh tezdən onların qapısını döydü. Qapını açan, evin qulluqçu xanımı idi. Lefteris ona Sofianın qardaşı olduğunu deməyi kifayət etmiş-di ki, o, qapını taybatay açsın. Demitri sonradan, qulluqçuları niyə

əvvəlcə-dən təlimatlandırmadığına görə başına döyəcəkdi.

Sofia Lefterisi ilk dəfə görəndə tanımamışdı. Qulluqçuya acıqlanmışdı ki, bu kimdir və o, nə həddlə yad adamı evə keçirib. Lakin sonradan başa 33

düşəndə ki, bu adam onun qardaşıdır, bir xeyli vaxt heyrətdən ağzı açıq qalmış və hərəkət edə bilməmişdi.

Lakin bu görüşdən də naümid ayrılan Lefteris, sonda İraklionu bir dəfəlik tərk etməli oldu. O, bacısından borca pul istəmək əvəzinə, ona De-mitriyə

danışdıqlarını danışsaydı, bəlkə də, Sofianın ona yazığı gələr və onu öz hesabına psixoloq yanına göndərərdi. Amma bu cür olmamışdı.

Şən inqilab

Lefteris bir bədbəxtlikdən də əziyyət çəkirdi ki, o, həyatı ilə bağlı sorğu-sual aparmazdı. Onun özü ilə söhbətləşmək, səhvlərindən dərs çıxarmaq, keçmişlə bu gün, bu gün ilə gələcək arasında bir körpü qurmaq kimi mənəvi bacarığı yox idi. Ona görə ağ, ağ idi, qarada ki qara. Onu əsəbləşdirən bir şey də, məsləhət verməkdən zövq alan adamlar idi. O, heç bir məsləhətə qulaq verməz, eləcə öz bildiyini, həmin o bildiyi şeyin yaxşı və ya pis olmağını sual altına almadan, edərdi. Məsələn, İrakliondan Lorensə gedən qatarda oturub, pəncərədən çölə baxmaq və baş verənlər barədə müəyyən mənada bir ölçü götürmək haqqında düşünmək əvəzinə, pəncərənin pərdəsinə örtüb, çölə kədərli-kədərli baxan sərnişinlərə tamaşa edirdi. Yolboyu eləcə bu adamlara baxmış, onların hərəkətlərini izləmişdi.

Onun Lorensə getməyinin bir səbəbi vardı. Uşaqlıq dostu Andreas, məhz bu şəhərdə yaşayırdı. Andeas rejissorluqla məşğul olurdu. İraklion şəhərin-də doğulsa da, ailə həyatı qurub Lorensə köçmüşdü. Onlar uşaq vaxtl skripka dərslərində tanış olmuşdular. Sofia Demitri ilə evləndikdən sonra, bir xeyli vaxt onu məktəbə qoymaq haqqında düşünsə də, bu baş

vermə-mişdi. Əslində, həmin vaxtlar Lefteris özü də məktəbə getmək istəmirdi. Bununla belə, təqribən bir il müddətində evə dəvət olunan müəllimlərdən dərs almışdı. Sonda öyrənmək marağı olmadığını əsas gətirərək, müəllim-lər onunla məşğul olmaqdan imtina etmişdilər. Bundan sonra isə müxtəlif dərnəklərə yönləndirilən Lefteris, bu dərnəklərdən də

heç nə öyrənməsə də, özünə Andreas kimi bir-iki dost tapa bilmişdi.

Yeniyetmə vaxtları bir-likdə, İraklionun ən tanınmış restoranlarında yemək yeyir, günlərini klub-larda, pablarda keçirirdilər. Andreas isə həmin vaxtlarda həvəskar rejissor-luqla məşğul olurdu və hətta qısa metrajlı,


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)