banner banner banner
Orion – 51
Orion – 51
Оценить:
Рейтинг: 0

Полная версия:

Orion – 51

скачать книгу бесплатно


– Dünyanızı xilas edəndə biləcəksən.

– Məgər dünyamız xilas olunmayıb? Axı Hellenas bütün despotluğun divarını uçurub.

– Amma hələ də ac və səfil adamlar yaşayırlar.

– Onlar da doyacaq, varlanacaq.

– Sizin dünyanızın zamanı ilə desək, beş gündən sonra səni öz evi-mizə qonaq aparacağıq.

– Eviniz haradır?

– Elə mən.

Bu vaxt, birdən, 51 yavaş-yavaş gözdən itdi. Lefteris təəccüblə səmadakı həmin nöqtəyə zillənib qalmışdı. Onun təəccübünə səbəb olan amil bu idi ki, 51 ilk dəfə idi ki, bu qədər tez bir zamanda yoxa çıxmışdı. Düşündü ki, o mütləq səsyazma qurğusundan xəbərdar olub. Buna görə də, xəcalətlə

əlini masanın altında gizlətdiyi səsyazma qurğusuna sarı uzadıb, onu götürdü və dərhal otaqdan çıxıb, zabitlərin yığışdığı yemək salonuna yollandı.

İçəri həmişəki kimi siqaret qoxusundan nəfəs alına bilinməyəcək qədər dumanlı idi. Bundan başqa uzo və balıq konservasının kəsif qoxusu da 15

adamın başını gicəlləndirirdi. Çörək ovuntularının üzərinə səpələnən kart-lar bir tərəfdən o biri tərəfə uçuşurdu. Lefteris də içmişdi, lakin buradakılar kimi sərxoş deyildi. Bu vaxt onun ağlından çox qəribə bir fikir keçdi.

Yemək salonundakı zabitlərə baxıb, düşündü ki, görən indi şimaldan hər hansısa bir hücum olsa, buradakıların aqibəti necə olar. Qapının asta-nasından nəhayət ki, irəli addım atıb, salonun mərkəzinə gəldi və səsyazma qurğusunu şinelinin cibindən çıxarıb havaya qaldırdı. “İndi dəlinin kim olduğunu biləcəksiniz!” – deyə, yüksək səslə bağırıb, qəh-qəhə ilə güldü.

Bir neçə dəqiqədən sonra zabitlərdən kimisi qəş çəkib gülür, kimisi də

mənasız nəzərlərlə gözünü döyürdü. Səsyazma qurğusunda eşidilən səs, yalnız Lefterisin səsi idi. O, belə bir gülünc vəziyyətə düşməyindən acıq-lanıb, həndəvərindəki bütün masaları bir-bir təpikləməyə başladı. Bunu edərkən dayanmadan, – “Sizə sübut edəcəm mən! Görəcəksiniz! Beş gün sonra məni heç biriniz tapmayacaqsınız!” – deyə, qışqırırdı. Artıq ən sadə-lövh zabit belə, kapitan Vlohasın ağlını itirdiyinə şübhə etmirdi. O, yemək salonunu tərk etdikdən sonra, burada xeyli müddət sakitlik hökm sürdü.

Bu sükutu pozan kim isə belə deyirdi:

– Müharibə hər kəsə bir cür zərbə vurub, amma yalnız kapitan Vlohasın ürəyi kimi ürəyə sahib olan adamlar üçün bu zərbələr dəliliklə nəticə-lənib. Hansı birimiz dəli deyilik ki? Baxın, o, bunu nümayiş etdirmək cəsarətini qeyri-iradi səbəblərdən dolayı əldə edə bilib, lakin bəs biz? Biz ondan daha çox dəliyik…

Bu hadisədən sonra kapitan Vlohas, iki gün bundan əvvəl, sadəcə, dörd saatlıq xidmət üçün yollandığı məntəqədən hələ də geri gəlmirdi. Zabitlər, ən çox da leytnant Nikolaydas ona görə narahat olsa da, digər tərəfdən də, heç biri onu narahat etmək istəmirdi. Öz aralarındakı söhbətlərin birində leytnant Nikolaydas demişdi: “O indi mənəvi paklaşmaq mərhələsindədir, qoyun Kovagnosun təbiəti ona dərman olsun!”

Kapitan Vlohas dörd saatlıq gündüz xidmətini başa vurduqdan sonra yerləşdiyi təknəfərlik yataq otağından heç çölə çıxmamışdı. Onun qaldığı otaqda pəncərə əvəzinə, balaca bir arakəsmə var idi və bu da, o demək idi ki, o 51 ilə iki gün idi ki, görüşmürdü. Həm də, sanki onun özü də, bi-lərəkdən bu görüşün baş tutmağını istəmirdi. Nəhayət, üç gün tamam olanda, Kapitan Vlohas və onun əsgərinin olduğu maşın, dolanbac yollu yüksəklikdə göründü. Onlar İstehkamın qarşısından sürətlə ötüb, yan tərəfə keçdilər. Bu vaxt İstehkam rəisi onu öz otağında təmkinlə gözləyirdi.

Qapını üç dəfə döyəclədikdən sonra Lefteris hərbi salam verib içəri keçdi.

Taqmatarxes – Mayor Mitaras ona ciddi nəzərlə göz qoyur, hər hərəkətini izləyirdi.

– Özünüzü necə hiss edirsiniz, kapitan Vlohas?

– Sağ olun.

– Bəs xidmətinizi niyə düzgün şəkildə aparmırsınız? Bundan əlavə, niyə özünüzü normal apara bilmirsiniz?

Lefteris bu yerdə susub gözləyirdi. Lakin əlində saxladığı papağını elə

sıxırdı ki, sanki onu bu dəqiqə kənara tolazlayacaqdı.

– Sizinləyəm, sualıma cavab verin!

– Aydındır! – deyib, köksünü ötürən mayor Mitaras, başını yellə-dikdən sonra ona qapını göstərdi.

Lefteris bilirdi ki, artıq bütün limitləri doldurub və indi buradan, Kovagnosdan çıxıb getmək qaçılmazdır. Onun içərisində 51-ə nifrət daha da böyüyürdü, hətta o da, artıq dostları kimi inanırdı ki, bütün bunlar sadəcə psixi pozğunluğun fəsadlarıdır və buna görə də, özünü sadəcə olaraq, başqalarına axmaq kimi tanıdıb.

Uzun dəhlizi keçib, yataq otağına qalxdı və otağın qapısını arxadan kilidlədi ki, heç kim içəri girməsin. Çünki bu otaqda ondan əlavə üç zabit də qalırdı. Yatağına uzanıb yuxulamağa çalışırdısa da, yata bilmirdi. Nəhayət, ayağa qalxıb, pəncərəyə tərəf getdi və pərdəni aralayıb, ürkək baxışlarla səmaya baxdı. Yağış yağırdı, hava buludlu və çiskinli idi. Saatına baxdı və 51-in yerini qiyabi ehtimalla müəyyənləşdirdi. Bu vaxt gözünü qərar-laşdırdığı nöqtədə heyrətamiz parıltılar görürdü. 51 buludların arxasında idi. Bu hadisə onun ürəyini elə incitdi ki, onun hətta gözləri də yaşardı. İri yumruğunu divara sıxıb, pəncərəni örtdü və gedib, qapının kilidini açdı.

Səhərisi gün xidmətə hazırlıq gördüyü vaxt, təsadüfən dostu leytnant Nikolaydasla qarşılaşdıqda, onunla ötəri salamlaşıb, silahını kürəyinə keçirdi. Bu gün leytnant Nikoladaysla eyni məntəqədə xidmət aparmalı idi.

Hər ikisi də əsgərlərinə təlimat verib, yola düşdülər. Hava dumanlı və rütubətli idi. Qonşu məntəqələr də, bu səbəbdən, günəşli günlərdəkindən fərqli olaraq, indi görünməz olmuşdular. Təkcə qatar-qatar uçan quşların qaraltısını görmək olurdu, dumanlıq arasında. Axşamçağı, xidmətlərinin sonuna az qalmış, nəhayət, Lefterisin susqunluğundan təngə gələn, leyte-nant ona yaxınlaşıb dedi:

– Bilirsən, əslində, indi düşünürəm ki, birdən doğrudan da dediyin kimi, sabah yoxa çıxarsan. Yəqin, xatırlayırsan, sabah dediyin beş günün sonuncu günüdür.

– Başqa söhbət elə. – deyə, kapitan Vlohas kəskin ifadə ilə dedi.

– Bilirsən, Lefteris, əslində, bilmirəm niyə, amma sənə cuzi də olsa inanmağa başlamışam.

– Nənəni xatırlayandan sonra bu qənaətə gəlmisən yəqin!

– Eh, qurtar görək, zarafat etmirəm. Baxmayaraq ki, mən özümü materialist adam kimi tanıyıram, lakin niyəsə içimdən sənə inanmaq keçir.

– Dedim, axı danışma bu mövzuda.

– Düşünürəm ki, sən həqiqi Tanrı ilə görüşmüsən.

– Birinci dəfədir ki, sənin kimi materialist görürəm.

– Lənət şeytana bilirəm, paradoks var ifadələrimdə, lakin bunu da hiss edirəm ki, heç nə mütləq mənaya sahib deyil. Materializmin içərisində bir az metafizika da olmalıdır.

– Bunun əksini düşünə bilirsən? Yəqin ki, yox. Ona görə də, boş-boş

danışmaqdansa əsgəri göndər, gedib maşının mühərrikini işə salsın.

– Niyə də olmasın?!

– Yaxşı, Kostas, ikicə dəqiqə vaxt verirəm sənə, izah elə fikrini, amma ondan sonra söz ver ki, ağzını bir dəfəlik yumacaqsan.

– Bax, mən deyirəm ki, mütləq məna yoxdur, hər şeydə bir istisna var.

Hətta ən kəskin məntiqlə inandığımız şeylərin özündə belə istisna məqamlar var. Üçbucaqları, pramidaları götürək, məsələn. Onlar bir fiqur kimi ağlımızda canlanır. Müəyyən həndəsi bucaqlara, tərəflərə malik ol-maqları, bizə onların mütləq fiqur olduqları qənaətinə gəlməyimiz barəsində rasional inanc aşılayır, lakin kim sübut edə bilər ki, piramidaların out-racaq çoxbucaqları yalnız bir təpəyə birləşir, yaxud da üçbucağın sadəcə üç tərəfi var? Mən desəm pramidaların iki təpəsi, üçbucaqların beş tərəfi var, buna yalnız elmi arqumentlər, aksiomlarla qarşı çıxıb, məni məğlub etmiş

ola bilərsən, amma mən sənə sübut edə bilmədiyim, üçbucaqdakı beşinci tərəfin sübutsuzluğu onun mövcud olmadığı mənasına gəlmir. Deterministlər ha özlərini həlak eləsinlər ki, bir şeyin yazılı sübutu olmalıdır ki, o şey var olsun, yaxud da özünü var edə bilsin, lakin məncə, bu fikir heç nəyi dəyişmir.

– İndi bu dediklərindən nə nəticə çıxarmalıyam? – deyə, kapitan Vlohas bezgin tərzdə dedi.

– Aydın ağıl yoxdur, dəqiq heç nə yoxdur, Lefteris. Bir şey dəqiqdirsə, ona skeptik yanaşmaq lazımdır.

– Fəlsəfi mühazirələrin bitdisə, artıq çıxıb gedək – deyə, Lefteris fikirli-fikirli qarşılıq verdi.

Əslində, üzə vurmasa da, Kostasın dedikləri onu son anda təsirləndirə

bilmişdi. O, indi elə dərin düşüncələrə dalmışdı ki, bütün yolu əli çənəsində, ancaq torpaqlı yola baxmaqla keçirmişdi. Ağlına müdhiş, digər tərəf-dən də, dəhşətli fikir gəlmişdi. Səma buludsuz idi və indi Lefteris, içəri-sindəki “köhnə” Tanrıya dua edirdi ki, bircə yağış yağmasın..

İstehkamın ətrafında yenə də, əsgərlərə təlimlər keçirilirdi. Zabitlərin qışqırıq səsləri, əsgərlərin çəkmələrinin səsi adəti üzrə ətrafı bürümüşdü.

İstehkam rəisi əlini gerisində çarpazlayıb, ciddiyyətlə ətrafı süzürdü. Kapitan və leytnantın olduğu maşın, həyətə daxil olan ilk andan, binanın sağ

hissəsinə dönüb, görünməz olana qədər rəisin tutqun və şübhəli nəzərləri altında qaldı.

– Bunun da, bu füsünkar baxışlarından olmaya da! – deyə, Kostas geridə qalan rəisə baxaraq, rişxəndlə dedi.

Xidməti təsdiq üçün yenidən rəis otağına baş çəkməli olan Lefteris, otağa daxil olan kimi dedi:

– Bilirəm, istefam barədə sənədə qol çəkməyim haqqında danışacaq-sınız.

Mayor Mitaras çaşqın nəzərlərini gizlədə bilməyib, şübhəli-şübhəli soruşdu:

– Sizə kim dedi ki, ordudan azad edilirsiniz?

– Kiminsə deməyinə ehtiyac yoxdur, bunu dünəndən hiss etmişdim və görürəm ki, düz təxmin etmişəm.

– Onda buyurun, bu sənədə imzanızı çəkin. – deyə, rəis qətiyyətlə de-di.

Lefteris imzasını çəkməzdən qabaq, vərəqi gözdən keçirib, “hərbi xidmətə yararsız” yazısını oxuyanda, biixtiyar qəhərlənsə də, bunu maksimum dərəcədə biruzə verməməyə çalışaraq, əlini rəisə sarı uzatdı.

– Ümid edirəm, özünüzə yaxşı həkim tapıb, tezliklə sağalacaqsınız. –

deyə, mayor Mitaras amiranə tərzdə cavab verib, onun əlini zəhmlə sıxdı.

Otaqdan çıxandan sonra qapıda, içəri keçmək üçün növbə gözləyən Leytenant Nikolaydosla toqquşdu və yataqxana istiqamətində iri addımlarla addımladı. Bacısı Sofianı xatırlayırdı. Onu narahat edən, başqa məsələ

də, elə bu idi ki, işindən qovulduğuna görə bacısından xeyli məzəmmət görəcəkdi. Bununla belə, özünü nikbin tutmağa çalışır, qəribə, əcaib tərzdə

gülümsəyirdi.

Otaqda tək oturub, uzo şüşəsini qarşısına qoymuş və pəncərəni açıq saxlamışdı. Buradan çölə baxır, içəri dolan şaxtalı küləyi iliyinə qədər hiss edirdi. Hətta titrəyirdi də. Siqaret yandırıb, taxta oturacağına yayxandı.

Kürəyini söykədiyi dəmir silah, daha da üşüməyinə səbəb oludu. Səma aydın və qüsursuz idi.

Az sonra içəri yöndəmsiz addımlarla daxil olan Kostas, heç bir şey deyib – etmədən, çeviş hərəkətlərlə gedib, pəncərəni bağladı. Sonra:

– Bizim bəzi ağıllılar özünə təzə lətifə tapıblar. Deyirlər ki, kapitan Vlohasın falı düz çıxıb. Axı sən demişdin, beş günə burada olmayacaqsan…

Onlar, bax bunu nəzərdə tuturlar.. – deyə, sözünü bitirdikdən sonra, Lefterisin qarşısında əyləşdi.

– Onların nə danışdığı vecimə də deyil. Mən indi düşünürəm ki, İrakliona hansı üzlə qayıdacağam.

– Əvvəldən səhv etdin də.. Axı mən sənə deyirdim ki, belə şeyləri onların yanında danışmaq olmaz.

– Bu gün çıxacağam onun qarşısına. – deyə, nifrət saçan gözlərini Kostasın gözlərinə zillədi.

– Çıxıb nə edəcəksən ki? – Leytnant vecsizliklə soruşdu.

– Söhbət edəcəcəm.

– Tanrıların söhbət etməklə arası yoxdur, məncə

– Ona tanrı deməkdən əl çək, Kostas!

– Dostum, bu şey ya Tanrıdı, ya da ki, xülya. Sən xülya olmadığını sonuna qədər müdafiə edə bilirsənsə, demək tək ehtimal qalır ki, bu ehtimal da onun Tanrı olmağı ehtimalıdır.

– Bu gün, biləcəyik bunu. – deyə, Lefteris növbəti siqaretini yandırdı.

Lefteris aldadıldığını zənn edirdi. Düşünürdü ki, 51-in səsinin səsyazma qurğusuna düşməməyindən onun özünün xəbəri vardı, lakin bunu ona deməmişdi. İcazə vermişdi ki, o öz cılız məntiqlə qurduğu hiyləsini sona qədər davam etdirsin. Lefterisin nəzərində, 51 o zaman müdrik, yaxud da 20

müqəddəs varlıq, yaxud da Tanrı olardı ki, onu bu vəziyyətə düşməyə

icazə verməzdi.

– Düşünürəm ki, haqlısan. Onun əlamətləri monoteist dinlərin Tanrı-larındakı kimidir. Sınaqlar və sınaqlar. Son məqamda isə bariz həqiqətlər qalır. Həmin o həqiqət ki, o çeynənilib, əzik-büzük kökə düşüb və heç bir əhəmiyyət kəsb etmir. Heysiyyətlər istismar edildikcə, həqiqətin yükü də

bir o qədər ağırlaşır. Bizim Dionisimiz yenə şərabdan içirdib, aldadırdı, amma bunlar bəşəri, sözün gücüylə aldatmağa cəhd edirlər və hələ də

buna davam edirlər. – deyib, qədəhi başına çəkdi.

Lefteris leytnantdan xahiş etdi ki, qalxıb pəncərəni açsın. Kostas pəncərəni açdıqdan sonra, səmaya baxıb, heyranlıq bildirən ifadə ilə fit çaldı.

– Dostum bu gün, bəxtin gətirib ki, bulud yoxdur. Nə deyirsən, çıxım-mı otaqdan?

Bu təklifə nə müsbət, nə də mənfi cavab almadığını görən, Kostas, şinelini əyninə keçirib, çölə çıxdı.

Lefteris yerində dikəlib, qamətini düz saxlamağa çalışdı. Daha sonra bütün cəsarətini toplayıb, oturacağı yerindən götürüb düz pəncərənin qarşısına qoydu və səmaya köklənməyə çalışdı. İlk dəfə idi ki, Lefteris “ovçu”

ilə oturub, danışacaqdı. Ulduzlar sayrışır və sayrışırdı…

“Əgər edəcəyim şeydən xəbərdardısa, o Tanrıdır. Tanrıdırsa demək üzə çıxmayacaq, sırf, mənə xəcalət hissi verməmək üçün.” – deyə, ağlının dərinliklərində düşünməkdə idi, Lefteris.

Lakin 51-in ilk parıltıları göründü və elə bu vaxtda da, gənc kapitanı gərginlik hissi bürüdü.

51-in sarı saqqallı, sarı bənizi və oxu-kamanı aydınca göründü.

Nədənsə Lefterisə elə gəldi ki, sanki o, əsəbidir.

– Ho Le Sen! – deyə, amiranə səs eşidildi və Lefteris hələ ağzını açmağa macal tapmamışdı ki, 51 yenidən səsləndi:

– Mən Tanrı deyiləm! Ona görə də mənimlə oturub danışmağı özünə

vicdan əzabı bilmə.