Читать книгу Biletsiz sərnişin (Ханимана Алибейли) онлайн бесплатно на Bookz (2-ая страница книги)
bannerbanner
Biletsiz sərnişin
Biletsiz sərnişin
Оценить:

3

Полная версия:

Biletsiz sərnişin

Göydəki ulduz nədir?

– Quq-quluquu! – dedi xoruz,Sarı darıdır ulduz.Hər gecə Sənəm qarıSəpir göylərə darı.Səsləyim beçələri,Toyuğu, cücələri.Qoy yesinlər dənləri,Yağlansın bədənləri.Qok, qok, qok, qok…Göydə görüb ulduzu,– Yemlikdir! – dedi quzu.Yaşıl zəmidə bitib,Otun içində itib.Deyim çoban əmiyə,Qoysun bizi zəmiyə.Mə, mə, mə, mə..Gülərək dedi Nadir:– Ulduzlar mirvaridir.Göydə quş kimi süzübQalxaram ulduzlara.Onları sapa düzübPaylayaram qızlara.

Əks-səda

Mən onu səsləyərək,Meşədə gəzirəm tək.Əks-səda danışır,Lap tutur məni gülmək.Çağırdım: – Tez gəl bura,Meşə boyanıb nura.Çığırdı: Ura! Ura!Mən dedim əks-sədaya:– Sonra gedərik çaya.O dedi: – Aya! Aya!Meşədə xeyli müddətEtdik onunla söhbət.Əks-səda mənimləAya uçacaq, əlbət.

Gün çıxır

Gün çıxır ay, gün çıxır,O, seyrə hər gün çıxır.Dolaşır bağça-bağı,İsidir hər uşağı.Bütün şəhərə, kəndə,Otağa aynabəndəGün düşüb, ay gün düşüb,Buludlar sürgün düşüb.

Külək

Axşamacan çalırsanTeleqraf tellərini.Sən necə səs salırsan?..Görmürəm əllərini.Gah olursan qızıl quş,Gah dönürsən kəhərə.Sənin adın qoyulmuş,Bizim doğma şəhərə.

Kölgə

Görürsənmi kölgəni…Aparır haçan dedimBağda gəzməyə məni?Yolda mən badam yedim,O da yedi badamı.Kölgə səssiz-səmirsizÖtürür hər adamı.

Xalçaçı nənə

Görüb neçə bahar, qış,Ağ saçları hamardır.Üzü-gözü qırışmış,Əli damar-damardır.O, həm xalça toxuyur,Həm də nəğmə oxuyur.Odur sapları eşib,Bir-birinə calayır.Günəş xananı deşib,Əllərini yalayır.

Şəkilli kitab

Şəkillərlə doludurRəngli kitabın içi.Baxın: bu kənd yoludur,Gedir yolla biçinçi.Bu əkilən darıdır,Sünbülü sapsarıdır.Buğdadır taya-taya,Günəş yol salır çaya.Bu körpəyə baxsana,Quzu kimi mələyir.Ağac altında ana,

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

bannerbanner