
Полная версия:
Biletsiz sərnişin

Xanımana Əlibəyli
Biletsiz sərnişin
“Anam tək uşaq şeirləri yox, sevgi şeirləri də yazırdı. Onun atama həsr etdiyi məhəbbət şeirləri olduqca maraqlı və gözəl idi. Düşünürəm ki, anam lirik şeirlər yazan şairə ola bilərdi. Amma o məhz uşaq ədəbiyyatını seçdi. Uşaq ədəbiyyatında olan boşluq onu çox narahat edirdi. İstəyirdi ki, o, təkcə uşaq şairəsi kimi tanınsın. Şeirlər yaza-yaza həm də uşaq həkimi vəzifəsində çalışırdı. Çünki uşaqlara olan sevgisi sonsuz idi. Lakin 45-50 yaşlarında təqaüdə çıxaraq sırf poeziya ilə məşğul olmağa başladı. Daha həkim işləmədi. Bəlkə də sənətini həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində problem olsa da, yaradıcılığına fasilə vermirdi. Anam 85 yaşında dünyasını dəyişdi. Bu gün anam həyatda olmasa da unudulmur, xalqının, onu sevən azyaşlıların, sənət yoldaşlarının qəlbində əbədi yaşayır.”
– Gülər Abdullabəyova,filologiya üzrə fəlsəfə doktoru, professorNəsillərə ismarlanan şeir
Dünyanın bir çox sənət adamları ixtisasca həkim olublar. Onlar insanın fiziki sağlamlığı ilə məşğul ola-ola eyni zamanda insan psixologiyası ilə daha yaxından tanışlıq əldə etmiş, insanın fiziki sağlamlığı üçün onun mənəvi sağlamlığının çox vacib şərt olduğu qənaətinə gəlmişlər. XX əsr uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaq şeirinin banilərindən biri, şair və dramaturq Xanımana Əlibəyli (20 aprel, 1920 – 7 may, 2007) ixtisasca həkim idi. Bəlkə də həkimlik ona insanın mənəvi aləminə, ağrı və acılarına, sevinc və kədərinə daha yaxından bələd olma imkanı yaratdı və o, uşaq qəlbinə mənəvi rahatlıq gətirən şeirlər yazmağa başladı. O hələ, tibb fakultəsini bitirib Masallıda həkim işləyərkən bu işə intixab etmiş, ikinci dünya müharibəsinin qanlı qadalı illərində ilk şeirləri mətbuatda görünmüşdür. 1955-ci ildə çap olunmuş “Balaca həkim” adlı ilk şeir kitabı ilə uşaq şairi kimi ədəbiyyat tarixinə daxil olur. Yaradıcılığının ilk mərhələsindən etibarən, o uşaq ədəbiyyatının görkəmli simalarından – Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi kimi sənətkarların ən yaxşı ənənələrini yeni tarixi dövrdə – XX əsrin II yarısında davam etdirdi.
X.Əlibəylinin zəngin və əlvan yaradıcılığı həmişə Azərbaycan ziyalılarının və ədəbi tənqidin fikrinin diqqət mərkəzində olmuşdur. Xanımana Əlibəyli təqribən 70 il (1938-2007) əlinə qələm almış, müqəddəs ədəbiyyat sahəsində xidmət göstərmiş, ana qəlbinin ən dəruni hisslərini qətrə-qətrə şeirə çevirərək, uşaqlara ərməğan etmişdir. Bu dövrdə onun 30-dan artıq kitabı və onlarla pyesi uşaq ədəbiyyatının fonduna daxil olmuşdur.
Uşaq qəlbinə ilk yol, ana laylasından başlayır. Bizim laylalarımız ana südü kimi təmiz və halaldır. Ana səsi kimi şirin nəğmələrdir. Yalnız bu səviyyədə şeirlərlə uşaq qəlbinə yol tapmaq olar. Uşaq ürəkdən deyilmiş, əsas poetik yükü səmimiyyətdən ibarət olan yalan bilməyən şeiri eyni səmimiyyətlə də qəbul edir. Ona görə də uşaq şairi olmaq, uşağın psixologiyasını və mənəvi aləmini, onun sərhədsiz xəyallarla dolu romantik dünyasını şeirə gətirmək çox çətindir. Bu baxımdan Xanımana Əlibəyli uşaq poeziyamızın həssas nəğməkarıdır. Onun “Yağış yağır” və “Günəşim” şeiri bəstələnməmiş nəğmə qədər sadə, səmimi və mənalıdır.
Hələ səhər açılmamışŞırıltıyla yağır yağış.Göylər buludları sağır,Yağış yağır, yağış yağır.O çəp yağış yağa-yağa,Bir sərinlik düşər bağa.Sərv ağacı, söyüd və şamHey yuyunar səhər-axşam.Yorulmadan təbil çalar,Uzun-uzun navalçalar. (Yağış yağır)***Anam qəşəng geyindi.Ağ idi onun donu.Nənəm baxıb sevindi,“Maral” çağırdı onu.Yox, qoy anama baxıb,Gözəl ad fıkirləşim.Yaxasına gül taxıb,Ona deyim: “Günəşim!” (Günəşim)Hər bir sənətkarın yaratdığı əsərlər ona övladları qədər doğmadır. Valideyn yaşlandıqca övladının taleyindən nigaran qaldığı kimi, şeirlərinin də taleyi üçün səmimi narahatçılıq keçirir. Xüsusilə uşaq şairləri əmin olmaq istəyirlər ki, hər yeni gələn nəsil, onu özünün müasiri hesab edəcək, ya yox. Bu mənada X.Əlibəylinin ahıl yaşlarında yazdığı “Yalvardım Allaha” şeiri bir növ gələcək nəsillərə ünvanlanmış əminlik məktubudur.
Sanki AllahBir qarlı qışMənə şeir verdi baxşış.O, qışımı yaz eylədi,Ömrümü bəyaz eylədi.Allah onu etdi ətir,Səpdi aylara, illərə.Yalvardım: Allahım, yetirŞeirimi nəsillərə.“Yalvardım Allahım yetir, şeirimi nəsillərə” misraları ilə o öz qəlb yavrusu olan şeirləri Allaha ismarlayır və bu vəsiyyətlə də şeirlərinə bir növ ömür qazandırır.
Şairəyə hamıdan yaxın və doğma olan qızı professor Gülər Abdullabəyova onun yaradıcılıq psixologiyasını sərgiləyən maraqlı fikir söyləyir: “Fəxr edirəm ki, anamın şeirlərini bu gün də uşaqlar sevə-sevə oxuyurlar”, “O, hər gələn uşaqlarla yenidən doğulacaq, müstəqil Azərbaycanın yeni-yeni körpə nəsilləri onun “Dovşanın ad günü”ndə iştirak edəcək”.
İllər ötdükcə bu həqiqət canlı şəkildə öz təsdiqini tapır.
Fidan Nizaməddin qızı Abdurəhmanovafilologiya üzrə fəlsəfə doktoruŞeirlər
Azərbaycanım mənim
Qurban olum
Mən yaşayıram vaqonda,Dünyanı gəzirəm onda.Bilgəhə daşıdıq onu,Yaxşı bəzədik vaqonu.Elə ki, vaqona cumdum,Uzanıb, gözümü yumdum.Yatıram, yuxu görürəm:Daş daşıyır, ev hörürəm.Hərdən göyün üzündəyəm,Hərdən Cıdır düzündəyəm.Qardaşımla sübh çağındaOlduq İsa bulağında.Sudan içdim doyunca mən,Gəzdim dağlar boyunca mən.Hey Şuşaya düşür yolum,Vətənimə qurban olum.Azərbaycanım mənim
Heyranam hər çağına,Bağçasına, bağına,Yıxılım ayağına,Azərbaycanım mənim.Buruqlar sanki meşə,Fontan vurur həmişə,Dostluğu edib peşəAzərbaycanım mənim.Xəzər köpürüb daşır,Qumlu sahili aşır,Hərdən neftə qarışır,Azərbaycanım mənim.Sənsən Arazım, Kürüm,Qoynunda həyat sürüm.Öpüm səni möhürüm,Azərbaycanım mənim.Mən səni Kəbə sanım,Keşiyində dayanım.Yaşa ciyərim-canım,Mənim Azərbaycanım.Dirilik suyu
Yurduma səhər çağı,Axdın, Heydər bulağı.Sən dağlardan gəlirsən,Uzaqlardan gəlirsən,Salmayırsan qalmaqal,Sərin suyun şirin-bal,Axırsan qışda, yayda,Qızmar günəşli ayda.Nə arxsan, nə quyusan,– Sən dirilik suyusan.Car
Zaqatalada bir yer var,Adı: Car.Arxasında uca dağlar,Başı qar.Göyə dəyir çinar, palıd,Şabalıd.Sinəsinə taxıb lalə, bənövşə,Bu meşə.Xoş nəfəsi çiçəklərin,Səpsərin.Günəş düşüb, batıb zərəGöy dərə.Lap uzaqdan gələn o səs,Nədir bəs?Cara çalır Zilban çayı,Laylayı.Girdiman çayı
Enəndə Şahdağından,Yüyürdün birdən-birə.Oxşadın coşmağındanBabəkə, Cavanşirə.İnsan böyük torpağıSənə edib etibar.Gəz bu çölləri, bağı,Qoy bol olsun şirin bar.Yığaraq bir ətək daşQaçma, Girdiman çayı.Dağdan ax yavaş-yavaş,A gözəl Şirvan çayı.Allah əmanəti
Ey canım-gözüm Şuşa!Ey şirin sözüm Şuşa!Dönüm bir qızıl quşa,– Qoynuna uçum, Şuşa.Görüm o xoş üzünü,Gəzim Cıdır düzünü.Dağdan, təpədən aşım,Daşaltını dolaşım.Torpağında çöküm diz,Ürəyimin ən əzizOdlu məhəbbətisən,– Allah əmanətisən.Dənizim Xəzər
Xəzər evimizlə durur üzbəüz,Sulara baxıram mən gecə-gündüz.Günəş yuxusundan ertədən durur,Xəzər dənizinə çox bəzək vurur.Səhərlər girəndə al-əlvan dona,Sevinclə dayanıb, baxıram ona.Gecələr edirəm ona tamaşa,Biz onunla yuxulayırıq baş-başa.Bir türk məzarı
Bir türk məzarı varŞirvan yolunda,Güllər açıb məzarın sağ-solunda.Bu məzardan əziz bir igid baxır,Ölümü adamı yandırıb-yaxır.Mən sığal vururam məzar daşına,İstəyirəm hey dolanım başına.Ermənilər qızışmışdı savaşa,Xəbər tutdu Mustafa Kamal Paşa.Köməyə göndərdi türk övladını,Məhv eləsin erməni cəlladını.Heyif bu mərd oğul getmişdir bada,Kaş güllə dəyəydi birbaş cəllada.Bakı küləyi
Bakıda axşam, səhər,Küləklə dolur şəhər.Küləklər çox-çox olur,Gah əsir, gah yox olur.Küləklər gecəyarıGöyə sovurur qarı.Çovğunlu, qışlı olur,Bəzən yağışlı olur.Külək əsəndə yayda,Birdən ən isti aydaÇevrilib sərin yelə,Əsir belədən-belə.O sanki bir quş olur,Miz üstə qonmuş olur.Əsir yeni əsərin,Üstündə sərin-sərin.Bir oğlan var
Bir oğlan var Muğanda,Tanıyırsız Elcanı?..Hər səhər gün doğanda,Biçir çöldə yoncanı.Tövlədə ana camış,Ona dikib gözünü.Yuxudan oyanmamış,O yetirir özünü.Ləklərinə su çəkdi,Əkdi turpu, xiyarı.Yollarda çinar əkdi,Gözəl olsun diyarı.Xəzri
Xəzər onun dənizidir,Ağ dalğalar ləpələri.Ayağının bir izidirSahildə qum təpələri.Tapp… çırpıldı qapı-baca,Qumlar yağa-yağa gəldi.Salam verib hər ağacaXəzri səhər bağa gəldi.Toyuq-cücə hinə qaçdıGörüb xəzri küləyini.O bir yelpinc kimi açdıAğ xoruzun lələyini.Dəniz iyi evə doldu,O gətirdi ətirini.Yol ağzında tutub yolduSöyüdlərin çətirini.Çəkə-çəkə al narları,Heyvalarla barışdırdı.Ağaclarda o barlarıBir-birinə qarışdırdı.Üzümlükdə gəzdi külək,Meynələri ləpələdi.Çiçəklikdə ətək-ətəkGül tozunu səpələdi.İzlərini silə-silə,Axşam döndü o, sahilə;Qumlar üstə söykənərəkŞirin-şirin yatdı külək.Gilavar, gəl!
Ay dəniz, bu nə səsdir?Dalğalar, daha bəsdir,Gah qalxıb, gah endiniz,Coşub-köpükləndiniz.Ah, bir gilavar gələ,Çoxdandır düşmür ələ.Mən bağda səhər çağı,Silkələdim budağı.Var gücümlə bağırdım,Gilavarı çağırdım:“Mən anamın ilkiyəmElə bilmə tülküyəm,Nə dələ, nə dovşanam,Sözəbaxan oğlanam,Xəzri, yat, gilavar, gəl!Xəzri, yat, gilavar, gəl!”Dəniz olsun düpbədüz,Axşamacan suda üz…Xəzərəm
Xəzərəm ay, Xəzərəm,Mən Bakını bəzərəm.Üzümlü bağlarınıSahil boyu gəzərəm.Körpünü bol saldılar,Sinəmə yol saldılar,Çinar-çinar buruqlar.Boynuma qol saldılar.Gözəl Pirşağı
Odur, bax gəlib maşın,Uşaqlar, hazırlaşın!Gözləyir səhər çağıSizi gözəl Pirşağı.Bağçanız köçür bağa.Dovşan! Çanaqlı bağa!Orda da var yuvanız.Qoy dəyişsin havanız.Bildi ki, bağa gedir,Sarı bülbül oxuduMaşına yığdı NadirBəslədiyi noxudu.Gördü hamıdan qabaqOturub xallı pişik,Ətrafına oyuncaqYığılıb yeşik-yeşik…Odur, onlar çatdılarBağda qum təpəsinə.Səslərini qatdılarLəpələrin səsinə.Çərpələng
Uç, mənim çərpələngim,Quyruğu rəngbərəngim!Çox fırlananda dəydinQuşların qanadına.Sən günəşə baş əydin,Qalxdın göyün qatına.Mən olaydım çərpələng,Göylərin qatındakı.Görəydim, necə qəşəngGörünür ordan Bakı.Allahu Əkbər!
Mavi rəngli göylərin qucağındaTəzəpir nurlanır səhər çağında.Göyərçinlər oyanır təzə-təzə,Gah göyə uçurlar, gah da günbəzə.Dolanırlar Təzəpirin başına,Heyran-heyran yaşıl günbəz daşına.Elə bil verirlər dünyaya xəbər:Ya Allahu Əkbər, Allahu Əkbər!Qoşa bulaq
Doğulmuşdu göy dağlardaBir yaz çağı əkiz qardaş.Bəslənməyib qucaqlarda,Ayaq açdı yavaş-yavaş.Birdən axdı coşa-coşa,Dayanmadı çöl-çəməndəŞirin nəğmə qoşa-qoşa,Gəlib çatdı Hacıkəndə.Səs salaraq dağa, daşa,Tarlalara axıb gedir.Yol ötənlər cüt qardaşa,Heyran-heyran baxıb gedir.Şəlalə
Hacıkəndə gedən yolda– Qayalıqdan bir az soldaXoş nəğməli şəlalə var,Heyran qalıb ona dağlar.Kiçik bir qız ötəndə yolOna dedi: – Bir rahat ol!Yorularsan dur, şəlalə.Belə dedi gur şəlalə:– Ay qız, mənə demə dayan!Qarşı dağda şırıldayanŞəlaləylə yarışırıq,Coşqun çaya qarışırıq.Ağənnə
Bir zaman BədalandaAğənnə ana vardı.Cəbhə üçün eyvandaO, corab toxuyardı.İşləyirdi cəhrəsiKənddə hamı yatanda.Gecəquşunun səsiMeşələrdə batanda.Əvvəl darayıb yunuO, salardı cəhrəyə.Ana altı oğlunuGöndərmişdi cəbhəyə.Corab salanda yolaO, qalama-qalama.Birdən dedi:– Nə ola biri düşə balama.Qoy düşsün kimə düşür.O da balamdır mənim.Səngərlərdə döyüşür,Qalib gəlsin Vətənim.Kür qırağında
Biz gəldik Sabirabada,Bir ilk bahar düşdü yada.O qış oxşayırdı yaza,Qovuşmuşdu Kür Araza.Bu yerdə bollu məhsul var,Gəzib, dolaşdıq hər yanı.Qoçaq məktəbli uşaqlar,Becərib bağı, bostanı.Bərələrdə üzüb çayı.Seyr elədik biz o tayı.Gəzdik çiçəkli Surrada.Bağ-bağatlı Qruzmada.Biz gələndə daha qışdı,Pambıq çoxdan yığılmışdı.Büllur kimi axırdı su.İşlədikcə su qurğusu.Zəhmət sevir orda ellər,Günəş çıxıb, qızıl tellərDüşüb suya səhərçağı,Nə gözəldir Kür qırağı!..Maralgöl
Bir Maralgöl var Gəncədə– Uca dağlar qoynunda.Damcılardan mirvari varCərgə-cərgə boynunda.Şax buynuzlu gözəl maralİstədi ki, yuyuna.O diz çökdü sahilində,O baş əydi suyuna.Gölün parlaq güzgüsündəMaral baxdı özünə.Sularının mavi rəngiDüşdü onun gözünə.Pambıqçı günəş
Geniş Muğan düzündəGünəş düşdü tarlaya.Parladı yer üzündəAğ pambıq taya-taya.O, nə gəzməyə dağa,Nə də ki, çaya düşdü.Səhər pambıq yığmağa,Günəş tarlaya düşdü.Oxşadı narın-narın,Pambığın tellərini.O, isitdi qızların,Yorulmaz əllərini.Salamat qal
Mən Qara dənizə çatdım,Gün batanda, axşam vaxtı.Sularına güllər atdım,Ceyran kimi dönüb baxdı.Dedim: – Qızılgülləri al,Mən heyranam hər çağına!Qara dəniz, salamat qal,Nə sözün var qonağına?Bürünərək parlaq zərə,Durub, xeyli baxdı gendən.Dedi: – Bacım, göy XəzərəÇoxlu salam yetir məndən.Gəlim Murov tərəfə
Yayın isti çağında,Göy təmiz, hava açıq.Uca Murov dağındaQurulmuşdu alaçıq.Dost olmuşdum əzəldən,Sürüdə bir kəl ilə,Ona otdan, xəzəldən,Yedirirdim əl ilə.Gedən vaxtı örüşəAlaçığa salıb baş,O, mənimlə görüşəGələrdi yavaş-yavaş.Nəsə dedi elə bil,Görüşəndə son dəfə.Yəqin tapşırdı hər ilGəlim Murov tərəfə.Neftçala balıqçıları
Mavi Kür sahilində,Bir şəhər var – Neftçala.Bir-birilə qovuşur,Orada ana, bala.Xəzər öz qucağını,Açır istəkli Kürə.Ona bax, necə gəlirO yüyürə-yüyürə!Balıqçılar sevinir,Torları yığa-yığa.Şamayını, kütümü,Tullayırlar qayığa.Nə sularda bir səs-küy,Nə bir qalmaqal olur.Bu zaman balıqçılar,Balıq kimi lal olur.Xızı dağları
Gəldi sevimli yayım…Ən isti çağlarında.Gəzdirir məni dayımXızının dağlarında.Dağın başında durub,Baxdım kəndə uzaqdan.Gördüm ki, dəstə vurub,Qızlar gəlir bulaqdan.Bir sürü qoyun-quzu,Otlayırdı o tayda.Çəpişi dayım qızıSulayır Ataçayda.Birdən baxdım hər yana,Görmədim kəndimizi.Bürüdü ağ dumana,Xızı dağları bizi.Yadigar
Xeyli keçmişdi yaydan,Biz keçirdik Göyçaydan.Yanında böyük daşınDayandı birdən maşın.Gördüm üzüaşağıQaçır oğlan uşağı.Elə ki, bizə çatdı,Səbətini uzatdı.Dedi: – Göyçay narıdır,Bağımızın barıdır.Gətirdim sizə sovqat.– Niyə oldun narahat,Zəhmət çəkdin, çox sağ ol!Oğlan dedi: – Yaxşı yol!Hamıya verdi ləzzət,O dadlı gülöyşə nar.Səbət dolu mərifətQaldı bizə yadigar.Qayıqda nəğmə
Çıxmışıq Xəzərdə üzməyə biz də:Mən, atam, balaca bacım Nəsimə.Nəğmə oxuyuram mavi dənizdə,Ləpələr səs verir mənim səsimə.Dedim ki, atacan, yavaş çək avar,Oxudum, səsimi qaldırdım zilə.Gördüm ki, xəzriyə dönüb giləvar.Quş kimi uçurdur onu sahilə.Lənkəran torpağında
Lənkəran torpağındaBecəriblər limonu,Həyətyanı bağındaSən də əkərsən onu.Çay yaxşıca dəm alsın,Bir dilim sal çayına.Saxla tumunu qalsınGələn bahar ayına.Bir də gördün boy atıbLimon verib ağacın.Suyuna şəkər qatıbİçər balaca bacın.
Bir tunel
Çox sevirəm Bilgəhin dənizini,Bağa köçürük ildə.Tanıyıram suitinin, qağayının izini.Dolaşıram sahildə.Qayalar var yanağı çopur-çopur,Balıqçılarla dolu.Bir də gördün şiddətli külək qopur,Tozanaq tutur yolu.Çox görmüşəm küləyin hücumunu,Qılınc kimi kəsib yel!Daşımışam sahillərin qumunu!Qazımışam bir tunel.Parovoz
O, yollarda yaşayır,Basır onu tüstü, toz.Bakıdan neft daşıyırŞəhərlərə parovoz.Bağırır: puf-puf, puf-puf,Nə yaman istidir, uf!Gümüş rəngli buxardırOnun isti nəfəsi,Qəribə fiti vardır,Aləmi basır səsi.Qışda çöldə yaşayır,– Var odu, hərarəti,İftixarla daşıyırO qiymətli sərvəti.Bayramın mübarək, oğul!
Dağ üstünə axşam çökür,Üz tutdum baş xiyabana.Ağlayırdı hönkür-hönkür,Hardasa bir dərdli ana:“Qara gözlü, qələm qaşlı,Hanı sənin xoş söhbətin?Anan qalıb gözü yaşlı,Caynağında müsibətin.Səni məhv olasan, cəllad,Necə qıydın balalara?!Mən nə edim?Yoxdur imdad,Ömrüm, günüm oldu qara.Mən, sənə bayram axşamıGətirmişəm nabat, noğul.Yandırdım xonçada şamı,Bayramın mübarək, oğul!”Bəs ucalan o nə səsdir,Oxşamır fəryada, aha?..Oğul deyir: “Ana bəsdir,Axşamdır, get evə daha.Lap arxayın olaram mən,Göz yaşını silsən, ana.İnciyib küsərəm səndən,Məni ölmüş bilsən, ana”.Gedim davaya
– Ana, icazə ver gedim davaya,Daş ataram düşmənə topa-topa.– Oğul, aç pəncərəni, bax havaya,Göydən yerə qar yağır lopa-lopa.– Ana, mən qorxmuram, şaxta-qar nədir?– Bu davada neyləyər sənin daşın?– Bəs dərdimin yaraları göynədir.– Bu il tamam olacaqdır beş yaşın.– Ana, gedim silahları yağlayım,Ana, gedim yaraları bağlayım.– Oğul, dava kişilərin işidir,– Bəs deyirdin mənim oğlum kişidir…Laçın
Mənə əl eləyir uca Kirs dağı,Dağdan aşan gur Şahnabad bulağı,Məni salamlayır o gözəl Laçın.Ermənilər, yurdumuzdan tez qaçın!Bir gün sizə ölüm elan olacaq,Bütün həyatınız talan olacaq!Quran
Quran, bütün kitabların tacıdır,O dünyada hər dərdin əlacıdır.Kim getsə Quranın saldığı yolu,Açılar yollarda qanadı, qolu.Quran ən müqəddəs, əziz kitabdır,Quranı oxumaq böyük savabdır.Bayrağım
Ay-ulduzlu bayrağı var bu uca dövlətimin,Sanki od-ocağı var qəhrəman millətimin.O parlayan rəngi al, şəhidlərin al qanı,Bu dünyaya işıq sal, şəfəqləndir hər yanı!Sən dalğalan, keçsin şən bu həyatda hər çağın,Səni çox sevirəm mən, ay-ulduzlu bayrağım!Ciyərimiz-canımız
Türklərsiz keçməsin heç bir anımız,Türklərdir lap ciyərimiz-canımız.Türklər yaşasa da, bizdən uzaqda,Köməyə gəlirlər hər dar ayaqda.Ürəyimiz türklərlə çox sevindi,İki dövlət bir millətik biz indi.Bunu Heydər Əliyev etdi elan,Yaşayacaq dostluğumuz hər zaman.Əsgər qardaşım
Kənd işıqları yandı,Yaşıl rəngli bir maşınQapımızda dayandı.Gördüm uca, qaraşın,Bir oğlan yerə düşdü,O, mənimlə görüşdü.Boynuna sarılmışam,Əsgərlikdən bu axşamGəlib qardaşım Sadıq,Biz evdə hamı şadıq.Təbiət hadisələri
Günəş olaram
Qışda şaxtada, buzdaGünəş çimir hovuzda.Bərk istisində yayınÇimir suyunda çayın.Odur ki, par-par yanır,Hər tərəf işıqlanır.Qoy gətirim ləyəni,Su tök yuyundur məni.Ay ana, böyüyəndəGünəş olaram mən də.Yağış yağır
Hələ səhər açılmamışŞırıltıyla yağır yağış.Göylər buludları sağır,Yağış yağır, yağış yağır.O çəp yağış yağa-yağa,Bir sərinlik düşər bağa.Sərv ağacı, söyüd və şamHey yuyunar səhər-axşam.Yorulmadan təbil çalar,Uzun-uzun navalçalar.Günəşim
Anam qəşəng geyindi.Ağ idi onun donu.Nənəm baxıb sevindi,“Maral” çağırdı onu.Yox, qoy anama baxıb,Gözəl ad fıkirləşim.Yaxasına gül taxıb,Ona deyim: “Günəşim!”Liman
Limana bax, limana,Bürünüb ağ dumana.O gizlədib aləmi,Hanı o qədər gəmi?Baxırsan sola, sağa,Hər yan bürünüb ağa.Ağarıb səhər ertəDor ağacı, göyərtə.Kimsə tullandı bəri,Atdı suya lövbəri.Daşınır sahilə yük,Üzərində ağ örtük.Qaynayır körpüdə iş,Dayanmır gediş-gəliş.Üzür dumanda sahil,Yelkənlər də elə bilİlişib gümüş tora,Vurnuxur bura, ora.Gəl, sən də bax limana,Bürünüb ağ dumana.Qar yağanda
Ağ qar yağır başıma,Kirpiyimə, qaşıma.Kim qarda gəzər,Qar onu bəzər.Qar qonur hər ağaca,Ağarır həyət-baca.Qar yağa-yağa,Büründüm ağa.İndi başımı açım,Ağarsın qara saçım.Gəzim hər yanı,Bütün dünyanı!Çağırdı bacım Gözəl:– Şaxta baba, evə gəl.Meşələrin səsi
Ağacların öz səsi var,Pəstdən və zil nəğməsi var,Pəstən nəğmə gözəl olur,Hərdən gecə külək dolurMeşə adlı o mənzilə,Nəğmələri qalxır zilə.Dayan, yay!
– Nə tez köçünü tutdun,Nə tez bizi unutdun?Gözlərində gur işıq,Biz səndən doymamışıq.Hanı o xoş çağların?..Yanında uşaqlarınÇimərdin çayda, göldə,Gəzərdin düzdə, çöldə.Toplayardıq çiçək, gül,Qal bizimlə sevin, gül!– Uşaqlar, darıxmayın,Bitdi fəsili yayın.Hər vaxtın var bir sonu.Əynində qızıl donuArdınca şən qız gəlir,Bir gözəl payız gəlir.
Gözəl ev-eşik
Toplamışam çınqıl, daş,Torpaq da, gil də.Ev tikim yavaş-yavaş,Qumlu sahildə.Bu mənim otlaqlarım,Bu da it damı.Hardadır qonaqlarım?Qoy gəlsin hamı.Mənim yaşıl bağımdaDanışaq, gülək.Səslənsin qulağımdaBir sərin külək.Dalğalar coşa-coşaÇalsın qaytağı.Oynayaq qoşa-qoşaBiz səhər çağı.Günəş düşüb eyvana,Gözəl ev-eşik…Burdan qaçmaz heç yana,Nə it, nə pişik.Gözəl ev-eşik.Külək və söyüd
– Söyüd, gəldim öyrənimMənimlə dost olursan?..– Yox, olmuram, sən mənimSaçlarımı yolursan.
Sən çıxma, mən çıxaram
Bir qız var Günay adlı,Evlərinin gülüdür.Bəlkə də zər qanadlı,Bir incə bülbülüdür.Gəldi qımıltı səsi,Yuxusundan ayılır.Səhərlər şən nəğməsiÜrəklərə yayılır.O, evdə nənəsinəKömək edir hər işdə.Nənənin həvəsinəKəsdi xəngəl, əriştə.Günayın otağınaQızıl günəş süzüldü.Onun al yanağınaKirpikləri düzüldü.Nənəsi dedi:– Bala, gün çıxıb, düşüb yola.Gündüzlər günə taysan,Gecələr nurlu aysan.Nağıldakı gözəl tək,Telinə düz gül, çiçək.Günə de ki, sən çıxma– Mən çıxaram.Aya de ki, sən çıxma– Mən çıxaram.Özü tapar
Mən yuxuda gördüm gecəCırtdan əjdahanı boğur.Mən yuxuda gördüm necəÜfüqlərdə günəş doğur.Dedi küpəgirən qarı:– Məni nağıllardan apar!Mən yüyürdüm evə sarı,Dedim yolu özü tapar.Aya baxın!
Aya baxın, uzaqdanElə bil ki, yemişdir.Qoy dərim onu tağdan,İriləşib dəymişdir.Ay göy, böyükdür barın,Tutmaz mənim zənbilim.Paylayım ulduzlarınHərəsinə bir dilim.Sehrli nərdivan
– Mindir məni, ay ana,Qaldırıcı krana.Oradan dırmaşaramSehirli nərdivana.Hopp… Düz düşərəm aya,Hər tərəfim dağ, qaya.Ay daşları yığaramSənubərə, Humaya.Qaranlıq düşər, axşamHər tərəfdə yanar şam.Evimizə dönərəmGörsəm ki, darıxmışam.Raketim
Bax, dan yeri sökülür,Raketim uçur Aya.Ağ buludlar tökülürÜstümə taya-taya.Kimsə durdu yolumda,Qoymadı keçim Aya.Tullanır sağ-solumda,Oxşayır əjdahaya.Parıldadı qılıncım,Dayanmaq olmaz daha.Doğrandı xıncım-xıncımYeddi başlı əjdaha.Qapı açıldı tay-tay,Girdim Ayın içinə.Gördüm bura gəlib yay,Başlayıblar biçinə.Bir sürü qanadlı atDəydi mənim gözümə.Yüyürərək o saatBir at tutdum özümə.Başına sünbül hördüm,Minib çapdım o atı.Heyf, yuxuda gördümBu yaxşı əhvalatı.Qar deyir
Çox gəzmişəm vətəninDağlarını, düzünü.Süsənin, yasəməninGörməmişəm üzünü.Ağaclar olub yalınMən gəzəndə bağları.Bürümüşəm ağ, qalınYorğana budaqları.Görməmişəm laləni,O da tanımır məni.Mən gələndə qış olur,Çiçəklər yatmış olur.Mayak
Buludlarda ay batır,Ulduzlar bir-bir yatır.O zümrüd gözlü mayakDəryada qalır oyaq.Birdən qopsa fırtına,Külək girməsə qına,Gəmini alsa duman,Mayaka gəlir güman.Odur köməyə çatan,Onu sevir kapitan.Evimiz
Neftçilər prospektində,“Azərneft”dən yuxarı;Evimiz durur tində,Baxır dənizə sarı.Laylay deyir göy dəniz,Eşidirik səsini.Sakit axşamlarda bizDuyuruq nəfəsini.Başlayıb gecə sahilGöy dənizlə söhbətə.Biz gəmidə elə bilÇıxmışıq səyahətə.Tıq-tıq
Tıq-tıq… döyüldü qapı,Kimsə gecikib əlbət.Salacaq tappatapı,Alacaq indi töhmət.Sinifdə idi hamı,İlqar gecikmir daha.Deyir: – Axşam çantamıRahlayıram sabaha.Müəllim dedi yerdən:– Buyur, sinfə görək!..Qapı açıldı birdən,İçəri girdi külək.Uşaqlar bərk küy salıb,Birdən-birə gülüşdü.Külək məəttəl qalıb,Pəncərədən sürüşdü.Rəssam Günəş
Rəssam Günəş ertə durdu,Təbiətə min rəng vurdu.Fırçasını çəkdi dağa,Göy dənizə, yaşıl bağa,Gah soluna, gah sağına,Uşaqların yanağına.Günəş gözəl bir rəssamdır,Hər tərəfə rəngi çatdı.Elə ki, gördü axşamdır,Dağ dalına enib yatdı.Nağaraçı
Nağaramı vurum-vurum,Dum-ba-du-rum, dum-ba-du-rum.Ağacların göy budağıOyanaydı səhər çağı.Nağaramı vurum-vurum,Dum-ba-du-rum, dum-ba-du-rum.Göbələklər əl-qol atar,Yallı gedər qatar-qatar.Nağaramı vurum-vurum,Dum-ba-du-rum, dum-ba-du-rum.Uşaqlar çıxar küçəyə,Şap-şup salar gölməçəyə.Yay yağışı – mənim adım,Kimi deyirsiz oynadım.Nağaramı vurum-vurum,Dum-ba-du-rum, dum-ba-du-rum.Dalğalar və dəniz nağılı
Uşaqlar, bir nağıl var,Onu söyləyim sizə.Necə qaçır dalğalarSahilə və dənizə.Sanki onlar uşaqdır,İməkləməyə başlar.Sahildəsə yumşaqdırHər cürə rəngli daşlar.Guya ki, o daş, o qum,Hamısı “şirniyyat”dır;Ləzzətli rahat-lokum,Şokalad və nabatdır.Onlar cumur sahilə,“Şirniyyat”ı yalayır.Yığıb onu əlilə,Ətəyinə qalayır.Dəniz çağırır: gəlin!Ananızla dincəlin.Qoynumda saldım yeri…Dalğalar dönür geri,Quş kimi qanad açırYenə sahilə qaçır.Yalayır “şirniyyat”ı,Belə keçir həyatı…Bu şeirdə, uşaqlar,Mən nağıl etdim sizəNiyə cumur dalğalarSahilə və dənizə,Sahilə və dənizə.