İxtisasca şərqşünas olan Ə. Hacızadə (1935-2009) 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi işləmişdir. Əlibala Hacı-zadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Yazıçının “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindən götürülən bu sözlər yazıçı şəxsiyyətinin etirafıdır.
Скачать книгу Təyyarə kölgəsi в fb2, epub, txt (14 форматов) в нашем Интернет-магазине.
все жанры