banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

“Qoy bir az ağlayıb ürəyini boşaltsın, mənsə hələlik oturum”, – Qurov fikirləşib kresloda əyləşdi.

Sonra zəng eləyib çay gətirməyi tapşırdı. O, çayını içəndə də Anna Sergeyevna üzü pəncərəyə sarı durmağında idi… Anna Sergeyevna həyəcandan ağlayırdı, ömürlərinin belə kədərli alınmasını bütün ağrısıyla dərk etdiyindən ağlayırdı; onlar ancaq gizli görüşürlər, oğrular kimi camaatdan gizlənirlər. Məgər onların həyatı dağılmayıbmı?

– Di yaxşı, bəsdir! – Qurov dilləndi.

Qurov hiss edirdi ki, sevgilərinin ömrü uzundu, nə vaxt bu sevdaya son qoyulacağı məlum deyildi. Anna Sergeyevna Qurova daha möhkəm bağlanırdı və pərəstiş edirdi, bütün bunların nə vaxtsa qurtaracağını ona demək ağlasığmaz iş idi; o buna inanmazdı da.

Qurov əzizləmək, zarafat etmək məqsədilə yaxınlaşıb onu qucaqladı, elə bu vaxt özünü güzgüdə gördü. Saçı ağarmağa başlamışdı. Son illər belə qocalması, belə düşməsi ona qəribə göründü. Anna Sergeyevnanın çiyni isti idi və titrəyirdi. Bu isti, bu gözəl, amma, güman ki, özünün həyatı kimi artıq saralmağa, sönməyə doğru gedən həyata yazığı gəldi. Anna Sergeyevna onun nəyini sevir? O, qadınlara həmişə olduğu kimi görünmürdü. Qadınlar onda onun özünü yox, öz təsəvvürlərində yaratdıqları və ömürləri boyu axtardıqları adamı sevirdilər; yanıldıqlarını biləndən sonra da sevgilərinə sadiq qalırdılar. Qadınlardan heç biri onunla xoşbəxt olmamışdı. Vaxt keçirdi, o, yeni qadınlarla tanış olurdu, onlarla görüşürdü, onlardan ayrılırdı, amma bir dəfə də olsun, sevməmişdi, orada məhəbbətdən başqa nə desən, vardı.

Ancaq indi, saçının çallaşdığı vaxtda ürəkdən və həqiqətən sevirdi – ömründə birinci dəfə sevirdi. Onlar bir-birini yaxın, doğma adamlar kimi, ər-arvad kimi, mehriban dostlar kimi sevirdilər, onlara elə gəlirdi bir-biriləri üçün yaranıblar və başa düşmək olmurdu ki, Qurov niyə evlidir, Anna Sergeyevna niyə ərdədir və onlar, sanki tutulub qəfəsə salınmış dişi və erkək köçəri quş idilər. Keçmişlərində nədən utanırdılarsa, bir-birilərinə keçirdilər, hazırkı ömürlərində xoşagəlməz nə vardısa, bağışlayırdılar, hiss edirdilər ki, onları dəyişdirən sevgiləridir. Əvvəllər kədərlənəndə ağlına gələn hər cür fikirlə özünə təskinlik verirdi, indisə fikirləşməyə halı yoxdur, əzab çəkir, səmimi, mehriban olmaq istəyir…

Qurov dilləndi:

– Yetər, əzizim… Ağladın, bəsdir… Gəl indi söhbət edək, bir şey fikirləşək.

Sonra onlar uzun müddət məsləhətləşdilər: necə eləsinlər ki, gizlənməkdən, yalan danışmaqdan, müxtəlif şəhərlərdə yaşamaqdan, uzun müddət görüşməməkdən can qurtarsınlar. Bu dözülməz buxovdan necə xilas olsunlar?

– Necə? Necə? – Qurov başından yapışaraq soruşdu. – Necə?

Və onlara elə gəlirdi ki, bir az da düşünüb-daşınsalar, çıxış yolu tapacaqlar, onda yeni və qəşəng bir həyat başlayacaq; onların hər ikisi yaxşı bilirdi ki, sona hələ çox qalır, ən mürəkkəbi, ən çətini indi-indi başlayır.

    Tərcümə edəni: Arif Məmmədov

6 №-li PALATA

I

Xəstəxananın həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş kiçik bir fligel[13 - Fligel – əsas evə bitişik və ya onun yanında olan tikili, yandamı.] vardı. Fligelin dəmir damı paslanmışdı; su novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu ucları yuxarı çalınmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis görünüşdə idi.

Əgər gicitkənin dalamasından qorxmursunuzsa, gəlin dar cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə giririk. Burada divarın və sobanın dibinə bir yığın xəstəxana tör-töküntüsü atılmışdır. Döşəklər, köhnə, cırıq xalatlar, tumanlar, heç nəyə yaramayan göy zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, əzilmiş, qarışdırılmışdır. Bu şeylər çürüyür və ətrafa pis qoxu yayırdı.

Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstünə uzanırdı. Bu, istefaya çıxmış köhnə bir əsgər idi; paltarına tikilmiş baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər şeydən üstün tutan və ona görə də onları pozanları döyməyin zəruri olduğuna inanan sadədil, icraçı və küt adamlar zümrəsinə mənsub idi. Nikita adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki, bunsuz qayda-qanun yaratmaq mümkün deyil.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)