banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
Рейтинг: 0

Полная версия:

Hekayələr

скачать книгу бесплатно

– Yaxşı, amma deyə bilərsən niyə, balaca?

– Sənə maraqlı bir şey göstərəcəm.

Babası gülə-gülə onun ardınca pilləkənləri qalxdı.

– Bircə nənəmə demə, bu onun xoşuna gəlməyəcək, – Duqlas bunları deyə-deyə Kobermanın otağının qapısını açdı. Baba heyrətdən yerində donub-qaldı.

Sonra baş verənləri Duqlas yaddaşına ömürlük həkk elədi. Polis inspektoru və köməkçiləri uzun müddət Kobermanın çarpayısı qarşısında dayandılar. Nənə aşağıda kimdənsə soruşurdu:

– Nə baş verib?

Baba boğuq səslə söyləyirdi:

– Bu tükürpədici olayı unuda bilməsi üçün uşağı bir müddətlik harasa aparacam. Bu tükürpədici olayı, tükürpədici olayı!..

– Burda tükürpədici nə var ki? – Duqlas soruşdu. – Mən burda qorxulu heç nə görmürəm.

İnspektor çiyinlərini çəkib söylədi:

– Koberman ölüb, hər şey qaydasındadır.

Onun köməkçisi alnındakı təri sildi:

– Bəs siz su ləyənində üzən o şeyləri gördünüz, hələ kağıza bükülənləri demirəm.

– Hə, gördüm, adamın ağlı başından çıxa bilər.

– İlahi!

İnspektor arxasını Kobermanın meyitinə tərəf çevirdi.

– Uşaqlar, yaxşısı budur, dilimizi dinc saxlayaq – bu, qətl deyil. Əslində, uşağın belə eləməsi, sadəcə, xoş təsadüfdür. Yoxsa deməyə də dilim gəlmir, Allah bilir burda nələr baş verəcəkdi.

– Bu Koberman, görəsən, kim olub? Vampir? Bədheybət?

– Allah bilir! Hər halda, insan olmadığı dəqiqdir, – o, meyitin qarnındakı tikişi əllədi.

Duqlas öz əməlindən fəxarət hissi keçirirdi. O, nənəsinin toyuq içalatını çıxardığını dəfələrlə görmüşdü və yadında yaxşıca saxlamışdı. İynə-sap, başqa heç nə lazım deyil. Sonda bu Koberman nənəsinin əvvəlcə içalatlarını çıxardığı, sonra quru çörək doldurub tikdiyi cücələrdən elə də fərqlənmirdi.

– Bütün bunlar qarnından çıxarılanda Koberman hələ sağıydı, hər halda, oğlan belə deyirdi, – inspektor başıyla içində üçbucaqlar, piramidalar və zəncirlər üzən ləyəni göstərdi. – Hələ də sağ idi. İlahi!

– Bəs onun axırına çıxan nədir?

– Bax bunlar, – inspektor barmaqlarıyla tikiş yerlərini araladı. Polislər Kobermanın qarnının gümüş iyirmisentliklərlə dolu olduğunu gördülər.

– Duqlas deyir ki, orda altı dollar yetmiş sent var. Zənnimcə, müdrik kapital qoyuluşudur.

BİR DAMCI SƏBİRSİZLİK

O axşam digərlərindən heç nəylə fərqlənmirdi. Amma məhz həmin may axşamı, ömrünün iyirmi doqquzuncu baharından bir həftə əvvəl Conatan Hyuz lap uzaqlardan – başqa zamandan, başqa dönəmdən, başqa həyatdan gələn taleyiylə qarşılaşdı.

Hərçənd taleyini dərhal tanımadı, halbuki o elə həmin Pensilvaniya vağzalında, həmin qatara mindi və ahıl birisi, demək olar ki, lap qoca simasında Hyuzun qənşərində əyləşdi. Yolları uzun çəkəcəkdi, Lonq-Aylenddən keçib-getməliydilər; yol yoldaşının əlindəki qəzetə ara-sıra nəzər salan Hyuz, nəhayət, dilləndi:

– Cənab, bağışlayın, amma əlinizdəki “Nyu-York tayms” qəzeti mənimkindən fərqlənir. Sizdəki nüsxənin birinci səhifəsindəki şrift nəsə başqa cürdür. Bəlkə, daha sonrakı buraxılışdır?

– Xeyr! – Qocanın dili topuq vurdu, təlaş içində udqundu, sonra özünü ələ alıb dedi: – Hə, bu qəzet çox-çox sonra çıxıb…

Hyuz vaqona nəzər saldı.

– Bir daha üzr istəyirəm, amma başqalarında qəzet eynidir. Bəlkə, sizinki nümunədir, yəni gələcək nömrənin eskizidir?

– Gələcəyin eskizi? – güclə dodaqlarını tərpədən qoca təkrarladı. Onun əynindəki geyimi torba kimi sallanırdı, sanki bir anlıq kökəlib, sonra arıqlayıb çəkisinin yarısını itirmişdi. – Doğrudan da, – pıçıldadı. – Gələcəyin eskizi… İlahi, zarafata bir bax…

Conatan Hyuz yalnız həmin an qəzet sərlövhəsinin altındakı tarixə diqqət yetirdi:

2 may 1999-cu il.

– Bir deyin görüm… – elə ağzını açmaq istəyirdi ki, gözləri səhifənin yuxarı sol küncündəki şəkilsiz xəbərə sataşdı:

QADIN QƏTLƏ YETİRİLİB

POLİS ONUN ƏRİNDƏN ŞÜBHƏLƏNİR

Odlu silahla qətlə yetirilmiş Alisa Hyuzun meyiti aşkarlanıb…

Körpünün üzərindən keçən qatar gumbuldadı. Yaşıl budaqlarını pərakəndə şəkildə ətrafa səpələmiş ağac cərgələri pəncərədən göründüyü kimi də yoxa çıxdı. Qatar sanki dünyada heç nə baş verməyibmiş kimi öz gündəlik axarıyla stansiyaya daxil oldu. Yenidən bərqərar olmuş sükut baxışların istər-istəməz xəbərə dönməsinə rəvac verdi:

“Plendomda, Plendom-avenyu – 112-də yaşayan diplomlu vəkil Conatan Hyuz…”

– İlahi! – o çığırdı. – İtil qarşımdan, itil!..

Amma nəyə görəsə özü ayağa sıçrayıb bir neçə addım geri səndələdi. Qocanınsa, deyəsən, yerindən tərpənmək fikri yox idi. Təkan Hyuzu boş oturacağa itələdi və o, vəhşi baxışlarını pəncərədən görünən yaşıllığa dikdi.

Düşüncələri vəhşilikdə baxışlarından heç də geri qalmırdı. Bu şər qoxulu zarafat kimə gərəkdi? Kim onu incitmək istəyir? Özü də niyə? Təzə evliliyi, sonsuz səadəti və füsunkar arvadını kim ələ salmaq niyyətindəydi? Lənət şeytana! O, əsməcə içində durmadan təkrarladı: “Lənət şeytana! Lənət şeytana!..”

Qatar qəfil buruldu və Hyuzu silkələyib ayağa qalxmağa məcbur elədi. Silkələnib düşüncələrdən ayılaraq, üstəlik, qəzəbindən partlaya-partlaya az qala əlindəki qəzetin içinə girən qocanın üzərinə atıldı. Hyuz əlinin bir hərəkəti ilə qəzeti hirslə kənara çəkib qocanın sümüklü çiyinlərindən yapışdı. Qəfil hücuma hazır olmayan sərnişin başını qaldırdı, onun gözləri yaşarmışdı. Hər ikisi donub-qaldı, vaqon guruldamaqdaydı. Hyuz ruhunun necə boğazına yaxınlaşdığını və bədənini tərk eləməyə hazırlaşdığını duydu.

– Siz kimsiniz?!

Sanki qışqıran o deyil, bir başqasıydı.

Qatar ləngər vura-vura gedirdi, sanki indicə vaqonlar relsdən çıxacaqdı.

Yol yoldaşı düz ürəyinin başına xəncər saplanmış kimi diksindi, əlindəki vizit kartını Hyuzun ovcuna dürtdü və səndələyə-səndələyə tambura[2 - Tambur – sərnişin qatarlarında üstüörtülü meydança] tərəf getdi, ordan da qonşu vaqona keçdi. Conatan Hyuz yumruq təki sıxdığı əlini açdı, vizit kartının o biri üzünə çevirdi və oxuduqları onu oturacağa çökməyə məcbur elədi:

CONATAN HYUZ,

diplomlu auditor

679-4990, Plendom

– Yo-o-xx! Ola bilməz! – yenə də sanki o deyil, başqası bağırdı.

Hyuz düşünürdü: “O mənəm?! İlahi, belə çıxır ki, bu qoca mənəm?..”

Yox, bu, danışılmış bir oyundur, daha doğrusu, oyun zənciri. Kimsə qətllə bağlı cəfəng bir zarafat uydurub, digərisə onu Hyuza çatdırmağın yolunu fikirləşib. Qatar nərildəyə-nərildəyə irəli cummaqdaydı, beş yüz sərnişinsə qəzet, ya kitab arxasında daldalanan bir dəstə sərxoş kontor qulluqçusu kimi yırğalanmaqda davam edirdi. Qoca isə arxasınca iblislər düşübmüş kimi vaqondan vaqona tullanmaqdaydı. Conatan Hyuz ağlını tamamilə itirəndə və qəzəbdən gözləri qan çanağına dönəndə qoca artıq qatarın lap sonuncu vaqonuna gedib çatmışdı.

Onlar yenidən sonuncu, demək olar ki, bomboş vaqonda görüşdülər. Conatan Hyuz qocanın lap yanına gəldi, o isə inadkarcasına gözlərini qaldırmırdı. Bu da azmış kimi, hönkür-hönkür ağlayırdı; məsələni bu şəraitdə həll eləməkdən söhbət belə gedə bilməzdi. “Kimdən ötrü, – Hyuz fikirləşdi, – kimdən ötrü ağlayır? Allah eşqinə, hönkürməyinə ara ver…”

Qoca səssiz əmrə tabe olurmuş kimi qamətini düzəltdi, gözünün yaşını, burnunun suyunu sildi və elə sakit danışmağa başladı ki, Hyuz bilaixtiyar irəliyə doğru daha bir addım atıb eşitdiklərini həzm etməyə çalışdı:

– Biz doğulmuşuq…

– Biz?!

– Biz, – pəncərənin o tayında qatı tüstüyə bənzər qüruba diqqət yetirən qoca təkrarladı, – hə, hə, hər ikimiz min doqquz yüz əllinci ildə Missisipidə, Kuinsi şəhərində anadan olmuşuq…

“Doğrudur”, – Hyuz fikirləşdi.

– Vaşinqton-stritdə, qırx doqquz saylı evdə yaşamışıq, ikinci sinfədək mərkəzi şəhər məktəbində təhsil almışıq, özü də ora İzabel Perriylə gəldik…

“Yenə düz deyir, – Hyuz düşündü, – onun adı İzabel idi”.

– Biz… – qoca mızıldandı.

– Bizim… – qoca pıçıldadı. – Bizi… Bizə…

Qoca elə beləcə də davam elədi.

– Xarrat emalatxanasında təlimatçı mister Bisbi idi. Tarix müəlliməsi – miss Monks. On yaşımızda buz meydançasında sağ ayağımızı sındırmışıq. On bir yaşımızda az qala suda batmışdıq – atamız bizi güc-bəlayla xilas edib. On iki yaşımızda İmpi Consona vurulmuşuq…

“Yeddinci sinif, – Hyuz düşündü, – qəşəng qız idi, heyif ki, vəfat etdi. Ey mərhəmətli Allah!..” – özlüyündə səsləndi.

Daha başqa şeylər də baş verdi. Bir, iki, üç dəqiqə – qoca elə hey danışdı və tədricən cavanlaşdı, yanaqları qızardı, gözləri parıldadı, cavan Hyuz isə, əksinə, xatirələrin yükü altında büzüşdü və soluxdu. Biri danışdı, digəri qulaq asdı – və haradasa monoloqun ortasında onlar, demək olar ki, yaşca bərabərləşdilər, əkiz qardaşa çevrildilər. Hansısa məqamda cavan Hyuza elə gəldi ki, əgər gecənin güzgüyə çevirdiyi pəncərəyə baxmağa cəsarət etsə, orda əkizlər görəcək.

Cəsarət eləmədi. Əkizi isə hekayətinin sonuna doğru qamətini tamamilə düzəltdi, hətta çənəsini azacıq yuxarı qaldırdı, – yəqin, ötənləri yada salmağın, ürəyini boşaltmağın başqa yolu yox idi.

– Keçmiş bax belə olub, – qoca dilləndi.

“Nə onu vurardım… – Hyuz düşündü. – Üstəlik, günahlandırardım. Üstünə çığırardım. Niyə bunlardan birini də olsa eləmirəm?!”

– Çünki… – əkizi dilə gəlməmiş sualı duyubmuş kimi elan elədi, – sən artıq mənim kim olduğumu bilirsən. Çünki mən ikimizə aid olan hər şeyi bilirəm. İndisə gələcəyə nəzər salaq…

– Mənim?

– Bizim, – o cavab verdi.

Conatan Hyuz qarşısındakının yumruğunda sıxdığı qəzetdən gözünü ayırmadan razılıq əlaməti olaraq başını tərpətdi. Oxşarı qəzeti büküb yaxasında gizlətdi.

– Biznesin tədricən iflasa uğrayacaq. Səbəbi isə heç kəsə aydın olmayacaq. Övladın dünyaya gələcək, amma tezliklə öləcək. Məşuqən olacaq, amma onu da əlində saxlaya bilməyəcəksən. Arvadınsa ildən-ilə, günü-gündən səni daha çox qıcıqlandıracaq. Nəhayət, sonda – inan mənə, səni niyə aldadım ki? – elə bir vəziyyətə çatacaqsan ki… heç bilmirəm necə səlis ifadə edim… yəni arvadının mövcudluğu sənin üçün dözülməz olacaq. Deyəsən, pərişan oldun. Yaxşısı budur, susum…

Onlar sakitcə yollarına davam etdilər və yol yoldaşı yenidən qocaldı, Conatan Hyuz isə cavanlaşmadı. Yaşların nisbəti Conatana uyğun görünəndə o, yenə də başının hərəkətiylə qarşısındakına davam eləməsini təklif elədi. Qoca söylədi:

– Bilirəm, eşitdiklərini həzm eləmək o qədər də asan deyil, axı sən bir ildir ki evlisən. Siz həyatınızın ən gözəl ilini yaşamısınız. Bir damcı mürəkkəbin bir bardaq təmiz suyu bulandıra biləcəyinə inanmaq çətindir. Amma bəlkə, elə bu, baş verdi. Nəhayət, təkcə arvadımızı, xəyallarımızın dilbəri olan füsunkar qadınımızı deyil, bütünlükdə ətraf dünyanı dəyişdi…

– Siz… – Conatan Hyuzun dili topuq vurdu, – sən onu öldürdün?

– Biz öldürdük. Hər ikimiz. Amma əgər mən deyən olsa, əgər mən səni fikrindən döndərə bilsəm, onda biz qətlin baş verməsini istəməyəcəyik, o, sağ qalacaq, sənsə qocalığını məndən xoşbəxt vəziyyətdə sürəcəksən. Buna görə dua edirəm. Buna görə hönkürürəm. Hələ vaxt var. Səni silkələyə, xasiyyətini, fikir zəncirini dəyişə bilmək üçün illər adlamışam. İlahi, bircə insanlar qətlin nə olduğuna vara bilsəydilər! Axmaq və faydasız əməl, üstəlik də iyrənc… Lakin ümid sonda ölür. Axı necəsə bura gələ, sənə toxuna bilmişəm – elə bununla da ruhlarımızı xilas etməyə can atan dəyişikliyə başlamışam. İndisə diqqətlə qulaq as. Səninlə mənim əcaib may axşamının bu saatında, bu qatarda görüşməyə müvəffəq olan eyni adam, müxtəlif dönəmlərin əkizləri olduğunu etiraf edirsənmi?

Yolları illərin qarmaqarışıqlığından təmizləyən lokomotiv fit verdi. Cavan Hyuz zorla başını tərpətdi, amma qocaya elə bu da bəs edirdi.

– Mən qaçmışam, – o, bəyan elədi. – Sənin yanına qaçmışam. Təfərrüata vara bilmərəm. O, bircə gün idi ki, ölmüşdü, mənsə dözə bilmədim. Hara cəhənnəm olum? Gizlənməyə yer yoxdu, əlac yalnız Zamana idi. Harada ki vəkillər və ittihamçılar, hakimlər, andlılar, üstəlik, düz-əməlli şahidlər belə yoxdu – yəni səni hesaba almasam. Yalnız sən əllərimin qanını yuya bilərsən, anladın? Belə çıxır ki, məni sən cəzb eləmisən. Sənin cavanlığın, günahsızlığın, xoşbəxtliyin, heç nəylə qaralmamış həyatın – məni zaman yolunun əvvəlinə yollayan o qüvvənin həqiqi təbiəti bunlardır. Mənim ruhi sağlamlığım bütünlüklə səndən asılıdır. Üz çevirsən, İlahi, bunu ağlıma belə gətirmək istəmirəm, mən batdım – yox, hər ikimiz batdıq. Səninlə eyni qəbri bölüşəcək və özümüzdən sonra ömürlük pis xatirə buraxacağıq. Nə etməli olduğunu sənə söyləyim?

Bələdçinin səsini eşidən cavan Hyuz ayağa sıçradı:

– Plendoma çatırıq. Plendom!..

Onlar platformaya düşdülər – qoca arxada qaçırdı, gözü qarşısını görməyən cavansa gah divara, gah da adamlara dəyirdi, əl-ayağı sözünə qulaq asmırdı, elə bil indicə qopub düşəcəkdi.

– Dayan! – qoca yalvarırdı. – Yalvarıram, dayan!

Cavansa sanki heç nə eşitmirmiş kimi qaçmaqda davam edirdi.

– Axı niyə başa düşmək istəmirsən, buna hər ikimiz ilişmişik! Hər ikimiz!!! Sənin mənə çevrilməməyin, mənimsə bu cür ağlasığmaz şəkildə sənə çatmağa cəhd etməməyim üçün hər şeyi ikilikdə düşünüb-daşınmalı, həlli ikilikdə tapmalıyıq. Hə, bilirəm, bilirəm ki, bu, dəlilikdir, psixozdur, amma yenə də mənə qulaq as! Qulaq as!..

Cavan Hyuz platformanın lap qurtaracağında dayandı, burda sərnişinləri qarşılamağa gələnlər öz maşınlarını saxlayırdılar. Şən sədalar, təmkinli salamlaşmalar, qısa fit səsləri, mühərrikin uğultusu və uzaqda gözdən itən işıqlar bir-birinə qarışmışdı. Qoca cavanın dirsəyindən tutdu.

– Aman Allah, arvadın, daha doğrusu, arvadımız bir dəqiqədən sonra burda olacaq! Mənsə sənə o qədər şey danışmalıyam ki, axı bildiklərimi necəsə çatdırmalıyam – bütöv bir naməlum iyirmi ilin hər saatını səninlə bölüşmək istərdim! Eşidirsən? İlahi, hələ də mənə inanmırsan?!.

Conatan Hyuz ətrafa boylandı, – elə həmin an ona yetərincə tanış olan maşın onlara tərəf yaxınlaşırdı, – və soruşdu:

– Əlli səkkizinci ilin yayında nənəmin evinin çardağında nə baş vermişdi? Bu barədə məndən savayı bir kimsə bilmir. De görüm!

Qoca dartındı, rəvan nəfəs aldı, sonra sanki suflyoru dinləyirmiş kimi söylədi:

– Orda iki gün sərasər gizlənmişik və heç kəs bizim harada olduğumuzu bilməyib. Hamı bizim, sadəcə, evdən qaçdığımızı, göldə, ya çayda boğulduğumuzu düşünüb. Bizsə yuxarıda gizlənib acı göz yaşları axıdır, özümüzə yazığımız gəlir, heç kəsə lazım olmadığımızı düşünür, küləyin uğultusuna qulaq kəsilir və ölməyi arzulayırdıq…

Cavan qəfil çevrilib gözlərini qırpmadan qocaya zilləndi və gözləri yaşardı.

– Deməli, məni sevirsən?

– Buna şübhən belə olmasın, – qoca söylədi. – Axı sənin də məndən savayı bir kimsən yoxdur…

Maşın stansiyaya yaxınlaşdı. Sükan arxasındakı qadın şüşənin arxasında gülümsəyərək əl yellədi.

– Vaxt azdır, tez qərara gəl, – qoca əmr elədi. – İcazə ver səninlə gəlim; müşahidə edə, öyrədə və lazım gələndə qulağına pıçıldaya, nəyin nə vaxt kəlləmayallaq getdiyini aydınlaşdıra, nə qədər ki gec deyil nəyisə düzəldə və bəlkə də, bəxtiyar həyatını uzada bilməyim üçün icazə ver…

Maşın uğultuyla dayandı, qadın başını pəncərədən çıxarıb səsləndi: